M İ L L İ K İ T A B X A N A
____________________________________
84
mişdi: «Bizim işimiz səhər saat altıda başlayır. Dövlət Komissiyası bütün
gün ərzində işləyir. Bir çox məsələlər yerindəcə həll edilir. Komissiyanın
üzvləri hər gün qəzanın şahidləri, batanların qohumları ilə görüşür. Biz
olduğumuz yerlərdə, küçələrdə belə birbaşa sualla müraciət edirlər.
Komissiya üzvləri hər gün mehmanxanalara, nəqliyyat qovşaqlarına,
ictimai-iaşə müəssisələrinə, tibb müəssisələrinə gedir. Biz hesab edirik ki,
belə görüşlər lazımdır, onlar bizim işimizin tərkib hissəsidir.
Bunlarla yanaşı, komissiya dənizdə işlərə operativ rəhbərlik edir, çünki
orada çoxlu məsələlər meydana çıxır. Ardıcıl olaraq gündə iki dəfə hökumət
komissiyasının iclası keçirilir».
1
Fəlakətin səbəblərinə dair suallara cavab verərkən Heydər Əliyev
bildirirdi ki, intizam uğrunda mübarizə sözdə deyil, işdə aparılmalıdır.
İntizam və mütəşəkkillik hansı vəzifədə olmasından asılı olmayaraq hər bir
işçi üçün eyni olmalıdır. «Admiral Naximov» gəmisi bunu sübut etdi.
Ondan nəticə çıxarmaq lazımdır. Heydər Əliyevin göstərişləri nəinki həmin
dövr üçün, bütün zamanlarda hər bir şəxs üçün iş qaydası, fəaliyyət
proqramı oldu.
1980-ci ilin əvvəllərindən SSRİ-də istehsalın təşkili, inkişaf
etdirilməsində yeni metod tətbiq edilməyə başlandı. Bu məqsədlə əmək
kollektivlərinin bütün sahələrdə fəaliyyətinin genişləndirilməsi və
yüksəldilməsi, onların səlahiyyətlərinin artırılması, fəallığının
yüksəldilməsini təmin edən «SSRİ-də Əmək Kollektivləri və onların
müəssisələrin, idarələrin, təşkilatların idarə edilməsində rolunun artırılması
haqqında» qanun layihəsi barədə Heydər Əliyev SSRİ Ali Sovetinin 8-ci
sessiyasında (16 avqust 1983-cü il) məruzə etmişdi.
2
Məruzə mətbuatda
dərc edilmiş və geniş müzakirə edilmişdi. Müzakirə prosesində irəli sürülən
bütün təkliflər, qeydlər, düzəlişlər dərindən öyrənilmiş, ümumiləşdirilmişdi.
Qanun layihəsi böyük siyasi, iqtisadi və sosial əhəmiyyətli bir sənəd kimi,
qanunçuluq aktı kimi təqdim edilirdi. Məruzədə qeyd edilirdi ki, «bizim
qanun müəssisələrin idarə edilməsində əmək kollektivlərinin səlahiyyət və
im-
1
«Правда» qəzeti, 4 sentyabr 1986-cı il
2
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin şəxsi arxivi. Heydər Əliyevin nitqləri, çıxışları... (1980-
1990-cı illər), səh.164-179
M İ L L İ K İ T A B X A N A
____________________________________
85
kanlarmı genişləndirərək azad əmək cəmiyyəti və sosial ədalət prinsiplərinə,
öz mahiyyəti ilə vahid ümumxalq cəmiyyətinə çevrilmiş cəmiyyətin
prinsiplərinə əsaslanır».
1
Qanun layihəsi əmək kollektivləri ilə dövlət hakimiyyət orqanları
arasında qarşılıqlı münasibətləri və onların idarəçilikdə iştirakı prinsiplərini
müəyyən edirdi. Heydər Əliyev məruzədə əmək kollektivlərinin idarəçilikdə
səlahiyyətlərinin genişləndirilməsində aşağıdakı yeni təklifləri ön plana
çəkirdi:
Birincisi, əmək kollektivlərinin idarəçilik işinə daxil olan istehsalat,
sosial və tərbiyə məsələlərində fəaliyyət dairəsi genişlənir.
İkincisi, əmək kollektivləri təkliflər və məsləhətlər hazırlamaqla
məhdudlaşmır. Qanun onlara bir çox məsələlərdə yerinə yetirilməsi məcburi
olan sərbəst qərar qəbul etmək hüququ verir.
Üçüncüsü, əmək kollektivlərinin səlahiyyətlərinin həyata keçirilməsinin
forma və metodları təkmilləşir, onların idarə, təşkilat, müəssisələrin
bilavasitə idarə edilməsində iştirakı dərinləşir və genişlənir.
Əmək kollektivlərinin fəaliyyəti və səlahiyyəti genişləndirilir. Hər
şeydən əvvəl, planlaşdırma işinin təşkilində onların iştirakı təmin edilirdi.
Heydər Əliyev göstərirdi ki, planlaşdırma indi daha yuxarıdan bürokratik
göstərişlərə yox, hər bir müəssisənin, idarənin, təşkilatın tələbləri və
cəmiyyətin ehtiyatlarının nəzərə alınmasına əsaslanmalıdır. Planlaşdırmada
əmək kollektivinin iştirakının xüsusi təsiri olmalıdır. Ona görə də qanunda
nəzərdə tutulurdu ki, planlar əmək kollektivlərində baxılandan sonra dövlət
orqanlarının təsdiqinə verilsin.
Xalq kütlələrinin təşəbbüsü ilə meydana çıxan qarşılıqlı təkliflər
planlaşma praktikasını daha da zənginləşdirirdi. Çünki dövlət planına
əlavələr edilir, aşkar edilən ehtiyatlar, yeni imkanlar cəmiyyətin xidmətinə
verilirdi. Qanun iqtisadi və sosial proqramları geniş əhatə edirdi.
İqtisadiyyatın əsasən intensiv inkişaf yolunu, səmərəliliyin artırılması və
əmək kollektivlərində işin keyfiyyətini təmin edirdi. Qanunda texnikadan
istifadə edilməsi, kadrların ixtisaslaşması, əməyin təşkilinin mütərəqqi
forma-
1
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin şəxsi arxivi. Heydər Əliyevin nitqləri, çıxışları...
(1980-1990-cı illər), səh.175
M İ L L İ K İ T A B X A N A
____________________________________
86
larını, kütlələrin təşəbbüskarlığının artırılması sahəsində kollektivlərin
hüquq və vəzifələri müəyyən edilirdi.
Heydər Əliyev məruzəsində qanun layihəsinin yığıncaqlarda geniş
müzakirə olunduğunu qeyd etmiş, mətbuatda layihə haqqında verilən
yazıların əhəmiyyətini dəqiqləşdirmişdi. Müzakirələrdə əməyin briqada
formasında təşkili geniş müdafiə edilmişdi.
Ən mühüm məsələlərdən biri mənzil problemi idi. Qanuna əsasən əmək
kollektivləri mənzil tikintisi ilə məşğul olmalı, müəssisənin fondu hesabına
mənzil tikintisi haqqında qərar qəbul etməlidir. Yeni qanunda ən mühüm
cəhətlərdən biri də işləyən qadınlar haqqındadır. Qadınların həm ailədə, həm
də kollektivlərdə əməyini nəzərə alaraq onlar üçün əlverişli şərait
yaradılması müəyyən edilirdi.
Heydər Əliyev məruzəsində geniş müzakirə prosesində irəli sürülən
təkliflər, düzəlişlər, əlavələr haqqında məlumat verdi və qeyd etdi ki, bütün
bunlar qanım layihəsinin dəqiqləşdirilmiş mətnində öz əksini tapmışdır
1
.
SSRİ Ali Sovetinin sessiyası Heydər Əliyevin məruzəsini və məruzə
ətrafında çıxışlan dinləyərək «SSRİ-də əmQk kollektivləri və onların
müəssisələrin, idarələrin, təşkilatların idarə edilməsində rolunun
artırılmasına dair qanun»u qəbul etdi.
1984-cü il dekabrın 14-də SSRİ Tibb Elmlər Akademiyasına Lenin
ordeninin təqdim edilməsi münasibətilə təntənəli iclasda Heydər Əliyevin
nitqi böyük rəğbətlə qarşılandı. O, dərin, məzmunlu nitqində SSRİ-də tibb
elminin və səhiyyənin inkişafında 1944-cü ildə yaradılan SSRİ Tibb Elmləri
Akademiyasının qısa tarixi müddətdə dünyada tibb elminin ən qüdrətli
mərkəzlərindən birinə çevrilməsində böyük inkişaf yolu keçdiyini və şöhrət
qazandığını göstərdi. Sovet cəmiyyətinin bütün dövrlərində tibb sahəsinin
alimləri fundamental aktual tədqiqatlar aparmaqla, elmi yeni kəşflərlə
zənginləşdirməklə praktiki səhiyyənin tələbatına cavab vermişlər. Eyni
zamanda sovet tibb alimlərinin dünya elminin inkişafına böyük töhfələr
verdiyini xüsusi qeyd etdi. Heydər Əliyev tibb elminin
1
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin şəxsi arxivi. Heydər Əliyevin nitqləri, çıxışları..., səh.
qəzeti, 15 dekabr 1984-cü il
Dostları ilə paylaş: |