M İ L L İ K İ T A B X A N A
____________________________________
98
Azərbaycanda cəzalandırılaraq partiyadan və vəzifədən çıxarılanlar da
«qəhrəmana» çevrildilər. Onlar Ə.Vəzirovun himayəsi ilə respublika
mətbuatına, mərkəzi mətbuata, radio və televiziyaya ayaq açdılar. Özlərini
təmizə çıxarmaq üçün hər cür böhtanlara və şantaja keçdilər. Halbuki həmin
adamlar Heydər Əliyevin 1969-cu ildən respublikada həyata keçirdiyi
prinsipial, insanlara humanist və cinayətkarlara qarşı mübariz siyasəti ilə bir
araya sığışa büməmiş, cəmiyyət həyatının qanuni inkişafı onları süpürüb
kənara atmışdı. Böhtançı yazıların qəhrəmanları da həmin adamlar idi.
M.Qorbaçovun dəm tutanları vaxtkı Azərbaycan KP MK-nın birinci katibi
Ə.Vəzirov respublikada onlan «qəhrəman» kimi üzə çıxarırdı, müdafiə
edirdi. Həyat özü onlan layiq olmadıqlan vəzifə kürsüsündən
uzaqlaşdırmışdı. Mərkəzi mətbuatda M.S.Qorbaçova xoş gəlmək üçün
başdan-ayağa böhtançı, uydurma və təhqiredici məqalələr çap edüirdi. Onu
da qeyd edək ki, bu qərəzli rahda məqalə yazanlar yalnız bir-iki nəfər idi.
Vəzifədən ciddi qüsurlarına görə, sui-istifadə edib cinayət törədənlər idi.
sentyabr 1988-ci il); oktyabr 1988-ci il); qəzeti, 4 fevral 1990-cı il) kimi
böhtançı cızma-qaralar meydana çıxmışdı. Respublikada cızma-qaralara
qarşı xalqda böyük mənfi reaksiya yaranmışdı. Bunları təkzib edən
məqalələr çap edilirdi. məqaləsinin müəlliıı Arkadi Vaksberq respublika Ali
Sovetində 10 il əvvəl, 1978-ci ildə baş vermiş bir hadisəni şişirdərək həmin
dövr üçün xarakterik bir hadisə kimi qələmə verməyə can atırdı. 1978-ci ilə
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin doqquzuncu çağırış
doqquzuncu sessiyasında 1979-cu ildə respublikanın sosial-iqtisadi inkişafı
üzrə dövlət büdcəsinin müzakirəsində son illərdə qazanılan
müvəffəqiyyətlərin üstünə kölgə salmaq niyyətində olan bir nəfər deputatın
çıxışına qarşı deputatların əksəriyyətinin etirazını çox təmtəraqlı verməklə o
vaxtkı rəhbərlik haqqında neqativ fikir yaratmaq istəyirdi. Lakin hələ 10 il
əvvəl Azərbaycan SSR-nin Ali Sovetinin sessiyası həmin çıxışa özünün
obyektiv münasibətini bildirmişdi. Sessiyaya sədrlik edən xalq şairi
Süleyman Rüstəm deputat Qambay Məmmədovun çıxışına deputatların
etirazını
M İ L L İ K İ T A B X A N A
____________________________________
99
görüb «onun çıxışını davam etdirməyə ehtiyac varmı?» sualını verəndə,
yerdən «Ehtiyac yoxdur» cavabı verilmişdi. Çıxışa yazılan 60 deputatdan
17-si çıxış edib onun dediklərini rədd etmişdilər. Tarixi reallığı yada salmaq
naminə bu çıxışlardan bəzilərini qeyd edək.
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Qurban Xəlilov:
«Sizə yaxşı məlumdur ki, Azərbaycan zəhmətkeşləri böyük ruh yüksəkliyi
ilə işləyir.. .Biz Heydər Əliyev yoldaşın xidmətlərini xüsusi qeyd edirik...
Mənə belə gəlir ki, Məmmədov provakasiya edir və bizim sessiyanın işinə
mane olmaq istəyir. MSİ-nin məlumatına şübhə ilə yanaşmaq
provakasiyadan başqa bir şey deyildir...»
İ.Qurbanov: (Neftçala rayon partiya komitəsinin birinci katibi)
«Məmmədovun çıxışı bizi elə bir vaxtda təəccübləndirir ki, respublikamızın
indiki qələbəsinə Leonid İliç Brejnev özü yüksək qiymət vermişdir».
Abşeron rayon partiya komitəsinin birinci katibi T.Hümbətova: «İndi biz
bir-birimizin gözünə düz baxa bilərik... Bu, Heydər Əliyevin gərgin
əməyinin sayəsində mümkün olmuşdur».
Mirbəşir (indiki Tərtər) rayon partiya komitəsinin birinci katibi
D.Məmmədov: «Bizim respublikamızda heç vaxt hələ Heydər Əliyev kimi
rəhbər olmamışdır».
Bərdə rayon partiya komitəsinin birinci katibi R.Səfərəliyev: «Azər-
baycan partiya təşkilatının müvəffəqiyyətləri yalnız bizim ölkəmizin sadiq
oğlu Heydər Əliyevin rəhbərliyi altında mümkün olmuşdur. Belə bir vaxtda
isə böhtançı Məmmədov partiyamızın liderinin bizim işimizə nə qədər
qiymət verdiyini görmək istəmir. Böhtançı rədd olmalıdır».
Yevlax rayonundan pambıqçı Ş.Əliyeva: «Hətta üç yaşlı uşaq da
radiodan eşidir ki, Azərbaycan nə qədər pambıq toplayıbdır. Hansı
pripiskadan danışmaq olar? Mən heç bir pripiska eşitməmişəm. Biz Heydər
Əliyev yoldaşın kursunu tamamilə müdafiə edirik».
Şamaxı rayon partiya komitəsinin birinci katibi F.Mustafayev: «Əliyev
yoldaş bizim fəxrimizdir, bizim respublikanın və xalqımızın dahi oğludur.
Burada isə hansısa Məmmədov çıxır və böhtan atmağa başlayır».
Bütün çıxış edənlər Məmmədovu böhtançı adlandırır və cavab verməsini
tələb edirlər. Heydər Əliyevin rəhbərlikdən uzaqlaşdırılmasından
M İ L L İ K İ T A B X A N A
____________________________________
100
sonra Q.Məmmədov və başqaları qəhrəman kimi mətbuat səhifələrinə çı
xarıldı və bununla da Heydər Əliyevdən qisas almaq kampaniyası başlandı.
Lakin heç kəs və heç nə Heydər Əliyevi sındıra, susdura bilmədi. Çünki
tarix sübut edib ki, həqiqət həmişə güclü olur, qalib gəlir.
«Сосиалистическая индустрия» qəzetinin 30 aprel 1989-cu il tarixli
nömrəsində Dağlıq Qarabağ Muxtar Vilayəti Xüsusi İdarəçilik Komitəsinin
sədri A.Volski ilə aparılan müsahibə haqqında verilən yazı daha çox
təhriflər, yalan informasiyalar, böhtanlar, milli münasibətlərin
kəskinləşdirilməsi ilə seçilirdi.
1
Moskvanın, xüsusilə də, M.S.Qorbaçovun göndərdiyi Volski hadisələrin
səbəblərini ört-basdır etməyə çalışır və utanmadan Dağlıq Qarabağ
hadisələrinin səbəblərini Azərbaycan rəhbərinin, o cümlədən Heydər
Əliyevin boynuna yıxmağa cəhd etməkdə heç nədən çəkinmirdi. Tarixi
həqiqətlərə qara yaxmaqla, Heydər Əliyevi günahlandırmağa can atmaqla
onlar özlərinin tarix və Azərbaycan xalqı qarşısında məsuliyyət
daşımadıqlarını göstərirdilər. Heydər Əliyev Sov.İKP MK-nın plenumunda
çıxışında Azərbaycanda rəhbərliyi vaxtı DQMV-də normal, stabil şəraiti
yaratdığını, Vilayətin sosial-iqtisadi inkişaf göstəricilərinə görə Azərbaycan
və Ermənistanm orta göstəricilərindən xeyli üstün olduğunu dəlillərlə sübut
etdi və böhtanlara öz etirazını bildirdi. Ən dəhşətlisi idi ki, onlar utanmadan
göstərməyə çalışırdılar ki, guya Dağlıq Qarabağ uzun illər inkişaf
etməmişdir.
2
Dağlıq Qarabağın qədim Azərbaycan olmasını bilə-bilə özündən
müştəbeh olan «filosof» kimi A.Volski belə bir bədnam fikir söyləməyə
cəsarət edirdi: «Torpaq bugünkü insanlara, onu əkib-becərənlərə, qulluq
edənlərə, ondan məhsul götürənlərə, kim burada ev tikib... onlara
məxsusdur. Bu mənim şəxsi fikrimdir, mən buna əminəm».
3
Bununla
kifayətlənməyərək inandırmağa çalışırdı ki, guya bu gün zonaların,
dairələrin sərhədlərini milli inteqrasiya yox, iqtisadi inteqrasiya müəyyən
edir.
Yeni «nəzəriyyəçi» bilmirdi ki, əvvəllər Dağlıq Qarabağın iqtisadi
inteqrasiyası tarix boyu Azərbaycanla, onun paytaxtı Bakı ilə bağlı
1
«Сосиалистическая индустрия qəzeti, Moskva, 30 aprel 1989-cu il; Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyevin şəxsi arxivi; Heydər Əliyevin nitqləri, çıxışları, həmçinin onun iştirakı ilə keçirilən tədbirlər
haqqında SİTA və başqa kütləvi informasiya materialları haqqında məlumat (1980-1990-cı illər), səh.423-431.
2
Yenə orada, səh. 426
3
Yenə orada, səh. 426
Dostları ilə paylaş: |