M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə32/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   28   29   30   31   32   33   34   35   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

96 

 

Heydər  Əliyevin seçicilərlə görüşündəki parlaq nitqi Azərbaycan 



rəhbərliyi üçün mühüm proqram sənədi idi. 

SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin rəhbərlik 

etdiyi sahələrdən biri də  təhsil məsələsi idi. On birinci çağırış SSRİ Ali 

Sovetinin birinci sessiyasında (aprel 1984-cü il) Təhsil üzrə  İslahat 

Komissiyasının sədri Heydər  Əliyev «Ümumtəhsil və peşə  məktəblərində 

islahatların  əsas istiqamətləri haqqında» məruzə ilə  çıxış edərək,

1

 Sovet 


İttifaqmda təhsil sistemində qarşıya qoyulan islahatları  hərtərəfli 

işıqlandırmış, onun təhsil sisteminin inkişafında 

əhəmiyyətini 

əsaslandırmışdı. 

SSRİ Ali Soveti Heydər  Əliyevin «Ümumtəhsil və peşə  məktəblərində 

islahatların  əsas istiqamətləri haqqında» məruzəsini dinləyib müzakirə 

etdikdən sonra qeyd etmişdi ki, müzakirəyə  təqdim edilən məruzənin 

ölkənin, cəmiyyətin iqtisadi, sosial-siyasi və  mənəvi tərəqqisində çox 

mühüm  əhəmiyyəti vardır. Məktəb islahatlarının  əsas istiqamətləri 

ümumxalq müzakirəsində  bəyənilmiş  və müdafiə    edilmişdi. 1984-cü il 

aprelin 12-də SSRİ Soveti Heydər Əliyevin məruzəsi əsasında «Ümumtəhsil 

və peşə məktəblərində islahatların əsas istiqamətləri»ni bəyənməsi haqqında 

qərar qəbul etmişdi. Qərarda islahatın həyata keçirilməsi sahəsində  təhsil 

sistemi ilə  əlaqədar olan bütün qurumlar, təsisatlar qarşısında 

təxirəsalınmaz, perspektiv vəzifələr qoyulur, islahatın həyata keçirilməsi 

mexanizmi, təhsil işçilərinin vəzifələri göstərilirdi.

2

 

Sov.  İKP MK Siyasi bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin 



birinci müavini Heydər Əliyevin imzaladığı SSRİ Nazirlər Sovetinin 1985-

ci il 3 sentyabr tarixli sərəncamı ilə Bakıda Azərbaycan SSR Səhiyyə 

Nazirliyinin Mamalıq və Ginekologiya Elmi-Tədqiqat  İnstitutu yaradılmış, 

Azərbaycan SSR Səhiyyə Nazirliyinin Bakıdakı N.K.Krupskaya adına Ana 

və  Uşaqları Mühafizə  İnstitutu Azərbaycan SSR Səhiyyə Nazirliyinin 

N.K.Krupskaya adına Pediatriya İnstitutuna çevrilmişdi.

3

 

                                                 



1

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şəxsi arxivi. Heydər Əliyevin nitqləri, çıxışları... (1980-

1990-cı illər), səh. qəzeti, 13 aprel 1984-cü il

 

2



 

Yenə orada, səh. 244-246

 

3

Azərbaycan Respublikası Prezidenti Heydər  Əliyevin  şəxsi arxivi. SSRİ Nazirlər Sovetinin Nazirlər Soveti 



sədrinin birinci müavini H.Ə.Əliyev tərəfındən imzalanan sərəncamlar (1985-ci il) 

  

 




M İ L L İ  K İ T A B X A N A

____________________________________

97 

 

Heydər Əliyevin zəngin təcrübəsini, bacarığını, işin öhdəsindən layiqincə 



gəlməsini nəzərə alaraq SSRİ Nazirlər Sovetinin Rəyasət Heyətinin 5 iyun 

1985-ci il tarixli iclasmın qərarı ilə ona Nazirlər Sovetində SSRİ Yüngül 

sənayesi, SSRİ Ticarət Nazirliyi, Sentrosoyuz; «B» qrupu sahəsinin 

inkişafının ümumi məsələlərinə, həmçinin SSRİ ticarət nazirliklərinin 

məsələlərinə baxılması və nəzarət həvalə edildi. 

Yenidənqurma siyasəti dövründə  də Heydər  Əliyevin zəngin iş 

təcrübəsindən istifadə olundu. Sov.İKP MK və SSRİ Nazirlər Soveti 

yenidənqurma siyasətinin həyata keçirilməsində sosial idarəetmə  işinin 

təkmilləşdirilməsinin zəruriliyini qeyd etmişdi. 1986-cı il oktyabrın 16-da 

sosial inkişaf üzrə SSRİ Nazirlər Sovetinin bürosunun yaradılması  qərara 

alınmış,

1

 SSRİ Nazirlər Sovetinin 1986-cı il 16 oktyabr tarixli qərarı ilə 



Heydər Əliyev SSRİ Nazirlər Sovetinin sosial inkişaf üzrə bürosunun sədri 

təsdiq edilmişdi. 

SSRİ Nazirlər Sovetinin sosial inkişaf üzrə bürosunun vəzifə  və 

səlahiyyətləri,  əhatə sahəsi olduqca geniş, məsuliyyətli idi. O, 12 nazirlik, 

idarə  və komitəyə  rəhbərlik edirdi. 1986-2000-ci illərdə iqtisadi və sosial 

inkişafın cari və perspektiv inkişaf planlarının layihələrinin işlənməsi və 

baxılmasında iştirak edir, nazirlik və idarələrin işlərini əlaqələndirir, onların 

fəaliyyətinin təkmilləşdirilməsinə və digər məsələlərlə məşğul olurdu.

2

 

SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin 5 sentyabr 1987-ci il tarixli, 



SSRİ Nazirlər Soveti sədrinin birinci müavinləri arasında vəzifə bölgüsündə 

qismən dəyişiklik edilməsi qərarı ilə Heydər  Əliyevin diqqətinin SSRİ 

Nazirlər Sovetinin sosial inkişaf üzrə büronun işlərinə yönəldilməsi 

zərurətindən, SSRİ Nazirlər Sovetində  nəqliyyat məsələlərinə  rəhbərlik 

Nazirlər Soveti sədrinin digər birinci müavini Q.Q.Vedernikova tapşırıldı. 

M.S.Qorbaçovun başçılığı ilə keçən  əsrin 80-ci illərinin sonlarında 

Sov.İKP MK Siyasi bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci 

müavini Heydər Əliyevə qarşı düşmənçilik münasibəti yarandı. Vaxtilə 

 

 

  



                                                 

1

 



Azərbaycan Respublikası Prezidenti Heydər  Əliyevin  şəxsi arxivi. SSRİ Nazirlər Sovetinin, Nazirlər Soveti 

sədrinin birinci müavini H.Ə.Əliyev tərəfindən imzalanan sərəncamlar (1985-ci il)

 

2

 



Azərbaycan Respublikası Prezidentinin şəxsi arxivi. Heydər  Əliyevin fəaliyyətini əks etdirən sənədlərin (iyun 

1983-cü - aprel 1984-cü illər) Rusiya Federasiyası arxivlərində saxlanan surətləri, səh. 1-10 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə