M İ L L İ K İ T A B X A N A
____________________________________
119
Heydər Əliyev 1994-cü il yanvarın 12-də 20 Yanvar faciəsinin dördüncü
ildönümü ilə bağlı Dövlət Komissiyasının iclasında demişdi: «...Mənə Milli
Şuranın (indi o, Milli Məclis adlanır - İ.H.) 19 yanvar 1992-ci ü tarixli
qərarı təqdim edildi...Bu qərarı oxuyanda, doğrusu, çox həyəcanlandım.
Düşündüm ki, Milli Şura nə üçün öz millətinin, öz xalqının aqibətinə,
taleyinə bu qədər biganə qalıb? Qərarı oxuyandan sonra bir daha qəti fikrə
gəldim ki, bu faciəyə, bu hadisəyə indiyə qədər siyasi qiymət verilməyib».
Həmin qərar haqqında Heydər Əliyevin ciddi, düşünülmüş, tutarlı fıkri
1
hadisəyə hüquqi-siyasi qiymətin verilməsində mühüm istiqamətdir.
göstərirdi: «Mənim fikrim belədir ki, bu qərarın qəbul edilməsi bəlkə də
Azərbaycan xalqına 20 Yanvar 1990-cı ildə olan faciə kimi böyük bir
xəyanətdir».
2
Qeyd etmək lazımdır ki, Yanvar hadisələrindən 4 il keçməsinə
baxmayaraq, respublikada bu qanlı cinayətlərə dövlət səviyyəsində lazımi
siyasi qiymət verilməmişdi. Hələ 1992-ci il yanvann 19-da faciədən iki il
sonra Azərbaycan Respublikası Soveti Milli Şurasmm bu barədə müvafiq
qərarı olmasına baxmayaraq, həmin qərar 2 il ərzində yerinə yetirilməmiş
qalmışdı. Həm də bu qərarda Yanvar hadisələrinin əsl səbəbləri
açıqlanmamış və həqiqi günahkarlar aşkar edilməmişdi.
Yalnız Heydər Əliyevin Azərbaycan Respublikası Prezidenti
seçilməsindən sonra 1990-cı il qanlı 20 Yanvar hadisələrinin səbəblərinin
açıqlanması və bu işdə günahkarların aşkar edilməsi üçün dövlət
səviyyəsində tədbirlər həyata keçirildi. Prezidentin 5 yanvar 1994-cü il
tarixli «20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında»
fərmanı ilə iki istiqamətdə fəaliyyət proqramının həyata keçirilməsi - 20
Yanvar faciəsinin 4-cü ildönümü ilə bağlı tədbirlərin hazırlanması və
keçirilməsi, eləcə də, Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi
üçün Dövlət Komissiyası yaradılır.
Bu fərmanla Azərbaycan Respublikasının Milli Məclisinə 20 Yanvar
hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi məqsədilə xüsusi sessiya
keçirilməsi tövsiyə olunur.
1
«Azərbaycan» qəzeti, 14 yanvar 1994-cü il
2
Yenə orada
M İ L L İ K İ T A B X A N A
____________________________________
120
1994-cü il yanvarın 12-də Prezident Heydər Əliyevin sədrliyi ilə Dövlət
Komissiyasının geniş iclası keçirildi. İclasda Dövlət Komissiyasının sədri,
Baş nazirin müavini komissiyanın hazırladığı tədbirlər planı, irəli sürülmüş
təkliflər haqqında geniş məlumat verdi. O, Prezidentin 5 yanvar tarixli
fərmanının əhəmiyyətindən danışarkən qeyd elədi ki, «…Prezidentin bu
fərmanı bugünkü Azərbaycanın tarixinin, taleyinin, mənəviyyatının
kontekstində son dərəcə böyük əhəmiyyətə malikdir. Ötən dörd ildə ilk
dəfədir ki, Prezident fərmanı ilə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi
qiymət verilməsi qarşıya qoyulur».
1
Belə ki, yeri gəlmişkən, onu da xatırlatmaq yerinə düşər ki, Heydər
Əliyev məhz 20 Yanvar faciəsi zamanı xalqımıza qarşı törədilən qanlı hərbi
təcavüzə görə Sov. İKP sıralarmı tərk etmişdi. 1991-ci il iyulun 19-da fərdi
pensiyaçı, Sov. İKP üzvü Heydər Əliyev partiya sıralarından çıxmaq barədə
SSRİ Nazirlər Kabinetinin partiya təşkilatına bəyanat vermişdi. Bəyanatın
mətni iyulun 23-də Moskvada çıxan Ta»da, iyulun 26-da Bakıda «Azadlıq»
qəzetində dərc edilmişdi. Bəyanatda deyilirdi: «Sizin nəzərinizə çatdırıram
ki, mən Sov.İKP-dən çıxmaq qərarına gəldim. Dərhal xəbərdarlıq edirəm ki,
bu sadəcə «dəbə» uymaq deyil, son illər ərzində keçirdiyim ağır
məyusluqlar yolunun məşəqqətlərini və hadisələrini yenidən
qiymətləndirməyimin yekunudur. Məni bu addımı atmağa məcbur edən
başlıca səbəblər aşağıdakılardır: Birincisi, hələ 1990-cı ilin yanvarmda
Mərkəzin və Azərbaycan KP-nin siyasi rəhbərliyi altında Azərbaycan
xalqına qarşı edilmiş hərbi təcavüzdən sonra məndə Sov. İKP sıralarından
çıxmaq fıkri yarandı...
İkincisi, üç ildən artıqdır ki, Mərkəzin ikiüzlü siyasəti nəticəsində
Sov.İKP-nin havadarlıq etdiyi erməni millətçilərinin səyi ilə DQMV-də
yaranmış kəskin münasibət saxlanmaqdadır... Azərbaycanın dövlət
suverenliyi, ərazi bütövlüyü konstitusiyaya zidd olaraq kobud surətdə
pozulub...
Üçüncüsü, bütün cəmiyyətin demokratikləşməsi, siyasi azadlıqların və
plüralizmin bəyan edildiyi bir dövrdə Azərbaycanda ərazi bütövlüyü-
1
«Azərbaycan» qəzeti, 14 yanvar 1994-cü il
M İ L L İ K İ T A B X A N A
____________________________________
121
1994-cü il yanvarın 12-də Prezident Heydər Əliyevin sədrliyi ilə Dövlət
Komissiyasının geniş iclası keçirildi. İclasda Dövlət Komissiyasının sədri,
Baş nazirin müavini komissiyanın hazırladığı tədbirlər planı, irəli sürülmüş
təkliflər haqqında geniş məlumat verdi. O, Prezidentin 5 yanvar tarixli
fərmanınının əhəmiyyətindən danışarkən qeyd elədi ki, «.. .Prezidentin bu
fərmanı bugünkü Azərbaycanın tarixinin, taleyinin, mənəviyyatının
kontekstində son dərəcə böyük əhəmiyyətə malikdir. Ötən dörd ildə ilk
dəfədir ki, Prezident fərmanı ilə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi
qiymət verilməsi qarşıya qoyulur».
1
Belə ki, yeri gəlmişkən, onu da xatırlatmaq yerinə düşər ki, Heydər
Əliyev məhz 20 Yanvar faciəsi zamanı xalqımıza qarşı törədilən qanlı hərbi
təcavüzə görə Sov. İKP sıralarmı tərk etmişdi. 1991-ci il iyulun 19-da fərdi
pensiyaçı, Sov. İKP üzvü Heydər Əliyev partiya sıralarından çıxmaq barədə
SSRİ Nazirlər Kabinetinin partiya təşkilatına bəyanat vermişdi. Bəyanatın
mətni iyulun 23-də Moskvada çıxan Ta»da, iyulun 26-da Bakıda «Azadlıq»
qəzetində dərc edilmişdi. Bəyanat-da deyilirdi: «Sizin nəzərinizə çatdmram
ki, mən Sov.İKP-dən çıxmaq qərarına gəldim. Dərhal xəbərdarlıq edirəm ki,
bu sadəcə «dəbə» uymaq deyil, son illər ərzində keçirdiyim ağır
məyusluqlar yolunun məşəqqətlərini və hadisələrini yenidən
qiymətləndirməyimin yekunudur. Məni bu addımı atmağa məcbur edən
başlıca səbəblər aşağıdakılardır: Birincisi, hələ 1990-cı ilin yanvarmda
Mərkəzin və Azərbaycan KP-nin siyasi rəhbərliyi altında Azərbaycan
xalqına qarşı edilmiş hərbi təcavüzdən sonra məndə Sov. İKP sıralanndan
çıxmaq fıkri yarandı...
İkincisi, üç ildən artıqdır ki, Mərkəzin ikiüzlü siyasəti nəticəsində Sov.İKP-nin
havadarlıq etdiyi erməni millətçilərinin səyi ilə DQMV-də yaranmış kəskin münasibət
saxlanmaqdadır... Azərbaycanın dövlət suverenliyi, ərazi bütövlüyü konstitusiyaya zidd
olaraq kobud surətdə pozulub...
Üçüncüsü, bütün cəmiyyətin demokratikləşməsi, siyasi azadlıqların və plüralizmin
bəyan edildiyi bir dövrdə Azərbaycanda ərazi bütövlüyünün müdafiə sinə qalxmış geniş
demokratik hərəkat və cəmiyyətin demokratikləşməsi Sov. İKP-nin rəhbərliyi altında
Azərbaycan KP MK-nm səyi ilə boğuldu».
2
Heydər Əliyev bəyanatında qeyd edirdi ki: «1943-cü ildə 20 yaşımda ikən öz taleyimi
bolşeviklər partiyasına bağlamışam. Kommunist Partiyasının ideallarının varlığına
inanmışam və onun planlarının həyata keçirilməsində fəal iştirak etmişəm.
İndi bütün inamlarım məhv olub...Sov İKP sıralarını tərk edərkən mən bütün təmiz və
namuslu kommunistlərə hörmət bəslədiyimi bildirirəm».
3
1
«Azərbaycan» qəzeti, 14 yanvar 1994-cü il
2
«Независимая газета» Moskva, 23 iyul, 1991-ci il.
3
Yenə orada
Dostları ilə paylaş: |