M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə42/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   38   39   40   41   42   43   44   45   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

125 

 

Qərarda belə cəhdlərin heç bir əsası olmadığı, böhtançı xarakter daşıdığı 



açıqlanırdı. Naxçıvanda baş verən demokratik proseslər haqqında yanlış 

məlumat verildiyi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və onun 

sədri Heydər  Əliyev haqqında böhtanlar yağdırıldığı qeyd edilirdi. Ali 

Məclis göstərirdi ki, qəbul edilən sənədlərdə, bütün deputatların, Ali 

Məclisin sədrinin sessiyadakı  və sentyabrın 5-də Naxçıvan televiziyası ilə 

çıxışlarında «Azərbaycanın bütövlüyü və onun bölünməzliyi haqqında 

qətiyyətlə fikir söylənilmiş» və «Naxçıvan Muxtar Respublikası Azərbaycan 

Resublikasının tərkib hissəsidir» kimi fikirlər xüsusi vurğu ilə səslənmişdir. 

Bütün çıxışlarda Azərbaycan xalqını birliyə  və milli razılığa çağırışlar 

səslənmişdir.

1

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası bildirirdi ki, belə 



hərəkətlər Muxtar Respublikaya qarşı irticaçı mövqe tutan Azərbaycan 

televiziyasının və Azərbaycanın Kommunist rəhbərliyinin təşkil etdiyi 

təxribatdır. Qəbul edilən qərarda Azərbaycan televiziyası  və radiosunun 

rəhbərliyindən özünün bütün informasiya kanalları vasitəsi ilə Ali Məclisin 

bu qərarını elan etməsini və Naxçıvan Muxtar Respublikasının Məclisindən 

və əhalisindən üzr istənilməsini tələb edirdi. 

Heydər Əliyev bu barədə sentyabrın 6-da Azərinforma xüsusi bəyanat da 

göndərmişdi. 

Həmin bəyanat Naxçıvan Muxtar Respublikasının Məclisinin 6 sentyabr 

1991-ci il tarixli iclasında müzakirə edilmiş  və  bəyanatın mətni 

bəyənilmişdi. Bəyanatın mətninin bütün informasiya vasitələrinə 

göndərilməsi qərara alınmışdı.

2

 

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sədrinin bəyanatında 



Azərbaycanın Kommunist rəhbərliyinin Muxtar Respublikaya qarşı qərəzli, 

təxribat xarakterli mövqeyinin səbəbləri açıqlanır və ona obyektiv qiymət 

verilirdi. Aydınlıq, inandırıcılıq və  və tarixi həqiqətin aşkarlığı naminə 

Heydər  Əliyevin həmin bəyanatını

3

 bütövlükdə burada verməyi lazım 



bilirik: 

                                                 

1

 

Azərbaycan Respublikası Milli Məclisinin Arxivi. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin 



qərarları. Fond 2941, siyahı la, iş 1, vərəq 74-76

 

2



 

Azərbaycan Respublikası Milli Məclisinin Arxivi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarları. 

Fond 2941, siyahı la, iş 1, vərəq 88

 

3



 

Yenə orada. Fond 2941, siyahıla, iş 1, vərəq 89-91 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

126 

 

«Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il sentyabrın 4-



də cari ilin sentyabr ayının 8-nə  təyin edilmiş, Azərbaycan Respublikası 

Prezidenti seçkilərinin Muxtar Respublika ərazisində dayandırılması 

haqqında qərar qəbul etmişdir. 

Belə bir qərarın qəbul edilməsi üçün aşağıdakılar əsas olmuşdur: 

Prezidentlik vəzifəsinə namizədliyə yalnız Azərbaycan Respublikası 

Kommunist Partiyası  Mərkəzi Komitəsinin birinci katibi A.Mütəllibov 

alternativsiz əsasda irəli sürülmüşdür. 

Yeganə müxalifət qüvvəsi  olan  Xalq  Cəbhəsi təzyiq və qanunsuzluq 

şəraitində prezident seçkilərində  iştirakdan imtina etmişdir. Seçki 

komissiyaları  və  məntəqələrinin üzvləri Kommunist Partiyası orqanlarının 

birbaşa göstərişi ilə təyin olunmuşlar. 

Avqustun 19-da ölkədə dövlət çevrilişi etmiş SSRİ Dövlət Fövqəladə 

Vəziyyət Komitəsinin fəaliyyəti ilə bağlı olaraq dövlət çevrilişində 

iştirakına və cinayət etdiyinə görə Sov.İKP  Siyasi  Bürosu  və Sov.İKP 

Mərkəzi Komitəsi buraxılmışdır. Sov.İKP Siyasi Bürosunun üzvü, 

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Ayaz 

Mütəllibov mənsub olduğu təşkilatla birlikdə bu cinayətlə bağlıdır və  hər 

hansı bir seçkilərdə onun iştirak etməsinə hüququ yoxdur. Azərbaycanda 

Kommunist Partiyasının fəaliyyəti, onun Mərkəzi Komitəsinin diktator 

rejimi davam edir. 

1990-cı il yanvarın 19-da Bakıya qoşun yeridilməsi zamanı insan 

tələfatına səbəb olmuş Azərbaycan xalqına qarşı  hərbi təcavüzdə 

Mütəllibovun iştirakına dair əsaslı məlumatlar vardır. 

A.Mütəllibov ölkədə dövlət çevrilişi yapmış SSRİ Dövlət Fövqəladə 

Vəziyyət Komitəsinin fəaliyyətini bəyənmişdir. 

Azərbaycan Respublikasının Kommunist rəhbərliyi tərəfindən Naxçıvan 

Muxtar Respublikasının Ali Məclisinə  və Muxtar Respublika sakinlərinin 

iradəsinə  hər cür təzyiqlər göstərilir. Məclisin 1991-ci il 3 sentyabrında 

keçirilməsi nəzərdə tutulmuş sessiyanın işinin pozulması  məqsədilə 

Azərbaycan Kommunist rəhbərliyi heç bir əsas olmadan Ali Məclisin 40-

dək deputatının,  şəhər və rayon sovetləri, onların icraiyyə komitələrinin 

sədrlərinin Bakı şəhərinə çağırılmasını təşkil etmişdir. 

  



M İ L L İ  K İ T A B X A N A

____________________________________

127 

 

Sentyabrın 2-də Naxçıvan  şəhərinə Azərbaycanın 9 xalq deputatı, 



cümlədən, 2 general və hüquq-mühafizə orqanlarının rəhbər işçiləri 

gəlmişdir. Bu deputatlar qrupu özünü Naxçıvan Muxtar Respublikası Ali 

Məclisinə  təqdim etməmiş, öz fikrini açıq  şəkildə bildirməmiş  və 

anlaşılmayan bir fəaliyyətlə məşğul olmuşdur. 

Elə bu günlərdə məlum olmayan səbəblərə görə Azərbaycan Daxili İşlər 

Nazirinin müavini başda olmaqla Azərbaycan Daxili İşlər Nazirliyi 

işçilərinin böyük bir qrupu Naxçıvana gəlmişdir. 

Bütün bunlar bir daha inandırıcı şəkildə ona dəlalət edir ki, Azərbaycanın 

Kommunist rəhbərliyi respublikanın ali qanunvericilik orqanının 

fəaliyyətinə, onun əhalisinə təzyiq göstərməyə can atır və Naxçıvan Muxtar 

Respublikasında baş verən demokratik prosesləri boğmağa çalışır. 

Bütünbu qeyri-qanuni hərəkətlərə etiraz edərək, Sovet İttifaqının bütün 

demokratik təşkilatlarına, bütün demokratik beynəlxalq təşkilatlara, 

müstəqil jumalistlərə müraciət edərək Naxçıvan Muxtar Respublikasındakı 

vəziyyətin obyektiv şəkildə öyrənilməsi üçün, xüsusən, Azərbaycan 

prezidenti seçkilərinin keçirilməsi nəzərdə tutulmuş gün - sentyabrın 8-də öz 

nümayəndələrini Muxtar Respublikaya göndərmələrini xahiş edirəm. 

 

HEYDƏR ƏLİYEV 



Naxçıvan Muxtar Respublikası Məclisinin Sədri 

 

06.09.1991-ci il». 

 

Azərinformun məlumatına görə, Heydər  Əliyev «Azərbaycan 



Respulikasının kommunist rəhbərliyini Muxtar Respublikanın ali 

qanunvericilik orqanının fəaliyyətinə  və sakinlərinə  təzyiq göstərməyə, 

demokratik prosesləri boğmağa» çalışmaqda təqsirləndirir və bu qanunsuz 

hərəkətlərə qarşı etirazmı bildirirdi. «Həyat» qəzetinin bölgə müxbirinin 

qəzetdə çap etdirdiyi yazıda deyilirdi: «Həyat»ın oxucularına tam 

səmimiyyət və  məsuliyyətlə bildirirəm ki, sessiyanın beş gün davam edən 

iclaslarında  əvvəldən axıradək iştirak etmişəm, Naxçıvan Muxtar 

Respublikasının Azərbaycandan ayrılması barədə bir nəfərin də olsun 

eyham vurmasını belə eşitməmişəm. Əksinə ilk günündən Məclisin sədri öz 

çıxışında Naxçı- 

  



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə