M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə38/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   34   35   36   37   38   39   40   41   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

113 

 

dən kömək göstərilməsi haqqında qərar qəbul edildi. Azərbaycan SSR Ali 



Sovetinin Rəyasət heyətinin müraciəti ilə SSRİ Ali Soveti Rəyasət Heyəti 

yanvarın 15-də «Dağlıq Qarabağ  və  bəzi başqa rayonlarda fövqəladə 

vəziyyət elan olunması haqqında» fərman verdi. Eyni zamanda SSRİ Ali 

Soveti respublikanın Bakı, Gəncə  şəhərlərində, eləcə  də, başqa yaşayış 

məntəqələrində qadağan saatlarının tətbiq edilməsi və digər zəruri tədbirlər 

görülməsini Azərbaycan SSR Ali Sovetinə təklif etdi. 

Mərkəzdən Azərbaycana, xüsusilə Bakı  ətrafına  əlavə qoşun hissələri, 

hərbi texnika gətirilməyə başlandı. Bununla da Bakı  şəhərinə qoşun 

yeridilməsinə hazırlıq  əməliyyatları üçün ilkin tədbirlər görüldü. Xalq 

Cəbhəsi guya ordunun şəhərə daxil olmasının qarşısını almaq üçün şəhərin 

girəcəklərində  və Bakı qarnizonu ətrafında sədlər, barrikadalar yaratmağa 

başladı. Yük və minik maşınları, avtobus və trolleybuslardan və başqa 

vasitələrdən barrikadalar quruldu, piketlər düzəldildi. Az keçmədi ki, 20 

Yanvar Bakı  qırğınında bu düzgün olmayan taktika çoxlu sayda dinc 

əhalinin qırılmasına, yaralanmasına və itkin düşməsinə səbəb oldu. 

Yanvar hadisələri  ərəfəsində Moskva hökuməti SSRİ Ali Soveti İttifaq 

Sovetinin sədri Y.Primakovu və Sov. İKP MK katibi A.Girenkonu Bakıya 

göndərmişdi. Onlar AXC-nin həm radikal, həm də liberal qanadlarının 

nümayəndələri ilə görüşlər keçirdi, lakin nəticəsi olmadı. 

Yanvarın 17-də isə Azərbaycan KP MK binası qarşısında böyük mitinq 

başlandı  və üç gün davam etdi. Mitinqdə Ermənistanın Azərbaycana qarşı 

ərazi iddialarına son qoyulması, Bakı  ətrafına yığılmış qoşunların Dağlıq 

Qarabağa göndərilməsi, respublika rəhbərliyinin istefası və i.a. tələblər irəli 

sürülmüşdü. Mitinqdə xalqa xəyanətdə günahlandırılan respublika partiya 

və dövlət hakimiyyəti rəhbərləri üçün simvolik dar ağacları qurulmuşdu. 

Onsuz da siyasi müqəvvaya çevrilmiş Ə.Vəzirovun yerinə namizədlərin irəli 

sürülməsi məsələsi hərraca qoyulmuşdu. 

Mitinqlər Azərbaycanın başqa yerlərində  də geniş miqyas almışdı. 

Mərkəz Naxçıvan MR-ə da təzyiq göstərmək üçün cəhdlər etsə də, buna nail 

ola bilmədi. Xalqın tələbi ilə Naxçıvan Muxtar Respublikasının Ali Soveti 

1990-cı il yanvarın 19-da SSRİ  tərkibindən çıxmaq haqqında qərar qəbul 

etdi. 


  


M İ L L İ  K İ T A B X A N A

____________________________________

114 

 

1990-cı ü yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət heyəti Konstitusiyaya 



zidd olaraq Azərbaycan SSR Ali Sovetinin razılığı olmadan yanvarın 20-də 

saat 00-dan «Bakı  şəhərində fövqəladə  vəziyyət tətbiq edilməsi haqqında» 

fərman verdi. Fövqəladə  vəziyyətin başlanma vaxtı gizlin saxlanıldı. 

Moskvanın və respublikanın səlahiyyətli nümayəndələri isə ordunun şəhərə 

girməyəcəyi haqqında xalqa yalan vədlər verirdilər. Fərmanda yanvarın 20-

si saat 00-da fovqəladə vəziyyət elan edilməsinə (əslində fövqəladə vəziyyət 

haqqında fərman yanvarın 20-də saat 7-də eları edilmişdi) baxmayaraq, 

yanvarın 19-da saat 21-də Türkan-Qala tərəfdən şəhərə ilk qoşun yeridildi. 

Bakı qarnizonunun əsgərləri, gətirilən hissələr, hərbi gəmilərdə saxlanılan 

desant hissələri də şəhərə yeridildi. Bakıdakı bu əməliyyatlara keçmiş SSRİ 

müdafiə  naziri D.Yazov özü rəhbərlik edirdi. 

Qanlı 20 yanvarda Bakıda və digər yaşayış  məntəqələrində sovet 

ordusunun basqını vaxtı 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 400 

nəfər həbs olunmuşdu.

1

 

Ümumiyyətlə, Azərbaycanda siyasi vəziyyətin faciəli xarakter almasının 



əsas səbəbi ondan ibarət idi ki, Azərbaycan rəhbərliyi,  şəxsən  Ə.Vəzirov 

azadlıq hərəkatının qarşısını almaq, erməniləri müdafiə    etmək, Qorbaçov 

qarşısında qulluq göstərmək üçün müxtəlif tədbirlərə  əl atırdı. 

Azərbaycanda Moskvanın elçisi kimi fəaliyyət göstərən  Ə.Vəzirovun zor 

işlətmək, təzyiqlər etmək, təxribatlar törətmək, həbslər keçirmək, erməniləri 

müdafiə  etmək, mərkəzə müraciətlər etməklə oradan kömək göndərilməsini 

təşkil etmək kimi antimilli fəaliyyət göstərməsi geniş miqyas almışdı. 

Bundan  əlavə, M.S.Qorbaçovun elçisi olan Ə.Vəzirov azadlıq hərəkatının 

diqqətini əsas tələblərdən uzaqlaşdırmaq məqsədi ilə özünün «Azərbaycanı 

kompüterləşdirmək», «ekoloji təmizlik həyata keçirmək», «kəndlərdə 

hamam tikmək» kimi gülünc və ağılsız «proqramları» ilə çıxış edirdi. 

1990-cı il yanvarın 20-nə keçən gecə Azərbaycanda milli azadlıq 

mübarizəsini boğmaq məqsədilə Bakıya iri qoşun hissələri yeridildi və əhali 

silahdan keçirildi. Günahkar Ə.Vəzirov Azərbaycandan qaçmışdı, digər 

Azərbaycan rəhbərləri isə susurdu. Moskvada təzyiq və təqiblər altında 

                                                 

1

 

Qanlı yanvar. Bakı, 1990, səh.5 



  

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

115 

 

yaşayan pensiyaçı Heydər  Əliyev səhər tezdən bundan xəbər tutub, çox 



həyəcan keçirdi və  qəzəbləndi. Ertəsi gün yanvarın 21-də Azərbaycanın 

Moskvadakı daimi nümayəndəliyinə gəlib, yığıncaqda çıxış etdi, 20 Yanvar 

hadisəsinə öz kəskin etirazını bildirdi, doğma xalqına başsağlığı verdi, 

onunla həmrəyliyini ifadə etdi. demişdi: «Mən baş vermiş hadisələr 

haqqında dünən xəbər tutmuşam və  təbiidir ki, bu hadisəyə laqeyd qala 

bilməzdim. Buraya ən  əvvəl ona görə  gəlmişəm ki, Azərbaycanın 

Moskvadakı kiçik parçası olan daimi nümayəndəliyində, böyük itkilərə 

səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. 

İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. 

Azərbaycanın Moskvada daimi nümayəndəsi Söhrab İbrahimovdan xahiş 

edirəm ki, mənim sözlərimi, kədərimi, başsağlığımı Azərbaycan xalqına 

çatdırsın».

1

 

Heydər  Əliyev ilk dəfə olaraq 20 Yanvar hadisəsinə yeganə düzgün 



siyasi qiymət verdi: «... Mən onları hüquqa, demokratiyaya yabançı, 

humanizmə  və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu 

prinsiplərinə zidd hesab edirəm».

2

 Eyni zamanda ornrn müqəssirlərini 



göstərdi.  İlk növbədə Azərbaycan Kommnnist Partiyası MK-smın birinci 

katibi  Ə.Vəzirovu ittiham etdi. Heydər  Əliyev çıxışında göstərirdi ki, o, 

Azərbaycan Kommunist Partiyası MK-nm birinci katibi kimi yüksək vəzi-

fədə olduğu müddətdə  vəziyyəti sabitləşdiraıək üçün heç nə etməmişdir. 

Əksinə yaramaz iş üslubu, fırıldaq, siyasi manevrləri ilə vəziyyəti daha da 

gərginləşdirmişdi. Haqlı olaraq onun istefası  tələbi irəli sürülürdü. Qoşım 

yeridilməsinə çalışırdı. Bakı  şəhərinə ordu yeridildikdən,  əhali silahdan 

keçirildikdən sonra Vəzirov Bakıdan qaçmışdır. 

Heydər  Əliyev qeyd edirdi ki, Sovet Ordusunun, SSRİ  DİN-in böyük 

kontingentinin Bakı  şəhərinə yeridilməsi haqqında qərar qəbul etmiş 

adamların hərəkətini siyasi qəbahət sayıram. Ona görə də qırğın törədənlərin 

hamısı layiqincə  cəzalandırılmalıdır. Heydər  Əliyev Azərbaycan xalqına 

başsağlığı göndərdi. Çox çətinliklə Bakıya, bəzi şəxslərə zəng vuraraq rica 

etdi ki, başsağlığı Azərbaycan qəzetlərində  dərc edilsin, yaxud matəm 

mitinqində oxunsun. Lakin, təəssüf ki, bu xahişlərin heç birinə 

                                                 

1

 

Qayıdış. Bakı, 1996, səh.16



 

2

 



Yenə orada

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə