M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə46/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   42   43   44   45   46   47   48   49   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

137 

 

Heydər Əliyev sessiyadan sonra müxbirinə müsahibəsində bildirmişdi ki, 



sessiyada mənim barəmdə baş verənləri onu təşkil edən adamların, 

qüvvələrin məğlubiyyəti kimi qiymətləndirirəm. 

Martın 5-nə kimi Ali Sovetin sessiyasında fasilə elan edildi. Martın 5-də 

sessiya öz işini davam etdirdi. 

Müzakirə olunan problemlərdən biri də SSRİ-nin saxlanıb-saxlanmaması 

haqqında məsələ idi. Heydər Əliyev referendumda iştirak etməyin əleyhinə 

çıxdı. Öz təklifini hərtərəfli  əsaslandırdı. Lakin Sovetin sessiyasında 

Azərbaycanın referendumda iştirak etməsi səs çoxluğu ilə qəbul edilmişdi. 

«Həyat» qəzeti «Çoxluq referenduma tərəfdardır» adlı sessiyadan 

reportajında yazırdı: «Deputat Heydər Əliyevin də ətrafında yığışanlar çox 

idi. Onun bugünkü çıxışı da salonda səs-küyə səbəb oldu. Hətta az qalmışdı 

ki, müzakirə olunan məsələ yenə yaddan çıxsın».

1

 

Martın 5-dəki çıxışında yaranmış  vəziyyət  ətraflı  təhlil edildi. 



Azərbaycan rəhbərliyinin mövqeyi kəskin tənqid edildi və  vəziyyətdən 

düzgün çıxış yolu göstərildi. 

Azərbaycanda vəziyyətin ağırlığının səbəbinin respublikada Azərbaycan 

Kommunist Partiyasının diktatura rejiminin mürtəce siyasəti və buraxdığı 

kobud və bağışlanmaz səhvlər olduğunu izah edən Heydər  Əliyevə qarşı 

yenə  də zaldan hay-küy qaldırdılar. Natiq təmkinlə  və prinsipiallıqla öz 

aramını pozmadan «Mən çox xahiş edirəm ki, sessiyada heç bir deputatı öz 

sözünü deməkdən məhrum etməyəsiniz», - deyərək çıxışını axıra qədər 

davam etdirdi. Natiq inandırıcı  dəlillərlə il yarım bir müddətdə Bakıda 

fövqəladə  vəziyyət rejiminin saxlanmasını, bu rejimin fəaliyyəti ilə 

Azərbaycan Respublikasının bir sıra məsələlərinin həll olunmasına ümid 

edilməsini, Sovet İttifaqı Kommunist partiyasının dağılmasına baxmayaraq

onun tərkib hissəsi olan Azərbaycan Kommunist partiyasının 

saxlanılmasını, 20 yanvar faciəsindən il yarımdan artıq vaxt keçməsinə 

baxmayaraq, indiyə  qədər hadisəyə siyasi qiymət verilməməsini, 

günahkarların göstərilməməsini və bütün bunlara görə məsuliyyət daşıyan 

 

                                                 



1

 

«Həyat» qəzeti, 12 mart 1991-ci il 




M İ L L İ  K İ T A B X A N A

____________________________________

138 

 

Azərbaycan rəhbərliyini ciddi tənqid etdi. Bütün bu məsələləri 



aydınlaşdırmadan Azərbaycanda prezident seçkilərinin keçirilməsinin qeyri-

mümkün olduğunu göstərdi. Eyni zamanda Azərbaycan Respublikasının 

parlamentinin buraxılması  və yenidən seçkilərin keçirilməsinin zəruri 

olduğu əsaslandırdı. Çıxışının sonunda Heydər Əliyev demişdi: «Mən belə 

kəskin çıxış edərkən düşünürəm ki, indi mənim çıxışımdan sonra xüsusi 

hazırlanmış adamlar çıxıb mənim  əleyhimə sözlər deyəcəklər. Mən bu 

sözlərə öyrənmişəm. Ona görə  də heç narahat olmayın. Mən öz vicdanım 

qarşısında cavabdeh olaraq bu gün bu çıxışı edirəm».

1

 

Qeyd etmək lazımdır ki, bu çıxışdan sonra Heydər  Əliyev Bakıya 



qayıdanadək, 1993-cü il iyunun 9-dək, Azərbaycan Respublikası Ali 

Sovetinin sessiyasında iştirak etməmişdir. 

Lakin Naxçıvan MR Ali Məclisinin martın 14-də keçirdiyi birinci 

sessiyası referendumda iştirak etməməyi qərara almışdı. Naxçıvan Muxtar 

Respublikası iştirak etmədən martın 17-də Azərbaycanda saxta yolla SSRİ-

nin saxlanması barədə referendum keçirildi. 

SSRİ-nin saxlanması üzrə keçirilən saxta referendumda Naxçıvan Muxtar 

Respublikası seçicilərinin cəmi 20 faizi iştirak etmişdir ki, bunların da 

əksəriyyəti muxtar respublika ərazisində xidmət edən hərbi qulluqçular və 

onların ailə üzvləri idilər.

2

 

Qeyd etmək lazımdır ki, milli azadlıq hərəkatına ilk vaxtlar rəhbərlik 



edən Azərbaycan Xalq Cəbhəsi sonralar öz mövqeyini zəiflətdi. Bu, özünü 

iqtidar - AXC sövdələşməsində göstərdi. İqtidar və AXC liderləri 1990-cı il 

mayın ortalarında məşvərət şurası yaratdılar. Məşvərət Şurasının razılığı ilə 

Azərbaycan SSR Ali Sovetinin sessiyası mayın 19-da Prezident vəzifəsi 

təsis etdi. İyulda Ali Sovetə keçirilən seçkilərdə «dem-blok» 360 deputat 

mandatından cəmi 30-nu qazandı. 

Hərəkatda rəhbərlikdə yeni liderə böyük ehtiyac var idi. Heydər Əliyevin 

Naxçıvana gəlməsi və Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi, 

Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetinə deputat mandatı 

                                                 

1

 

Qətiyyətin təntənəsi, səh. 175-176; «Şərq qapısı», 19 dekabr 1991-ci il



 

2

 



Qətiyyətin təntənəsi, səh. 175 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

139 

 

qazanması və bu vəzifələrdə fəaliyyəti Azərbaycanın azadlıq mübarizəsində, 



müstəqillik uğrunda mübarizəsində böyük əhəmiyyəti oldu. Onun sədrliyi 

ilə 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan parlamentinin sessiyası 

Muxtar Respublikanın adından «sovet sosialist» sözlərini götürdü. Sovet» 

sözünü «Ali Məclis» sözü ilə əvəz etdi.

1

 Azərbaycan Xalq Cümhuriyyətinin 



(1918-1920) üçrəngli bayrağını özünün dövlət bayrağı kimi qəbul edilməsi 

haqqında qərar qəbul etdi. Qərarda deyilirdi: «İlk Azərbaycan Demokratik 

Respublikasının üçrəngli dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının 

dövlət bayrağı kimi təsis edilsin. Naxçıvan Muxtar Respublikasının digər 

dövlət rəmzi - dövlət gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar 

Respublikası Ali Məclisinin müzakirəsinə verilsin».

2

 Eyni zamanda 



Azərbaycan Demokratik Respublikasının üçrəngli dövlət bayrağının 

bütövlükdə Azərbaycan SSR-nin dövlət rəmzi kimi təsis edilməsi məsələsi 

qanunvericilik təşəbbüsü qaydasmda Azərbaycan SSR Ali Sovetindən xahiş 

edilməsi haqqında qərar qəbul edildi. 

Naxçıvan MR Ali Məclisi milli-azadlıq hərəkatını boğmaq üçün SSRİ 

rəhbərliyinin 20 yanvarda Bakıda törətdiyi cinayətə düzgün siyasi qiymət 

verdi. Naxçıvanda keçirilən demokratik tədbirlər bütün Azərbaycan üçün 

nümunə olmuşdu. Demokratik qüvvələrin tələbi ilə Azərbaycan SSR Ali 

Sovetinin 1991-ci il fevralın 5-də keçirilən sessiyası bir sıra tarixi qərarlar 

qəbul etdi. Dövlətin adı - «Azərbaycan SSR» adı  dəyişdirilərək, 

«Azərbaycan Respublikası» adlandırıldı. Azərbaycan Xalq Cümhuriyyətinin 

bayrağı dövlət bayrağı kimi təsdiq edildi. 

Tarix Heydər Əliyevin uzaqgörənliyini tezliklə təsdiq etdi - SSRİ dağıldı. 

Azərbaycan Respublikasının rəhbərliyi əvvəl 19-21 avqust dövlət çevrilişini 

müdafiə etmək mövqeyi tutmuşdursa da, sonda xalqın artan təzyiqi ilə  və 

həmçinin Özünün hakim mövqeyini qoruyub saxlamaq üçün 1991-ci il 

avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin sessiyası 

«Azərbaycan Respublikasının dövlət müstəqilliyıni bərpa edilməsi 

haqqında» Bəyannamə qəbul etdi.

3

 



                                                 

1

 



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Arxivi, fond 1, siyahı 1, iş 02, səh.27

 

2



 

Yenə orada, səh. 29

 

3

 



Qətiyyətin təntənəsi, səh. 175-176; «Şərq qapısı», 19 dekabr 1991-ci il 

  

 




Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə