M İ L L İ K İ T A B X A N A
____________________________________
128
vanın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğunu
bildirmiş, bütün naxçıvanlıların müstəqil Azərbaycan dövləti uğrunda
mübarizə aparacağını elan etmişdir. Çıxış edən deputatların hamısının
mövqeyi belə olmuşdur. Sessiyanm gedişi radio vasitəsilə translyasiya
edilmiş, videoyazısı televiziya ilə göstərilmişdir. Heydər Əliyevin nitqi yerli
qəzetdə dərc olunmuşdur.
1
Sessiya yekdilliklə həmin məsələ barəsində Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin bəyanatını qəbul etmişdi. Bəyanatda Muxtar
Respublika Ali Məclisinin sessiyasında qəbul edilmiş sənədlərə, bütün
deputatların və Ali Məclisin sədri Heydər Əliyevin həm sessiyada, həm də
Naxçıvan televiziyası ilə çıxışında Azərbaycanının bütövlüyü və
bölünməzliyi haqqında cəmiyyətin fikir söylədiyi, Naxçıvan Muxtar
Respublikanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bir daha təsdiq
edilir. Bəyanat Muxtar Respublikanın televiziyası və radiosu ilə
oxunmuşdur.
Naxçıvan Muxtar Respublikasına qarşı böhtanlar lap yüksək səviyyədə
aparılırdı. Bunların biri də 1991-ci il sentyabrın 9-da mərkəzi televiziyanın
proqramında Azərbaycan prezidenti A.Mütəllibovun mətbuat konfransı
haqqında reportajda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin
qərarının təhrif edilməsi və saxtalaşdırılması idi. A.Mütəllibov prezident
seçkilərinin Naxçıvan Muxtar Respublikası ərazisində dayandırılması
haqqında qərar vermiş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
ünvanına qərəzli fikirlər soyləyərək hədə-qorxu gəlmiş, «Biz elə edərik ki,
onlar özlərinə gələrlər» demişdi. Naxçıvan Muxtar Respublikasının Ali
Məclisinin Rəyasət Heyəti belə hərəkətlərə qarşı öz münasibətini bildirmiş
və 1991-ci il sentyabrın 10-da xüsusi bəyanat vermişdi.
2
Bəyanatda bu cür hərəkətlər demokratiya prinsiplərinin pozulması, təzyiq
göstərilməsi və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
tutduğu diktatura yolunun davarm kimi qiymətləndirilirdi. A.Mütəllibovun
bu cür hərəkətlərinin, xüsusilə yolverilməz olduğu göstərilirdi.
3
1
Qətiyyətin təntənəsi. Bakı, 1995, səh. 186
2
Azərbaycan Respublikası Milli Məclisinin Arxivi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Rəyasət
Heyətinin qərarları. Fond 2941, siyahı la, iş 1, vərəq 77-79
3
Yenə orada, vərəq 78
M İ L L İ K İ T A B X A N A
____________________________________
129
Naxçıvan Muxtar Respublikası bu dövrdə həm də informasiya
blokadasına alınmışdı. Halbuki Bakıya Naxçıvan haqqında müntəzəm
məlumat verilirdi. Eyni zamanda bu faktı da qeyd etmək lazımdır ki,
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin son 5 gündə davam edən
növbədənkənar sessiyası haqqında müntəzəm olaraq məlumat verilməsinə
baxmayaraq, bu məsələ Azərbaycanın informasiya orqanları terəfindən
qətiyyən işıqlandırılmırdı. Buna baxmayaraq, Azərbaycan televiziyası
Naxçıvan Muxtar Respublikası haqqında yalan və böhtanlarla dolu verilişlər
təşkil edir, Azərbaycan ictimaiyyətinə yanlış məlumat verirdi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyəti
Azərbaycanın Kommunist rəhbərliyi tərəfindən təşkil olunmuş
antidemokratik hərəkətlərə qarşı öz etirazmı bildirmiş və onları Naxçıvan
Muxtar Respublikasında gedən demokratik prosesləri boğmaq cəhdi kimi
qiymətləndirmişdi.
1
Heydər Əliyevin Azərbaycana qayıtması, xalq deputatı seçilməsi
barəsində cürbəcür şayiələr yayanlar var idi. özü bu şayiələrə belə cavab
verirdi: «Mənim Azərbaycana qayıtmağım, xalq deputatı seçilməyim barədə
cürbəcür şayiələr yayılıb. Bunlara cavab olaraq bəyan edirəm ki, doğma
Vətən torpağma heç də yenidən hakimiyyətə qalxmaq, kimdənsə qisas
almaq üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövründə
xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq
uğrunda mübarizəyə qoşulmağa gəlmişəm. Məni bir azərbaycanlı kimi bu
hüquqlardan heç kəs məhrum edə bilməz».
2
Bu fikirləri, bəyanatı Heydər
Əliyev 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sove-tinin sessiyasında
söyləmiş və həmin il sentyabr ayının 4-də Naxçıvan MR Ali Məclisinin
sədri seçilmişdir. O, bütün Azərbaycandakı siyasi vəziyyətlə məşğul olur,
eyni zamanda 20 Yanvar faciəsinə hərtərəfli hüquqi-siyasi qiymət
verilməsinə xüsusi diqqət verirdi. Heydər Əliyevin sədrliyi ilə keçirilən
Naxçıvan MR Ali Məclisi noyabr ayının 21-də qəbul etdiyi
1
Azərbaycan Respublikası Milli Məclisinin Arxivi: Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Rəyasət
Heyətinin qərarları, Fond 2941, siyahı la, iş 1, vərəq 79.
2
Qətiyyətin təntənəsi, Bakı, 1995, səh. 97; Azərbaycan Respublikası Milli Məclisinin Arxivi, fond 2941, siyahı la,
iş 239, vərəq 103-104.
M İ L L İ K İ T A B X A N A
____________________________________
130
qərarda 20 Yanvar faciəsini işğalçı siyasət və düşünülmüş hərbi təcavüz
kimi qiymətləndirir və BMT-nin İnsan Hüquqları Bəyanaaməsinin kobud
şəkildə pozulması faktı hesab edir. Qəbul edilən qərarda 1) Bakı şəhərində
törədilmiş qanlı hadisələr Azərbaycan SSR-in suveren hüquqlarına,
respublikada gedən, demokratik proseslərə qəsd kimi qiymətləndirilir; 2)
Dinc əhaliyə, silahsız kütləyə, heç bir müqavimət göstərməyən günahsız
adamlara qarşı müasir silahlarla, hərbi texnika ilə zorakılıq edilməsi,
qocaların, qadınların, uşaqların qətlə yetirilməsi Azərbaycan xalqına qarşı
açıq təcavüz kimi ittiham edilir; 3) Bir ilə yaxıtı vaxt keçməsinə
baxmayaraq, Bakı faciələrinə Azərbaycan SSR hakimiyyət orqanları
tərəfindən siyasi qiymət verilməməsi, bununla əlaqədar yaradılmış xüsusi
deputat istintaq komissiyasının işinin qeyri-müəyyən səbəblərdən başa
çatdırılmaması, qanlı hadisələrin günahkarlarının aşkara çıxarılıb qanuni
məsuliyyətə cəlb olunmamasına qəti etiraz olunur. Azərbaycan SSR Ali
Sovetindən tələb edilir ki, ən qısa müddətdə həmin məsələ parlamentin
müzakirəsinə çıxarılsın; 4) Bu qərar qəbul edilən andan 20 Yanvar gününün
hər il Naxçıvan MR-da Milli Matəm günü kimi qeyd olunması qərara alınır;
5) Azərbaycan SSR Sovetindən xahiş olunur ki, 20 Yanvar günü hər il
Azərbaycan SSR-də Milli Matəm günü kimi qeyd edilsin.
1
Azərbaycan SSR xalq deputatı Heydər Əliyev Azərbaycan SSR Ali
Sovetinin 1991-ci il fevralın 5-də keçirilən birinci sessiyasında iştirak etdi.
Heydər Əliyevin çıxış etməsi heç də iqtidarda olanların ürəyindən deyildi,
lakin o, çıxış etdi. 1993-cü il sentyabrın 30-da «Söz istəyirəm» adlı xatirə
məqaləsində Ali Sovetin sədrinin köməkçisi Balaş Abbaszadə Elmira
Qafarova ilə söhbəti haqqında yazırdı: «Gecə yarı Ali Sovetin sədri
E.Qafarova ilə qısa söhbətim oldu...
- Elmira
Mikayılovna, - dedim, - yəqin ki, Heydər Əliyev çıxış etmək
istəyəcək...
Sözüm ağzımda qaldı:
-
Ayaz Niyazoviç deyib ki, çıxış etməsin.
1
«Azərbaycan» qəzeti, 20 yanvar 1994-cü il
Dostları ilə paylaş: |