M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə45/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   41   42   43   44   45   46   47   48   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

134 

 

Bu mülahizədən nəticə çıxararaq deputat Heydər Əliyev sessiyada təkcə 



Dağlıq Qarabağ  məsələsinin yox, torpaq məsələsinin daha geniş 

qoyulmasını  təklif etdi. Təklif etdi ki, bütün 1920-ci ildən indiyədək 

Azərbaycan  ərazisindən Ermənistana verilmiş hamısının haqq-hesabı 

aparılsın, hansı dövrdə  nə  qədər torpaq sahələri verilib, müəyyən olunsun. 

Torpaqlar məsələsində Heydər  Əliyevin söylədiyi bu fikirlər yalnız həmin 

dövr üçün deyildi. Nə qədər ki torpaqlarımız qaytarılmayıb, bu, Azərbaycan 

xalqı, Azərbaycan gəncləri qarşısında tarixi vəzifə kimi qoyulurdu. 

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər  Əliyev 

çıxışının sonunda belə bir taleyüklü, tarixi əhəmiyyət daşıyan məsələ 

üzərində dayandı: «...bizim sessiyamız Ermənistanı necə bir təcavüzkar 

dövlət kimi adlandırmalıdır. Biz bu barədə  qərar qəbul etməliyik. ... bunu 

bütün dünyaya bəyan etməliyik.»

1

 

Ermənistanın təcavüzkar dövlət kimi tanınması proqramı sonralar 



çətinliklərlə də olsa dünyaya tanıtdırıldı. 

Avropa  Şurasında Azərbaycan nümayəndə heyətinin başçısı, Avropa 

Şurası PAnın sədr müavini millət vəkili  İlham  Əliyevin böyük səyi 

nəticəsində Ermənistanın Avropa Şurasının sənədlərində işğalçı dövlət kimi 

qeyd etdirilməsinə nail olundu. 

Heydər Əliyevin çıxışı iqtidarda olanlar və bir çox deputatlar tərəfindən, 

necə deyərlər, top-tüfənglə qarşılandı. Mikrofon qarşısında növbəyə 

dayananlar natiqi «ittiham» etməyə, ona böhtanlar atmağa başladılar. 

DQMV-də  vəziyyətdən danışmaq  əvəzinə onunla haqq-hesab çəkməklə 

məşğul oldular. Bu antimilli kompaniya zamankı rəhbərlik tərəfindən təşkil 

edilmişdi. 

Sessiyada Heydər  Əliyevə qarşı  çıxanlar kimlər idi? müxbirlərinin 

suallarına akademik Cəlal Əliyev aydın və inandırıcı cavab verirdi: «Bunlar 

sadəcə olaraq pis adamlardır. Mən deyərdim ki, respublika rəhbərliyinin 

öyrədilmiş adamlarıdır». Məsələn, öz çıxışında Heydər  Əliyevin işlərini 

yoxlamaq üçün komissiya yaradılmasını 

                                                 

1

Azərbaycan Respublikası Milli Məclisinin Arxivi.Fond 2941, siyahı la, iş 239, vəraq 113



  


M İ L L İ  K İ T A B X A N A

____________________________________

135 

 

tələb edən Məmməd Quliyev keçmiş prokurorluq işçisidir, özünün «qara» 



işlərinə görə oradan qovulmuşdur.  İndi isə deputat «seçilmişdir». Yaxud 

Nadir Mehdiyev. Külli miqdarda oğurluğa görə onu mühakimə etmək 

istəmişdilər, sonra bəraət qazandırdılar və... deputat «seçdilər». İndi Heydər 

Əliyevə qarşı böhtan atırlar. Demblokdan olan Rəhim Qazıyev də qatı 

böhtançı, şərçi kimi çıxış etmişdi. Ümumiyyətlə, respublika rəhbərliyi Xalq 

Cəbhəsi rəhbərliyini də ələ almışdı, onlardan da deputat «seçdirmişdi».

1

 

Parlamentdə böhtanla çıxış edənlərin arxasında Azərbaycan Kommunist 



Partiyasının Mərkəzi Komitəsində  və Azərbaycan Ali Sovetinin Rəyasət 

Heyətində oturanlar dururdu. Onlar Heydər  Əliyevin Bakıya qayıtmasını 

istəmirdilər. Halbuki hamısını vəzifəyə gətirmişdi: Ayaz Mütəllibov, Elmira 

Qafarova,  Əfrand Daşdəmirov, Telman Orucov və başqalarını  vəzifəyə 

gətirmişdi.

2

 



«Независимая  газета»

 

sessiya haqqında yazırdı ki, Ali Sovetin 



sessiyasında söz alan Heydər  Əliyev kürsüyə  çıxan kimi Azərbaycan 

prezidenti A.Mütəllibov saat iclas zalından çıxmışdı. Azərbaycan və 

Naxçıvan MR-nın deputatı Heydər  Əliyevin nitqində Qorbaçovun və 

Mərkəzin siyasəti ciddi tənqid edildi. Nitq, əsasən, Dağlıq Qarabağ 

probleminə  həsr edilmişdi. Bu çıxışdan sonra H.Əliyevə qarşı  şantaja 

keçdilər. M. Quliyev Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi 

işlədiyi dövrdə  fəaliyyətini yoxlamaq haqqında komissiya yaradılması 

təklifini verdi. Bu şantaja cavab olaraq Heydər  Əliyev tələb etdi ki, 

«deputatın qanuni hüquqları pozulmamalı  və onun statusuna hörmət 

edilməlidir». Parlamentdə komissiya yaradılması haqqında təklif qəbul 

edilmədi. Bəzi  şərhçilər hesab edirdilər ki, Əliyev sessiyanı parçalayacaq, 

heç də belə olmadı. Aydın oldu ki, onu nəinki xalq deputatları, eyni 

zamanda ziyalıların böyük əksəriyyəti müdafiə  edirlər.

3

 



Heydər  Əliyevin sessiyada çıxışından sonra üç gün Bakıda ona qarşı 

hücumlara cavab olaraq narazılıq dalğası davam etmişdi. Heydər Əliyevi 

                                                 

1

 «Независимая газета» Moskva, 16 aprel 1991-ci il



 

2

 



Yenə orada

 

3



 

Yenə orada, 14 aprel 1991-ci il 

  

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

136 

 

müdafiə  mitinqi keçirir, Heydər Əliyevin yaşadığı qardaşmın evinə zənglər 



vurur, bir çoxları evə gəlib onu müdafiə  etdiklərini bildirirdilər. 

Heydər  Əliyevin mövqeyini müdafiə    etməkdə yalnız deputat xalq şairi 

B.Vahabzadənin və Sovetin sədrinin müavini A.Cəlilovun çıxışları 

müstəsnalıq təşkil etmişdi. 

Bəxtiyar Vahabzadə  çıxış edənlərin böhtanlarına, təhqirlərinə 

dözməyərək, onlara qəti etirazmı bildirmişdi. O, qeyd edirdi ki, iclasın 

birinci günü televiziyada çıxışları dinləyib (çünki həmin gün özünü pis hiss 

etdiyi üçün iclasda iştirak etməmişdi. - İ.H.): «Çox təəssüfləndim. Biz son 

70 illik tariximizdə  həmişə  vəzifədə olanın yaltağı, vəzifədən gedənin isə 

qənimi olmuşuq. Əliyev yoldaşa hücumdansa, gəlin görək nə dedi. Nə olar. 

Yəni dünən kişi bizim rəhbərimiz deyildi? Ayıb deyil? Dünən kişi bizim 

rəhbərimiz olub, kişiyə «bəli», «bəli» deyib buralarda nə qədər əl çalmışıq. 

Bu taxta, divar şahiddir».

1

 



Xalq şairi B.Vahabzadə Heydər Əliyevi dediklərinin həqiqət olduğu üçün 

ciddi müdafiə  etdi: «O bizə nə demək istəyirdi. bizə onu demək istəyirdi ki, 

Qarabağ  məsələsində bu üç illik mübarizədə bizim vahid və  işlənmiş 

konsepsiyamız olmayıb. Yalandır? Biz bunu müzakirə etməli ikən, bu 

mühüm məsələni kənara qoyub, ondan keçmiş intiqamımızı almağa çalışdıq. 

Danışanlarımızı da yaxşı tanıyıram.. .Mən dünən bu gecəni yata 

bilməmişəm. Axı dədələrimiz belə namərdliyi eləməzdi».

2

 



Bəxtiyar Vahabzadənin çıxışını kəsmək məqsədilə sədrlik edən T.Orucov 

ona guya məsələdən danışmadığmı bildirdi, «gündəlikdə olan məsələyə dair 

fikrinizi deyin» - deməklə, sözünü kəsmək istədi. 

Bəxtiyar Vahabzadə isə ona qısaca olaraq: «elə mən ondan danışıram» - 

deyə cavab verdi və sözünə davam etdi. 

Əslində isə Heydər Əliyev çıxışının əsas hissəsini Dağlıq Qarabağa həsr 

etmişdi. Bəxtiyar Vahabzadə də bunun tamamilə yerində olduğunu müdafiə  

edib, öz fikrini bildirmişdi. 

                                                 

1

 



Azərbaycän Respublikası Milli Məclisinin Arxivi, fond 2941, siyahı la, iş 239, vərəq 268

 

2



 

Yenə orada, vərəq 270 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə