M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə54/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   50   51   52   53   54   55   56   57   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

161 

 

tərdi. Azərbaycanın bütün vətənpərvər insanlarının hamısının birləşib bu 



ağır vəziyyətdən çıxmaq üçün çalışmaları təklifini irəli sürdü. deyirdi: 

«Güc işlənməməlidir, bir daha silah işə salınmamalıdır. Mənim fikrim 

budur və bu prinsipləri  əsas tutaraq, mən bu vəziyyətdən çıxış prosesində 

iştirak edirəm». 

Heydər  Əliyev prezident Əbülfəz Elçibəydən  əlavə, başqa nüfuzlu 

adamlarla da söhbətlər aparmışdı. Hətta Milli Məclisə  dəvət olunmuşdu. 

Prezident  Əbülfəz Elçibəydən xahiş etmişdi ki, yalnız Gəncəyə  səfər edib 

vəziyyəti öyrənəndən sonra gəlib öz təkliflərini verəcəkdir. 

İyunun 11-də  İsa Qəmbərov Sovetin sədri vəzifəsindən istefa vermişdi. 

Deputatlar Heydər  Əliyevə bu vəzifəni tutmağı  təklif etdilər. Lakin təklifi 

qəbul etmədi. Nə  qədər dilə tutmaq istəsələr də, Surət Hüseynovla 

görüşmək, onnnla söhbət etmək arzusunda olduğunu bildirdi və buna görə 

Ali Sovetin sessiyasını bir neçə günlüyə təxirə salmağı təklif etdi. 

Milli Məclisin deputatı R.Qazıyev, Milli Məclisə daxil olmayan 

deputatlardan A.Əlizadə  və başqalarının iştirakı ilə Heydər  Əliyevin 

Gəncəyə getməsini təklif etdilər. T.Qarayev bımu belə  əsaslandırmağa 

çalışırdı ki, Heydər Əliyevin tək getməsindən belə təsəvvür yarana bilər ki, 

bu yalnız onun Sovetin sədri seçilməsi məsələsi ilə  əlaqədardır.  Şəraiti 

düzgün başa düşən, ondan düzgün nəticə çıxarmağı bacaran Heydər Əliyev 

irəli sürülən təkliflərə tutarlı cavab vermişdi: «Mən istəmirəm ki, mənim 

indiki Gəncəyə  səfərim deputat qrupunun səfəri olsun. Mən bir halda ki

dediyim kimi, bura dəvət olunmuşam və bu prosesdə  iştirak edirəm, mən 

özüm tək gedib bu işlərlə  məşğul olmaq istəyirəm. Deputat qrupu 

göndərmək istəyirdiniz,  əvvəl göndərəydiniz, ya bundan sonra göndərin, 

xahiş edirəm, bu işləri qarışdırmayın. Və  mənim ora da getməyim heç də 

Ali Sovetin sədri seçilməyim ilə  əlaqədar deyil. Xahiş edirəm, məsələləri 

təhrif etməyin. Mən sadəcə olaraq fikrimi bildirdim, Əbülfəz Elçibəyə  də, 

Sizin hamınıza da ki, mən Gəncəyə getməliyəm. Bəlkə dünən getməliydim, 

gedə bilmədim, bu gün getməliyəm və artıq bunun müzakirəyə ehtiyacı 

yoxdur».


1

 

  



                                                 

1

Azərbaycan Respublikası Ali Sovetinin katibliyi. Fond, 2941, siyahı 1, iş 204, vərəq 19 



 


M İ L L İ  K İ T A B X A N A

____________________________________

162 

 

Heydər  Əliyevi fərqləndirən cəhətlərdən biri də ondan ibarət idi ki



hadisələrə qiymət vermək üçün səbr və  təmkinlə  vəziyyətlə  dərindən tanış 

olur, ictimaiyyətin fikrini öyrənir, qüvvələr nisbətini təhlil edir, ən  əsası 

hadisənin törənmə  səbəblərini araşdırır və qarşı  tərəfdən olan şəxsləri, 

təşkilatçıları ilə bilavasitə görüşüb onlarm iddialarını, tələblərini öyrənir və 

obyektiv nəticə çıxardıqdan sonra əməli addım atırdı. 

1993-cü ilin iyununda Surət Hüseynovla, sonralar Əlikram Hümbətovla, 

1994-1995-ci illərdə Rövşən Cavadovla və başqalan ilə həmişə belə hərəkət 

etmiş və məsələləri uğurla həll etmişdi. Bu ona xas olan çeviklik, iradəlilik, 

qorxmazlıq və cəsarətliliyin nəticəsi idi. 

Heydər  Əliyev Gəncədən qayıtdıqdan sonra 1993-cü il iyunun 13-də 

Azərbaycan Respublikası Milli Məclisinin fövqəladə iclası keçirildi. İclasa 

Tamerlan Qarayev sədrlik edirdi. O, deputatlar arasında belə bir fikir 

yaratmağa çalışdı ki, guya indi Milli Məclisə  sədr seçmək məsələsi həll 

edilməlidir. Onun üçün də Heydər  Əliyev bu barədə özü nəticəyə  gəlsin. 

Əlbəttə, bu təklif araqarışdırmaq məqsədi daşıyırdı  və Heydər  Əliyevin 

Bakıya gəlməsinin həqiqi səbəbini ört-basdır etmək, ona başqa don 

geyindirmək niyyətindən irəli gəlirdi. Heydər  Əliyev çıxışında bu 

fitnəkarlığa cavab verərək bildirdi ki, Gəncə şəhərində, onun ətrafında olan 

rayonlarda və ümumən bütün Azərbaycanda böyük gərginlik yaranması ilə 

əlaqədar olaraq, «vicdanının tələbi ilə, Azərbaycan Respublikasının 

prezidenti  Əbülfəz Elçibəyin xahişi ilə Bakıya gəlmişəm və bu mürəkkəb 

vəziyyətdən çıxış yollarının axtarılması, milli barışıq, milli həmrəyliyin 

təmin olunması prosesinə qatılmışam».

1

 



Heydər Əliyev iyunun 13-də Gəncəyə, birbaşa Surət Hüseynovun yanına 

getdi. Öz dediyinə görə, Surət Hüseynovla tanış da deyildi. Heydər Əliyev 

bütün gecəni onunla danışıb, ertəsi gün şəhərə  çıxdı. Təəssüratı haqqında 

deyirdi: «Mən döyüşlərin izlərini, dağıdılmış tikililəri, yanıb külə dönmüş 

mənzilləri gördüm, cinayətin izlərini gördüm». Məhz bundan sonra Heydər 

Əliyev Bakıya qayıdıb vətəndaş müharibəsi təhlükəsini sovuşdurmaq 

məqsədi ilə Milli Məclisin təklifini qəbul etdi və iyunun 15-də onun sədri 

seçildi. 

  

                                                 



1

Azərbaycan Respublikası Ali Sovetinin katibliyi, fond 2941, siyahı 1, iş 204, vərəq 17 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

163 

 

15 iyun 1993-cü il Azərbaycan tarixinə «Qurtuluş günü» kimi daxil oldu. 



Heydər  Əliyevin Azərbaycan rəhbərliyinə  gəlməsi respublikanın tarixi 

müqəddəratını  həll etdi. Vətəndaş müharibəsinin qarşısı alındı, torpaqların 

işğalı dayandırıldı, respublikanın parçalanması  təhlükəsi aradan qaldırıldı. 

Adamlarda Azərbaycanın gələcəyinə inam yarandı. Azərbaycan xalqı 

hakimiyyətə Heydər  Əliyevi çağırmaqla ümidlərinin doğrulduğunu və 

respublikanı  gələcəyə inamla aparan yeganə liderinə daha çox etimad və 

etibar etdiyini göstərdi. 15 iyundan sonrakı dövrlərdə respublikanın müxtəlif 

yerlərindən Prezident Aparatına, Milli Məclisə  və digər dövlət orqanlarına 

göndərilən məktublarda, müraciətlərdə Heydər Əliyevin siyasi hakimiyyətə 

qayıtması gününü - 1993-cü il iyunun 15-ni Azərbaycan xalqının Milli 

Qurtuluş günü elan edilməsi xahiş olunurdu. 

Azərbaycan Respublikasının Milli Məclisi bütün təklif və müraciətləri 

nəzərə alaraq, 1997-ci il 27 iyun tarixli iclasında deputatların təklifi ilə 

Azərbaycan dövlətçiliyinin müqəddəratı tarixində taleyüklü əhəmiyyəti olan 

15 iyun gününü Milli Qurtuluş günü elan etdi. 

Gəncə şəhərində baş vermiş hadisələri təhlil etmək üçün Milli Məclisin 

İsa Qəmbərovun sədrliyi ilə keçirilən 1993-cü il 9 iyun tarixli qərarına 

əsasən deputat-istintaq komissiyası yaradılmışdı. Komissiyanın sədri Mətləb 

Mütəllimov, üzvləri  Şirin Hacıkərimov, Vaqif Qasımov, Tahir Əliyev, 

İbrahim  İbrahimov (o, sonradan komissyanın tərkibindən istefa vermişdi), 

Mürşüd Məmmədov, Mirmahmud Fəttayev idi. Gəncədə baş vermiş qanlı 

hadisələrin müəyyənləşdirilməsi, təhlil edilməsi, müzakirəsi, ümumiyyətlə, 

Gəncə hadisələri Heydər  Əliyevin sədrliyi ilə iyun ayının 15-16-da Milli 

Məclisin iclasında müzakirə edildi. Ona siyasi qiymət verildi. İyun ayının 

16-da Milli Məclis qərar qəbul etdi. Milli Məclisin sədri kimi Heydər 

Əliyev tam demokratik yolla iclasda hamıya şərait yaratmışdı ki, öz fıkrini 

desin, çıxış etsin. 

15 iyun 1993-cü ildə Milli Məclisin iclası davam edən vaxt İ.Həmidov öz 

silahlı  dəstəsi ilə Ali Sovetin binasmı mühasirəyə almışdı. Ona görə  də 

Heydər Əliyev Milli Məclisin iclasında bildirdi ki, heç bir millət vəkilinin, 

cümlədən də, adi millət vəkili  İ.Həmidovun özünün ətrafında silahlı  dəstə 

saxlamağa ixtiyarı yoxdur. Onun silahlı dəstəsini ləğv 

  



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə