M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə62/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   58   59   60   61   62   63   64   65   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

184 

 

aparılırdı. Təhlükə  həm xaricdən, həm də daxildən idi. Azərbaycanın öz 



içərisindən çıxan vəzifə hərisləri, oktyabrda çevriliş etmək istəyən adamlar 

qaçıb Moskvada toplaşaraq və öz şəxsi məqsədlərinə nail olmaq üçün yeni 

planlar hazırlayırdılar. 

1994-cü il oktyabrın əvvəlində çevriliş etmək istəyənlər yenə də öz çirkin 

niyyətlərindən əl çəkmədilər. Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa 

çalışırdılar. Xarici və ölkə  mətbuatmda Azərbaycanda dövlət çevrilişi 

olacağı barədə  şayiələr, söhbətlər yaymağa başlamışdılar. Azərbaycanda 

çevriliş gözlənildiyi barədə  də Moskva və başqa ölkələrin mətbuatında 

məlumatlar verilirdi, A.Mütəllibovun, S.Hüseynovun müxtəlif qəzetlərdə 

müsahibələri təşkil edilirdi, ayrı-ayrı müxbirlərin yazıları qəzetlərdə, başqa 

informasiya orqanlarında verilirdi. Bütün bunlar aranı  qızışdırır, xalqda 

vahimə hissi yaradırdı. 

Heydər  Əliyev 1995-ci il martın 15-də televiziya və radio ilə xalqa 

müraciətində bildirirdi: «... ayrı-ayrı ölkələrdə bizə düşmən olan dairələr 

Ermənistanın bizə qarşı  təcavüzünü daha da gücləndirmək üçün 

Azərbaycanı parçalamağa, dağıtmağa cəhdlər göstərirdilər. Dövlət 

dairələrində, ayrı-ayrı ictimai-siyasi dairələrdə belə  cəhdlər göstərilir. 

Təəssüf ki, Azərbaycandan olan, onun hüdudlarından kənarda yaşayanlar 

da, daxildə yaşayanlar da onlara rəvac verir, dəstəkləyirdilər».

1

 



Prezident Heydər Əliyev Danimarkanm Kopenhagen şəhərində Birləşmiş 

Millətlər Təşkilatının keçirdiyi zirvə görüşündən qayıdan vaxt -martın 12-

dən 13-nə keçən gecə, saat 1-də Azərbaycanda siyasi vəziyyət 

gərginləşmişdi. 

«Gecə saat 4-də heç yatmamışdım. Pakistana getməyə hazırlaşırdım. Saat 

4-də mənə telefonla zəng etdilər ki, Xüsusi Təyinatlı Polis Dəstəsi Qazaxda 

və Ağstafada icra hakimiyyəti orqanlarını zəbt edib. Ağstafada döyüş gedib, 

qan tökülüb. Bu işlə  məşğul olmağa başladım... Mən bu işlə  səhərə  qədər 

məşğul oldum, məsələni sülh yolu ilə  həll etmək istədim.  İki gün ərzində 

məsələni sülh yolu ilə yatırtmaq və onun qarşısını almaq üçün görülən 

tədbirlər nəticə vermədi. Həmin silahlı qüvvə açıq hücuma keçdi».

2

 



                                                 

1

 



Azərbaycan: Oktyabr 1994 - Mart 1995. Qəsd. Bakı, 1995, səh. 429-430

 

2



 

Yenə orada, səh. 434

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

185 

 

Heydər  Əliyev daxili işlər nazirinin birinci müavini Z.Dünyamalıyevi, 



Müdafiə  Nazirliyinin rəhbər vəzifəli işçisi İ.Sadıqovu Qazax və Ağstafaya 

göndərdi, hətta R.Cavadova da oraya getmək təklif edildi. 

Nümayəndələr üç dəfə danışıqlar aparsa da, sülh əldə edilmədi. Martın 

15-də Prezident televiziya və radio ilə xalqa müraciət etdi. Hadisələrin sülh 

yolu ilə  həll edilməsi, qardaş  qırğınının qarşısının alınması, dinc əhalinin 

təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərdən danışdı. 

1995-ci ilin yazında Qazax və  Ağstafa rayonlarından dövlət çevrilişi 

cəhdi başlandı. Çevrilişi həyata keçirən qüvvə Xüsusi Təyinatlı Polis 

Dəstəsi idi. Martın 13-17-də XTPD-nin Qazax rayonu üzrə komandiri 

E.Əmiraslanovun başçılığı ilə silahlı  dəstə Qazax və  Ağstafa rayonlarında 

hakimiyyət orqanlarını devirməyə başladılar.

1

 



Bu rayonlarda hakimiyyəti zəbt etdikdən sonra Tovuz və Gəncədə, daha 

sonra isə Bakıya hücum etmək planlaşdırılmışdı. 

Azərbaycan prezidenti çevriliş cəhdinin qarşısını danışıqla, sülh yolu ilə 

almaq üçün əlindən gələni etdi. Lakin bu istiqamətdə görülən tədbirlər 

nəticə vermədi. Martın 13-dən 14-nə keçən gecə  həmin silahlı  dəstə 

Tovuzdakı hərbi hissəyə hücum etdi, gecə saat 2-dək davam edən döyüşdə 

banda darmadağın edildi. Burda qan töküldü. 4 nəfər  əsgər Azərbaycanın 

dövlətçiliyini qorumaq uğrunda mübarizədə  həlak oldu. 50-60 adamdan 

ibarət XTPD bölməsi üzvlərinin 49 nəfəri həbs edildi, qalanları qaçıb 

gizləndilər. 

Çevriliş üçün ikinci əsas dayaq mərkəzi Bakıda XTPD-nin 8-ci km 

yaşayış sahəsində yerləşən bazası idi. Burada xeyli silah və silahlı qüvvə 

toplanmışdı. Ciddi hazırlıq görülmüşdü. Bazada R.Cavadovun xarici və ölkə 

jurnalistlərinə verdiyi müsahibələrdən dövlət çevrilişinin planlan və məqsədi 

aydırı görünürdü. R.Cavadov deyirdi: «Qan tökülsə də, vətəndaş müharibəsi 

olsa da, hər  şeyə gedəcəyik. Biz hakimiyyətə  gələcəyik. Artıq heç 

özümüzdən ağıllısını görmürük». «Sabah bütün qüvvələrimizi səfərbərliyə 

alacağıq, artıq sabah, birisi gün, bir neçə günə Heydər Əliyev istefa verməsə 

onu zorla eləyəcəyik, yəni zorla, silahla».

2

 



Prezident Heydər  Əliyev martın 15-də televiziya və radio ilə xalqa 

müraciətində 8-ci km qəsəbəsindəki döyüş mövqeyində yerləşən XTPD 

 

 

                                                 



1

 

Azərbaycan: Oktyabr 1994 -Mart 1995. Qəsd. Bakı, 1995, səh. 414-417



 

2

 



Yenə orada, səh. 420 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

186 

 

üzvlərini silahlan təhvil verib bazanı tərk etməyə çağırdı. Prezident 16 mart 



1995-ci il tarixli fərmanı ilə humanizm prinsiplərinə  əməl edərək belə 

hərəkət edənlərin cinayət məsuliyyətindən azad ediləcəyi, bağışlanacağı 

barədə qərar qəbul etmişdi. «Mən də dəfələrlə demişəm, bu gün, gərginlik 

yaranan vaxtda bir daha deyirəm: Azərbaycanın dövlətçiliyini son damla 

qanunadək qoruyacağam və Azərbaycanın dövlətçiliyinə  təcavüz edən 

adamların cəzasını da qanun çərçivəsində verəcəyəm. Bunu bilmək 

lazımdır. Ancaq mən heç kimi cəzalandırmaq istəmirəm.  İstəyirəm ki, heç 

kim cinayət törətməsin, heç kim dövlətçiliyə  xəyanət etməsin. Bunu 

istəyirəm, müraciət edirəm, yol göstərirəm... Güman edirəm ki, Azərbaycan 

xalqı  mənim səsimə  səs verəcəkdir. Bu gün biz yenə  də  vətəndaş 

müharibəsinin astanasındayıq. Bu vətəndaş müharibəsini Rövşən Cavadov 

bizə açıq-aydın elan etmişdir. Mən isə hesab edirəm ki, bu, Azərbaycan 

xalqı üçün faciədir. Belə adamlar şəxsi hisslərindən  əl çəksinlər və hamı 

birləşərək Azərbaycan xalqını bu ağır vəziyyətdən çıxaraıağa çalışsın».

1

 

Heydər Əliyev 15 mart 1995-ci il tarixli müraciətində belə gərgin vaxtda, 



vaxtının az olmasına baxmayaraq, vəziyyəti dinc yolla qaydaya salmaq üçün 

Rövşən Cavadovla görüşüb onu dinləməyə, eşitməyə hazır olduğunu və 

bunun üçün təşəbbüs göstərdiyini, iki dəfə görüş vaxtı  təyin etdiyini qeyd 

edirdi. «Vaxt təyin etmişəm, amma Rövşən Cavadov gəlməkdən imtina edir, 

iddialarla yaşayır. Yəni demək istəyirəm ki, onun günahlarına baxmayaraq - 

onun qanımsuz hərəkətləri mənə  məlum idi. Ancaq mən yaşı ondan çox 

artıq olan bir adam kimi başqa  şeyləri kənara qoyuram, - dedim ki, yaxşı, 

söhbət edək, danışaq. Nə aydın deyilsə, mən onun üçün aydınlaşdırım, nə 

dərdi varsa, mənə desin. İmtina etdi. Çünki böyük iddialarla yaşayır».

2

 



Heydər Əliyev iki gün sonra, martın 17-dəki müşavirədə martın 15-dəki 

müraciətinin  əsas məqsədini açıqlayaraq göstərirdi: Müraciətimin  əsas 

məqsədi ondan ibarətdir ki, Rövşən Cavadova, onun dəstəsinə  və 

respublikamızın içindən və xaricdən ona havadarlıq edən, onu 

istiqamətləndirən, ona güc verən, bu işlərə sövq etdirən qüvvələrə başa 

salam ki, Azərbaycanı dağıtmaq, qan tökmək daha bəsdir. Bunlardan əl 

çəkin». 

 

 



  

                                                 

1

 

Azərbaycan: Oktyabr  94 - Mart 95. Qəsd. Bakı, 1995, səh. 439-440



 

2

 



Yenə orada, səh. 437

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə