M İ L L İ K İ T A B X A N A
____________________________________
175
yirdi: «Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır.
Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini
dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün
həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr
edəcəyəm ».
1
Prezidenti düşündürən ən ümdə, ən ağır məsələlərdən biri erməni
təcavüzü nəticəsində işğal edilmiş torpaqların geri qaytarılması, Qarabağ
probleminin həll edilməsi idi. Bu məsələlərin həllində Prezident «sülh-sevər
mövqe tutaraq, bu vəzifəni birinci növbədə sülh yokı ilə, danışıqlar yolu ilə
həll etməyə üstünlük veririb »- mövqeyini üstün tutacağını qeyd edirdi. Eyni
zamanda əgər sülh yolunda addımlar nəticə verməsə, Azərbaycanın ərazi
bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli
ordu yaradılması da əsas vəzifə kimi qarşıya qoyulurdu.
Görkəmli dövlət xadimi Heydər Əliyev andiçmə mərasimindəki nitqində
Azərbaycanda dövlət quruculuğu sahəsində qarşıda duran vəzifələrdən
danışaraq qeyd edirdi ki, yolumuz demokratiya yoludur. Müstəqil
Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Öz tarixindən, milli
ənənələrindən bəhrələnərək, dünya demokratiyasmdan, ümumbəşəri
dəyərlərdən istifadə etməklə demokratik dövlət quruculuğu yolu ilə
getməkdir.
«Respublikanın müstəqilliyini möhkəmləndirmək üçün əsas vəzifələrdən
biri Azərbaycanın mənafeyini dünya miqyasmda müdafiə edə bilən ağıllı,
səriştəli xarici siyasətin olmasıdır» - deyən prezident özünün dünya
siyasətindəki görkəmli nüfuzuna, tanınmış diplomat və siyasi xadimi kimi
bacarığına əsaslanırdı. Bu, elə ilk gündən özünü göstərməyə başlamışdı.
Prezident seçilməsi ilə əlaqədar olaraq Heydər Əliyevə dünyanın bir çox
dövlət başçüarının göndərdikləri təbrik məktubları bunu sübut edir.
Son illərdə respublikanın böhran vəziyyətinə salınması iqtisadiyyatın
bütün sahələrinə ciddi təsir etmiş və bunun nəticəsində də vətəndaşların
1
Qurtuluş. Bakı,1998, səh.62; Prezident 93-97. Xronika. I kitab.l993-1997-ci illər. Ba-kı, 1998, səh.36
M İ L L İ K İ T A B X A N A
____________________________________
176
rifah halı olduqca aşağı düşmüşdü. Lakin respublikanın böyük iqtisadi-
sosial, elmi-texniki potensialmı dərindən bilən prezident Azərbaycanı ağır
vəziyyətdən çıxarmağın düzgün yolunu göstərirdi. «.. .bir tərəfdən yaranmış
potensialdan səmərəli istifadə etmək, digər tərəfdən isə, yeni iqtisadi
islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində
hərəkət etməliyik» - deyə qeyd edirdi...
Prezident Heydər Əliyev respublikanın daxili və xarici siyasətinin əsas
prinsiplərinin dünya demokratiyasının açdığı yolla, demokratik prinsiplər
əsasında aparılacağını qeyd edərək xalqı əmin etdi ki, «bu fikirlərə, bu
prinsiplərə daim sadiq olacağam».
1993-cü il 10 oktyabr günü Azərbaycan Prezidenti Heydər Əliyevin
həyatında, Azərbaycanın tarixində əlamətdar, tarixi bir gün idi. Heydər
Əliyevin andiçmə mərasimindəki dərin məzmunlu, parlaq nitqi keçid
dövrünün böyük proqram sənədi oldu:
«Əlimi Azərbaycan Respublikasının Konstitutsiyasına basaraq and
içirəm ki, biliyimi, təcrübəmi, qüvvəmi Azərbaycan xalqının, Azərbaycan
Respublikasının rifahına həsr edəcəyəm.
And içirəm ki, prezident vəzifəsini ali məqsədlər, amallar naminə yerinə
yetirərək, Azərbaycan Respublikasının tam müstəqilliyini, suverenliyini,
ərazi bütövlüyünü təmin etmək üçün əlimdən gələni əsirgəməyəcəyəm.
And içirəm ki, Azərbaycan Respublikası Konstitutsiyası və qanunlarının
həyata keçirilməsinin təminatçısı olacaq, milli mənsubiyyətdən asılı
olmayaraq Azərbaycan vətəndaşlarının hüquqlarının və azadlıqlarının
qorunmasının, müdafiə edilməsinin təminatçısı olacağam. Azərbaycan Res-
publikasında azadlığın, demokratik dəyişikliklərin, Azərbaycan
Respublikasının demokratik, hüquqi dovlət kimi inkişaf etdirilməsinin
təminatçısı olacam. Azərbaycan Respublikasına, Azərbaycan xalqına
ləyaqətlə xidmət edəcəyəm. Azərbaycan Respublikasının dünya dövlətləri
içərisində, dünya birliyində ləyaqətli yer tutmasına çalışacağam.
Əlimi Qurani-Kərimə basaraq and içirəm ki, Azərbaycan xalqının milli
və mənəvi ənənələrinə daim sadiq olacaq və bu ənənələrin Azərbaycanda
bərqərar olmasına, yaşamasına təminat yaradacağam».
1
1
Qurtuluş. Bakı,1998, səh.62; Prezident 93-97. Xronika. I kitab. 1993-1997-ci illər. Ba-kı, 1998, səh.36
M İ L L İ K İ T A B X A N A
____________________________________
177
Heydər Əliyevin prezident seçilməsi bütün dünyada böyük əks-səda
doğurdu. Dünyanm görkəmli dovlət xadimləri və hökumət başçıları, nüfuzlu
siyasi və ictimai xadimlərinin, eləcə də beynəlxalq təşkilatların marağına
səbəb oldu. Onlar ardı-arası kəsilməyən təbriklərlə öz münasibətlərini
bildirirdilər.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin yorulmaz və
titanik fəaliyyəti respublikadan xaricdə və daxildə olan düşmənlərimizi
olduqca narahat edirdi. Onlar necə olursa-olsun Azərbaycanı bu yoldan
dondərmək üçün müxtəlif vasitələrə əl atmağa başladılar. Külli miqdarda
sənədlər və materiallar, xüsusilə, prezident Heydər Əliyevin nitqləri,
müraciətləri, çıxışları, bəyanatları, mətbuat konfranslarının sənədləri,
mətbuat səhifələrində çap edilmiş yazılar, materiallar Azərbaycanda
törədüən təxribatlann, qətllərin mahiyyətini açmağa geniş imkan yaradır.
Onlar əsaslı surətdə sübut edir ki, respublikamızın həm daxildə, həm də
xaricdə olan düşmənlərini bir məqsəd birləşdirirdi. Respublikada ictimai-
siyasi sabitliyin pozulması, süni surətdə qarşıdurma və vahimə əhvali-
ruhiyyəsinin yaradılması, son nəticədə ölkənin iqtisadi və siyasi müstəqil
inkişafı yolundan döndərilməsi başlıca məqsəd idi. Azərbaycanın
beynəlxalq inkişaf yoluna keçdiyi vaxt - «Əsrin müqaviləsi»nin
imzalanmasından sonra xarici düşmənlər daha çox narahat olur, onun
əleyhinə təbliğat aparır, bu müqavilənin həyata keçirilməsinə mane olmağa
çalışırdılar. Onların hərəkətləri respublikamızın daxilində fəaliyyət göstərən
və xalqınııza, ölkəmizə, dövlətimizə düşmən kəsilən qara qüvvələrin
mövqeləri ilə üst-üstə düşürdü. Ona görə də müqavilənin imzalanmasından
sonra Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyən xarici və daxili
qüvvələr hərəkətə gəldilər və 1994-cü il oktyabrın əvvəllərində respublikada
dövlət çevrüişinə cəhd etdilər. Çevrilişə hazırlıq məşqi kimi oktyabr qabağı
bəzi aksiyalar keçirildi. Bunlar sentyabnn 21-dən başlayaraq oktyabrın 4-ə
qədər davam etdi.
Çevriliş cəhdi qabağı - sentyabrın 22-də Azərbaycan dövlətinə qarşı
cinayət törətmiş dörd nəfər - R.Qazıyev, B.Nəzərli, Ə.Hümbətov, A.Paşayev
Respublika Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçırıldı.
Bundan 7 gün sonra daha dəhşətli cinayət hadisəsi törədildi. Sen-
Dostları ilə paylaş: |