M İ L L İ K İ T A B X A N A
____________________________________
167
İkinci dəfə Heydər Əliyev yenə zəng vurub onu dəvət edəndən bir
müddət keçdikdən sonra Ə.Hümbətov Bakıya gəlmişdi. Heydər Əliyev onu
qəbul etmiş və 4 saat söhbət etmişdi.
Avqust aymın 2-3-də Heydər Əliyev respublikanın nazirlərindən, yüksək
vəzifəli şəxslərindən bir qrupunu Lənkərana göndərmişdi, orada vəziyyəti
araşdırsınlar və bununla da bölgədə sakitlik yaranması təmin olunsun.
Avqust ayının 2-də nazirlər, 3-də isə baş nazir Lənkəranda müşavirə
keçirdi. Nəticəsi olmadı. Avqustun 5-də Ə.Hümbətov öz silahlı qüvvələri ilə
Cəlilabad rayonunun prokurorluq işçilərini həbs edib Lənkərana aparmışdı.
Vəzifəli adamları tutub dustaq saxlayırdı. Bu qanunsuz hərəkətlər haqqında
13 avqust tarixli müşavirədə ətraflı danışıldı.
Avqustun 6-da Lənkəranda qondarma «Talış-Muğan Respublikası» ilə
əlaqədar qurultay keçirildi və «Talış-Muğan Respublikası»nın yaradılması
haqqında əsassız qərar qəbul edildi. Əlikram Hümbətov özünü «prezident»
elan etdi.
Heydər Əliyev baş nazir Surət Hüseynov vasitəsilə avqustun 10-da
Əlikram Hümbətovla üçlükdə görüşmüşdü. Bu ikinci görüş idi. Birinci dəfə
görüş 4 saat çəkmiş və sakit şəraitdə keçmişdisə, bu görüş 3 saat davam etdi.
Ə.Hümbətov, hətta Heydər Əliyevə qarşı təhqiramiz, kobud, böhtançı sözlər
işlədərək çox iddialı halda onun təklifindən imtina etdi. Heydər Əliyev
görüş barədə qeyd edirdi ki, «şübhəsiz ki, mən bunların hamısına dözdüm,
çünki istəyirdim ki, məsələlər hamısı qarşılıqlı anlaşma səviyyəsində getsin.
Ancaq bu adam, görünür ki, bu səviyyəyə malik adam da deyildi».
1
Heydər Əliyev özünü çox təmkinlə aparsa da, Ə.Hümbətov onun
qarşısında özündən müştəbeh, iddialı tələblər qoyurdu. Ali Sovetin
çağırılmasını, Nazirlər Kabinetinin, baş nazirin səlahiyyətlərinin
artırılmasını, referendumun lazım olmadığını, onu pozacağını, referendumda
bir sual - prezident üsul-idarəsinin lazım olub-olmaması sualının
qoyulmasmı təkid edirdi və hətta, Heydər Əliyevi belə hədələyirdi. Heydər
Əliyev onun bu sayıqlamalarının qarşısında soruşduqda ki, «Axı sizin
səlahiyyətiniz nədir,
1
Heydər Əliyevin Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik rayonlarından seçilmiş xalq
deputatları və həmin rayonlardan olan rəhbər işçilər və ziyalılarla görüşdəki giriş sözü. Müstəqilliyimiz əbədidir. I
kitab, səh.69
M İ L L İ K İ T A B X A N A
____________________________________
168
siz səlahiyyətsiz bir adamsınız, nə üçün qanunu pozursunuz?» O, «mənim
səlahiyyətim avtomatdır» - cavabını vermişdi, yəni ki, Heydər Əliyevi
avtomatla məcbur etmək, yaxud da ki, öldürmək olardı...
1
Əlikram
kimilərinin və bu kimi başqalarının Heydər Əliyevi hədələmələrinə cavab
olaraq xalqın sevimlisi bildirirdi ki, «məni hədələyən adamların hamısına
deyirəm... bu hədələr məni bir şeydən çəkindirə bilməz, xalqın yolunda mən
özümü qurban verməyə hazıram... Ancaq bu cür tərbiyəsizlik, bu cür
ədəbsizlik, şübhəsiz ki, məni narahat edir.. .».
2
Heydər Əliyev cənub rayonlarından seçilmiş xalq deputatları və həmin
rayonlardan olan rəhbər işçilər və ziyalılarla məsləhətləşmək və məsələni
aydınlaşdırmaq üçün 1993-cü il avqustun 13-də görüş keçirdi. Əlikram
Hümbətovun törətdikləri cinayətlər ətraflı müzakirə edildi və siyasi qiymət
verildi. Görüşdə Heydər Əliyev yekun sözündə Ə.Hümbətovun
hərəkətlərinə yığcam qiymət verdi: «Əlikram Hümbətovun hərəkətləri
Azərbaycanın konstitusiyasını, qanunlarını pozan hərəkətlərdir. Əlikram
Hümbətovun ixtiyarında olan silahlı dəstələr qeyri-qanuni silahlı dəstələrdir.
silahlı dəstələri Əlikram Hümbətova verən adamlar Azərbaycan xalqına
xəyanət ediblər».
3
1993-cü ilin yayında Azərbaycanın ərazi bütövlüyünün saxlanılmasında,
parçalanmasının qarşısının alınmasında böyük siyasi-hərbi iş aparıldı.
Cənubda Əlikram Hümbətovun, elan etdiyi «Talış-Muğan Respublikası»
xülyasının, Azərbaycanı parçalamasının qarşısı qətiyyətlə alındı. Qondarma
«Talış-Muğan Respublikası» haqda xülya sabun köpüyü kimi yox oldu.
Azərbaycanın cənub hissəsində hakimiyyət bərpa olundu. Heydər Əliyev
böyük cəsarətlə bütün respublikanı, onun ziyalılannı, vətənpərvər
adamlarını, xüsusilə, cənub rayonlarının əhalisini ayağa qaldırdı. Bütün
xalqı öz ətrafında birləşdirdi, özü ilə xalq arasında birlik yaratdı. Əlikramın
bandası darmadağın edildi.
Heydər Əliyevin siyasi, hərbi təşkilatçılığı nəticesində 16-17 avqust
1993-cü il tarixdə Azərbaycan Ali Sovetinin respublika zəhmətkeşləri
nümayəndələrinin iştirakı ilə keçirilən geniş iclasında Ə.Hümbətovun Azər-
1
Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. I kitab, səh 71
2
Yenə orada
3
Yenə orada, səh 78
M İ L L İ K İ T A B X A N A
____________________________________
169
baycam parçalamaq fəaliyyətinə siyasi, hüquqi qiymət verildi. Təşkilatçılar,
cinayət qrupu aşkar edildi. Sovetinin sədri Heydər Əliyevin nitqində «Talış-
Muğan Respublikası» yaradılmasında təşkilatçıların mənftır niyyətləri,
məqsədləri, onlara dəstək verən qüvvələrin fəaliyyəti açılıb göstərildi, belə
bir bədnam niyyətin Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə
arxadan vumlan bir zərbə olduğu açıqlandı. Heydər Əliyevin nitqi cənub
əhalisini, ümumiyyətlə, Azərbaycan əhalisini separatçılığa, etnik
düşmənçiliyə qarşı səfərbər etdi.
Maraqlıdır ki, Ali Sovetin iclasındakı çıxışlar həm Azərbaycanda əfkari-
ümumiyyəni əks etdirməklə, həm də ayrı-ayrı şəxslərin və siyasi qüvvələrin
mövqeyini üzə çıxardı. Heydər Əliyev çıxış edənlərin müəmmalı, gizli,
örtülü fikirlərini ustalıqla aşkarladı və bununla da kimin kim olduğunu
ictimaiyyətə göstərdi.
1993-cü ilin iyul ayında respublikada siyasi vəziyyət bir də ona görə
gərginləşmişdi ki, Azərbaycan prezidenti Əbülfəz Elçibəy iyun ayının 17-
dən 18-nə keçən gecə Bakını tərk edib Naxçıvanın Kələki kəndinə getmişdi.
Belə bir gərgin vəziyyətdə Heydər Əliyev böyük çətinlik qarşısında
qalmasına baxmayaraq, təmkinlə, beynəlxalq hüquq normalarına və
Konstitusiyaya uyğun hərəkət edərək, insan hüquqlarının, o cümlədən
prezident Ə.Elçibəyin hüquqlarının qorunmasına, respublikada vəziyyətin
normallaşdırılması, müstəqilliyin qorunması və möhkəmləndirilməsinə
çalışırdı. İlk addım olaraq, Ə.Elçibəyin geri qayıtmasına, öz postunda
fəaliyyət göstərməsinə nail olmaq istəyirdi. Onunla şəxsi telefon əlaqəsi
yaratmışdı. Danışıq aparmaq, prezidentin geri qayıtmasını təşkil etmək üçün
Kələkiyə xüsusi komissiya göndərmişdi. Yaxın adamları vasitəsilə
Elçibəyin Bakıya qayıtmasını təşkil etməyə çalışırdı. Bu məsələ Milli
Məclisdə geniş və hərtərəfli müzakirə obyektinə çevrilmişdi. Məclis
üzvlərinin hamısının öz fikrini, münasibətini bildirməsinə geniş imkanlar
verilmişdi. Lakin Ə.Elçibəy xahişləri, məsləhətləri nəzərə almırdı. Milli
Məclisin 15-16 iyun tarixli iclasında deputatlar Əbülfəz Elçibəyə
etimadsızlıq göstərilməsi haqqında məsələ qaldırdılar. Heydər Əliyev yenə
də tələsməməyi, təmkinlik göstərməyi, ona yenə də düşünmək üçün imkan
verməyi məsləhət gördü.
1
1
Azərbaycan Respublikası Sovetinin katibliyi. Fond, 2941, s.l, iş 215, vərəq 43
Dostları ilə paylaş: |