M İ L L İ K İ T A B X A N A
____________________________________
190
1995-ci ildə beynəlxalq standartlara cavab verən, demokxatik prinsiplər
əsasında müstəqil Azərbaycan Respublikası Konstitusiyasının ümumxalq
səsverməsi (referendum) yolu ilə qəbul edilməsi və onun əsasında
demokratik parlament seçkilərinin keçirilməsi ilə dövlət quruculuğu
sahəsində yeni mərhələ başlandı. Bu mərhələdə dövlət quraculuğunun əsas
prinsipləri Heydər Əliyev tərəfindən belə müəyyən edilmişdi:
«Respublikamızda hüquqi dövlət qurulması, demokratik, sivilizasiyalı
cəmiyyət yaradılması, insan azadlığının, söz, vicdan azadlığının, müasir
plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması bizim
qəbul etdiyimiz prinsiplərdir».
1
Aydındır ki, Azərbaycanda siyasi, iqtisadi, hüquqi, demokratik islahatlar
həyata keçirilməsində Konstitusiyanın prinsipləri və müddəaları əsas
tutulurdu. Bu əsasda da ölkədə bütün sahələrdə islahatlar aparılırdı.
Demokratik, hüquqi, dünyəvi dövlət qurmaq, Azərbaycan vətəndaşlarının
Konstitusiyanın müəyyən etdiyi prinsiplər əsasında azad, sərbəst
yaşamasını, bütün insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını
təmin etmək üçün şərait yaradılır, demokratik dövlət quraculuğu və yeni
siyasi-iqtisadi sistemin formalaşdırılması üçün hüquqi-normativ bazanın
yaradılması istiqamətində uğurlu işlər həyata keçirilirdi. Konstitusiyanın
qəbul edilməsindən sonra ali qanunvericilik orqanı olan Milli Məclis
tərəfindən təkcə beş ildə, yəni 2000-ci ilədək 900-dən çox qanun qəbul
edilmişdi ki, bu da respublikamızda qanunçuluğun və yeni dövlət
quruculuğunun hüquqi bazasının yaradılmasının parlaq təzahürü idi.
Heydər Əliyev 1995-ci il noyabrın 12-də Konstitusiyanın qəbul
edilməsini ölkəmizdə dövlət quruculuğunun yeni mərhələsinin başlanması
kimi qiymətləndirirdi. O, Konstitusiyanın qəbul edilməsindən beş il sonra
respublikada dövlət quruculuğu sahəsində görülən işləri yekunlaşdıraraq
demişdi: «1995-ci il noyabrın 12-dən, yəni müstəqil respublikamızın
Konstitusiyası qəbul olunduqdan və parlament seçkiləri keçirildikdən sonra
başlanan bu dövr dövlət quruculuğu baxımından, əlbəttə ki, bizim
tariximizin ən məhsuldar dövrüdür».
2
1
Heydər Əliyev. Müstəqillik yolu. Seçilmiş fikirlər. Bakı, 1997, səh.8
2
Heydər Əliyev. Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcmda. Yeni 2001-ci il, yeni əsr və üçüncü
minillik münasibətilə Azərbaycan xalqma müraciət. -«Azərbaycan» qəzeti, 30 dekabr 2000-ci il
M İ L L İ K İ T A B X A N A
____________________________________
191
Azərbaycanın müstəqilliyinin elan edilməsindən sonra qarşıda duran ən
mühüm vəzifələrdən biri respublikada hüquqi, demokratik, dünyəvi,
sivilizasiyalı dövlət quraculuğu proqramının həyata keçirilməsinə nail
olmaq idi. Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbul
edilməsi, onun əsasında yeni parlamentin təşkili üçün demokratik seçkilərin
keçirilməsi dövlət quruculuğu sahəsində strateji proqramın ilk mərhələsi
oldu. Bunlar Azərbaycanın müstəqil dövlət kimi yaşaması və
möhkəmlənməsi məqsədinə uyğun idi. Azərbaycan Prezidenti Heydər
Əliyev bir tərəfdən Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə qarşı çıxan
qəsdlərin, təxribatların qarşısını məharətlə almaqla yanaşı, həm də dövlət
quruculuğunu möhkəmlətmək və inkişaf etdirmək işinə rəhbərlik edir, bu
sahədə qarşıya çıxan maneələrin aradan qaldırılmasında böyük məharət və
bacarıq göstərirdi.
Azərbaycanın yeni Konstitusiyasının hazırlanması üçün 1991-ci il
fevralın 9-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə 74 nəfərdən
ibarət komissiya yaradılsa da, bu istiqamətdə uzun müddət heç bir əsaslı iş
görülməmişdi.
1991-ci il oktyabrın 18-də «Azərbaycan Respublikasının dövlət
müstəqilliyi haqqında Konstitusiya Aktı» qəbul olunmuşdu. Heydər
Əliyevin qeyd etdiyi kimi «Bu, çox mühüm bir sənəddir və həmin sənəddə
Azərbaycanın dövlət müstəqilliyi haqqında çox dəyərli müddəalar var».
1
Lakin bu sənədin həyata keçirilməsi ləngimişdi. Çünki dövlət müstəqilliyi
haqqında Konstitusiya Aktı oktyabrın 18-də qəbul olunmuşdusa da, onun
ümumxalq referendumu yolu ilə təsdiqlənməsi işi gecikdirilmişdi. Yalnız
1991-ci il dekabrın 29-da belə bir referendum keçirilmişdi. Həm də
Azərbaycan Respublikasının dövlət orqanları və Konstitusiya Komissiyası
müstəqil Azərbaycanın Əsas Qanununu - Konstitusiyasını yaratmaqla
məşğul olmamışdı. Bu istiqamətdə Dövlət Komissiyası tərəfindən heç bir
addım atılmamışdı.
O dövrdən 3 il yarımdan çox vaxt keçməsinə baxmayaraq, hələ
müstəqil Azərbaycanın Əsas Qanunu qəbul edilməmişdi. Müstəqil Azərbay-
1
Heydər Əliyev. Müstəqillik yollarmda. III kitab. Bakı, 1997, səh. 406
M İ L L İ K İ T A B X A N A
____________________________________
192
canın Kostitusiyasının yaradılması missiyasını məhz Heydər Əliyev öz
üzərinə götürdü. Bununla da, o, Azərbaycan Respublikasının
Kostitusiyasının yaradıcısı kimi tarixi missiyanı uğurla həyata keçirdi.
Müstəqil dövlətimizin ilk Konstitusiyasının yaradılmasının təşəbbüsçüsü,
rəhbəri və yaradıcısı məhz Heydər Əliyev oldu.
1993-cü ilin oktyabrında Azərbaycanda yeni Konstitusiya hazırlanması
üçün təşəbbüs edilmişdi. Lakin siyasi vəziyyətin gərginləşməsi, xüsusən də,
1994-cü il oktyabr - 1995-ci il mart hadisələri, eləcə də qarşıya çıxan başqa
təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi bu təşəbbüsü bir qədər
ləngitmişdi. Azərbaycanın dövlətçiliyinə qarşı yönəlmiş qəsdlərin qarşısı
alındıqdan sonra 1995-ci ilin iyul ayında Milli Məclisin iclasında Prezident
Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiyasını
hazırlayan Dövlət Komissiyası təşkil edildi. Bu komissiyaya görkəmli
alimlər, hüquqşünaslar və mütəxəssislər, rəhbər işçilər daxil edildi. 1995-ci
il iyul ayının 5-də Konstitusiya Komissiyasının ilk iclası keçirildi. Aşkarlığı
təmin etmək üçün Heydər Əliyev Konstitusiya Komissiyasının birinci
iclasına üzvlərdən başqa, respublikanın rəhbər vəzifəli şəxslərini,
Azərbaycandakı xarici ölkələrin səfirlərini və mətbuat nümayəndələrini də
dəvət etmişdi. Prezident öz fəaliyyətində həm də aşkarlığa xüsusi əhəmiyyət
verirdi. O, qeyd edirdi: «Bu da təsadüfı deyil. Çünki bizim işimiz tam
aşkarlıq şəraitində keçir. Azərbaycan Respublikasında aşkarlıq, demokratik
prinsiplər bərqərar olub və bərqərar olmaqdadır».
1
Elə həmin iclasda
Konstitusiya Komissiyasının qarşısında duran vəzifələr müəyyən edildi.
Bu vəzifələrə aşağıdakılar daxil idi: birincisi, Azərbaycan Respublikası
Konstitusiyasının layihəsini hazırlamaq; ikincisi, Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilər üçün qannn layihəsini hazırlamaq.
Konstitusiya Komissiyası çərçivəsində Azərbaycan Parlamentinə seçkilər
üçün qanun layihəsinin hazırlanması onunla əlaqədar idi ki, parlament
seçkilərinə aid müddəalar mahiyyətcə Konstitusiyanın bir hissəsini təşkil
etməli idi. Digər tərəfdən, parlament seçkilərinin vaxtı artıq müəyyən
edilmişdi. Ona görə də «Seçkilər haqqında» Qanun vaxtında hazır olmalı idi
1
Heydər Əliyev. Müstəqillik yollarında. III kitab, Bakı, 1997, səh. 408
Dostları ilə paylaş: |