M İ L L İ K İ T A B X A N A
____________________________________
187
Prezidentin 15 mart tarixli müraciəti xalq tərəfindən böyük həmrəyliklə
qarşılandı. Xalq öz prezidenti ilə həmrəy olduğunu bildirdi. Ölkənin
müxtəlif bölgələrindən, kollektivlərindən, ayrı-ayrı adamlarından, xarici
ölkələrin rəhbərlərindən, ictimai xadimlərindən Heydər Əliyevin adına
teleqramlar göndərilirdi.
Mart çevrilişi günlərində Heydər Əliyev xarici dövlətlərin rəhbərləri ilə
dövlətlərarası səviyyədə danışıqlar aparırdı. Bunların da Azərbaycanın
dəstəklənməsində mühüm rolu oldu. Heydər Əliyev martın 17-də
jurnalistlərlə görüşündə ona verilən suala cavabında bildirirdi ki, kiminlə
görüşmüşəmsə, kiminlə danışmışamsa, hamı bizi dəstəkləmişdir. Hamı
narahat olduğunu bildirmişdir. Hamı bir şeyi istəyirdi: «respublika bu çətin
günləri, bu çətin dövrü aradan qaldırsın».
Azərbaycandakı mart hadisələri ilə əlaqədar olaraq Türkiyə
Cümhuriyyətinin Baş naziri Tansu Çillər, ABŞ Dövlət Departamenti, ABŞ-
ın Azərbaycandakı səfirliyi, Rusiya Federasiyası Dövlət Dumasının bir qrup
deputatı bəyanat vermişdi.
Azərbaycan Respublikasının dövlətçiliyinin qorunub saxlanması ilə
bağlı, eyni zamanda faciəli hadisələrlə əlaqədar martın 17-də Azərbaycan
Prezidenti Heydər Əliyevin yanında geniş müşavirə keçirildi.
Müşavirədə Heydər Əliyevin çıxışından sonra 10 nəfər rəhbər işçi çıxış
etdi. Heydər Əliyev çıxışında 17 mart 1995-ci il hadisəsinə hüquqi-siyasi
qiymət verdi. O, qeyd etdi ki, bu hadisə bir tərəfdən Azərbaycan dövlətinin
qüdrətini, onun iradəsini bütün düşmən qüvvələrə - Azərbaycanın içində də,
xaricində də olan qüvvələrə nümayiş etdirdi. Bu, Azərbaycan xalqının,
müstəqil respublikamızın tarixində əlamətdar bir hadisədir, ibrətamiz haldır
və mən bunu yüksək qiymətləndirirəm. Prezidentin sonrakı nitqində və
çıxışlarmda da mart hadisələrinin məzmun və mahiyyəti açıqlanır, onlara
qiymət verilirdi.
Son iki ildə Azərbaycan Respublikasının üçüncü dəfə, - 13-17 martda
dövlət çevrilişi ilə qarşılaşması ölkəni yeni çətin bir sınaqdan çıxardı.
1995-ci ilin 23-24 iyununda Respublika sarayında keçirilən ümumxalq
nümayəndələri toplantısı 13-17 mart hadisələri və Azərbaycanda ictimai-
siyasi vəziyyət mövzusuna həsr edilmişdi. Toplantıda Heydər Əli-
M İ L L İ K İ T A B X A N A
____________________________________
188
yev göstərdi ki, Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş bütün cəhdlərin
qarşısı xalqın gücü, iradəsi, ölkənin bütün vətəndaşlarının həmrəyliyi ilə
alındı. Respublikamız, onun müstəqilliyi, dövlətçiliyimiz böyük bir
sınaqdan keçdi.
Ümumiyyətlə, ümumxalq nümayəndələri toplantısında məruzə, məlumat
və çıxışlarda həm oktyabr 1994, həm də 13-17 mart 1995-ci il dövlət
çevrilişi cəhdləri haqqında geniş məlumatlar verildi.
Azərbaycan Respublikası Prokurorluğunun xüsusi arayışlarında, Daxili
İşlər və Milli Təhlükəzislik Nazirliklərinin məlumatlarında XTPD
tərəfindən edilmiş cinayətlər faktlar və dəlillərlə sübut edildi. Bakı epizodu
üzrə arayışda qeyd edilir ki, onlar «İqtidan devirmək və hakimiyyəti ələ
almaq məqsədi ilə Prezident Saraymı, Ali Sovetin, Daxili İşlər Nazirliyinin,
Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin inzibati binalarını basqın
yolu ilə zəbt etmək, rəhbər vəzifəli şəxslərə qarşı terror aktlarını həyata
keçirmək üçün planlar hazırlamış və bu məqsədlə 4 hücumçu qrup
yaratmışdılar».
1
1
Azərbaycan: Oktyabr 94 - Mart 95. Qəsd. Bakı, 1995, səh. 566-567
M İ L L İ K İ T A B X A N A
____________________________________
189
V FƏSİL
AZƏRBAYCAN RESPUBLİKASINDA
DEMOKRATİK, HÜQUQİ VƏ DÜNYƏVİ DÖVLƏT
QURUCULUĞU
Heydər Əliyevin çağdaş tariximizə Milli Qurtuluş günü kimi daxil olmuş
15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin sədri
seçilməsi ilə respublikada demokratiyanın, qanunçuluğun, hüquqi dövlət
quruculuğunun bünövrəsi qoyuldu. Heydər Əliyevin parlamentə sədr
seçilməsindən sonra Milli Məclisdə verdiyi bəyanatda müstəqil dövlətçiliyin
inkişaf konsepsiyası və yollan sistemli şəkildə açıqlandı. Bu istiqamətdə
məqsədyönlü tədbirlər həyata keçirilməyə başlandı. 1993-cü ilin iyun-
oktyabr ayları və sonrakı dövrdə müstəqil Azərbaycan dövlətinin qorunması
və möhkəmləndirilməsi uğrunda Heydər Əliyevin mübarizəsi strateji
məqsəd daşıyırdı. O, strateji və demokratik yolun mahiyyətini belə
səciyyələndirirdi: «Azərbaycan Respublikası öz dövlət quruculuğunda,
sosial-iqtisadi problemlərin həllində tutduğu strateji yolla gedir. Bizim bu
yolumuz Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı dövlət
qurmaqdan, demokratik prinsipləri gündən-günə inkişaf etdirməkdən,
dünyanın əldə etdiyi bütün demokratik nailiyyətləri Azərbaycanda
yaymaqdan, onlardan bəhrələnməkdən ibarətdir».
1
Azərbaycan Respublikası Prezidenti İcra Aparatının rəhbəri, fəlsəfə
elmləri doktoru Ramiz Mehdiyev respublikamızda dövlət quruculuğunu
aşağıdakı mərhələlərə bölür:
- 1992-1993-cü illər kütləvi şüurda «aydınlaşma, dərketmə»
mərhələsidir;
- 1993-1995-ci
illər müstəqillik ideyaları və dövlətçilik uğrunda
«gərgin, amansız mübarizələr, müstəqillik və dövlətçilik şüuranun qələbəsi»
mərhələsidir,
- 1995-ci
ildən bu günə qədər davam edən dövrü isə «tammiqyaslı
hüquqi, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu» mərhələsi
adlandırmaq mümkündür.
2
1
Heydər Əliyev. Müstəqillik yolu. Seçilmiş fikirlər. Bakı,1997, səh.30
2
Ramiz Mehdiyev. Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi. Bakı, 2001, səh. 254