M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə61/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   57   58   59   60   61   62   63   64   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

181 

 

toplaşan zaman Rövşən Cavadov buraya gəldi, prezidentin yanında 



olduğunu göstərməyə çalışdı. Ancaq məlumdur ki, həmin bu binadan o, 

telefonla Gəncə ilə damşdı, orada olan Səfixanova və başqalarına bildirdi ki, 

«biz fəaliyyətimizi dayandırdıq, siz də dayandırın, artıq geriyə  çəkilirik». 

Bunların hamısı bu məqsədləri onların bir yerdə hazırladıqlarının sübutudur. 

İstintaqda başqa sübutlar da var».

1

 



Bu faktlar Prezidentə  hələ oktyabrda məlum idi. Lakin bunları, sadəcə 

olaraq əvvəl açmaq istəmirdi. Çünki istəyirdi ki, Rövşən Cavadovu və onun 

yanında olan adamlan tərbiyə etsin, onları bu cinayət  əməllərindən 

uzaqlaşdırsm. Ancaq mümkün olmadı. 

1994-cü il oktyabırın 5-də Ümumrespublika həmrəylik mitinqində 

Azərbaycan Prezidenti Heydər Əliyev 3-4 oktyabr hadisələrinin mahiyyətini 

belə izah edir: «Son günlər baş vermiş hadisələr Azərbaycanın 

müstəqilliyini puça çıxarmağa, onu müstəqillik yolundan döndərməyə, bu 

yolla irəliləyişinin qarşısını almağa, ölkəmizin daxili ictimai-sabitliyini 

pozmağa yönəldilmiş  əməllərdir. Onu da bilin ki, bu hadisələr, 

ümumiyyətlə, Azərbaycanı dağıtmaq, parçalamaq, ölkəmizi müstəqil bir 

dövlət kimi məhv etmək üçün qurulan planların bir hissəsidir. 

Qoy hamı bilsin və  əmin olsun ki, bu bəd niyyətlərin və bu çirkin 

planlann heç birisi həyata keçməyəcəkdir. Azərbaycan xalqı buna yol 

verməyəcəkdir. Azərbaycan müstəqil bir dövlət kimi yaşayacaqdır».

2

 



Azərbaycan Prezidenti Heydər  ƏHyev terrorçuluğun, dövlət çevrilişi 

cəhdlərinin qarşısını almaqda böyük məharət, çeviklik və  təmkinlilik 

göstərdi. «O günlər xatirimdədir. Biz günləri necə əzab-əziyyətlə keçdik və 

bizə  nə  qədər müdriklik, səbirlilik lazım idi ki, bu məsələlərin inkişaf 

etməsinə yol verməyək. Ancaq bu hadisələr inkişaf etdi, oktyabrın 4-də 

çevriliş  Gəncədən başlandı». Olduqca gərgin vəziyyət yaranmışdı. Məhz 

prezidentin məharəti, yüksək təşkilatçılığı, çevik siyasəti nəticəsində onun 

qarşısı ahndı. Öz gücünü xalqda görən, həmişə xalqa arxalanan Heydər 

Əliyev oktyabrın 4-də xalqa müraciət etdi. 

Müraciətdən bir neçə  sətir: «Əziz həmvətənlər, Azərbaycanın 

vətəndaşları! Sizi əmin edirəm ki, Azərbaycanın dövlətçiliyini qorumaq 

 

                                                 



1

 

Azərbaycan: Oktyabr 94 - Mart 95. Qəsd. Bakı, 1995, səh. 470 



 

2

 



Yenə orada, səh. 151 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

182 

 

  



üçün son nəfəsimə qədər, son damla qamma qədər öz yerimdəyəm. Xalqla 

birlikdəyəm. Xalqın təhlükəsizliyini qorumağa çalışacağam. Bundan ötrü 

lazımi imkanlarımdan istifadə edəcəyəm. Eyni zamanda, əziz həmvətənlər, 

mən sizə güvənirəm, sizə arxalanıram.  İstəmirəm ki, indi bu günlər qan 

tökülsün. Mən bunu istəmirəm. Ona görə  də  sizi  sülh  məramı ilə küçələrə 

çıxmağa, mənim ətrafımda toplanmağa dəvət edirəm».

1

 

Əllərində «Heydər-Xalq», «Xalq-Heydər» şüarları, Azərbaycanın dövlət 



bayrağı, Prezident Heydər Əliyevin portreti olan yüz minlərlə adam, qoca, 

qadın, cavan Prezident sarayı qarşısına toplandı. 

Prezidentin çevik siyasəti, xalqla birliyi nəticəsində Oktyabr qəsdinin 

qarşısı qətiyyətlə alındı. Azərbaycan Prezidenti Heydər Əliyev oktyabrın 4-

də prezident sarayı qarşısında Bakı  zəhmətkeşlərinin mitinqində böyük 

razılıq və qürurla deyirdi: «Çox məmnunam ki, mənim çıxışıma səs 

verdiniz,  şəhərin müxtəlif yerlərindən buraya toplandmız...Mənim də 

dayağım, güvəndiyim xalqımdır, sizsiniz, əziz Azərbaycan vətəndaşlarıdır. 

Sağ olun».

2

 



Oktyabr çevrilişi baş tutmadısa da, 1995-ci ilin 13-17 martında yenidən 

dövlət çevrilişinə cəhd edildi. 

Dövlət çevrilişi cəhdi dünyanın bir çox ölkələri və beynəlxalq təşkilatları 

tərəfindən də  qətiyyətlə pislənmişdi. Bu, Azərbaycanın beynəlxalq 

nüfuzunun artmasının və dünyanın aparıcı dövlətlərinin Azərbaycan 

Prezidentinin siyasətini qəbul etdiklərinin nəticəsi idi. 

Bu işdə Prezident Heydər  Əliyevin oktyabrın 4-də dünyanın bütün 

dövlətlərinə, hökumətlərinə  və beynəlxalq təşkilatlarına müraciətinin 

mühüm rolu olmuşdu. ABŞ Dövlət Departamenti Azərbaycandakı son 

hadisələrlə əlaqədar oktyabrın 4-də bəyanat vermişdi. Elə həmin gün Böyük 

Britaniya hökuməti də  bəyanat vermişdi. Orada deyilirdi: «Britaniya 

hökuməti Bakıda baş verən hadisələri narahatçılıqla izləyir... 

Biz bütün siyasi partiyaları zor işlətməkdən çəkinməyə  və öz fikir 

ayrılıqlarını sülh yolu ilə və demokratik yolla həll etməyə çağırırıq». 

 

 

                                                 



1

 

Azərbaycan. Oktyabr 94 - Mart 95. Qəsd. Bakı, 1995, səh. 129



 

2

 



Yenə orada, səh.136-137; Azərbaycan 1994: Milli dövlətçilik sınaq qarşısında. I hissə.Bakı, 2002, səh. 158-162 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

183 

 

ABŞ, Türkiyə, Böyük Britaniya, İran, Rusiya, AFR, Misir 



hökumətlərinin bəyanatlarında, prezidentin adına göndərilən məktublarda, 

Azərbaycanın müstəqilliyinin müdafiə  edilməsində, qorunmasında 

prezident Heydər  Əliyevin fəaliyyətinin dəstəkləndiyi dönə-dönə qeyd 

edilmişdir. Moskvada çıxan «Heydər  Əliyev qalib kimi Azərbaycanın 

üçüncü prezidenti», «Dövlətçiliyin ilk atası oldu» başhqlı  məqalədə 

deyilirdi: «Əgər Azərbaycan Prezidenti təkcə hakimiyyət deyil, tarixə 

düşməyi istəyirdisə, o, buna nail olmuşdur. Onun sələfləri nə ilə yadda 

qalmışlar? Ayaz Mütəllibov Moskvaya, Əbülfəz Elçibəy Naxçıvana 

qaçmaqla».

1

 



Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik 

qrupların nümayəndələrinin respublika toplantısı iştirakçılarının Azərbaycan 

Respublikası Prezidenti Heydər Əliyevə müraciətində deyilirdi: «40-a qədər 

siyasi partiya, müxtəlif cəmiyyət, fond, hərəkat, alyans, birlik yaratmaqla

etnik tərkibi yekcins olmayan bölgələrdə bəzən ən adi məişət narazılıqlarını 

belə milli zəminə keçirməyə  cəhd göstərməklə, sosial-iqtisadi çətinlikləri 

qəsdən ağırlaşdırmaqla sosial partlayışa, milli qarşıdurmaya zəmin 

hazırladıqlarını güman edənlərin ümidləri Oktyabr günlərində növbəti iflasa 

uğradı». 

3-4 oktyabr dövlət çevriliş  qəsdinin qarşısının alınması göstərdi ki, 

Azərbaycanın müstəqilliyinin qorunması  və möhkəmləndirilməsi möhkəm 

əllərdədir. Bunun sükanı görkəmli dövlət və siyasi xadim, dünyada tanınmış 

Heydər  Əliyevin  əlindədir və Heydər  Əliyev dövlətçiliyimizin 

qorunmasının, möhkəmləndirilməsinin təminatçısıdır. Həmin hadisə xalqın 

Prezident  ətrafında birliyinin möhkəmliyini, Azərbaycanın müstəqilliyinin 

əbədi, dönməz olduğunu sübut etdi. Oktyabr hadisələri respublikamızın 

bundan sonra həmişə müstəqil, demokratik yolla gedəcəyini təsdiq etdi, 

onun beynəlxalq nüfuzunun artdığını göstərdi. 

1994-cü ilin oktyabrında baş tutmayan dövlət çevrilişini törədənlər 1995-

ci ilin martında yenidən fəallaşdılar. 

Oktyabr çevrilişi baş tutmasa da, siyasi avantüristlər tərəfindən 

Azərbaycanın dövlət müstəqilliyinə qarşı, necə deyərlər, hazırlıq işləri 

 

                                                 



1

 

«Независимая газета»  12 oktyabr 1994-cü il 



 


Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə