M İ L L İ K İ T A B X A N A
____________________________________
170
İyun ayının 23-də prezident öz səlahiyyətlərinin əksər hissəsini Ali
Sovetin sədrinə vermək haqqında fərman verdi. Milli Məclis iyun ayının 24-
də Azərbaycan prezidenti Əbülfəz Elçibəyin səlahiyyətlərinin hamısının Ali
Sovetin sədrinə verilməsi haqqında qərar qəbul etdi.
1
Heydər Əliyev Əbülfəz Elçibəyin məsələsində olduqca ehtiyatlı,
demokratik yolla hərəkət edir, ən xırda məsələləri belə Milli Məclisin geniş
müzakirəsindən keçirir, tam aydınlıq yaradılmasına çalışırdı. Baxmayaraq
ki, Milli Məclisin iclasında qərara alınmışdı ki, məsələnin müzakirəsi
iyunun 24-də saat 3-də keçirilsin və Milli Məclis həmin vaxtda da
toplaşmışdı, Heydər Əliyev yenə də səbrlilik numayiş etdirərək qeyd etdi ki,
«Mən belə nəzərdə tutdum ki, vaxta qədər Azərbaycanın Prezidenti
hörmətli Əbülfəz Elçibəylə danışıqlar aparıb müəyyən bir fikrə gələ bilərik.
Əbülfəz Elçibəylə mən telefonla danışdım, başqa şəxslər də danışıblar,
dünən gecə dövlət katibi Əli Kərimov mənə telefon etdi, dedi ki, Əbülfəz
Elçibəyin yanına gedir. Gedib orda Milli Məclisdəki əhvali-ruhiyyəni
danışacaq və yəqin ki, ordan bizə bir xəbər gələcəkdir. Əbülfəz Elçibəy
mənə dedi ki, Əli Kərimovun gəlməsini gözləyir, dedi ki, İsa Qəmbərov da
gəlir bura. Ancaq gorürəm ki, İsa bəy zaldadır. Xahiş elədi ki, Milli
Məclisin iclasını saat 5-ə keçirək, saat 5-ə qədər o, müəyyən cavablar
verəcəkdir».
2
Ona görə də iclas saat 3-dən 5-ə keçirildi. Ancaq 5-ə qədər də
məlumat alınmadı. Sonra isə Əbülfəz Elçibəy özü telefon edib, Afiyəddin
Cəlilovla da danışdı. Bildirdi ki, Milli Məclisin 21 iyunda qəbul etdiyi
müraciətə o, artıq faksla cavab göndərib və bu məlumat Bakıya çatmalıdır.
Fikirləşirlər ki, Ə.Elçibəy 1-2 saata qədər öz səlahiyyətlərinin bir qismini
Ali Sovetin sədrinə vermək haqqında məlumat verəcəkdir. Ona görə də
Heydər Əliyev nə etmək barədə Müli Məclisin üzvləri ilə məsləhətləşmiş və
qərara gəlmişdilər ki, cavabı gözləsinlər.
Ə.Elçibəyin Milli Məclisin 21 iyun tarixli qərarına faksla göndərdiyi
cavabı alan kimi spiker onun cavabını Məclis üzvlərinə çatdırdı. T.Qarayev
Ə.Elçibəyin cavabını millət vəkillərinə oxudu. Orada qeyd edilirdi ki, guya
Azərbaycanın qanuni prezidenti kimi mən Öz funksiyamı yerinə yetirirəm:
Eyni zamanda «Öz tərəfimdən mən vəziyyəü sabitləşdirmək naminə
1
Azərbaycan Respublikası Ali Sovetinin katibliyi. Fond 2941, s.l, iş 215, vərəq 43
2
Azərbaycan Respublikası Milli Məclisinin Arxivi. Fond 2941, siyahı 1, iş 209, vərəq 33-34
M İ L L İ K İ T A B X A N A
____________________________________
171
səlahiyyətlərimin əsas hissəsini müvəqqəti icra üçün Ali Sovetin sədrinə
verməyə etiraz etmirəm. Bu barədə müvafiq fərmanın mətni yaxın saatlarda
sizə göndəriləcək». İclasın gedişi vaxtı həmin fərman daxil oldu. Milli
Məclisin iclası Ə.Elçibəydən cavab gəlməsini gözləmək üçün fasilə etdiyi
vaxt Tamerlan Qarayev, Vahid Əhmədov, Afıyəddin Cəlilov və Rəhim
Qazıyev Əbülfəz Elçibəylə danışıqlar aparmışdılar. Sədrin təklifı ilə onlar
danışıqlar haqqında məlumat verdilər. Deputatlar məsələyə öz
münasibətlərini bildirdilər. Yazıçı, ağsaqqal millət vəkili İsmayıl Şıxlının
çıxışı böyük təsir bağışladı.
İ.Şıxlı dedi: «Hörmətli deputat yoldaşlar, hörmətli sədr! Burada
Azərbaycanın taleyi oyuna qoyulub və Azərbaycanın taleyi haqqında biz
düşünməliyik. Bu saat Azərbaycan dövlətsiz bir vəziyyətdədir, dövlətin
başçısı yoxdur. Əbülfəz Elçibəyin bizə göndərdiyi bu fərmana mən qulaq
asarkən yadıma Mirzə Fətəli Axundovun «Aldanmış kəvakib»i düşdü. Yusif
Sərrac əhvalatı yadıma düşdü, yəni ulduzları aldatmaq üçün, özünü xilas
etmək üçün milləti, ölkəni məhv eləsin və kimisə qabağa atsm, Yusif Sərracı
qabağa atsm, hadisələr, məsuliyyətlər onun boynunda qalsın. Bu qeyri-ciddi
münasibətdir, çox qeyri-ciddi. İndi mən hamınıza müraciət edirəm və çox
danışmaq da istəmirəm. Bu saat Azərbaycanın varlığı təhlükə qarşısındadır,
bu saat Azərbaycanın yaşayıb-yaşamayacağı təhlükə qarşısındadır və belə
bir vəziyyətdə ölkəni başsız qoymaq olmaz. Əgər ölkənin prezidenti
mərkəzi, Baş komandan vəzifəsini atıb gedibsə, hansı bir kənddənsə deyir,
idarə edəcəyəm, bu özü qeyri-ciddi münasibətdir. Mənə elə gəlir ki, Milli
Məclis neçə gündür çox səbrlə, tam Konstitusiyaya əsasən hərəkət elədi, hər
cür güzəştə getdi, hər cür imkan yaratdı, hətta bəzi hadisələrin qarşısını
almaq olardı. Onu da belə ləngitdi ki, biz ümumi dilə gələk və elə bilirəm ki,
ümumi dilə də gələ bilmirik, ona görə də təkliflər var, qərar var, mən də bu
fikrə gəlirəm, əgər komandir öz hissəsini qoyub qaçarsa, əgər komandir
deyirsə, mən burada durab Sizə rəhbərlik edəcəyəm, bu qeyri-ciddi
söhbətdir».
1
Milli Məclisin iyunun 15-16-da keçirilən iclasında da, ondan sonra
iyunun 27-də, 28-də keçirilən iclaslarında təklif olunmuşdu ki, prezident
Ə.Elçibəyə ölkə Konstitusiyasını pozduğuna görə etimadsızlıq göstərilsin.
1
Azərbaycan Respublikası Milli Məclisinin Arxivi. Fond 2941, siyahı 1, iş 209, vərəq 56-57. Milli Məclisin 1993-
cü il 24 iyun tarixli iclası