M İ L L İ K İ T A B X A N A
____________________________________
172
Milli Məclisin iyun ayının 16-da qəbul etdiyi qərarda deyilirdi: «1993-cü
il iyunun 4-də Gəncə şəhərində baş vermiş qanlı hadisələr Azərbaycan
Respublikasının prezidenti Əbülfəz Elçibəyin və digər yüksək vəzifəli
şəxslərin əvvəlcədən xüsusi düşünülmüş və planlaşdırılmış siyasətinin
nəticəsi hesab edilsin, onlar tərəfindən Azərbaycan Respublikasının
Konstitusiyasının və qanunlarının kobud surətdə pozulması kimi
qiymətləndirilsin».
1
Azərbaycan Konstitusiyasının 121-ci maddəsində
prezident haqqında, prezidentin statusu haqqında, prezidentin vəzifəsi
haqqında müddəalarda göstərilir ki, «əgər prezident Konstitusiyanı,
respublikanın qanunlarını pozarsa, o, vəzifəsindən kənar oluna bilər».
1993-cü il iyunun 24-də Azərbaycan Respublikasının Milli Məclisinin
qərarı ilə Azərbaycan Respublikası prezidentinin səlahiyyətləri Azərbaycan
Respublikası Ali Sovetinin sədrinə verildi.
Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərinin həyata keçirən
Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 2 iyul 1993-
cü il tarixli bəyanatında deyilirdi: «Azərbaycan Respublikası adından bəyan
edirəm ki, Azərbaycan dövlətinin daxili və xarici siyasətində heç bir
dəyişiklik baş verməyəcəkdir. Bildirirəm ki, Azərbaycan demokratiya,
siyasi plüralizm və azad iqtisadiyyat yoluna davam edəcəkdir. Azərbaycan
dövləti insan hüquqlarına və bütün beynəlxalq hüquq normalarına riayət
edəcək, respublikamızda başlanmış demokratik islahatlar bundan sonra daha
geniş və sürətlə həyata keçiriləcəkdir. Dünya dövlətləri ilə bərabərhüquqlu
və qarşılıqlı faydalanma prinsipləri əsasında başlanmış iqtisadi əməkdaşlıq
davam etdiriləcək, ayrı-ayrı xarici şirkətlərlə imzalanması nəzərdə tutulmuş
bütün müqavilələrlə bağlı götürülmüş öhdəliklər sivilizasiya normaları
çərçivəsində yerinə yetiriləcəkdir. Ölkəmizin daxili ictimai-siyasi vəziyyəti
sabitləşdikcə, həmin məsələlərlə daha fəal məşğul olmağa imkan
yaranacaqdır».
Milli Məclisin prezident səlahiyyətlərini Heydər Əliyevə verməsinə
baxmayaraq, o, Azərbaycan Respublikasının demokratik imicini saxlamaq
naminə yenə də demokratik yolla hərəkət edir, dünya təcrübəsindən isti-
1
Azərbaycan Respublikası Milli Məclisinin Arxivi. Fond 2491, siyahı 1, iş 216, vərəq 29
M İ L L İ K İ T A B X A N A
____________________________________
173
fadə edərək Əbülfəz Elçibəyin prezident vəzifəsində qalması haqqında
referendum keçirilməsini müdafiə edirdi. Heydər Əliyev Milli Məclisin 29
iyun tarixli iclasında bu məsələ ilə əlaqədar qeyd edirdi ki, Məclis
üzvlərinin bu təklifləri qanunauyğundur, əsaslıdır və məntiqidir. Ancaq
bəlkə demokratiyanın Azərbaycanda geniş surətdə bərqərar olduğunu bir
daha nümayiş etdirək. Onun təklifi ilə Milli Məclis iyunun 29-dakı iclasında
referendum keçirilməsi haqqında qərar qəbul edildi. Avqustun 29-da
prezident Əbülfəz Elçibəyə etimad haqqında referendum keçirildi.
Referendumda iştirak edənlərin 97,5 faizi prezidentə etimadsızlıq
göstərdilər.
Demokratiyadan dəm vuran, özlərini demokratiya tərəfdarları kimi
qələmə verən Xalq Cəbhəsi referendumu boykot etmək üçün mitinq
çağırmışdı. Bunlar hamısı Azərbaycanda sabitlik yaratmağa, demokratiyanı
genişləndirməyə qarşı yönəldilən tədbirlər, beynəlxalq hüquq normalarının
Azərbaycanda həyata keçirilməsinə qarşı yönəldilən açıq pozuculuq
fəaliyyətindən başqa bir şey deyildi.
Azərbaycan Respublikası prezidentinin vəzifəsini icra edən Heydər
Əliyev Milli Məclisin 29 sentyabr 1993-cü il tarixli iclasında Milli Məclisin
üzvü İbrahim İbrahimovun böhtançı çıxışına cavab olaraq demişdi:
«Referendum dünya təcrübəsində müəyyən mühüm məsələləri dövlət
səviyyəsində həll etmək üçün, xalqın rəyini öyrənmək üçün ən demokratik
yoldur, ən demokratik tədbirdir. Bundan da demokratik tədbir yoxdur. Bu
referenduma da biz birdən-birə getmədik. Azərbaycanın prezidenti Əbülfəz
Elçibəy öz iş yerini qoyub qaçdı. Bunları mən dəfələrlə demişəm. Bu sözləri
deməkdən yoruldum, amma siz məni təkrar deməyə məcbur edirsiniz. Əgər
çıxıb gedibsə, respublikanı başsız qoyubsa, deməli nə isə etmək, bir iş
görmək lazımdır. Yoxsa Əbülfəz Elçibəy peyğəmbər idi ki, biz onsuz
yaşaya bilmirdik? Ya gəlib prezidentliyini etməli idi, ya da ki xalqı bu
vəziyyətdə qoymamalıydıq. İyunun 17-də qaçıb getdi, avqustun 29-da isə
referendum keçirildi. Bir təsəvvür edin, iki ay yarım xalq bu vəziyyətdə
qaldı. İndi də deyirsiniz ki, antikonstitusion yol ilə hakimiyyətə gəliblər.
Burada heç kəs konstitusiyaya zidd yolla hakimiyyətə gəlməyib. Əgər məni
deyirsinizsə, məni siz özünüz gətirmisiniz».
M İ L L İ K İ T A B X A N A
____________________________________
174
«Mən var qüvvəmlə çalışdım ki, Əbülfəz Elçibəy qayıdıb gəlsin. Amma
gəlmədi. Biz bütün dünyanın təcrübəsindən istifadə etdik. Hamı dedi ki,
referendum olmalıdır. Referendum da keçirildi. Referendumdan sonra
prezident seçkiləri təyin etdik. Mən Xalq Cəbhəsinə müraciət etdim.
Əbülfəz Elçibəyə televiziya ilə müraciət etdim ki, prezident seçkilərində
yenə də iştirak etsin». Heydər Əliyev üzünü İbrahim İbrahimova tutaraq
«Siz də, İbrahim bəy, iştirak edin, Ədalət Rəhimov da iştirak eləsin,
başqaları da. Kimlər istəyirsə, iştirak etsinlər. Bəs niyə iştirak etmirsiniz?
İndi də başlamısınız ki, bəli, biz prezident seçkilərini pozmaq istəyirik».
1
1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasında növbədənkənar
keçirilən prezident seçkilərində Heydər Əliyev Azərbaycan Respublikasının
prezidenti seçildi. Seçkilər tam demokratik əsaslarla, dünya təcrübəsinə
uyğun aparılmışdı. Seçkilər altemativ əsaslarla keçirilmişdi. Prezidentliyə üç
namizəd irəli sürülmüşdü: Əbilov Kərrar Salman oğlu, Əliyev Heydər
Əlirza oğlu və Tağıyev Zakir Mahmud oğlu.
Səsvermə tam aşkarlıq şəraitində keçirilmiş, beynəlxalq təşkilatların,
xarici ölkələrin nümayəndələrinin geniş iştirakı şəraitində aparılmışdı.
Heydər Əlirza oğlu Əliyevin lehinə 3.919.923 nəfər, seçicilərin 98,8 faizi
səs vermişdi. Böyük səs toplamaqla Heydər Əliyev Azərbaycan
Respublikasının prezidenti seçilmişdi.
Oktyabrın 10-da «Respublika sarayın»da Azərbaycan Respublikasının
prezidenti Heydər Əlirza oğlu Əliyevin andiçmə mərasimi keçirildi.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev mərasimdə böyük
nitq söylədi, Vətənə, dövlətə, xalqa sədaqət andı içdi.
Böyük tarixi sənəd olan bu nitqdə Azərbaycanın düşdüyü böhranlı
vəziyyət, respublikanın başına gələn bəlaların səbəbləri açüır, onların aradan
qaldırılması sahəsində qarşıda duran vəzifələr qeyd edilir və ölkənin daxili
və xarici siyasətinin əsas istiqamətləri göstərilirdi. Bu həm də prezidentin
böyük xalq etimadına cavab andı idi. Prezident Heydər Əliyev de-
1
Heydər Əliyev. Azərbaycan Respublikası Milli Məclisinin iclasında Respublikada qanunsuz həbslər olub-
olmaması haqqında məsələnin müzakirəsi ilə bağlı çıxış. 29 sentyabr 1993-cü il. Müstəqilliyimiz əbədidir. I kitab.
Bakı, 1994, s.192
Dostları ilə paylaş: |