M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə69/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   65   66   67   68   69   70   71   72   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

205 

 

Azərbaycanda bələdiyyələrin yaradılmasından  əvvəl bələdiyyəçilik üzrə 



qanunlarının hazırlanması üçün Milli Məclisin Yerli Özünüidarə Məsələləri 

Daimi Komissiyası  tərəfindən başqa ölkələrin təcrübəsi öyrənilmişdir. 

Avropa Şurasının «Yerli özünüidarəetmə məsələləri üzrə Xartiyası»nın əsas 

prinsipləri Azərbaycan Respublikasının Konstitusiyasının prinsipləri ilə 

tutuşdurulmuş  və ona istinad edilmişdir. Eyni zamanda Komissiya üzvləri 

dünyanın bir çox ölkələrində, o cümlədən  İtaliyada, Avstriyada, 

Macarıstanda,  İspaniyada, Türkiyədə, Fransada, ABŞ-da və başqa 

dövlətlərdə olmuş, bələdiyyələrə aid keçirilən tədbirlərdə iştirak etmişlər. 

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən 1999-cu il 

iyulun 2-də «Bələdiyyələrə seçkilərin qaydaları haqqında Azərbaycan 

Respublikasının qanunu» təsdiq edilmiş,

1

 1999-cu il iyulun 27-də isə 



«Bələdiyyələrə seçkilərin qaydaları haqqında Azərbaycan Respublikası 

Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası prezidentinin 

fərmanı verilmişdir. 

Azərbaycan prezidenti Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə yaradılan 

bələdiyyələr yerlərdə sosial-iqtisadi, ekoloji, mədəni problemlərin həyata 

keçirilməsində xalqın fəal iştirakını  təmin etməklə demokratik dövlət 

quruculuğunda mühüm idarəçilik sütununu təşkil edir. 

Azərbaycan Konstitusiyası  əsasında 1999-cu ilin dekabr ayının 12-də 

bələdiyyələrə seçkilər keçirildi. Respublikanın təxminən 4500 yaşayış 

məntəqəsində  (şəhər, qəsəbə, kənd) 2700-ə yaxın bələdiyyə yaradıldı. 23 

min vətəndaş bələdiyyələrə üzv seçildi.

2

 



Azərbaycanda çoxpartiyalı sistem - siyasi plüralizm yaranmışdır. Hazırda 

respublikamızda dovlət qeydiyyatma alınmış 38 siyasi partiya, 1400-dən 

çox ictimai birlik fəaliyyət göstərir.

3

 Respublikamızda müxtəlif dillərdə 372 



qəzet, 106 jurnal nəşr olunur. 10 teleradio şirkəti, 25 informasiya agentliyi 

fəaliyyət göstərir. 

 

 

  



 

 

                                                 



1

 

Azərbaycan Respublikasında bələdiyyələrin hüquqi bazası. Bakı, 2002, səh. 7-34



 

2

 



Yenə orada, səh. 8-34

 

3



 

Ramiz Mehdiyev. Azərbaycan: Tarixi irs və müstəqillik fəlsəfəsi. Bakı,2001, səh. 256; Seçkidən seçkiyə.  

1995-2000. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Bakı, 2000, səh.14-15 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

206 

 

Demokratik təsisatların fəaliyyəti Avropa və qabaqcıl dünya standartları 



təcrübəsi ilə  əlaqələndirilən qanunvericilik aktları ilə  tənzimlənir. Kütləvi 

informasiya vasitələrinin fəaliyyətinin genişlənməsinə mühüm şərait 

yaradıhr. Bu faktı xüsusilə qeyd etmək lazımdır ki, Prezident Heydər 

Əliyevin fərmanı ilə informasiya vasitələri üzərindən senzura 

götürülmüşdür. 

Azerbaycan Respublikası Konstitusiyasında ölkəmizdə demokratik 

inkişaf prinsipləri öz əksini tapmışdır. Xalq dövlət hakimiyyətinin yeganə 

mənbəyidir. Azərbaycan dövləti demokratik, hüquqi və dünyəvidir. 

İdarəçilik hakimiyyət bölgüsü əsasında təşkil edilir. Dövlətin ali məqsədi 

insan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsindən ibarətdir. 

Konstitusiyanın 12-ci maddəsində dövlətin ali məqsədinin insan 

hüquqlarının və azadlıqlarının təmin edilməsinin və onun beynəlxalq 

müqavilələrə uyğun olaraq təmin edilməsinin nəzərdə tutulması müəyyən 

edilir. 71-ci maddədə insan hüquqları və azadlıqlarına riayət etmək və onları 

qorumaq bütün hakimiyyət orqanlarının borcu hesab edilir. İnsan hüquqları 

toxunulmaz, pozulmaz təminata malikdir. Dövlət irqindən, milliyyətindən, 

dinindən, qulluq mövqeyindən,  əqidəsindən, siyasi partiyalara, həmkarlar 

ittifaqlarına və başqa ictimai birliklərə  mənsubiyyətindən asılı olmayaraq, 

onların hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. 

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra beynəlxalq 

birliyin tamhüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul 

edərək, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf 

yolu seçmişdir. 

Cəmiyyətdə  və  hər bir şəxsin həyatmda insan hüquqlarının reallığa 

çevrilməsini özünün ali məqsədi hesab edən Azərbaycan Respublikası insan 

hüquqları sahəsində 1998-ci ilədək 20-yədək beynəlxalq konvensiya və 

sazişlərə qoşulmuşdur. 

Heydər  Əliyev insan və  vətəndaş hüquqları  və azadlıqlarının 

qorunmasına birinci dərəcəli vəzifə kimi baxırdı. BMT-nin insan 

hüquqlarına dair 1948-ci il 10 dekabr tarixli Ümumi Bəyannaməsinin qəbul 

edilməsinin 50 illiyi ərəfəsində ölkəmizdə demokratiyanın daha da inkişaf 

etdirilməsi və insan hüquqlarını qorumaq sahəsində geniş tədbirlər həyata 

  



M İ L L İ  K İ T A B X A N A

____________________________________

207 

 

keçirildi, maarifçilik işi gücləndirildi. Prezidentin «İnsan və  vətəndaş 



hüquqları  və azadlıqlarının təmin edilməsi sahəsində  tədbirlər haqqında»

1

 



1998-ci il 22 fevral tarixli fərmanı insan hüquq və azadlıqlarına verilən 

böyük  əhəmiyyətin parlaq ifadəsi idi. Bu fərmanda bütün hakimiyyət 

orqanlarının Konstitusiyada təsbit edilmiş insan hüquqlarının həyata 

keçirilməsinin 

əsas istiqamətləri müəyyən edilir, Azərbaycan 

Respublikasının Nazirlər Kabinetinə  və Azərbaycan Respublikası 

Prezidentinin İcra Aparatına dövlət orqanları ilə birlikdə insan hüquqlarının 

müdafiə sinə dair Dövlət proqramının layihəsini, insan hüquqları üzrə 

Azərbaycan Respublikasının səlahiyyətli müvəkkili təsisatının, 

(Ombudsman  İnstitutunun), habelə insan hüquq və azadlıqlarının 

müdafiəsini həyata keçirən digər qurumların yaradılmasına, insan hüquqları 

üzrə elmi-tədqiqat institutunun yaradılmasına dair təkliflərini hazırlayıb 

Azərbaycan prezidentinə təqdim edilməsi qərara alınırdı.

2

 



Azərbaycan Prezidenti Heydər  Əliyevin 22 fevral 1998-ci il tarixli 

fərmanı əsasında «İnsan hüquqlarının müdafiə sinə dair Dövlət proqramı»

3

 

hazırlanıb, 1998-ci il iyunun 18-də Prezidentin sərəncamı ilə  təsdiq edildi. 



Bu proqram təsdiq edildikdən sonra uğurla həyata keçirilməkdədir. 

Respublikamızda ilk dəfə olaraq 1998-ci ildə Azərbaycan 

Respublikasının Konstitusiya Məhkəməsi yaradıldı. Həmin ildə qadınlar 

üzrə dövlət siyasətinin daha mütəşəkkil  şəkildə  həyata keçirilməsini təmin 

etmək, qadınların ictimai-siyasi həyatda fəaliyyətini artıqmaq məqsədilə 

«Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılması haqqında» 14 yanvar 

1998-ci il tarixli prezident fərmanı verildi və müvafiq Komitə yaradıldı. Bu 

fərmana  əsasən hazırlanan «Azərbaycan Respublikası Qadın Problemləri 

üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»

4

 Prezidentin 1998-ci il 20 fevral 



tarixli fərmanı ilə təsdiq edildi. 

 

                                                 



1

 

Azərbaycan Respublikası prezidentinin fərmanları və sərəncamları (yanvar-mart 1998-ci il).  



Bakı, 1998, səh.12-15

 

2



 

Yenə orada

 

3

 



Azərbaycan  Respublikası   Prezidentinin  fərmanları  və   sərəncamları   (aprel-iyun 1998-ci il).  

Bakı, 1998, səh. 99-105

 

4

 



Azərbaycan  Respublikası   Prezidentinin  fərmanları  və   sərəncamları   (aprel-iyun 1998-ci il).  

Bakı, 1998, səh. 99-105

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə