M İ L L İ K İ T A B X A N A
____________________________________
199
Hələ 1921-ci ildə beynəlxalq müqavilələrlə Naxçıvana Muxtar
Respublika statusu verilmişdir. Bu elə bir vaxt idi ki, Naxçıvan əhalisinin
varlığı, diyarm özünün taleyi təhlükə qarşısında qalmışdı.
1918-20-ci illərdə daşnakların silahlı dəstələri Naxçıvan əhalisinə
vəhşicəsinə divan tutur, oranı erməniləşdirməyə və Ermənistana
birləşdirməyə çalışırdı. Həmin vaxtda yerli əhali öz nicatını Türkiyədə
gördü. Türkiyə özü çətin şəraitdə - Yunanıstanla müharibə etdiyi və Antanta
ağalığına son qoymaq uğrunda mübarizə apardığı vaxtda Naxçıvanı da xilas
etdi.
Eyni zamanda Türkiyə Rusiya ilə bağladığı beynəlxalq müqavilədə də
Naxçıvanın taleyi qayğısına qaldı. 1921-ci ilin mart ayında Moskvada
RSFSR -Türkiyə danışıqları aparıldığı vaxt Naxçıvan haqqında da məsələ
müzakirə edildi. Türkiyə nümayəndəsi kamalçılarla daşnaklar arasında
müharibə getdiyi vaxtda Naxçıvan əhalisinin türk əsgərlərini köməyə
çağırmasını qeydetdi və belə bir bəyanat verdi: «... əhali tərəfindən türk
qoşunlarının çağırılması faktına görə Naxçıvan Türkiyənin himayəsi
altındadır. Buna baxmayaraq, o, bu himayəçiliyi Azərbaycana güzəştə
getməyə hazırdır. Bu şərtlə ki, Azərbaycan bu himayəçiliyi üçüncü dövlətə
güzəştə getməyəcəyini öhdəsinə götürsün».
Moskva müqaviləsində Naxçıvan diyarma Azərbaycanın himayəsi
altmda muxtariyyət statusu verilməsi rəsmiləşdirildi. Eyni zamanda türk
nümayəndələrinin təklifi ilə müqaviləyə əlavə edildi ki, Azərbaycanın
himayəsi altında Naxçıvana muxtariyyət bu şərtlə verilsin ki, «Azərbaycan
bu protektoratlığı heç bir üçüncü dövlətə güzəştə getməyəcəkdir».
Moskva müqaviləsi Türkiyə ilə Zaqafqaziya respublikaları arasında
münasibətləri də müəyyən etdi. Konfransda razılaşdılar ki, Türkiyə ilə
Zaqafqaziya respublikaları arasında da analoji müqavilə imzalansın. 1921-ci
il sentyabrın 26-da Qarsda RSFSR-in iştirakı ilə Türkiyə ilə Zaqafqaziya
respublikaları arasında müqavilə imzalandı. Bu müqavüə Moskva
müqaviləsinin, demək olar ki, eyni idi. Moskva müqaviləsini həm Sovet
Rusiyası hökuməti, həm də Türkiyə tərəfi müvəqqəti bir sənəd kimi yox,
daimi bir sənəd kimi qəbul etmişdilər.
M İ L L İ K İ T A B X A N A
____________________________________
200
Qars müqaviləsi də həmişə öz əhəmiyyətini və qüvvəsini saxlayır. Məhz
Türkiyənin iştirakı ilə hər iki müqavilədə (Moskva və Qars müqavilələri)
Naxçıvanın statusu müəyyən edilmişdir. Bu statusda dəyişiklik etmək
Türkiyənin iştirakı ilə olmalıdır. Türkiyə buna ciddi əməl edir. Belə ki,
1992-ci ildə Naxçıvana Ermənistandan təcavüz artdığı zaman Türkiyə
Cümhuriyyəti prezidenti Turqut Özal və baş nazir Süleyman Dəmirəl
«Naxçıvandan əlinizi çəkin» səslərini ucaltdı. vaxt Naxçıvanda işləyən
Heydər Əliyev və S.Dəmirəl Ankarada birlikdə bütün dünyanın diqqətini
Qars müqaviləsinin qüvvədə qalması faktına yönəltmişdi. Heydər Əliyevin
qeyd etdiyi kimi, onlar dünyaya bəyan etdilər ki, «Naxçıvanı qoruyanlar var,
Naxçıvandan əllərini çəkməlidirlər».
Azərbaycan Respublikasının yeni Konstitusiyasında bu tarixilik
prinsipinin saxlanılması və möhkəmləndirilməsi Naxçıvanda sülhün və
əmin-amanlığın saxlanması və qorunmasına mühüm təminatdır.
Tarixdə ilk dəfə olaraq öz Konstitusiyası vasitəsilə müstəqil Azərbaycan
dövlətinin əsasları müəyyənləşdirilir. Yeni Konstitusiyaya əsasən,
Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.
Dövlət hakimiyyəti demokratik əsaslarla təşkil edilir. O, üç sütun üstündə
qurulub. 7-ci maddədə deyilir ki, dövlət hakimiyyəti hakimiyyətlərin
bölünməsi prinsipi əsasında təşkil edilir. Bu üçlük: Qanunverici
hakimiyyətdən - Milli Məclisdən; İcra hakimiyyətindən - Prezident
hakimiyyətindən; Məhkəmə hakimiyyətindən - Azərbaycan
məhkəmələrindən ibarətdir. Hər bir hakimiyyətin hüquq və vəzifələri,
səlahiyyətləri tam demokratik prinsiplərə riayət edilməsi yolu ilə qanunla
müəyyənləşdirilir. Hakimiyyətlərin tarazlığı saxlanılır.
Bir hakimiyyətin başqasından asılı olmaması təmin edilir. Eyni zamanda
hakimiyyət orqanlarının birinin başqasına nəzarəti də müəyyən edilir.
«Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması» -
adlanan 107-ci maddədə Milli Məclisin və Məhkəmə hakimiyyətinin -
Konstitusiya Məhkəməsinin Prezident üzərində nəzarəti təsbit olunur. Başqa
maddə ilə Prezidentə qanunlara veto qoymaq hüququ verilir. Konstitusiyada
Prezidentin parlamenti buraxmaq səlahiyyəti nəzərdə tutulmur.
M İ L L İ K İ T A B X A N A
____________________________________
201
12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının
Konstitusiyası XX əsrdə onun sayca dördüncü Konstitusiyasıdır. Xalqımızın
keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Xronoloji cəhətdən 1921-
ci ildə Azərbaycan SSR-nin birinci Konstitusiyası, 1937-ci ildə ikinci, 1978-
ci ildə üçüncü Konstitusiyası qəbul edilmişdir. Yeni Konstitusiya özündən
əvvəlkilərdən hər cəhətdən köklü surətdə fərqlənir.
Bu, müstəqil Azərbaycan Respublikasımn Konstitusiyasıdır. Müstəqil
respublikanın bütün sahələrdə fəaliyyətini təmin edir, Azərbaycan
Respublikasında yaşayan hər bir vətəndaşın doğma Konstitusiyasıdır.
Heydər Əliyev Konstitusiyanın qəbul edilməsi münasibətilə 24 noyabr
1995-ci ildə demişdi: «Yeni qəbul olunmuş Konstitusiya Azərbaycanın
müstəqüliyini, ərazi bütövlüyünü təmin edən Konstitiusiyadır və əminəm ki,
bu, daimi olacaqdır, xalqımız bu Konstitusiyanın müddəalarından istifadə
edərək Azərbaycanın dövlət müstəqilliyini əbədi edəcəkdir. Yeni
Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması,
demokratik vətəndaş cəmiyyətinin yaranması üçün bütün əsasları yaratmış,
bütün təminatları vermişdir. Bizim borcumuz bu təminatlardan,
Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və
ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların
hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir».
1
Azərbaycan Respublikası Konstitusiyası əsasında 1998-ci il oktyabrın
11-də ölkəmizdə Azərbaycan Respublikası prezidentliyinə seçkilər keçirildi.
Seçkilərin tam demokratik şəraitdə keçirilməsi üçün bütün tədbirlər
görülmüşdü. Hələ 1998-ci il iyunun 9-da Azərbaycan Respublikasının
prezidenti Heydər Əliyev «Azərbaycan Respublikası prezidentinin seçkiləri
haqqında» Azərbaycan Respublikasının Qanununu imzalamışdı və həmin
sənəd mətbuatda dərc edilmişdi. Bu sənəd 10 fəsil, 59 maddədən ibarət olub
bütün seçki prosesi məsələlərini əhatə edirdi. Prezidentin «Azərbay-
1
Heydər Əliyev. Müstəqillik yollarmda. Bakı, 1997, səh. 309
Dostları ilə paylaş: |