M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə63/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   59   60   61   62   63   64   65   66   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

187 

 

Prezidentin 15 mart tarixli müraciəti xalq tərəfindən böyük həmrəyliklə 



qarşılandı. Xalq öz prezidenti ilə  həmrəy olduğunu bildirdi. Ölkənin 

müxtəlif bölgələrindən, kollektivlərindən, ayrı-ayrı adamlarından, xarici 

ölkələrin rəhbərlərindən, ictimai xadimlərindən Heydər  Əliyevin adına 

teleqramlar göndərilirdi. 

Mart çevrilişi günlərində Heydər  Əliyev xarici dövlətlərin rəhbərləri ilə 

dövlətlərarası  səviyyədə danışıqlar aparırdı. Bunların da Azərbaycanın 

dəstəklənməsində mühüm rolu oldu. Heydər  Əliyev martın 17-də 

jurnalistlərlə görüşündə ona verilən suala cavabında bildirirdi ki, kiminlə 

görüşmüşəmsə, kiminlə danışmışamsa, hamı bizi dəstəkləmişdir. Hamı 

narahat olduğunu bildirmişdir. Hamı bir şeyi istəyirdi: «respublika bu çətin 

günləri, bu çətin dövrü aradan qaldırsın». 

Azərbaycandakı mart hadisələri ilə  əlaqədar olaraq Türkiyə 

Cümhuriyyətinin Baş naziri Tansu Çillər, ABŞ Dövlət Departamenti, ABŞ-

ın Azərbaycandakı səfirliyi, Rusiya Federasiyası Dövlət Dumasının bir qrup 

deputatı bəyanat vermişdi. 

Azərbaycan Respublikasının dövlətçiliyinin qorunub saxlanması ilə 

bağlı, eyni zamanda faciəli hadisələrlə  əlaqədar martın 17-də Azərbaycan 

Prezidenti Heydər Əliyevin yanında geniş müşavirə keçirildi. 

Müşavirədə Heydər Əliyevin çıxışından sonra 10 nəfər rəhbər işçi çıxış 

etdi. Heydər  Əliyev çıxışında 17 mart 1995-ci il hadisəsinə hüquqi-siyasi 

qiymət verdi. O, qeyd etdi ki, bu hadisə bir tərəfdən Azərbaycan dövlətinin 

qüdrətini, onun iradəsini bütün düşmən qüvvələrə - Azərbaycanın içində də, 

xaricində  də olan qüvvələrə nümayiş etdirdi. Bu, Azərbaycan xalqının, 

müstəqil respublikamızın tarixində əlamətdar bir hadisədir, ibrətamiz haldır 

və  mən bunu yüksək qiymətləndirirəm. Prezidentin sonrakı nitqində  və 

çıxışlarmda da mart hadisələrinin məzmun və mahiyyəti açıqlanır, onlara 

qiymət verilirdi. 

Son iki ildə Azərbaycan Respublikasının üçüncü dəfə, - 13-17 martda 

dövlət çevrilişi ilə qarşılaşması ölkəni yeni çətin bir sınaqdan çıxardı. 

1995-ci ilin 23-24 iyununda Respublika sarayında keçirilən ümumxalq 

nümayəndələri toplantısı 13-17 mart hadisələri və Azərbaycanda ictimai-

siyasi vəziyyət mövzusuna həsr edilmişdi. Toplantıda Heydər Əli- 

  



M İ L L İ  K İ T A B X A N A

____________________________________

188 

 

yev göstərdi ki, Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş bütün cəhdlərin 



qarşısı xalqın gücü, iradəsi, ölkənin bütün vətəndaşlarının həmrəyliyi ilə 

alındı. Respublikamız, onun müstəqilliyi, dövlətçiliyimiz böyük bir 

sınaqdan keçdi. 

Ümumiyyətlə, ümumxalq nümayəndələri toplantısında məruzə, məlumat 

və  çıxışlarda həm oktyabr 1994, həm də 13-17 mart 1995-ci il dövlət 

çevrilişi cəhdləri haqqında geniş məlumatlar verildi. 

Azərbaycan Respublikası Prokurorluğunun xüsusi arayışlarında, Daxili 

İşlər və Milli Təhlükəzislik Nazirliklərinin məlumatlarında XTPD 

tərəfindən edilmiş cinayətlər faktlar və dəlillərlə sübut edildi. Bakı epizodu 

üzrə arayışda qeyd edilir ki, onlar «İqtidan devirmək və hakimiyyəti  ələ 

almaq məqsədi ilə Prezident Saraymı, Ali Sovetin, Daxili İşlər Nazirliyinin, 

Dövlət Televiziya və Radio Verilişləri  Şirkətinin inzibati binalarını basqın 

yolu ilə  zəbt etmək, rəhbər vəzifəli  şəxslərə qarşı terror aktlarını  həyata 

keçirmək üçün planlar hazırlamış  və bu məqsədlə 4 hücumçu qrup 

yaratmışdılar».

1

 



  

                                                 

1

 

Azərbaycan: Oktyabr 94 - Mart 95. Qəsd. Bakı, 1995, səh. 566-567 



 


M İ L L İ  K İ T A B X A N A

____________________________________

189 

 

  



V FƏSİL 

AZƏRBAYCAN RESPUBLİKASINDA 

DEMOKRATİK, HÜQUQİ VƏ DÜNYƏVİ DÖVLƏT 

QURUCULUĞU 

 

Heydər Əliyevin çağdaş tariximizə Milli Qurtuluş günü kimi daxil olmuş 



15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin sədri 

seçilməsi ilə respublikada demokratiyanın, qanunçuluğun, hüquqi dövlət 

quruculuğunun bünövrəsi qoyuldu. Heydər  Əliyevin parlamentə  sədr 

seçilməsindən sonra Milli Məclisdə verdiyi bəyanatda müstəqil dövlətçiliyin 

inkişaf konsepsiyası  və yollan sistemli şəkildə açıqlandı. Bu istiqamətdə 

məqsədyönlü tədbirlər həyata keçirilməyə başlandı. 1993-cü ilin iyun-

oktyabr ayları və sonrakı dövrdə müstəqil Azərbaycan dövlətinin qorunması 

və möhkəmləndirilməsi uğrunda Heydər  Əliyevin mübarizəsi strateji 

məqsəd daşıyırdı. O, strateji və demokratik yolun mahiyyətini belə 

səciyyələndirirdi: «Azərbaycan Respublikası öz dövlət quruculuğunda, 

sosial-iqtisadi problemlərin həllində tutduğu strateji yolla gedir. Bizim bu 

yolumuz Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı dövlət 

qurmaqdan, demokratik prinsipləri gündən-günə inkişaf etdirməkdən, 

dünyanın  əldə etdiyi bütün demokratik nailiyyətləri Azərbaycanda 

yaymaqdan, onlardan bəhrələnməkdən ibarətdir».

1

 



Azərbaycan Respublikası Prezidenti İcra Aparatının rəhbəri, fəlsəfə 

elmləri doktoru Ramiz Mehdiyev respublikamızda dövlət quruculuğunu 

aşağıdakı mərhələlərə bölür: 

- 1992-1993-cü illər kütləvi  şüurda «aydınlaşma, dərketmə» 

mərhələsidir; 

- 1993-1995-ci 

illər müstəqillik ideyaları  və dövlətçilik uğrunda 

«gərgin, amansız mübarizələr, müstəqillik və dövlətçilik şüuranun qələbəsi» 

mərhələsidir, 

- 1995-ci 

ildən bu günə  qədər davam edən dövrü isə «tammiqyaslı 

hüquqi, demokratik dövlət və  vətəndaş  cəmiyyəti quruculuğu» mərhələsi 

adlandırmaq mümkündür.

2

 



                                                 

1

 



Heydər Əliyev. Müstəqillik yolu. Seçilmiş fikirlər. Bakı,1997, səh.30

 

2



 

Ramiz Mehdiyev. Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi. Bakı, 2001, səh. 254 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə