M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə59/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   55   56   57   58   59   60   61   62   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

175 

 

yirdi: «Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. 



Məhz bu dövrdə  mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini 

dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün 

həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə  həsr 

edəcəyəm ».

1

 

Prezidenti düşündürən  ən ümdə,  ən ağır məsələlərdən biri erməni 



təcavüzü nəticəsində  işğal edilmiş torpaqların geri qaytarılması, Qarabağ 

probleminin həll edilməsi idi. Bu məsələlərin həllində Prezident «sülh-sevər 

mövqe tutaraq, bu vəzifəni birinci növbədə sülh yokı ilə, danışıqlar yolu ilə 

həll etməyə üstünlük veririb »- mövqeyini üstün tutacağını qeyd edirdi. Eyni 

zamanda  əgər sülh yolunda addımlar nəticə verməsə, Azərbaycanın  ərazi 

bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə  etmək üçün qüdrətli 

ordu yaradılması da əsas vəzifə kimi qarşıya qoyulurdu. 

Görkəmli dövlət xadimi Heydər Əliyev andiçmə mərasimindəki nitqində 

Azərbaycanda dövlət quruculuğu sahəsində qarşıda duran vəzifələrdən 

danışaraq qeyd edirdi ki, yolumuz demokratiya yoludur. Müstəqil 

Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Öz tarixindən, milli 

ənənələrindən bəhrələnərək, dünya demokratiyasmdan, ümumbəşəri 

dəyərlərdən istifadə etməklə demokratik dövlət quruculuğu yolu ilə 

getməkdir. 

«Respublikanın müstəqilliyini möhkəmləndirmək üçün əsas vəzifələrdən 

biri Azərbaycanın mənafeyini dünya miqyasmda müdafiə  edə bilən ağıllı, 

səriştəli xarici siyasətin olmasıdır» - deyən prezident özünün dünya 

siyasətindəki görkəmli nüfuzuna, tanınmış diplomat və siyasi xadimi kimi 

bacarığına  əsaslanırdı. Bu, elə ilk gündən özünü göstərməyə başlamışdı. 

Prezident seçilməsi ilə  əlaqədar olaraq Heydər  Əliyevə dünyanın bir çox 

dövlət başçüarının göndərdikləri təbrik məktubları bunu sübut edir. 

Son illərdə respublikanın böhran vəziyyətinə salınması iqtisadiyyatın 

bütün sahələrinə ciddi təsir etmiş və bunun nəticəsində də vətəndaşların 

  

  



                                                 

1

 



Qurtuluş. Bakı,1998, səh.62; Prezident 93-97. Xronika. I kitab.l993-1997-ci illər. Ba-kı, 1998, səh.36

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

176 

 

rifah halı olduqca aşağı düşmüşdü. Lakin respublikanın böyük iqtisadi-



sosial, elmi-texniki potensialmı  dərindən bilən prezident Azərbaycanı  ağır 

vəziyyətdən çıxarmağın düzgün yolunu göstərirdi. «.. .bir tərəfdən yaranmış 

potensialdan səmərəli istifadə etmək, digər tərəfdən isə, yeni iqtisadi 

islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində 

hərəkət etməliyik» - deyə qeyd edirdi... 

Prezident Heydər  Əliyev respublikanın daxili və xarici siyasətinin  əsas 

prinsiplərinin dünya demokratiyasının açdığı yolla, demokratik prinsiplər 

əsasında aparılacağını qeyd edərək xalqı  əmin etdi ki, «bu fikirlərə, bu 

prinsiplərə daim sadiq olacağam». 

1993-cü il 10 oktyabr günü Azərbaycan Prezidenti Heydər  Əliyevin 

həyatında, Azərbaycanın tarixində  əlamətdar, tarixi bir gün idi. Heydər 

Əliyevin andiçmə  mərasimindəki dərin məzmunlu, parlaq nitqi keçid 

dövrünün böyük proqram sənədi oldu: 

«Əlimi Azərbaycan Respublikasının Konstitutsiyasına basaraq and 

içirəm ki, biliyimi, təcrübəmi, qüvvəmi Azərbaycan xalqının, Azərbaycan 

Respublikasının rifahına həsr edəcəyəm. 

And içirəm ki, prezident vəzifəsini ali məqsədlər, amallar naminə yerinə 

yetirərək, Azərbaycan Respublikasının tam müstəqilliyini, suverenliyini, 

ərazi bütövlüyünü təmin etmək üçün əlimdən gələni əsirgəməyəcəyəm. 

And içirəm ki, Azərbaycan Respublikası Konstitutsiyası və qanunlarının 

həyata keçirilməsinin təminatçısı olacaq, milli mənsubiyyətdən asılı 

olmayaraq Azərbaycan vətəndaşlarının hüquqlarının və azadlıqlarının 

qorunmasının, müdafiə  edilməsinin təminatçısı olacağam. Azərbaycan Res-

publikasında azadlığın, demokratik dəyişikliklərin, Azərbaycan 

Respublikasının demokratik, hüquqi dovlət kimi inkişaf etdirilməsinin 

təminatçısı olacam. Azərbaycan Respublikasına, Azərbaycan xalqına 

ləyaqətlə xidmət edəcəyəm. Azərbaycan Respublikasının dünya dövlətləri 

içərisində, dünya birliyində ləyaqətli yer tutmasına çalışacağam. 

Əlimi Qurani-Kərimə basaraq and içirəm ki, Azərbaycan xalqının milli 

və  mənəvi  ənənələrinə daim sadiq olacaq və bu ənənələrin Azərbaycanda 

bərqərar olmasına, yaşamasına təminat yaradacağam».

1

 



  

                                                 

1

 

Qurtuluş. Bakı,1998, səh.62; Prezident 93-97. Xronika. I kitab. 1993-1997-ci illər. Ba-kı, 1998, səh.36 



 


M İ L L İ  K İ T A B X A N A

____________________________________

177 

 

Heydər  Əliyevin prezident seçilməsi bütün dünyada böyük əks-səda 



doğurdu. Dünyanm görkəmli dovlət xadimləri və hökumət başçıları, nüfuzlu 

siyasi və ictimai xadimlərinin, eləcə  də beynəlxalq təşkilatların marağına 

səbəb oldu. Onlar ardı-arası  kəsilməyən təbriklərlə öz münasibətlərini 

bildirirdilər. 

Azərbaycan Respublikasının Prezidenti Heydər  Əliyevin yorulmaz və 

titanik fəaliyyəti respublikadan xaricdə  və daxildə olan düşmənlərimizi 

olduqca narahat edirdi. Onlar necə olursa-olsun Azərbaycanı bu yoldan 

dondərmək üçün müxtəlif vasitələrə  əl atmağa başladılar. Külli miqdarda 

sənədlər və materiallar, xüsusilə, prezident Heydər  Əliyevin nitqləri, 

müraciətləri, çıxışları, bəyanatları, mətbuat konfranslarının sənədləri, 

mətbuat səhifələrində çap edilmiş yazılar, materiallar Azərbaycanda 

törədüən təxribatlann, qətllərin mahiyyətini açmağa geniş imkan yaradır. 

Onlar  əsaslı surətdə sübut edir ki, respublikamızın həm daxildə, həm də 

xaricdə olan düşmənlərini bir məqsəd birləşdirirdi. Respublikada ictimai-

siyasi sabitliyin pozulması, süni surətdə qarşıdurma və vahimə  əhvali-

ruhiyyəsinin yaradılması, son nəticədə ölkənin iqtisadi və siyasi müstəqil 

inkişafı yolundan döndərilməsi başlıca məqsəd idi. Azərbaycanın 

beynəlxalq inkişaf yoluna keçdiyi vaxt - «Əsrin müqaviləsi»nin 

imzalanmasından sonra xarici düşmənlər daha çox narahat olur, onun 

əleyhinə təbliğat aparır, bu müqavilənin həyata keçirilməsinə mane olmağa 

çalışırdılar. Onların hərəkətləri respublikamızın daxilində fəaliyyət göstərən 

və xalqınııza, ölkəmizə, dövlətimizə düşmən kəsilən qara qüvvələrin 

mövqeləri ilə üst-üstə düşürdü. Ona görə də müqavilənin imzalanmasından 

sonra Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyən xarici və daxili 

qüvvələr hərəkətə gəldilər və 1994-cü il oktyabrın əvvəllərində respublikada 

dövlət çevrüişinə cəhd etdilər. Çevrilişə hazırlıq məşqi kimi oktyabr qabağı 

bəzi aksiyalar keçirildi. Bunlar sentyabnn 21-dən başlayaraq oktyabrın 4-ə 

qədər davam etdi. 

Çevriliş  cəhdi qabağı - sentyabrın 22-də Azərbaycan dövlətinə qarşı 

cinayət törətmiş dörd nəfər - R.Qazıyev, B.Nəzərli, Ə.Hümbətov, A.Paşayev 

Respublika Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçırıldı. 

Bundan 7 gün sonra daha dəhşətli cinayət hadisəsi törədildi. Sen- 

  



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə