M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə56/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   52   53   54   55   56   57   58   59   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

167 

 

İkinci dəfə Heydər  Əliyev yenə  zəng vurub onu dəvət edəndən bir 



müddət keçdikdən sonra Ə.Hümbətov Bakıya gəlmişdi. Heydər Əliyev onu 

qəbul etmiş və 4 saat söhbət etmişdi. 

Avqust aymın 2-3-də Heydər Əliyev respublikanın nazirlərindən, yüksək 

vəzifəli  şəxslərindən bir qrupunu Lənkərana göndərmişdi, orada vəziyyəti 

araşdırsınlar və bununla da bölgədə sakitlik yaranması təmin olunsun. 

Avqust ayının 2-də nazirlər, 3-də isə baş nazir Lənkəranda müşavirə 

keçirdi. Nəticəsi olmadı. Avqustun 5-də Ə.Hümbətov öz silahlı qüvvələri ilə 

Cəlilabad rayonunun prokurorluq işçilərini həbs edib Lənkərana aparmışdı. 

Vəzifəli adamları tutub dustaq saxlayırdı. Bu qanunsuz hərəkətlər haqqında 

13 avqust tarixli müşavirədə ətraflı danışıldı. 

Avqustun 6-da Lənkəranda qondarma «Talış-Muğan Respublikası» ilə 

əlaqədar qurultay keçirildi və «Talış-Muğan Respublikası»nın yaradılması 

haqqında əsassız qərar qəbul edildi. Əlikram Hümbətov özünü «prezident» 

elan etdi. 

Heydər  Əliyev baş nazir Surət Hüseynov vasitəsilə avqustun 10-da 

Əlikram Hümbətovla üçlükdə görüşmüşdü. Bu ikinci görüş idi. Birinci dəfə 

görüş 4 saat çəkmiş və sakit şəraitdə keçmişdisə, bu görüş 3 saat davam etdi. 

Ə.Hümbətov, hətta Heydər Əliyevə qarşı təhqiramiz, kobud, böhtançı sözlər 

işlədərək çox iddialı halda onun təklifindən imtina etdi. Heydər  Əliyev 

görüş barədə qeyd edirdi ki, «şübhəsiz ki, mən bunların hamısına dözdüm, 

çünki istəyirdim ki, məsələlər hamısı qarşılıqlı anlaşma səviyyəsində getsin. 

Ancaq bu adam, görünür ki, bu səviyyəyə malik adam da deyildi».

1

 

Heydər  Əliyev özünü çox təmkinlə aparsa da, Ə.Hümbətov onun 



qarşısında özündən müştəbeh, iddialı  tələblər qoyurdu. Ali Sovetin 

çağırılmasını, Nazirlər Kabinetinin, baş nazirin səlahiyyətlərinin 

artırılmasını, referendumun lazım olmadığını, onu pozacağını, referendumda 

bir sual - prezident üsul-idarəsinin lazım olub-olmaması sualının 

qoyulmasmı təkid edirdi və hətta, Heydər Əliyevi belə hədələyirdi. Heydər 

Əliyev onun bu sayıqlamalarının qarşısında soruşduqda ki, «Axı sizin 

səlahiyyətiniz nədir, 

  

                                                 



1

Heydər Əliyevin Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik rayonlarından seçilmiş xalq 

deputatları və həmin rayonlardan olan rəhbər işçilər və ziyalılarla görüşdəki giriş sözü. Müstəqilliyimiz əbədidir. I 

kitab, səh.69 

  



M İ L L İ  K İ T A B X A N A

____________________________________

168 

 

siz səlahiyyətsiz bir adamsınız, nə üçün qanunu pozursunuz?» O, «mənim 



səlahiyyətim avtomatdır» - cavabını vermişdi, yəni ki, Heydər  Əliyevi 

avtomatla məcbur etmək, yaxud da ki, öldürmək olardı...

1

  Əlikram 



kimilərinin və bu kimi başqalarının Heydər  Əliyevi hədələmələrinə cavab 

olaraq xalqın sevimlisi bildirirdi ki, «məni hədələyən adamların hamısına 

deyirəm... bu hədələr məni bir şeydən çəkindirə bilməz, xalqın yolunda mən 

özümü qurban verməyə hazıram... Ancaq bu cür tərbiyəsizlik, bu cür 

ədəbsizlik, şübhəsiz ki, məni narahat edir.. .».

2

 



Heydər  Əliyev cənub rayonlarından seçilmiş xalq deputatları  və  həmin 

rayonlardan olan rəhbər işçilər və ziyalılarla məsləhətləşmək və  məsələni 

aydınlaşdırmaq üçün 1993-cü il avqustun 13-də görüş keçirdi. Əlikram 

Hümbətovun törətdikləri cinayətlər ətraflı müzakirə edildi və siyasi qiymət 

verildi. Görüşdə Heydər  Əliyev yekun sözündə  Ə.Hümbətovun 

hərəkətlərinə  yığcam qiymət verdi: «Əlikram Hümbətovun hərəkətləri 

Azərbaycanın konstitusiyasını, qanunlarını pozan hərəkətlərdir.  Əlikram 

Hümbətovun ixtiyarında olan silahlı dəstələr qeyri-qanuni silahlı dəstələrdir. 

silahlı  dəstələri  Əlikram Hümbətova verən adamlar Azərbaycan xalqına 

xəyanət ediblər».

3

 

1993-cü ilin yayında Azərbaycanın ərazi bütövlüyünün saxlanılmasında, 



parçalanmasının qarşısının alınmasında böyük siyasi-hərbi iş aparıldı. 

Cənubda  Əlikram Hümbətovun, elan etdiyi «Talış-Muğan Respublikası» 

xülyasının, Azərbaycanı parçalamasının qarşısı qətiyyətlə alındı. Qondarma 

«Talış-Muğan Respublikası» haqda xülya sabun köpüyü kimi yox oldu. 

Azərbaycanın cənub hissəsində hakimiyyət bərpa olundu. Heydər  Əliyev 

böyük cəsarətlə bütün respublikanı, onun ziyalılannı, vətənpərvər 

adamlarını, xüsusilə, cənub rayonlarının  əhalisini ayağa qaldırdı. Bütün 

xalqı öz ətrafında birləşdirdi, özü ilə xalq arasında birlik yaratdı. Əlikramın 

bandası darmadağın edildi. 

Heydər  Əliyevin siyasi, hərbi təşkilatçılığı  nəticesində 16-17 avqust 

1993-cü il tarixdə Azərbaycan Ali Sovetinin respublika zəhmətkeşləri 

nümayəndələrinin iştirakı ilə keçirilən geniş iclasında Ə.Hümbətovun Azər- 

 

 

 



 

                                                 

1

 

Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. I kitab, səh 71



 

2

 



Yenə orada

 

3



 

Yenə orada, səh 78 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

169 

 

baycam parçalamaq fəaliyyətinə siyasi, hüquqi qiymət verildi. Təşkilatçılar, 



cinayət qrupu aşkar edildi. Sovetinin sədri Heydər Əliyevin nitqində «Talış-

Muğan Respublikası» yaradılmasında təşkilatçıların mənftır niyyətləri, 

məqsədləri, onlara dəstək verən qüvvələrin fəaliyyəti açılıb göstərildi, belə 

bir bədnam niyyətin Azərbaycanın müstəqilliyinə,  ərazi bütövlüyünə 

arxadan vumlan bir zərbə olduğu açıqlandı. Heydər  Əliyevin nitqi cənub 

əhalisini, ümumiyyətlə, Azərbaycan  əhalisini separatçılığa, etnik 

düşmənçiliyə qarşı səfərbər etdi. 

Maraqlıdır ki, Ali Sovetin iclasındakı çıxışlar həm Azərbaycanda əfkari-

ümumiyyəni əks etdirməklə, həm də ayrı-ayrı şəxslərin və siyasi qüvvələrin 

mövqeyini üzə  çıxardı. Heydər  Əliyev çıxış edənlərin müəmmalı, gizli, 

örtülü fikirlərini ustalıqla aşkarladı  və bununla da kimin kim olduğunu 

ictimaiyyətə göstərdi. 

1993-cü ilin iyul ayında respublikada siyasi vəziyyət bir də ona görə 

gərginləşmişdi ki, Azərbaycan prezidenti Əbülfəz Elçibəy iyun ayının 17-

dən 18-nə keçən gecə Bakını tərk edib Naxçıvanın Kələki kəndinə getmişdi. 

Belə bir gərgin vəziyyətdə Heydər  Əliyev böyük çətinlik qarşısında 

qalmasına baxmayaraq, təmkinlə, beynəlxalq hüquq normalarına və 

Konstitusiyaya uyğun hərəkət edərək, insan hüquqlarının, o cümlədən 

prezident  Ə.Elçibəyin hüquqlarının qorunmasına, respublikada vəziyyətin 

normallaşdırılması, müstəqilliyin qorunması  və möhkəmləndirilməsinə 

çalışırdı.  İlk addım olaraq, Ə.Elçibəyin geri qayıtmasına, öz postunda 

fəaliyyət göstərməsinə nail olmaq istəyirdi. Onunla şəxsi telefon əlaqəsi 

yaratmışdı. Danışıq aparmaq, prezidentin geri qayıtmasını təşkil etmək üçün 

Kələkiyə xüsusi komissiya göndərmişdi. Yaxın adamları vasitəsilə 

Elçibəyin Bakıya qayıtmasını  təşkil etməyə çalışırdı. Bu məsələ Milli 

Məclisdə geniş  və  hərtərəfli müzakirə obyektinə çevrilmişdi. Məclis 

üzvlərinin hamısının öz fikrini, münasibətini bildirməsinə geniş imkanlar 

verilmişdi. Lakin Ə.Elçibəy xahişləri, məsləhətləri nəzərə almırdı. Milli 

Məclisin 15-16 iyun tarixli iclasında deputatlar Əbülfəz Elçibəyə 

etimadsızlıq göstərilməsi haqqında məsələ qaldırdılar. Heydər Əliyev yenə 

də tələsməməyi, təmkinlik göstərməyi, ona yenə də düşünmək üçün imkan 

verməyi məsləhət gördü.

1

 

  



  

                                                 

1

 

Azərbaycan Respublikası Sovetinin katibliyi. Fond, 2941, s.l, iş 215, vərəq 43



 


Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə