M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə55/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   51   52   53   54   55   56   57   58   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

164 

 

etməsini, silahların hamısını Daxili İşlər Nazirliyinə təhvil verməsini, silahlı 



qüvvələri Milli Məclisin binası ətrafından kənarlaşdırmağı xahiş etdi. Eyni 

zamanda resmi şəkildə ona xəbərdarlıq edildi.

1

 

Ümumiyyətlə, «Xalq Cəbhəsi» - «Müsavat» iqtidarı hakimiyyətdən istefa 



verdikdən sonra da onun sabiq rəhbərləri ölkədə sabitlik yaradılmasına 

mane olur, müxtəlif vasitələrlə qarışıqlıq salmağa, qeyri-stabillik yaratmağa 

çalışırdılar.  İyunun 15-də Milli Məclisin iclasının gündəliyinə 

təxirəsalınmaz məsələlər - Gəncə şəhərində 1993-cü il iyun ayının 4-də baş 

vermiş hadisələrlə bağlı deputat-istintaq komissiyasının məlumatı haqqında: 

vəzifəli  şəxslərin cinayət məsuliyyətinə  cəlb olunması barədə, prokurorun 

təqdimatı haqqında, Azərbaycan Respublikası Milli Məclisi sədrinin 

ATƏM-də Dağlıq Qarabağ üzrə Minsk Konfransının sədri M.Rafaelli ilə 

apardığı danışıqlar və onların yekunları haqqında və i.a. məsələlər təklif 

edilmiş və 33 nəfər lehinə, 2 nəfər əleyhinə, 5 nəfər bitərəf və 2 nəfər səs 

verməməklə  qəbul edildikdən sonra İ.Qəmbər, T.Qasımov və başqaları 

iclası pozmaq üçün guya gündəliyin irəli sürülməsində qaydanın 

pozulduğunu, gündəliyə  hələ müzakirəsinə ehtiyac olmayan məsələ  əlavə 

etmək təklifı irəli sürdülər.  İsa Qəmbər «Talış-Muğan Respublikası»nın 

bəyan edilməsi nəticəsində baş vermiş hadisələr haqqında məsələnin 

gündəliyə daxil edilməsini təklif etdi. Milli Məclisin sədri Heydər  Əliyev 

İ.Qəmbərin nə məqsəd daşıdığını açıqladı və bu haqda öz fikrini bildirdi: «... 

İsa bəy, siz iyun ayrıun 15-nə  qədər Ali Sovetin sədriydiniz. Talış-Muğan 

bölgəsində gedən proseslər sizin gözünüzün qabağında gedən proseslərdir. 

Siz nədənsə bu proseslərin getməsinə heç də lazımi qədər diqqət 

yetirməmisiniz və heç bir münasibət göstərməmisiniz. Mən artıq deyə 

bilərəm ki, bəlkə  də bu gərgin vəziyyətin yaranmasının günahkarlarından 

birisiniz. Ona görə də indi siz bu məsələnin bu gərgin vəziyyətdə gündəliyə 

salınması ilə  nə  məqsəd daşıyırsınız? Ara qarışdırmaq?»

2

  İsa Qəmbərovun 



təklifı  səsə qoyuldu. 9 nəfər lehinə, 27 nəfər  əleyhinə, 5 nəfər bitərəf 

qalmaqla, 3 nəfər səs verməməklə təklif qəbul edilmədi.

3

 

 



                                                 

1

 



Azərbaycan Respublikasının Milli Məclisinin Arxivi. Fond 2941, siyahı 1, iş 212, vəraq 55

 

2



Yenə orada, vərəq 7 

 

3



 

Yenə orada

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

165 

 

Milli Məclisin 1993-cü il 15 iyun tarixli iclasında Gəncə hadisələri 



haqqında deputat-istintaq komissiyasının sədri M.Mütəllimovun məlumatı 

dinlənildi.  İstintaq komissiyasının sədrinin məlumatına görə, komissiya 

tərəfindən 125 nəfər  şahid və ya iştirakçı, cümlədən respublikanın 

rəhbərləri, prezident Ə.Elçibəy, Ali Sovetin sabiq sədri, baş nazir, sabiq 

milli təhlükəsizlik, müdafiə , daxili işlər nazirləri və digər vəzifəli  şəxslər 

dinlənilmiş, onların yazılı izahatları alınmışdı. Deputat-istintaq 

komissiyasına 700-ə qədər sənəd daxil olmuş, ümumi həcmi 57 saat olan 19 

video və 7 audiokassetdə  iştirakçıların və  məsul  şəxslərin izahatları lentə 

alınmışdı. 

Deputat-istintaq komissiyasının sədri M.Mütəllimov qeyd etdi ki, 1993-

cü il 4 iyun hadisələri ölkədə siyasi-iqtisadi böhranın dərinləşdiyi, cəbhə 

bölgələrində  hərbi uğursuzluqların cəmiyyətin bütün təbəqələrini məyus 

etdiyi, hakimiyyətə ümumxalq inamının sarsıldığı, müxtəlif siyasi 

partiyaların destruktiv fəaliyyətlərinin gücləndirildikləri bir şəraitdə baş 

vermişdir. Deputat-istintaq komissiyası üzvlərinin yekdil fıkri belədir ki

Gəncə hadisələrinin dərin siyasi-hərbi, sosial-mənəvi köklərinin səbəbləri 

vardır və mövcud reallıqlar əsasında araşdırmalar aparmadan buna obyektiv 

qiymət vermək olmaz.

1

 

15 may 1992-ci il hakimiyyət dəyişikliyindən, yəni Xalq Cəbhəsinin 



hakimiyyətə  gəlməsindən xalq çox şey gozləyirdi. Prezident seçkilərindən 

sonra respublikada son dərəcə gərgin ictimai-siyasi şərait mövcud idi. Siyasi 

ehtiraslar səngimək bilmirdi. 

Deputat-istintaq komissiyasının sədri M.Mütəllimovun məlumatında 

deyilirdi ki, iqtidar daxili və xarici siyasət məsələlərinin həlli təşəbbüsünü 

öz  əlinə ala bilmədi. Belə  təsəvvür yaranmışdı ki, iqtidar Azərbaycan 

xalqının kollektiv zəkasının, istedad və bacarığının  şəriksiz varisidir: ... 

Əslində isə bu bolşevizmin yeni təzahürüdür.  İqtidar öz qapılarını 

cəmiyyətin bütün intellektual təbəqələrinə açmadı  və bu sahədə kobud 

səhvlərə yol verdi. ... Ölkənin siyasi və elmi potensialından, habelə öikənin 

görkəmli  şəxsiyyətlərinin bilik və  təcrübəsindən istifadə etmədi. Vəzifə 

təyinatları  cəbhəçilik prinsipləri ilə  həyata keçirilirdi. Təbii olaraq, bütün 

bunlar cəmiyyətdə iqtidar-müxalifət münasibətlərini daha da 

kəskinləşdirirdi. 

  

 

                                                 



1

Azərbaycan Respublikası Milli Məclisinin Arxivi. Fond 2941, siyahı 1, iş 212, vərəq 11 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

166 

 

Bir mühüm məsələ unudulmuşdu. Prezident Ə.Elçibəy hakimiyyətdə 



yalnız AXC-ni yox, xalqı təmsil etməli, xalqın bütün təbəqə və zümrələrinin 

mənafeyinin təminatçısı və ifadəçisi kimi fəaliyyət göstərməliydi. 

İqtidar kadr siyasətində ancaq AXC-nin potensialına söykənmiş, 

vəzifələrə bir qayda olaraq cəbhəçilər irəli çəkilmişdi.

1

 

Milli Məclisin iclasında hərbi prokuror, baş prokuror, sabiq müdafiə  və 



milli təhlükəsizlik nazirləri dinlənildi.  İclasın sədri qeyd edirdi ki, bundan 

sonra da müzakirələr keçirmək nəzərdə tutulur. Milli Məclis bu barədə qərar 

verməli idi. Qərar həm deputat-istintaq komissiyasının, həm də  çıxış 

edənlərin məlumatları  və müzakirə  əsasında olmalıdır. Heydər  Əliyevin 

təklifı ilə Milli Məclisin qərarını hazırlamaq üçün aşağıdakı  tərkibdə 

komissiya yaradıldı: Afiyəddin Cəlilov, Mətləb Mütəllimov, Tahir Əliyev, 

Vaqif Qasımov, Şadman Hüseynov. 

Gəncə hadisələrini təhqiq etmək üçün yaradılan deputat istintaq 

komissiyası belə bir qənaətə  gəldi ki, «Xalq Cəbhəsi özünün liderləri 

simasında cinayət törətmişdir».

2

 Komissiyanın nəticəsindən sonra Milli 



Məclisin 16 iyul tarixli sessiyasınm qərarı ilə  əsas müqəssirlər deputat 

toxunulmazlığından məhrum edilib həbsə alındılar. 

1993-cü ilin yayında Azərbaycan Respublikasının cənub rayonlarında 

Əlikram Hümbətovun başçılığı ilə  həyata keçirilən cinayət xarakterli 

proseslər respublikada onsuz da gərgin olan ictimai-siyasi vəziyyəti daha da 

gərginləşdirirdi. Heydər  Əliyev Ali Sovetin sədri seçiləndən sonra cənub 

bölgəsindəki prosesləri izləyirdi. Lakin iyun-iyul aylarında Heydər Əliyevin 

başı Gəncə hadisələrinə qarışdığına görə cənub məsələsi ilə hələ lazımınca 

məşğul ola bilmirdi. 

Heydər  Əliyev  əvvəl özü Əlikram Hümbətovla telefonla danışıb, nə 

etdiyini soruşmuşdu.  Ə.Hümbətov isə Bakıya gəlib Heydər  Əliyevlə 

görüşüb ona məlumat verəcəyini bildirmişdi. Lakin bir dəfə Bakıya gəlib 

baş nazir Surət Hüseynovla görüşüb geri qayıdan  Ə.Hümbətov Heydər 

Əliyevlə görüşə gəlməmişdi. 

 

 

                                                 



1

Azərbaycan Respublikası Milli Məclisinin Arxivi. Fond 2941, siyahı 1, iş 212, vərəq 13

  

2

 



Yenə orada, vərəq 11 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə