M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə51/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   47   48   49   50   51   52   53   54   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

152 

 

Oktyabr-noyabr aylarında  İran  İslam Respublikasından 520 ton dizel 



yanacağı, 540 ton mazut, 220 ton daş kömür, 955 ton kartof, 350 ton un 97 

ton soğan göndərilmişdi. 1992-ci il dekabr ayının 3-də  İran  İslam 

Respublikasından Naxçıvana təqribən 30 mqvt gücündə elektrik enerjisinin 

verilməsinə başlanmışdı. Türkiyədən (İqdır  şəhəri) Naxçıvana çəkilən 

elektrik xəttinin çəkilişi başa çatmaq üzrə idi.

1

 



Qeyd etmək lazımdır ki, çətin  şəraitdə yaşayan Naxçıvan Azərbaycan 

rəhbərliyindən kömək almırdı. Muxtar Respublikaya sosial-iqtisadi 

məsələlərin həll edilməsində heç bir yardım edilmirdi. Əksinə, 

Azərbaycanın bəzi rəhbərləri Muxtar Respublikaya kömək  əvəzinə, onun 

rəhbərliyinə,  şəxsən Heydər  Əliyevə  təzyiq göstərməyə  cəhd edir, onu 

hakimiyyətdən uzaqlaşdırmağa çalışırdılar. Heydər Əliyevin xalq tərəfindən 

müdafiə si isə getdikcə möhkəmlənirdi. Naxçıvanda 24 oktyabr dövlət 

çevrilişinə cəhdinin xalq tərəfindən ləğv edilməsi bunu bir daha sübut etdi. 

Naxçıvan Muxtar Respublikasına Quzey Kıbrıs Türk Cümhuriyyəti də 

yardım göndərmişdi. Quzey Kıbrıs Türk Cümhuriyyətinin Naxçıvan 

torpağına ilk ayaq basmış  vətəndaşı - Quzey Kıbrıs Türk Cumhuriyyəti 

Cümhur başqanının müşaviri Ahmed Qazioğlunu 1991-ci il dekabrın 6-da 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər  Əliyev qəbul 

etmişdi. Ahmed Qazioğlu Heydər  Əliyevə Quzey Kıbrıs Türk 

Cümhuriyyətinin cümhur başqanı Rauf Denktaşın salamını və Quzey Kıbrıs 

Türk Cümhuriyyətinə rəsmi dəvətini yetirmişdi. Heydər Əliyev dəvət üçün 

təşəkkürünü bildirmiş  və Naxçıvana rəsmi səfərə  dəvətini Rauf Denktaşa 

çatdırmağı xahiş etmişdi. 

Ahmed Qazioğlu bildirmişdi ki, Kıbrısdakı türklər Azərbaycanın 

müstəqilliyi uğrunda mübarizənin önündə gedən naxçıvanlılara böyük 

məhəbbət bəsləyirlər. Rəsmi dairələr,  əhali muxtar respublikanın ağır 

vəziyyətindən xəbərdardırlar və buradakı qardaşlarına köməyə  tələsirlər. 

demişdi: «Bu bizlərin sizlərə yardımı yox, könüldən gələn qardaşlıq 

payıdır».

2

 

                                                 



1

Azərbaycan Respublikası Milli Məclisinin Arxivi. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin 

qərarları. Fond 2941, siyahı la, iş 1, vərəq 30-31

 

2



 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Antivi. Fond 1, siyahı 1, iş 0-57, vəraq 63-64 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

153 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev bütün 



Naxçıvan əhalisi adından minnətdarlığını bildirərək qeyd etmişdi ki, Quzey 

Kıbrıs Türk Cümhuriyyətinin müstəqillik uğrunda mübarizəsi azadlıq 

yolunda çalışan Azərbaycan türkləri üçün bir örnəkdir. 

1991-ci il dekabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 

sədri Heydər Əliyev ABŞ-in Moskvadakı səfırliyinin əməkdaşları -səfirliyin 

ikinci katibləri Enn K.Breyter və Obri A.Karlsonu onların öz xahişləri ilə 

qəbul etmişdi.

1

 Amerikalı diplomatlar bildirmişdilər ki, onlar Zaqafqaziya 



problemləri ilə  məşğul olurlar və Naxçıvana Heydər  Əliyevlə görüşmək 

məqsədilə gəlmişlər. Xanım Enn K.Breyter demişdi: «Biz Azərbaycanda bir 

neçə  dəfə olmuşuq. Naxçıvana gəlməyə çalışmışıq, lakin hər dəfə 

Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində  də, Bakıda da 

maneələrlə rastlaşmışıq».

2

 



Qonaqları  səmimi salamlayan Heydər  Əliyev ABŞ  səfirliyi tərəfindən 

Naxçıvana göstərilən diqqətdən razı qaldığını bildirmiş və qeyd etmişdi ki, 

bu amerikalı diplomatların son 70 ildə Naxçıvana ilk gəlişidir. Ali Məclisin 

sədri Naxçıvanda baş verən demokratik dəyişikliklərə Muxtar 

Respublikanın mühüm siyasi məsələlər üzrə müstəqil və prinsipial mövqe 

tutduğuna görə iqtisadi, kommunikasiya və informasiya blokadasına 

salınması haqqında məlumat vermişdi. 

Eyni zamanda Heydər  Əliyev Qərb ölkələri ilə Naxçıvana yardım 

edilməsi haqqında danışıqlar aparırdı. O, Amerika Birləşmiş  Ştatlarının 

prezidenti B.Klintonla əlaqə yaratmışdı. Amerika Birləşmiş  Ştatlarının 

hökuməti Naxçıvana humanitar yardım göndərirdi. Bununla da blokada 

şəraitində Naxçıvanın yaşaması təmin olunurdu. 

Heydər  Əliyev 1992-ci il iyunun 11-də Beloras Respublikası 

Parlamentinin millət vəkilləri Kuçinski Viktor Franseviç və Naumov Sergey 

İosifoviçi qəbul etmişdi. O, millət vəkillərinə Muxtar Respublikada 

yaranmış  vəziyyət, Ermənistanla həmsərhəd rayonlarında baş verən 

hadisələr və Naxçıvanda yerləşən MDB hərbi hissələri ilə yerli hökumət və 

əhali 


                                                 

1

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Arxivi. Fond 1, siyahı 1, iş 0-57, vərəq 58-60.



  

2

Yenə orada, vəraq 58 



  


M İ L L İ  K İ T A B X A N A

____________________________________

154 

 

arasındakı münasibətlər haqqında məlumat verib, onlardan xahiş etmişdi ki, 



Beloras Respublikası Sovetini və iyunun 23-də Minskdə keçiriləcək ATƏT-

in növbəti yığıncağının iştirakçılarına Naxçıvan haqqında obyektiv məlumat 

versinlər.

1

 



1992-ci il iyulun 23-də Heydər Əliyev Bakıdan Naxçıvana gəlmiş Rusiya 

Federasiyasının xüsusi səlahiyyətli elçisi, Dağlıq Qarabağda sülhün bərqərar 

olunması üzrə Rusiyanm vasitəçilik missiyasının rəhbəri Vladimir 

Kazimirovu qəbul etmişdi. Ali Məclisin sədri Muxtar Respublikanın 

rəhbərliyi və əhalisinin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə 

aradan qaldınlmasına tərəfdar olduqlarını bildirmiş və Rusiyanın vasitəçilik 

missiyasının səylərinin müvəffəqiyyətlə nəticələnməsini arzulamışdı.

2

 



Heydər  Əliyev 1993-cü il fevralm 4-də Naxçıvana gəlmiş Amerika 

Birləşmiş  Ştatlarının Azərbaycandakı  səfiri Riçard M.Maylısı  qəbul 

etmişdi.

3

 



Mart ayının 10-da isə ABŞ-ın Naxçıvan MR-na humanitar yardımını 

gətirən inspeksiya qrupunun üzvləri - Robert Hovardi, Devid Robertsi və Cil 

Robitsonu qəbul etmişdi.

4

 Muxtar Respublikanın rəhbəri ABŞ-ın Naxçıvana 



göndərdiyi humanitar yardımın böyük siyasi əhəmiyyəti olduğunu 

bildirmişdi. Çünki ABŞ-m konqresi bundan əvvəl Azərbaycana humanitar 

yardım göndərilməsini qadağan etmişdi. Amerika Birləşmiş  Ştatlarının 

prezidenti Bil Klintonun Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar 

Respublikasına humanitar yardım etməsi xüsusi əhəmiyyət kəsb edirdi.

5

 



Amerika diplomatı Riçard M.Mayls Naxçıvanda ictimai-siyasi vəziyyətlə 

tanış olduqdan sonra «Həyat»ın müxbirinə demişdi: «Naxçıvan Muxtar 

Respublikası Azərbaycan ictimai-siyasi həyatında mühüm və əhə- 

                                                 

1

 

Naxçıvan Mııxtar Respublikası Ali Məclisinin Arxivi. Fond 1, siyahı 1, iş 0-57, vərəq 32-33.



 

2

 



Yenə orada, iş 0-07, vərəq 28-29

 

3



 

Yenə orada, iş 0-57, vərəq 16-17

 

4

 



Yenə orada, vərəq 7-8

 

5



 

Yenə orada 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə