M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə49/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   45   46   47   48   49   50   51   52   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

146 

 

Oktyabrın 28-də «Real» Agentliyi xəbər vermişdi ki, üç gün davam edən 



gərgin vəziyyətdən sonra Naxçıvan  şəhərində, eləcə  də muxtar 

respublikanın başqa bölgələrində nisbi sakitlik yaranmışdır. Naxçıvan MR 

Ali Məclisində idarə, müəssisə, nazirlik, müxtəlif partiyaların, ictimai 

təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə Heydər 

Əliev demişdi: «Hazırda xalqımız müharibə  şəraitində yaşayır. Belə 

vəziyyətdə sabitliyi pozmaq, xalq arasında münaqişə salmaq ümumi işimizə 

mənfi təsir göstərir».

1

 Naxçıvanda Heydər Əliyevin siyasəti və təşkilatçılığı 



nəticəsində xalq dövlət çevrilişi cəhdinin qarşısmı ala bildi. 

Müstəqillik  əldə edilməsi üçün Azərbaycan xalqı  çətin və mürəkkəb 

mübarizə yolu keçmişdir. Son vaxtlara qədər bu məsələlərin 

işıqlandırılmasında və  həqiqi qiymətinin verilməsində  təhriflərə  və 

saxtalaşdırmalara yol verilirdi. Məhz Heydər  Əliyev Azərbaycanda 

müstəqillik uğrunda mübarizə  məsələlərinə aydınlıq gətirdi. O, müstəqillik 

əldə edilməsini ayrı-ayrı qurumların şəxsən öz adlarına çıxması fikirlərinin 

yolverilməz olduğunu izah etməklə Azərbaycanın dövlət müstəqilliyinin 

bütün Azərbaycan xalqının milli sərvəti old201. Hüseynova İ. Qafqazda 

sülh prosesi və inteqrasiya beynəlxalq münasibətlər kontekstində. - Yeni 

Geostrateji Münasibətlərdə  Cənubi Qafqaz Regionunun yeri. Beynəlxalq 

Elmi Konfransın materiolmaz. Bu, tarixi obyektiv proseslərin qanunauyğun 

nəticəsi, taleyin Azərbaycan xalqına və bütün keçmiş SSRİ respublikalarının 

xalqlarına əvəzsiz töhfəsi idi».

2

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər  Əliyev 



AXC-yə, onun sədri  Ə.Elçibəyə qarşı  sərt müxalifətdə, ümumiyyətlə, 

müxalifətdə olmamışdı. 1993-cü ilin fevralına qədər Heydər  Əliyevlə 

Ə.Elçibəy arasında heç vaxt görüş olmamışdı. Yalnız fevral ayında Bakıda 

prezident  Ə.Elçibəylə Heydər  Əliyevin ilk görüşü olmuşdu. Bu görüşdə 

Heydər  Əliyev  Ə.Elçibəylə bir çox məsələləri müzakirə etmişdilər. 

Naxçıvan MR Ali Məclisinin sədri Azərbaycan prezidentinə öz məsləhət- 

                                                 

1

İradə Hüseynova. Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü.  Bax: «Dirçəliş. XXI əsr» jumalı,1999-cu 



il, №16, səh.28 

  

2



«Xalq qəzeti», 30 dekabr 2001-ci il, səh.3 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

147 

 

lərini, arzularını, tövsiyələrini söyləmişdi. Heydər  Əliyev qeyd etmişdi ki



Ə.Elçibəylə görüşdən sonra da «...Bizim münasibətlərimiz normal 

olmuşdur».

1

 

Naxçıvan MR Məclisinin sədri işlədiyi dövrdə Heydər  Əliyevin 



Ə.Elçibəylə nadir hallarda telefon söhbətləri olmuşdu. Bu söhbətlərdə 

Naxçıvana diqqət yetirilməsi məsələləri irəli sürülmüşdü.  Ə.Elçibəy çətin 

vəziyyətdə yaşayan Naxçıvana lazımi diqqət yetirmirdi. Ona görə də onlar 

arasında münasibətlər Heydər Əliyev Bakıya qayıtdıqdan sonra ilk günlərdə 

özünün qeyd etdiyi kimi «əslinə qalsa, hansısa sərt qarşıdurma ilə deyil, 

məhz bu cür xarakterizə edilirdi». 

Azərbaycanda siyasi şəraitin ağırlaşması, respublika rəhbərliyinin 

səriştəsizliyi, daxili çəkişmələrin artması  nəticəsində respublikanm dövlət 

müstəqilliyi üçün təhlükə yaradırdı. 1992-ci il oktyabnn 16-da Azərbaycanın 

bir qrup ziyalısı Heydər  Əliyevə müraciətlə, Yeni Azərbaycan siyasi 

partiyası yaradılması  və onun bu partiyanm fəaliyyətində  iştirak etməsini 

xahiş etdilər. Heydər  Əliyev oktyabrın 24-də ziyalıların müraciətinə cavab 

verdi və belə bir partiyanın yaradılmasının tarixi zərurətdən doğduğunu və 

belə bir partiya yaradılarsa, onun fəaliyyətində  iştirak etməyə hazır 

olduğunu bildirdi. Noyabrın 5-de Yeni Azərbaycan Partiyası  təşkilat 

komitəsinin yığıncağında Heydər  Əliyev təşkilat komitəsinin sədri seçildi. 

Noyabrın 21-də Naxçıvan  şəhərində Yeni Azərbaycan Partiyasının təsis 

konfransı keçirildi. Təsis konfransında Azərbaycanın müxtəlif 

regionlarından 550 nəfərdən çox nümayəndə  iştirak edirdi. Bunlar 

təəssübkeş qrupların nümayəndələri idilər. Heydər  Əliyev açıq səsvermə 

yolu ilə partiyanın sədri seçildi. Konfransda YAP-ın proqram və 

nizamnaməsi qəbul edildi. 

Heydər Əliyev Yeni Azərbaycan Partiyasının əsas məqsəd və vəzifələrini 

belə  şərh edirdi: «Yeni Azərbaycan - parlament tipli partiyadır və  qəbul 

etdiyi proqramına uyğun olaraq aşağıdakıları özünün məqsədləri hesab edir: 

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi; milli, 

                                                 

1

 



Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. Bakı, 1997,1 kitab, səh.24

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

148 

 

dini və dil mənsubiyyətlərindən asılı olmayaraq, bütün vətəndaşlarının 



bərabər hüquqlara malik olduğu sivilizasiyalı, demokratik, hüquqi dövlət 

yaradılması. Lakin ön planda Azərbaycanın qarşısında duran ən mühüm və 

təxirəsalınmaz problemlərin həlli dayanır - hər şeydən əvvəl, respublikanın 

geniş miqyaslı xarakter almış müharibə vəziyyətindən çıxarılması, Qarabağ 

probleminin həll olunması, habelə  ağır sosial-iqtisadi böhranın dəf 

edilməsi».

1

 

Naxçıvan MR Ali Məclisinin sədri Naxçıvanı erməni təcavüzündən 



qoramaq sahəsində böyük işlər görürdü. 1992-ci il maym 18-də Naxçıvan 

Muxtar Respublikasının Sədərək rayonunun ərazisinə Ermənistan tərəfindən 

hərbi hücum təşkil edilmiş, toplardan və başqa silahlardan atəş açılmaqla 

hərbi təcavüz başlanmışdı. Naxçıvan üçün ağır imtahan idi. İtkilər olmuşdu, 

dağıntılar var idi. Hadisə başlayan kimi Heydər Əliyev təcili olaraq Məclisin 

iclasında müzakirə keçirdi, həm siyasi xarakterli tədbirlər, həm də müdafiə  

tədbirləri görüldü. Məclisin sədri Heydər  Əliyev hücum başlandığı ilk 

gündən dünya ictimaiyyətinə, televiziya ilə respublika əhalisinə müraciət 

etdi. Müraciətin sonunda Heydər  Əliyev demişdi: «Bir daha Naxçıvan 

əhalisinə bildirmək istəyirəm ki, narahat olmasınlar, bizim öz torpağımızı 

qorumağa qüdrətimiz var və bütün imkanlardan istifadə edib Naxçıvan 

Muxtar Respublikasında  əmin-amanlığı  təmin edəcəyik».

2

  İlk növbədə 



Türkiyənin baş naziri Süleyman Dəmirəl, xarici işlər naziri Hikmət Çətin, 

baş nazirin birinci müavini Ərdal  İnönü ilə  əlaqə yaratdı. Türkiyənin 

Nazirlər Kabineti bəyanat verdi. Həmin gündən başlayaraq Türkiyənin 

bəyanatı bütün dünyaya yayıldı. Bunlar mühüm mənəvi yardım idi. Mayın 

18-də gecə Türkiyənin Nazirlər Kabinetinin qəbul etdiyi bəyanatın mühüm 

cəhəti haqqında Heydər  Əliyev göstərmişdi ki, «Bu bəyanatda Türkiyə 

hökumətinin 1921-ci il Qars müqaviləsinə  əsasən Naxçıvan Muxtar 

Respublikası haqqında xüsusi səs sahibi olması, qarant rolunu oynaması 

məsələsi qeyd olunubdur və bu da bütün dünyaya çatdırılıbdır». 

 

                                                 



1

 

Qətiyyətin təntənəsi, səh. 309



 

2

 



Yenə orada, səh. 366 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə