M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə47/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   43   44   45   46   47   48   49   50   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

140 

 

Qeyd etmək lazımdır ki, bu Bəyannamədə Azərbaycan Respublikasının 



dövlət müstəqilliyi haqqında iki həftə  ərzində Konstitusiya aktının qəbul 

edilməsi nəzərdə tutulmasına baxmayaraq, bu müddət respublika rəhbərliyi 

tərəfindən 48 gün, mətbuatda dərc edilməsi isə qanunsuz olaraq 20 gün 

yubadılmışdı. Eyni zamanda avqustun 30-dakı sessiyada bəzi deputatların 

ümumxalq səsverməsi yolu ilə xalqın iradəsini öyrənmək üçün referendum 

keçirilməsi haqqında da qərar qəbul edilmədi. Bu, Azərbaycan Respublikası 

rəhbərlərinin dövlət müstəqilliyinə nail olunmasına daxilən razı olmadığı, 

ona müqavimət göstərdiyindən irəli gəlirdi. 

1991-ci il oktyabrın 16-18-də Azərbaycan Respublikası Ali Sovetinin 

ikinci sessiyasında dövlət müstəqilliyi haqqında Konstitusiya aktının 

layihəsinin müzakirəsi keçirildi. Gərgin  şəraitdə keçən müzakirələrdən 

sonra «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında 

Konstitusiya Aktı» qəbul olundu. Müzakirə oktyabrın 18-nə kimi davam 

etdi. Müzakirələrdə belə bir fikir də irəli sürülmüşdü ki, Azərbaycan xalqı 

dövlət müstəqilliyi məsələsinə öz münasibətini referendum yolu ilə 

bildirməlidir. 

Əlbəttə, bu, məsələnin həllini yenə  də uzada bilərdi. Ona görə  də Ali 

Sovet irəli sürülmüş düzəlişlər və qeydlər nəzərə alınmaqla oktyabrın 18-də 

«Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya 

Aktı»nın bütövlükdə qəbul edilməsi haqqında qərar qəbul etdi. 

Xalqın arzusu yerinə yetirildi. Müstəqillik Azərbaycan xalqının tarixi 

nailiyyəti idi. Bundan sonra Azərbaycan Respublikasının dövlət müstəqilliyi 

dünya dövlətləri tərəfindən tanınmağa başlandı.  İlk olaraq Türkiyə (19 

noyabr 1991), sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), 

İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), 

Rusiya (10 aprel 1992) və digər ölkələr dövlət müstəqilliyimizi tanıdı. 

1993-cü ilin əvvəlində Azərbaycanın dövlət müstəqilliyini artıq 116 

dövlət tanımış, 70 xarici dövlətlə diplomatik əlaqələr qurulmuşdu. 

Azərbaycan Respublikası 14 beynəlxalq təşkilata üzv qəbul edilmişdi. 

Azərbaycan 1991-ci ilin dekabrında İslam Konfransı Təşkilatına, 1992-ci 

ilin fevralında Türkiyə, İran və Pakistan dövlətlərinin daxil olduğu İqtisadi 

Əməkdaşlıq Təşkilatına üzv oldu. 

  



M İ L L İ  K İ T A B X A N A

____________________________________

141 

 

Yalnız bir aydan sonra, 1991-ci il noyabrm 15-də «Azərbaycan 



Respublikasının dövlət müstəqilliyi üzrə respublika referendumunun 

keçirilməsi haqqında» Ali Sovet qərar vermişdi. 

Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi 

keçirildi. Referendum bülleteninə bir sual yazılmışdı. «Siz Azərbaycan 

Respublikasının dövlət müstəqilliyi haqqında Azərbaycan Respublikası Ali 

Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?» 

Səsvermə hüququ olanların 95 faizindən çoxu referendumda iştirak etdi. 

Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə  tərəfdar 

çıxdı. 

1992-ci ilin mayında Milli Məclis Azərbaycan Respublikasının dövlət 



himnini, 1993-cü ilin yanvarında isə dövlət gerbini təsdiq etdi. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər  Əliyevin sədrliyi 

ilə keçirilən sessiyası bu məsələyə öz münasibətini bildirdi və qəbul etdiyi 

qərarda Ali Sovetin qərarına öz tənqidi müddəalarını qeyd etməklə 

«Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Azərbaycan 

Respublikası Ali Sovetinin qərarı ilə  əlaqədar 1991-ci il dekabrın 29-da 

Naxçıvan Muxtar Respublikasında referendum keçirilməsini qərara aldı. 

Qərarda 1991-ci il martın 17-də SSRİ-nin qorunub saxlanması ilə əlaqədar 

Azərbaycan Respublikasında keçirilmiş referendumun nəticələrini 

saxtalaşdırılmış hesab edildiyi qeyd olunur və onların ləğv edilməsi 

haqqında Azərbaycan Respublikası Soveti tərəfindən qərar verilməsi xahiş 

edilirdi.

1

 

Naxçıvan MR rəhbərliyi Azərbaycanda baş verən hadisələr fonunda 



Muxtar Respublikanın mənafeyinin müdafiə  edilməsi ilə ciddi məşğul 

olurdu. Eyni zamanda Azərbaycan rəhbərliyinin DQMV barəsində 

fəaliyyətini diqqətlə izləyir, ona öz münasibətini bildirirdi. Heydər  Əliyev 

Naxçıvana erməni təcavüzünün qarşısının alınması üçün Ermənistan Ali 

Sovetinin sədri L.Ter-Petrosyanla telefon vasitəsilə danışıqlar aparırdı. 

Dağlıq Qarabağ münaqişəsində vasitəçilik etmək məqsədilə RSFSR 

prezidenti B.Yeltsinin, Qazaxıstan prezidenti N.Nazarbayevin, Azərbay- 

                                                 

1

 

«Şərq qapısı» qəzeti, 19 dekabr 1991-ci il



 


M İ L L İ  K İ T A B X A N A

____________________________________

142 

 

can prezidenti, Ermənistan Ali Sovetinin sədri, DQMV-nin rəhbərləri



muxtar vilayətin azərbaycanlı  və erməni icmalarının nümayəndələrinin 

iştirakı ilə sentyabrın 23-də Jeleznovodskda danışıqlar aparılmış  və 

danışıqların yekunlarına  əsasən birgə  rəsmi məlumat imzalanmışdı. Lakin 

bu rəsmi məlumatda Azərbaycanın mənafeyi lazımınca  əks olunmamışdı. 

Naxçıvan MR Ali Məclisi rəsmi məlumat barədə oktyabrın 8-də xüsusi 

bəyanat qəbul etmişdi. Ali Məclis DQMV-də vəziyyəti normal hala salmaq 

yolunda RSFSR prezidenti B.Yeltsinin və Qazaxıstan prezidenti 

N.Nazarbayevin vasitəçilik işini razılıq hissi ilə qarşıladığını qeyd edir, 

lakin danışıqlarda Ermənistanın bərabərhüquqlu tərəf kimi iştirak etməsini 

Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə kimi qiymətləndirirdi. 

Göstərilirdi ki, Azərbaycana qarşı hər cür ərazi iddialarından Ermənistanın 

rəsmən imtina etməsi danışıqların başlanması  və  rəsmi məlumatın 

imzalanması üçün əsas şərt olmalı idi. 

Bəyanatda deyilirdi: «....rəsmi məlumatda Azərbaycan Respublikasının 

milli mənafelərinə toxunan müddəalar var ki, bunlar gözlənilməz nəticələr 

verə bilər. Sənədin bəzi müddəaları ziddiyyətli, qeyri-müəyyən xarakter 

daşıyır... Təəccüblüdür ki, rəsmi məlumatda Kərki kəndinin qaytarılmasının 

zəruriliyi öz əksini tapmamışdır».

1

 

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin ikinci 



sessiyasının «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında 

Konstitusiya Aktı»nı  qəbul etməsi Naxçıvanda yüksək  əhvali-rahiyyə ilə 

qarşılandı. Bu münasibətlə Naxçıvan MR Ali Məclisinin sədri Heydər 

Əliyev «Həyat» qəzeti redaksiyasma teleqram göndərmişdi. Teleqramda 

deyilirdi: «Naxçıvan Muxtar Respublikasının  əhalisi 1991-ci il oktyabrın 

18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında «Azərbaycan 

Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı»ınn qəbul 

edilməsi münasibətilə bütün Azərbaycan xalqını  təbrik edir və bunu tarixi 

hadisə kimi qəbul edir... 

Biz bu gün xoşbəxtik ki, nəhayət, Azərbaycan Respublikasının ali 

hakimiyyət orqanı tərəfindən milli azadlıq niyyətlərimizin həyata 

                                                 

1

 

Qətiyyətin təntənəsi, səh. 200



 


Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə