M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə43/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   39   40   41   42   43   44   45   46   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

128 

 

vanın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğunu 



bildirmiş, bütün naxçıvanlıların müstəqil Azərbaycan dövləti uğrunda 

mübarizə aparacağını elan etmişdir. Çıxış edən deputatların hamısının 

mövqeyi belə olmuşdur. Sessiyanm gedişi radio vasitəsilə translyasiya 

edilmiş, videoyazısı televiziya ilə göstərilmişdir. Heydər Əliyevin nitqi yerli 

qəzetdə dərc olunmuşdur.

1

 



Sessiya yekdilliklə  həmin məsələ barəsində Naxçıvan Muxtar 

Respublikası Ali Məclisinin bəyanatını  qəbul etmişdi. Bəyanatda Muxtar 

Respublika Ali Məclisinin sessiyasında qəbul edilmiş  sənədlərə, bütün 

deputatların və Ali Məclisin sədri Heydər Əliyevin həm sessiyada, həm də 

Naxçıvan televiziyası ilə  çıxışında Azərbaycanının bütövlüyü və 

bölünməzliyi haqqında cəmiyyətin fikir söylədiyi, Naxçıvan Muxtar 

Respublikanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bir daha təsdiq 

edilir. Bəyanat Muxtar Respublikanın televiziyası  və radiosu ilə 

oxunmuşdur. 

Naxçıvan Muxtar Respublikasına qarşı böhtanlar lap yüksək səviyyədə 

aparılırdı. Bunların biri də 1991-ci il sentyabrın 9-da mərkəzi televiziyanın 

proqramında Azərbaycan prezidenti A.Mütəllibovun mətbuat konfransı 

haqqında reportajda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 

qərarının təhrif edilməsi və saxtalaşdırılması idi. A.Mütəllibov prezident 

seçkilərinin Naxçıvan Muxtar Respublikası  ərazisində dayandırılması 

haqqında qərar vermiş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 

ünvanına qərəzli fikirlər soyləyərək hədə-qorxu gəlmiş, «Biz elə edərik ki, 

onlar özlərinə  gələrlər» demişdi. Naxçıvan Muxtar Respublikasının Ali 

Məclisinin Rəyasət Heyəti belə hərəkətlərə qarşı öz münasibətini bildirmiş 

və 1991-ci il sentyabrın 10-da xüsusi bəyanat vermişdi.

2

 

Bəyanatda bu cür hərəkətlər demokratiya prinsiplərinin pozulması, təzyiq 



göstərilməsi və Azərbaycan Kommunist Partiyası  Mərkəzi Komitəsinin 

tutduğu diktatura yolunun davarm kimi qiymətləndirilirdi. A.Mütəllibovun 

bu cür hərəkətlərinin, xüsusilə yolverilməz olduğu göstərilirdi.

3

 



                                                 

1

Qətiyyətin təntənəsi. Bakı, 1995, səh. 186



 

2

Azərbaycan Respublikası Milli Məclisinin Arxivi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Rəyasət 



Heyətinin qərarları. Fond 2941, siyahı la, iş 1, vərəq 77-79

 

3



 

Yenə orada, vərəq 78 

  

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

129 

 

Naxçıvan Muxtar Respublikası bu dövrdə  həm də informasiya 



blokadasına alınmışdı. Halbuki Bakıya Naxçıvan haqqında müntəzəm 

məlumat verilirdi. Eyni zamanda bu faktı da qeyd etmək lazımdır ki, 

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin son 5 gündə davam edən 

növbədənkənar sessiyası haqqında müntəzəm olaraq məlumat verilməsinə 

baxmayaraq, bu məsələ Azərbaycanın informasiya orqanları terəfindən 

qətiyyən işıqlandırılmırdı. Buna baxmayaraq, Azərbaycan televiziyası 

Naxçıvan Muxtar Respublikası haqqında yalan və böhtanlarla dolu verilişlər 

təşkil edir, Azərbaycan ictimaiyyətinə yanlış məlumat verirdi. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyəti 

Azərbaycanın Kommunist rəhbərliyi tərəfindən təşkil olunmuş 

antidemokratik hərəkətlərə qarşı öz etirazmı bildirmiş  və onları Naxçıvan 

Muxtar Respublikasında gedən demokratik prosesləri boğmaq cəhdi kimi 

qiymətləndirmişdi.

1

 



Heydər  Əliyevin Azərbaycana qayıtması, xalq deputatı seçilməsi 

barəsində cürbəcür  şayiələr yayanlar var idi. özü bu şayiələrə belə cavab 

verirdi: «Mənim Azərbaycana qayıtmağım, xalq deputatı seçilməyim barədə 

cürbəcür  şayiələr yayılıb. Bunlara cavab olaraq bəyan edirəm ki, doğma 

Vətən torpağma heç də yenidən hakimiyyətə qalxmaq, kimdənsə qisas 

almaq üçün yox, ancaq və ancaq respublikanın bu ağır və  çətin dövründə 

xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq 

uğrunda mübarizəyə qoşulmağa gəlmişəm. Məni bir azərbaycanlı kimi bu 

hüquqlardan heç kəs məhrum edə bilməz».

2

 Bu fikirləri, bəyanatı Heydər 



Əliyev 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sove-tinin sessiyasında 

söyləmiş  və  həmin il sentyabr ayının 4-də Naxçıvan MR Ali Məclisinin 

sədri seçilmişdir. O, bütün Azərbaycandakı siyasi vəziyyətlə  məşğul olur, 

eyni zamanda 20 Yanvar faciəsinə  hərtərəfli hüquqi-siyasi qiymət 

verilməsinə xüsusi diqqət verirdi. Heydər  Əliyevin sədrliyi ilə keçirilən 

Naxçıvan MR Ali Məclisi noyabr ayının 21-də qəbul etdiyi 

                                                 

1

Azərbaycan Respublikası Milli Məclisinin Arxivi: Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Rəyasət 



Heyətinin qərarları, Fond 2941, siyahı la, iş 1, vərəq 79.

 

2



Qətiyyətin təntənəsi, Bakı, 1995, səh. 97; Azərbaycan Respublikası Milli Məclisinin Arxivi, fond 2941, siyahı la, 

iş 239, vərəq 103-104. 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

130 

 

qərarda 20 Yanvar faciəsini işğalçı siyasət və düşünülmüş  hərbi təcavüz 



kimi qiymətləndirir və BMT-nin İnsan Hüquqları  Bəyanaaməsinin kobud 

şəkildə pozulması faktı hesab edir. Qəbul edilən qərarda 1) Bakı şəhərində 

törədilmiş qanlı hadisələr Azərbaycan SSR-in suveren hüquqlarına, 

respublikada gedən, demokratik proseslərə  qəsd kimi qiymətləndirilir; 2) 

Dinc  əhaliyə, silahsız kütləyə, heç bir müqavimət göstərməyən günahsız 

adamlara qarşı müasir silahlarla, hərbi texnika ilə zorakılıq edilməsi, 

qocaların, qadınların, uşaqların qətlə yetirilməsi Azərbaycan xalqına qarşı 

açıq təcavüz kimi ittiham edilir; 3) Bir ilə yaxıtı vaxt keçməsinə 

baxmayaraq, Bakı faciələrinə Azərbaycan SSR hakimiyyət orqanları 

tərəfindən siyasi qiymət verilməməsi, bununla əlaqədar yaradılmış xüsusi 

deputat istintaq komissiyasının işinin qeyri-müəyyən səbəblərdən başa 

çatdırılmaması, qanlı hadisələrin günahkarlarının aşkara çıxarılıb qanuni 

məsuliyyətə  cəlb olunmamasına qəti etiraz olunur. Azərbaycan SSR Ali 

Sovetindən tələb edilir ki, ən qısa müddətdə  həmin məsələ parlamentin 

müzakirəsinə çıxarılsın; 4) Bu qərar qəbul edilən andan 20 Yanvar gününün 

hər il Naxçıvan MR-da Milli Matəm günü kimi qeyd olunması qərara alınır; 

5) Azərbaycan SSR Sovetindən xahiş olunur ki, 20 Yanvar günü hər il 

Azərbaycan SSR-də Milli Matəm günü kimi qeyd edilsin.

1

 

Azərbaycan SSR xalq deputatı Heydər  Əliyev Azərbaycan SSR Ali 



Sovetinin 1991-ci il fevralın 5-də keçirilən birinci sessiyasında iştirak etdi. 

Heydər  Əliyevin çıxış etməsi heç də iqtidarda olanların ürəyindən deyildi, 

lakin o, çıxış etdi. 1993-cü il sentyabrın 30-da «Söz istəyirəm» adlı xatirə 

məqaləsində Ali Sovetin sədrinin köməkçisi Balaş Abbaszadə Elmira 

Qafarova ilə söhbəti haqqında yazırdı: «Gecə yarı Ali Sovetin sədri 

E.Qafarova ilə qısa söhbətim oldu... 

- Elmira 

Mikayılovna, - dedim, - yəqin ki, Heydər Əliyev çıxış etmək 

istəyəcək... 

Sözüm ağzımda qaldı: 

Ayaz Niyazoviç deyib ki, çıxış etməsin. 



                                                 

1

 



«Azərbaycan» qəzeti, 20 yanvar 1994-cü il 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə