M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə41/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   37   38   39   40   41   42   43   44   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

122 

 

III FƏSİL 



 

HEYDƏR ƏLİYEVİN DÖVLƏTÇİLİK 

VƏ SİYASİ FƏALİYYƏTİNİN 

NAXÇIVAN DÖVRÜ 

 

Moskvada ciddi təqiblər, nəzarət altında yaşayan fərdi pensiyaçı Heydər 



Əliyev 1990-cı ilin iyul ayında Vətənə - Azərbaycana - Naxçıvana qayıtdı. 

Naxçıvan  əhalisi onu böyük ruh yüksəkliyi ilə qarşılayır, ona böyük ümid 

bəslədiklərini bildirir, milli adət-ənənəyə görə ayağının altında qurbanlar 

kəsilirdi. 

Moskva mətbuatı Heydər  Əliyevin Naxçıvandakı  fəaliyyəti haqqında 

ardıcıl məlumatlar verməyə başladı. 

Heydər  Əliyev Naxçıvanda olarkən, «İnterfaks» agentliyinin 

məlumatında deyilirdi: «Heydər  Əliyev siyasi fəaliyyətlə  məşğul olmağı 

davam etdirir. Belə ki, iyulun 22-də Naxçıvan  şəhərinin mərkəzi 

meydanında onun yerli əhali ilə görüşü keçirilmişdir. Bəzi məlumatlara 

görə, 30 minə qədər adam toplanmışdı. 

Mitinqdə çıxış edərək Heydər Əliyev qeyd etmişdi ki, Azərbaycan xalqı 

respublikanın  ərazi bütövlüyü, suverenliyi və dövlət müstəqilliyi, azad 

Azərbaycan uğrunda mübarizə aparacaqdır».

1

 

«Известия» qəzetinin məlumatında isə deyilirdi: «İyulun 22-də axşam, 



Naxçıvanda Lenin adına meydanda Heydər  Əliyevin  əhali ilə görüşü 

keçirilmişdir. Görüşdə 30 min adam iştirak etmişdir».

2

 

«Известия» qəzeti 30 avqust 1990-cı il tarixli nömrəsində «Heydər 



Əliyevlə müsahibə» başlığı altında məqalədə yazırdı: «Bakıda çıxan 

«Respublika» qəzetində Sov. İKP Siyasi Büronun keçmiş üzvü Heydər 

Əliyevlə müsahibə  dərc edilmişdi... Heydər  Əliyev müsahibəsində xüsusi 

olaraq bildirmişdi ki, bu ilin yanvar ayında Sovet ordusunun Bakıya 

yeridilməsini və onların dinc əhaliyə qarşı aksiyasını ittiham edir. O, bütün 

 

                                                 



1

 

Аргумент и ифакты» № 30, Moskva, 1990-cı il 



2

 «Известия» qəzeti, Moskva, 24 iyul 1990-cı il 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

123 

 

azərbaycanlıları birliyə çağırırdı.  Əliyev hesab edir ki, xalq respublikanın 



real suverenliyinə nail olmaq naminə birləşməlidir».

1

 



«АиФ» müxbiri xəbər verirdi ki, Naxçıvan Muxtar Respublikası Culfa 

rayonunun kəndlərindən birində yerli əhalinin Azərbaycanın Ali Sovetinə 

deputatlığa namizəd, Sov.İKP Siyasi bürosunun keçmiş üzvü Heydər 

Əliyevlə görüşü keçirilmişdir. Əhali öz həmyerlilərini hərarətlə salamladı və 

qədim Azərbaycan adətinə görə qurban kəsdilər. Naxçıvan Muxtar 

Respublikasının partiya təşkilatı  və hökumətinin məsul işçiləri də Heydər 

Əliyevlə birlikdə seçkiqabağı səfərdə iştirak edirdilər.

2

 



«Комсомольская правда» qəzeti Azərbaycan Respublikası Ali Sovetinə 

seçkilərdən sonra «Əliyev qayıdır» başlıqlı  məqalədə yazırdı: «Uzun 

fasilədən sonra öz vətəninə qayıdan Heydər  Əliyevin ayaqlarının altında 

xalq adətinə görə  kəsilən qurbanların qanı  hədər yerə axıdılmadı. Doğma 

Naxçıvan torpağına qayıdan Siyasi büronun keçmiş üzvü zamanın çağırışına 

cavab verməyi qərara almışdı. Və səhv etmədi. Kommunist Heydər Əliyev 

respublikada mandat uğrunda səslərin 95 faizini toplayan, parlaq qələbə 

qazanan yeganə şəxsdir».

3

 

Qəzet Heydər  Əliyevin parlamentə seçilməsini onun siyasi nüfuzunun 



təsirinin genişlənməsi və parlamentdə ciddi siyasi mövqe dəyişikliyinə təsir 

edəcəyini yazırdı. 

1991-ci il sentyabrın 4-də Naxçıvan MR Ali Məclisinin sessiyası 

Azərbaycan Respublikası və Naxçıvan MR-nm xalq deputatı Heydər Əlirza 

oğlu  Əliyevi Məclisin sədri seçdi. «Həyat» qəzetinin 5 sentyabr 1991-ci il 

tarixli nömrəsində dərc olunmuş hesabatda deyilirdi: «Heydər Əliyev dərhal 

söz alaraq namizədliyini geri götürdüyünü bildirmişdir. Lakin bir neçə 

deputat təkidlə onun namizədliyi üzərində dayanmışdır. Deputat Heydər 

Əliyev dəfələrlə tribunaya qalxıb razı olmadığını israrla bildirsə də, Məclis 

əksər səslə onu Ali Məclisin sədri seçmişdi». 

«Şərq qapısı» qəzeti 2№-li xüsusi buraxılış səhifəsində Heydər Əliyevin 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrliyinə seçil- 

                                                 

1

 



«Известия»

 

qəzeti, Moskva, 30 avqust 1990-cı il



 

2

 



Yenə orada

 

3



 

«Комсомольская правда»

 

qəzeti, Moskva, 7 oktyabr 1990-cı il 



  

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

124 

 

məsinə dair «Məclis iflic vəziyyətindən çıxır» başlıqlı  məqalədə bu 



hadisənin Naxçıvanın müqəddəratında həlledici əhəmiyyəti olduğunu böyük 

inamla qeyd edirdi. Məqalədə Heydər  Əliyevin xalqın tələbi ilə seçilməsi 

göstərilirdi. Hələ sentyabrın 2-də Naxçıvan  şəhərində çoxminli mitinqdə 

Naxçıvan MR Ali Məclisinin yarımçıq qalmış növbədənkənar sessiyasının 

(növbədənkenar sessiya avqustun 26-da çağırılmışdı - İ.H.) çağırılmasını və 

Heydər Əliyevin Ali Məclisin sədri seçilməsini tələb edirdilər. 

Sentyabrın 3-də  çətinliklə  də olsa, yetərsay toplanır, sessiya öz işinə 

başlayır. Bu vaxt Naxçıvanın hər yerindən Məclisin binası qarşısında 

əllərində Heydər  Əliyevin portretləri olan seçicilər toplanmışdı. Xahiş 

edirdilər ki, Naxçıvan MR Ali Məclisinə Heydər  Əliyevi sədr seçsinlər. 

AXC Naxçıvan Vilayət  şöbəsinin fəallarının  əksəriyyəti isə bildirdilər ki, 

Heydər  Əliyev sədr seçilərsə, onun əleyhinə geniş kampaniyaya 

başlayacaqlar. Lakin seçicilərin təzyiqi ilə deputatlar Naxçıvan MR Ali 

Məclisinin sədrliyinə Heydər Əliyevin namizədliyini irəli sürdülər. Heydər 

Əliyev üç dəfə çıxış edib, namizədliyini geri götürdüyünü bildirsə də, bu bir 

nəticə vermədi. Sessiyada iştirak edən 75 deputatdan 70 nəfəri lehinə  səs 

verməklə, 5 nəfəri bitərəf qalmaqla Heydər  Əliyev Naxçıvan MR Ali 

Məclisinin sədri seçildi.

1

 

Heydər Əliyevin sədrliyi ilə işini davam etdirən Milli Məclisin sessiyası 



Naxçıvan Muxtar Respublikası  ərazisində Azərbaycan Respublikası 

prezidentinin seçkilərinin dayandırılması haqqında yekdilliklə  qərar qəbul 

etmişdir. 

Bəzi qüvvələr Azərbaycan prezidenti seçkilərinin Naxçıvan Muxtar 

Respublikasında dayandırılmasını onun Azərbaycandan ayrılmaq cəhdi kimi 

qələmə verməyə çalışırdılar. 

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi belə uydurmaları ifşa 

edərək 7 sentyabr 1991-ci il tarixdə qərar qəbul etmişdi.

2

 

                                                 



1

 

«Şərq qapısı». Xüsusi buraxılış. №2, 1991, sentyabr



 

2

 



Azərbaycan Respublikası Milli Məclisinin Arxivi. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin 

qərarları. Fond 2941, siyahı la, iş 1, vərəq 74-76. 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə