M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə39/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   35   36   37   38   39   40   41   42   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

116 

 

əməl edilmədi. Bu çıxış 20 Yanvar hadisələri haqqında ilk düzgün siyasi 



qiymət idi. Azərbaycan rəhbərliyi hələ bir müddət buna lazımi siyasi qiymət 

verməsə  də, sonralar yenə  də  məhz Prezident Heydər  Əliyevin siyasi 

hakimiyyətə qayıdışından sonra onun təkidi və tələbi ilə 20 Yanvar faciəsinə 

düzgün və əsaslandırılmış siyasi qiymət verdi. 

Bakı şəhərinə qoşun yeridilməsi və qanlı faciələr əhalinin ciddi nifrət və 

etirazına səbəb oldu. Əhali həyəcan içərisində idi. Fövqəladə  vəziyyət 

şəraitində fəaliyyət göstərmək olduqca çətin idi. Deputatların bir hissəsinin 

təşəbbüsü ilə, xüsusilə xalq şairi Bəxtiyar Vahabzadənin, yazıçılardan Anar 

və  mərhum  İ.Şıxlının tələbi ilə 1990-cı il yanvarın 21-22-də Azərbaycan 

Respublikası Ali Sovetinin növbədənkənar fövqəladə sessiyası çağırıldı. 

Sessiya Bəxtiyar Vahabzadənin sədrliyi ilə Azərbaycan Elmlər 

Akademiyasının böyük dairəvi akt zalında (H.Cavid prospekti, 31 -də -İ.H.) 

keçirildi. 

Azərbaycan SSR Ali Sovetinin «Bakı  şəhərində fövqəladə  vəziyyətin 

ləğv edilməsi haqqında» qərarında 20 Yanvar faciəsinə tam olmasa da, 

siyasi qiymət verilməsinə müəyyən təşəbbüs göstərildi. Belə ki, qərarda 

Sovet Ordusu qoşun bölmələrinin respublikaya yeridilməsi, omın 

«respublikanın paytaxtı Bakı  şəhərində dinc əhaliyə qanlı divan tutması, 

yüzlərlə adamın öldürülməsi və yaralanması ilə  əlaqədar Azərbaycan 

xalqının qəzəb və hiddətini ifadə edərək, SSRİ-nin ali hakimiyyət orqanları 

tərəfindən SSRİ-nin təşkili haqqında müqavilənin  şərtlərinin və SSRİ 

Konstitusiyasının kobud surətdə pozulduğunu, suveren Azərbaycan Sovet 

Sosialist Respublikasının razılığı olmadan Bakı  şəhərində fövqəladə 

vəziyyət elan olunması  və buraya qoşunlar yeridilməsi haqqında qərar 

çıxarıldığını, bunun da nəticəsində Azərbaycan SSR-in suveren 

hüquqlarının açıq-aşkar tapdalandığını  təsdiq edərək» qəbul etdiyi qərarda 

SSRİ Ali Soveti Rəyasət Heyətinin 19 yanvar tarixli fərmanını Azərbaycan 

SSR-in suverenliyinə qarşı təcavüz aktı, Bakıda və onun ətrafında yüzlərlə 

adamın ölümünə  və yaralanmasına səbəb olan bu fərmanın icrasına 

sərəncam vermiş adamların hərəkətləri Azərbaycan xalqına qarşı cinayət 

kimi qiymətləndirildi. Eyni zamanda qərarda Dağlıq Qarabağ Muxtar 

Vilayəti və Ermənistanla həmsərhəd rayonların sərhəd zolaqları istisna 

olmaqla, Bakı 

  



M İ L L İ  K İ T A B X A N A

____________________________________

117 

 

şəhərində  və Azərbaycan SSR-in digər rayonlarında fövqəladə  vəziyyət 



rejiminin dayandırılması, bütün qoşun hissələri və bölmələrinin Bakı 

şəhərindən və respublikanın rayonlarından  ən qısa müddətdə  çıxarılması, 

vətəndaşlara qanlı divan tutulmasınının bilavasitə  təşkilatçılarını, müqəssir 

olanları  aşkar etmək üçün deputat istintaq komissiyası yaradılması  tələb 

olunurdu. 

Yanvar faciəsinə hüquqi-siyasi qiymət vermək məsələsi Azərbaycan KP 

MK-nm ilk partiya təşkilatında da irəli sürülmüşdü. Partiya təşkilatının bəzi 

üzvlərinin tələbi ilə (Ç.Həsənov, A.Nəsibov, N.Ramazanov və başqaları) ilk 

partiya təşkilatının yığıncağı keçirilmiş, yığıncaqda MK-nın birinci katibi 

Ə.Vəzirovun Sov. İKP sıralarından azad edilməsi və cinayət məsuliyyətinə 

cəlb edilməsi məsələsi qoyulmuş  və 20 Yanvar hadisəsinə geniş siyasi 

qiymət verilməsi tələbi irəli sürülmüşdü. Lakin bu məsələ  də sonralar ört-

basdır edilmişdi. 

1990-cı il yanvarın 24-25-də Azərbaycan KP MK-nın plenumu keçirildi. 

Plenumda yanvar hadisələrinin və respublikada yaranmış ictimai-siyasi 

vəziyyətin müzakirə edilməsi məsələsi irəli sürüldü. Plenum bəzi 

iştirakçıların təkidi ilə «Respublikada siyasi vəziyyət haqqında» məsələni 

müzakirə etdi. Bu məsələnin müzakirəsi zamanı Azərbaycanın suverenliyinə 

qarşı  təcavüzə, sovet qoşunlarının heç bir qanuna sığmayan hərəkətlərinə 

siyasi qiymət verilməsini tələb edən partiya üzvlərinin tələbləri nəzərə 

alınmadı.  İclasa sədrlik edən Azərbaycan KP MK-nın ikinci katibi 

V.Polyaniçkonun və başqa rəhbərlərin təzyiqi ilə bu məsələ barəsində qərar 

qəbul edilmədi. Plenum yalnız 19-20 yanvarda Bakı  şəhərində fövqəladə 

vəziyyətin tətbiq edilməsi səbəblərini araşdırmaq üçün komissiya 

yaratmaqla kifayətləndi. Plenumda Azərbaycan KP MK-nm ilk partiya 

təşkilatının keçmiş birinci katibi Ə.Vəzirovun partiya sıralarından xaric 

olunması və onun fəaliyyətinin xalqa zidd kimi qiymətləndirilməsi haqqında 

qərarına da laqeyd yanaşılmışdı. Nəticədə onun yalnız tutduğu vəzifədən 

azad edilməsi və onun işlədiyi dövrdəki fəaliyyətini öyrənmək üçün 

komissiya yaradılması haqqında qərar qəbul edilmişdi. Sonralar isə 

Azərbaycan KP MK-nm növbəti plenumunda Ə.Vəzirovun tərəfdarlarının 

səyləri nəticəsində bu qərar xeyli yumşaldılmış, bununla keçmiş birinci 

katib 

  



M İ L L İ  K İ T A B X A N A

____________________________________

118 

 

məsuliyyətdən xilas edilmişdi. Belə ki, 1990-cı il yanvarın 24-də 



Azərbaycan KP MK-nm plenumunda Ə.Vəzirovun fəaliyyətini yoxlamaq 

üçün yaradılan komissiyanın hazırladığı  məlumata yalnız Mərkəzi 

Komitənin 2 iyun 1990-cı il tarixli plenumunda baxıldı.  Əsas günahkar 

Ə.Vəzirova «cəza» verildi və Azərbaycan KP MK-nm üzvlüyündən azad 

edildi. 

Beləliklə, Azərbaycan KP MK-mn 1990-cı il yanvar, mart və iyun 

plenumlarında da 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilmədi, 

günahkarlar aşkar edilmədi, bununla da məsələnin üstü ört-basdır edildi. 

1991-ci il avqustun 30-da Azərbaycan SSR Soveti fövqəladə vəziyyətin 

ləğv edilməsi haqqında fərman verdi. Bu tarixi faktı yada salmalıyıq ki, Ali 

Sovetin 22 yanvar 1990-cı il tarixli sessiyasında «SSRİ Sovetinə, müttəfiq 

respublikaların Ali Sovetlərinə, Sovet İttifaqı xalqlarına, dünyanın bütün 

ölkələrinin parlamentlərinə, Birləşmiş Millətlər Təşkilatına, Azərbaycan 

SSR-də yaşayan bütün millətlərə  və xalqlara müraciətlər» qəbul edilmişdi. 

Yanvar faciəsində müqəssirləri aşkara çıxarmaq məqsədilə Azərbaycan SSR 

Sovetinin deputatlarından ibarət istintaq komissiyası yaradılmışdı.  

İstintaq komissiyası bir il müddətində yoxlanışı başa çatdırıb hesabat 

verməli idi. Lakin məsələnin Həlli uzadıldı, yalnız iki ildən sonra 1992-ci il 

yanvarın 19-da Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası «1990-

cı il yanvarın 19-20-də Bakı  şəhərinə qoşunların yeridilməsi ilə  əlaqədar 

faciəli hadisələrin təfsilatının səbəblərinin təhqiqi üzrə Azərbaycan 

Respublikası Sovetinin komissiyasının işinin yekunlarına dair» qərar qəbul 

etdi.  İstintaq komissiyasının təqdim etdiyi məlumat olduqca səthi olub əsl 

həqiqəti aşkar etməkdən çox-çox uzaq idi. 

20 Yanvar faciəsinin 4-cü ildönümünün qeyd edilməsi ilə əlaqədar olaraq 

Azərbaycan Respublikası Prezidenti Heydər  Əliyev dörd il müddətində 20 

Yanvar hadisəsi ilə bağlı qəbul edilən qərarlarla, görülən işlərlə, sənədlərlə 

ciddi tanış olanda aşkar etmişdi ki, məsələyə siyasi qiymət verilməsi 

tamamilə kənara atılıb, əslində hadisələrin mahiyyəti ört-basdır edilib. Onun 

tanış olduğu qərarlardan biri isə Azərbaycan Respublikası Ali Sovetinin 

Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarı idi. 

  



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə