M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə35/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   31   32   33   34   35   36   37   38   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

104 

 

Azərbaycanı da süni surətdə daxil etməsi respublikamızda mənfi 



tendensiyalara, arzuolunmaz nəticələrə  səbəb oldu. Onun Azərbaycanda 

coşğun və sürətli inkişafın təşkilatçısı və rəhbəri olan Heydər Əliyevə qarşı 

qərəzli  şəxsi münasibəti vəziyyəti daha ağırlaşdırdı. M.S.Qorbaçovun 

həyata keçirdiyi ermənipərəst siyasət, Azərbaycan  ərazisini ermənilərə 

«hədiyyə etmək» sahəsindəki xəyanətkarlığı respublikamızda ictimai-siyasi 

prosesləri daha da mürəkkəbləşdirib, respublikada daxili ziddiyyətlərə geniş 

yol açdı. 

1988-ci ildən Sovet rəhbərliyi tərəfindən süni surətdə  qızışdırılan və 

geniş müdafiə  olunan Ermənistanın Azərbaycana qarşı  hərbi təcavüzünün 

genişlənməsi bir tərəfdən qonşu respublikada separatçılıq hərəkatının 

güclənməsi ilə bağlı idisə, digər tərəfdən, onların arxasında duran Qorbaçov 

və onun antiazərbaycan siyasəti yeridən ermənipərəst «komanda»sının 

respublikamızda genişlənən milli-azadlıq hərəkatının qarşısını almağa 

yönəldilmiş ümumi «parçala və hökmranlıq et» ənənəvi rus siyasətinin 

tərkib hissəsi idi. 

      SSRİ-də  rəhbərlik səviyyəsinə yüksəlməyə  şans qazanmış Heydər 

Əliyev Azərbaycandakı proseslərin qarşısını almaqla ermənipərəst 

M.S.Qorbaçovun qarşısında  ən böyük maneələrdən biri idi. Sov. İKP MK 

Siyasi Bürosunun üzvü, siyasi rəhbərlikdə böyük nüfuz qazanmış Heydər 

Əliyevin tez-tez dəyişilən SSRİ  rəhbərliyində birinci şəxs olması ideyası 

artıq yüksək dairələrdə müzakirə edilir, etiraf edilirdi. dövrde SSRİ-nin 

görkəmli siyasi xadimlərindən olan Andrey Nikolayeviç Qromıko öz oğlu 

ilə söhbətində qeyd edirdi ki, «Bizim Siyasi Büroda ancaq üç adam nisbətən 

cavandır: Romanov, Qorbaçov və  Əliyev. Axırıncı  mənə daha xoş  gəlir. 

Onun vaxtında Azərbaycan, xüsusən onun kənd təsərrüfatı çox sürətlə 

inkişaf etmişdir. Əliyev gözəl təşkilatçıdır, təmiz və abırlı adamdır. Amma 

təəssüf ki, onun namizədliyi istisna olunur...». Oğlunun «Nəyə görə, 

milliyyətinə görəmi?» - sualına cavabında A.M.Qromıko açıq şəkildə etiraf 

etmişdi: - «Bu məsələdə - hə. Milliyyətinə görə».

1

 SSRİ Dövlət Plan 



Komitəsinin keçmiş sədri N.K. Baybakov Heydər Əliyevin 

 

                                                 



1

Анатолий Андреевич Громыко. Андрей Громыко. В лабиринтах Кремля. Воспоминания и размышления 

сына. Москва. 1997 səh. 86 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

105 

 

Moskvada işi barəsində qeyd edir ki, O, bu və ya digər qərarı  qəbul 



etməzdən  əvvəl hər  şeyi  ətraflı ölçüb-biçirdi, məsələni diqqətlə öyrənirdi, 

mütəxəssislərlə  məsləhətləşir və bundan sonra qərar qəbul edirdi. Qərarlar 

qəbul etdikdən sonra mütləq onları həyata keçirirdi. 

«Kaş, bizim Rusiyada da belə adamlar olaydı...»

1

 

Azərbaycanın 



ərazi bütövlüyünün pozulması, ermənilərin 

respublikamızın  ərazisinin bir hissəsini işğal etməsi planı  hələ  əvvəllərdən 

hazırlanmışdı. Bu plan M.S.Qorbaçovun yanında və Kremldə  mərkəzi 

rəhbərlikdə oturan ermənilər və ermənipərəst qruplar tərəfindən müdafiə 

edilirdi, bu mənfur siyasəti həyata keçirmək üçün ciddi hazırlıq işləri 

görülürdü. Ona görə  də M.S.Qorbaçov ermənilərin təhriki ilə ilknövbədə 

Heydər Əliyevin vəzifədən uzaqlaşdırılmasına çalışırdı. 

1987-ci ildə keçmiş SSRİ-nin böyük dövlət və siyasi xadimi Heydər 

Əliyevin həyatında olduqca çətin bir dövr başlandı. Həmin il oktyabrın 21-

də keçirilmiş Sov. İKP MK-nm plenumu haqqında məlumatda deyilirdi ki, 

«Səhhətinə görə pensiyaya çıxması ilə əlaqədar plenum Sov. İKP MK Siyasi 

Bürosunun üzvü vəzifəsindən azad edilməsi barədə H.Ə.Əliyev yoldaşın 

xahişini təmin etmişdir». 

Həmin il oktyabrın 24-də qəzetində dərc edilmiş məlumatda isə deyilirdi: 

«SSRİ Ali Sovetinin Rəyasət Heyəti səhhətinə görə pensiyaya çıxması ilə 

əlaqədar SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən azad 

edilməsi barədə Heydər Əliyev yoldaşın xahişini təmin etmişdir». SSRİ Ali 

Sovetinin 1988-ci ildə mayın 26-da çıxardığı qətnamədə də göstərilmişdi ki, 

Heydər  Əliyev tutduğu vəzifədən səhhəti və pensiyaya çıxması ilə bağlı 

azad edilib.

2

 

SSRİ kimi böyük bir ölkədə vicdanla işləyən, işində heç bir qüsuru 



olmayan, bütün dünyada tanınan və böyük siyasi nüfuza malik olan 

görkəmli siyasi və dövlət xadimi haqqında bu məlumatlar tezliklə bütün 

dünyaya yayıldı, böyük əks-səda doğurdu. 

                                                 

1

 

N.K.Baybakov. Onun həyatdan getməsi məni kədərləndirir - Axı O, hələ cavan idi. Xalqa bağışlanan ömür. II 



kitab. Bakı, 2004, səh. 57-58

 

2



 

Rusiya Federasiyası Dövlət Arxivi. Fond 7523, siyahı 143, iş 302 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

106 

 

Türkiyəli publisist İrfan Ülkü «Qızıl ulduzdan hilala doğra» kitabında bu 



məsələdən danışarkən yazır: «Əliyevin Siyasi Büro üzvlüyündən istefa 

verməsi, bütün vəzifələrindən  əl çəkməsi xəbəri Azərbaycana yayılanda 

bütün ölkəni yas və  gərginlik bürüdü. Azərbaycanın «Müasir Dədə 

Qorqudu» sayılan  şair Bəxtiyar Vahabzadə bu xəbəri eşidəndə oturduğu 

kreslosunda çöküb: «Eyvah, Moskvadakı yeganə  və  ən böyük qalamız 

yıxıldı», - deyə təəssüflənmişdi». 

Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılması, hər şeydən öncə, 

ermənipərəst M.S.Qorbaçovun Azərbaycana qarşı  mənfur siyasətini 

reallaşdırmaq üçün əvvəlcədən düşünülmüş planlarını həyata keçirmək kimi 

çirkin məqsədindən irəli gəlirdi. H.Ə.Əliyev 1990-cı il fevralın 9-da Rusiya 

televiziyasının aparıcısı Andrey Karaulovla söhbətində  iştirak edən 

«Vaşinqton post» qəzetinin Moskva müxbiri Devid Remnikin sualına 

cavabında həmin səbəbləri belə izah edirdi: «Səbəblər odur ki, işlədiyim son 

dövrdə Qorbaçov tərəfindən özümə qarşı qeyri-səmimi münasibət hiss 

edirdim. Bu, çox şeydə özünü büruzə verirdi. Mən vicdanla işləyirdim, 

işimdə heç bir qüsur görmürdüm. Qorbaçov isə subyektiv hisslərinin  əsiri 

oldu, vəssalam».

1

 Heydər  Əliyevin istefaya göndərilməsinin səbəblərindən 



biri də SSRİ-nin siyasi rəhbərliyini  ələ almış erməni lobbisinin, erməni 

mafiyasının təsiri və  təzyiqi idi. Onların bu işdə  məqsədləri və çoxdan 

hazırlanmış niyyətləri var idi. Lakin bu işə bizim bəzi milli bədxahlarımız 

və manqurtlarımız da qoşulmuşdular. 

Heydər  Əliyevin rəhbərlikdən uzaqlaşdırılmasının  əsl səbəbləri tezliklə 

aşkar oldu. O, bu haqda demişdi ki, «Siyasi bürodan istefa verdikdən 15 gün 

sonra Qarabağ məsələsi ortaya çıxdı. Qorbaçovun ən yaxın adamı, iqtisadi 

məsələlər üzrə müşaviri, milliyyətcə erməni olan professor Aqanbeqyan 

Parisdə keçirdiyi bir mətbuat konfransında «Dağlıq Qarabağ Ermənistana 

verilməlidir» - demiş, bu məsələ ilə  əlaqədar Qorbaçovu da qızışdırmışdı. 

Moskvanın Qarabağ əməliyyatı mənim Siyasi bürodan getməyimdən 15 gün 

sonra həyata keçirilməyə başladı. Deməli, bu plan hələ  əvvəlcədən 

hazırlanmış, lakin tətbiq olunmasında mən ciddi maneə imişəm».

2

 



                                                 

1

 



Qətiyyətin təntənəsi, səh. 9

 

2



 

Yenə orada, səh. 10

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə