M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə33/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   29   30   31   32   33   34   35   36   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

98 

 

Azərbaycanda cəzalandırılaraq partiyadan və  vəzifədən çıxarılanlar da 



«qəhrəmana» çevrildilər. Onlar Ə.Vəzirovun himayəsi ilə respublika 

mətbuatına, mərkəzi mətbuata, radio və televiziyaya ayaq açdılar. Özlərini 

təmizə çıxarmaq üçün hər cür böhtanlara və şantaja keçdilər. Halbuki həmin 

adamlar Heydər  Əliyevin 1969-cu ildən respublikada həyata keçirdiyi 

prinsipial, insanlara humanist və cinayətkarlara qarşı mübariz siyasəti ilə bir 

araya sığışa büməmiş, cəmiyyət həyatının qanuni inkişafı onları süpürüb 

kənara atmışdı. Böhtançı yazıların qəhrəmanları da həmin adamlar idi. 

M.Qorbaçovun dəm tutanları vaxtkı Azərbaycan KP MK-nın birinci katibi 

Ə.Vəzirov respublikada onlan «qəhrəman» kimi üzə  çıxarırdı, müdafiə 

edirdi. Həyat özü onlan layiq olmadıqlan vəzifə kürsüsündən 

uzaqlaşdırmışdı. Mərkəzi mətbuatda M.S.Qorbaçova xoş  gəlmək üçün 

başdan-ayağa böhtançı, uydurma və təhqiredici məqalələr çap edüirdi. Onu 

da qeyd edək ki, bu qərəzli rahda məqalə yazanlar yalnız bir-iki nəfər idi. 

Vəzifədən ciddi qüsurlarına görə, sui-istifadə edib cinayət törədənlər idi. 

sentyabr 1988-ci il); oktyabr 1988-ci il); qəzeti, 4 fevral 1990-cı il) kimi 

böhtançı  cızma-qaralar meydana çıxmışdı. Respublikada cızma-qaralara 

qarşı xalqda böyük mənfi reaksiya yaranmışdı. Bunları  təkzib edən 

məqalələr çap edilirdi. məqaləsinin müəlliıı Arkadi Vaksberq respublika Ali 

Sovetində 10 il əvvəl, 1978-ci ildə baş vermiş bir hadisəni şişirdərək həmin 

dövr üçün xarakterik bir hadisə kimi qələmə verməyə can atırdı. 1978-ci ilə 

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin doqquzuncu çağırış 

doqquzuncu sessiyasında 1979-cu ildə respublikanın sosial-iqtisadi inkişafı 

üzrə dövlət büdcəsinin müzakirəsində son illərdə qazanılan 

müvəffəqiyyətlərin üstünə kölgə salmaq niyyətində olan bir nəfər deputatın 

çıxışına qarşı deputatların əksəriyyətinin etirazını çox təmtəraqlı verməklə o 

vaxtkı rəhbərlik haqqında neqativ fikir yaratmaq istəyirdi. Lakin hələ 10 il 

əvvəl  Azərbaycan SSR-nin Ali Sovetinin sessiyası  həmin çıxışa özünün 

obyektiv münasibətini bildirmişdi. Sessiyaya sədrlik edən xalq şairi 

Süleyman Rüstəm deputat Qambay Məmmədovun çıxışına deputatların 

etirazını 

  



M İ L L İ  K İ T A B X A N A

____________________________________

99 

 

görüb «onun çıxışını davam etdirməyə ehtiyac varmı?» sualını verəndə, 



yerdən «Ehtiyac yoxdur» cavabı verilmişdi. Çıxışa yazılan 60 deputatdan 

17-si çıxış edib onun dediklərini rədd etmişdilər. Tarixi reallığı yada salmaq 

naminə bu çıxışlardan bəzilərini qeyd edək. 

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Qurban Xəlilov: 

«Sizə yaxşı məlumdur ki, Azərbaycan zəhmətkeşləri böyük ruh yüksəkliyi 

ilə  işləyir.. .Biz Heydər  Əliyev yoldaşın xidmətlərini xüsusi qeyd edirik... 

Mənə belə gəlir ki, Məmmədov provakasiya edir və bizim sessiyanın işinə 

mane olmaq istəyir. MSİ-nin məlumatına  şübhə ilə yanaşmaq 

provakasiyadan başqa bir şey deyildir...» 

İ.Qurbanov: (Neftçala rayon partiya komitəsinin birinci katibi) 

«Məmmədovun çıxışı bizi elə bir vaxtda təəccübləndirir ki, respublikamızın 

indiki qələbəsinə Leonid İliç Brejnev özü yüksək qiymət vermişdir». 

Abşeron rayon partiya komitəsinin birinci katibi T.Hümbətova: «İndi biz 

bir-birimizin gözünə düz baxa bilərik... Bu, Heydər  Əliyevin gərgin 

əməyinin sayəsində mümkün olmuşdur». 

Mirbəşir (indiki Tərtər) rayon partiya komitəsinin birinci katibi 

D.Məmmədov: «Bizim respublikamızda heç vaxt hələ Heydər Əliyev kimi 

rəhbər olmamışdır». 

Bərdə rayon partiya komitəsinin birinci katibi R.Səfərəliyev: «Azər-

baycan partiya təşkilatının müvəffəqiyyətləri yalnız bizim ölkəmizin sadiq 

oğlu Heydər Əliyevin rəhbərliyi altında mümkün olmuşdur. Belə bir vaxtda 

isə böhtançı  Məmmədov partiyamızın liderinin bizim işimizə  nə  qədər 

qiymət verdiyini görmək istəmir. Böhtançı rədd olmalıdır». 

Yevlax rayonundan pambıqçı  Ş.Əliyeva: «Hətta üç yaşlı  uşaq da 

radiodan eşidir ki, Azərbaycan nə  qədər pambıq toplayıbdır. Hansı 

pripiskadan danışmaq olar? Mən heç bir pripiska eşitməmişəm. Biz Heydər 

Əliyev yoldaşın kursunu tamamilə müdafiə  edirik». 

Şamaxı rayon partiya komitəsinin birinci katibi F.Mustafayev: «Əliyev 

yoldaş bizim fəxrimizdir, bizim respublikanın və xalqımızın dahi oğludur. 

Burada isə hansısa Məmmədov çıxır və böhtan atmağa başlayır». 

Bütün çıxış edənlər Məmmədovu böhtançı adlandırır və cavab verməsini 

tələb edirlər. Heydər Əliyevin rəhbərlikdən uzaqlaşdırılmasından 

  



M İ L L İ  K İ T A B X A N A

____________________________________

100 

 

sonra Q.Məmmədov və başqaları  qəhrəman kimi mətbuat səhifələrinə  çı 



xarıldı və bununla da Heydər Əliyevdən qisas almaq kampaniyası başlandı. 

Lakin heç kəs və heç nə Heydər  Əliyevi sındıra, susdura bilmədi. Çünki 

tarix sübut edib ki, həqiqət həmişə güclü olur, qalib gəlir. 

«Сосиалистическая  индустрия» qəzetinin 30 aprel 1989-cu il tarixli 

nömrəsində Dağlıq Qarabağ Muxtar Vilayəti Xüsusi İdarəçilik Komitəsinin 

sədri A.Volski ilə aparılan müsahibə haqqında verilən yazı daha çox 

təhriflər, yalan informasiyalar, böhtanlar, milli münasibətlərin 

kəskinləşdirilməsi ilə seçilirdi.

1

 

Moskvanın, xüsusilə də, M.S.Qorbaçovun göndərdiyi Volski hadisələrin 



səbəblərini ört-basdır etməyə çalışır və utanmadan Dağlıq Qarabağ 

hadisələrinin səbəblərini Azərbaycan rəhbərinin, o cümlədən Heydər 

Əliyevin boynuna yıxmağa cəhd etməkdə heç nədən çəkinmirdi. Tarixi 

həqiqətlərə qara yaxmaqla, Heydər  Əliyevi günahlandırmağa can atmaqla 

onlar özlərinin tarix və Azərbaycan xalqı qarşısında məsuliyyət 

daşımadıqlarını göstərirdilər. Heydər Əliyev Sov.İKP MK-nın plenumunda 

çıxışında Azərbaycanda rəhbərliyi vaxtı DQMV-də normal, stabil şəraiti 

yaratdığını, Vilayətin sosial-iqtisadi inkişaf göstəricilərinə görə Azərbaycan 

və Ermənistanm orta göstəricilərindən xeyli üstün olduğunu dəlillərlə sübut 

etdi və böhtanlara öz etirazını bildirdi. Ən dəhşətlisi idi ki, onlar utanmadan 

göstərməyə çalışırdılar ki, guya Dağlıq Qarabağ uzun illər inkişaf 

etməmişdir.

2

 

Dağlıq Qarabağın qədim Azərbaycan olmasını bilə-bilə özündən 



müştəbeh olan «filosof» kimi A.Volski belə bir bədnam fikir söyləməyə 

cəsarət edirdi: «Torpaq bugünkü insanlara, onu əkib-becərənlərə, qulluq 

edənlərə, ondan məhsul götürənlərə, kim burada ev tikib... onlara 

məxsusdur. Bu mənim  şəxsi fikrimdir, mən buna əminəm».

3

 Bununla 



kifayətlənməyərək inandırmağa çalışırdı ki, guya bu gün zonaların, 

dairələrin sərhədlərini milli inteqrasiya yox, iqtisadi inteqrasiya müəyyən 

edir. 

Yeni «nəzəriyyəçi» bilmirdi ki, əvvəllər Dağlıq Qarabağın iqtisadi 



inteqrasiyası tarix boyu Azərbaycanla, onun paytaxtı Bakı ilə bağlı 

                                                 

1

«Сосиалистическая  индустрия  qəzeti, Moskva, 30 aprel 1989-cu il; Azərbaycan Respublikasının Prezidenti 



Heydər  Əliyevin  şəxsi arxivi; Heydər  Əliyevin nitqləri, çıxışları, həmçinin onun iştirakı ilə keçirilən tədbirlər 

haqqında SİTA və başqa kütləvi informasiya materialları haqqında məlumat (1980-1990-cı illər), səh.423-431.

 

2

 



Yenə orada, səh. 426

 

3



 

Yenə orada, səh. 426 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə