M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə29/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   25   26   27   28   29   30   31   32   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

87 

 

inkişafının xüsusiyyətlərini işıqlandırmaqla ölkədə tibbi yardımın yeni 



prinsipial formasının  əhəmiyyətini xüsusi qeyd etdi. Nazirlər Sovetində

SSRİ-də, həm də tibb və  səhiyyə  məsələlərinə  rəhbərlik edən Heydər 

Əliyevin qarşıya qoyduğu vəzifələr bu sahənin böyük bilicisinin, nəzəriyyə 

və praktikasının görkəmli nümayəndəsinin, təşkilatçısının təfəkkürünün 

məhsulu idi. 

Tibb elmi sahəsində  də böyük dünyagörüşə malik olan Heydər  Əliyev 

tibb elmi və  səhiyyənin qarşısında duran vəzifələri  ətraflı  işıqlandırırdı. 

Böyük uğurlarla yanaşı, SSRİ-də tibbi yardımın səviyyəsinin hələ adamların 

artan tələbatına cavab vermədiyini göstərirdi. 

Qarşıda duran vəzifələrdən danışan Heydər  Əliyev diqqəti ölkə üçün 

həyati  əhəmiyyət kəsb edən müalicə müəssisələrinin işinin xeyli 

yaxşılaşdırılması, xəstəliyin azaldılması, tibb elminin, səhiyyə quramlarının 

və başqa sosial institutların birgə  fəaliyyəti nəticəsində ömrün uzadılması, 

ürək-damar xəstəliklərinin azaldılması, gənc nəslin sağlamlığının 

möhkəmləndirilməsi problemlərinə yönəldirdi. Bu problemlərin həll 

edilməsində elmi tədqiqatların, bütün sağlamlıq mühafizə sisteminin işinin 

intensivləşdirilməsi, onun keyfiyyətinin yüksəldilməsi, elm və texnikanın 

nailiyyətlərinin sürətlə  mənimsənilməsi ana xətt olmalı idi.

1

 Azərbaycanın 



böyük oğlunun bütün İttifaqda tibb elmi və  səhiyyəsinin inkişaf 

etdirilməsində qarşıya qoyduğu vəzifələr dövrün tələblərinə cavab verirdi və 

bütün ölkədə insanların sağlamlığı keşiyində duran tarixi əhəmiyyətli 

perspektiv proqram idi. 

Heydər  Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini 

vəzifəsində  işlədiyi vaxt humanist, sülhsevər siyasətin təbliğ edilməsi və 

həyata keçirilməsində, bəşər sivilizasiyasının bərqərar olması, cəmiyyətin 

gələcək taleyi naminə xidmətləri danılmazdır. Onun 1985-ci il sentyabrın 

əvvəlində Moskvada keçirilən beynəlxalq kitab sərgisi yarmarkası 

iştirakçılarına və qonaqlara SSRİ Nazirlər Soveti adından göndərdiyi təbrik 

məktubu ümumbəşəri və böyük humanist arzuları əks etdirən bir tarixi 

                                                 

1

 

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin şəxsi arxivi. Heydər Əliyevin nitqləri, çıxışları..., səh. 



qəzeti, 15 dekabr 1984-cü il

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

88 

 

sənəddir. Təbrik məktubunda deyilirdi: «SSRİ hökuməti Beşinci beynəlxalq 



Moskva kitab sərgisi yarmarkası iştirakçılarını və qonaqları ürəkdən təbrik 

edir! Onun «Kitab» sülhün və  tərəqqinin xidmətindədir» xeyirxah devizi 

ədəbiyyatın  əsl humanist mahiyyətinin  ən gözəl ifadəsindən başqa bir şey 

deyildir. İnsanlara bilik, zənginlik, əbədi mənəvi sərvət gətirir, adamlar və 

xalqlar arasında qarşılıqlı anlaşma körpüsü yaradır,  ədalət və sülhü 

qoruyurdu».

1

 

Dahi siyasətçi beşinci beynəlxalq kitab sərgisi yarmarkasının faşizm 



üzərində qələbənin qırxilliyinin bayram olunduğu dövrdə keçirildiyini qeyd 

edərək xatırladır ki, beynəlxalq birliyin yadındadır ki, dünyada nə  qədər 

sayagəlməz qurbanlar olmuşdur. Kitabları ocaqlarda yandıran faşist 

vandallarının vəhşiliyi üzündən dünya mədəniyyəti böyük itkilərə düçar 

olmuşdur. Tarixin dərsləri bizim hamımızı dünyada sülhün, sivilizasiyanın 

taleyi, bəşəriyyətin gələcəyi uğrunda daha böyük məsuliyyətə çağırır. Bu 

baxımdan təbrik məktubunda Heydər Əliyev dühasından öz ifadəsini tapan 

aşağıdakı  sətirlər böyük çağırış idi: «Qoy ənənəvi Moskva kitab sərgisi 

yarmarkası Helsinki müşavirəsinin «Avropada Təhlükəsizlik və Əməkdaşlıq 

üzrə Yekun Aktı»nın yerinə yetirilməsinin inandırıcı sübutlarından biri 

olsun. Bütün nəşriyyatçıları  və kitab yayanları  əsl humanizmin təsdiq 

edilməsi, sosial ədalət, dünyada nüvə  təhlükəsinin ləğv edilməsi uğrunda 

mübarizədə birləşdirsin».

2

 Nazirlər Sovetinin beynəlxalq Moskva kitab 



sərgisi yarmarkası  iştirakçılarına və qonaqlara təbrik məktubunun mətni 

SSRİ Nazirlər Sovetinin 5 sentyabr 1985-ci il tarixli qərarı ilə  təsdiq 

edilmişdi. 

1987-ci il martın 15-18-də Heydər  Əliyevin Volqoqrad Vilayəti 

zəhmətkeşləri ilə görüşü keçirilirdi.

3

 



Görüş və söhbətlərin əsas məzmunu əhalinin artan tələbatının ödənilməsi 

məsələlərinə həsr edilmişdir. 

                                                 

1

 



Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şəxsi arxivi: SSRİ Nazirlər Soveti sədrinin birinci 

müavini H.Əliyevin imzaladığı Nazirlər Sovetinin qərarları (1985-1987-ciillər), səh.58

 

2

 



Yenə orada

 

3



 

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin şəxsi arxivi. Heydər Əliyevin nitqləri, çıxışları... (1980—

1990-cı illər), səh.qəzeti, 19 mart 1987-ci il 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

89 

 

Yeni  şəraitdə  təsərrüfatçılığa keçid dövründə yüngül sənayenin işi  əsas 



diqqət mərkəzində idi. Görüş zamanı aydm oldu ki, bir çox müəssisələr tam 

təsərrüfat hesablı fəaliyyətə başlamağa hazırlıqlı olmamışdı. Heydər Əliyev 

Kamninski pambıq-parça kombinatında, corab-trikotaj və ayaqqabı 

fabriklərindəki görüşlərində vəziyyətlə ətraflı tanış oldu və bu müəssisələrdə 

bazar tələbatına uyğun məhsul buraxılmadığını aşkar etdi. 

Heydər  Əliyev yüngül sənaye, ümumiyyətlə xalq istehlakı malları 

istehsal edən başqa müəssisələrin, ticarət və xidmət sahələri işçilərinin 

fəallar yığıncağındakı çıxışında 1987-ci il yanvar ayından yüngül sənayenin 

təsərrüfat hesabı ilə  işləməsinə baxmayaraq, bu sahədə ciddi nöqsanlar 

olduğunu göstərir. Belə ki, yüngül sənayedəki çatışmazlıqlarla yanaşı, 

əhalinin xalq istehlakı mallarına tələbatının artmasına baxmayaraq, yerli 

sənaye məhsulları bu tələbatı ödəmirdi. Yerli sənaye məhsulları ildə 48 

milyon manatlıq məhsul buraxırdı ki, bu da olduqca az idi. 

Volqoqrad vilayətində  hər nəfərə düşən məhsul istehsalı Rusiya 

Federasiyasına nisbətən 211 manat azlıq təşkil edirdi. Kəmiyyətlə yanaşı, 

keyfiyyətin də aşağı olduğu qeyd edilirdi. 

Volqoqrad traktor zavodu ilə tanışlıqda zavodun buraxdığı  məhsulun 

səviyyəsinin möhkəm maddi bazanın tələblərinə və zavodun yüksək texniki 

səviyyəsinə cavab vermədiyi meydana çıxmışdı. 

Heydər  Əliyev insanların həyat  şəraiti ilə  də yaxından maraqlanırdı. 

Mərkəzi bazarda, mağazalarda, ictimai xidmət müəssisələrində olur və 

camaatla söhbət edirdi. Klinik xəstəxanadakı görüşündə sağlamlıq 

idarələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında tapşırıqlar verirdi. 

Böyük nəqliyyat birləşməsi olan Volqoqradda M.Qorki adına dəmiryolu 

stansiyasında, çay nəqliyyatı vağzalında olur, sürətli tramvayda gəzintiyə 

çıxırdı. Məktəblərdə, uşaq bağçalarında, uşaq kombinatında olurdu. 

Politexnik institutunda şəhər ali məktəbləri rəhbərliyi ilə görüşündə ali 

təhsilin yenidən qurulması problemləri müzakirə edilirdi. Heydər  Əliyevin 

Volqoqradda görüş  və söhbətlərinin  əhəmiyyəti Mərkəzi və vilayət 

qəzetlərində geniş işıqlandırılmışdır. Heydər Əliyev SSRİ hökuməti adından 

xarici dövlətlərin nümayəndə heyətlərini qəbul etməsi və onlarla söhbətləri 

hər zaman SSRİ rəhbərliyində yüksək səviyyədə qiymətləndirilirdi. 1983-cü 

il 

  



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə