M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə25/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   21   22   23   24   25   26   27   28   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

76 

 

əməyin səmərəli təşkilinin yollarını göstərdi. Məsələn, Sibir, Qazaxıstan, 



Kuzbas, Volqaboyunda podrat işlərin həcminin keçən ilkinə nisbətən 12-20 

faiz artırılması imkanlarını aşkarladı.

1

 

Heydər  Əliyev diqqəti belə bir məsələyə yönəltdi ki, ümumiyyətlə, 



podrat işlərin illik artım sürəti beşillik plan tapşırıqları üzrə nisbətdə aşağı 

düşür. Məsələn, əgər doqquzuncu beşillikdə Nəqliyyat-Tikinti Sənayesi üzrə 

bu 6,8 faiz təşkil edirdisə, onuncu beşillikdə 4 faizə düşmüşdü, 1983-cü ildə 

isə yalnız 3,3 faiz təşkil edirdi. 

Heydər Əliyevin çıxışında Nəqliyyat-Tikinti Nazirliyinin bölmələrinin işi 

təhlil edildi və ciddi nöqsanlar üzə  çıxarıldı. Tikinti-montaj işlərində 

səviyyənin aşağı düşdüyünü faktlarla sübut edən Heydər Əliyev bu meylin 

heç nə vermədiyini, onunla razı olmadığını göstərdi və nazirliyin bu 

məsələyə ciddi diqqət verməsini tələb etdi. 

Kollegiyada çıxış edən Qorki dəmiryolunun rəisinin çıxışına 

münasibətini göstərərək onunla da razılaşmadığını göstərdi. Heydər Əliyev 

burada da problemlərin mövcud olduğunu meydana çıxardı. Belə ki, o, öz 

çıxışında vaqon təmiri üçün obyektlərin, elektrikləşmə üzrə  işlərin, səyyar 

zavodların tikintisi, yaşayış  və kommunal tikintisinin ciddi geriliklərilə 

razılaşmadığını açıq  şəkildə bildirdi. Belə ki, nazirlik tərəfindən tikinti-

montaj işləri planı cəmi 70 faiz yerinə yetirilmişdi. Dəmir yollarının sənaye 

müəssisələrilə  əlaqəli inkişaf etməməsi də yük daşınmasının ritmik 

inkişafına mane olurdu. 

Heydər  Əliyev 1983-cü ildə  Nəqliyyat-Tikinti Nazirliyinin və Yollar 

Nazirliyinin fəaliyyətini yekunlaşdıraraq təəssüflə qeyd etmişdi ki, onlar 

qarşısında əvvəl  qoyulan vəzifələr yerinə yetirilməmişdir.

2

 



Bunlar barədə hələ əvvəl lər də tapşırıqlar verilməsinə baxmayaraq, Baş 

nazirin birinci müavini məsələni qəti və prinsipial qoyur: «Nəqliyyat-Tikinti 

naziri, Yollar naziri və hər iki nazirliyin kollegiyaları bir ay müd- 

 

  



 

 

 



                                                 

1

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şəxsi arxivi. Heydər  Əliyevin fəaliyyətini əks etdirən



Rusiya Federasiyasının  İqtisadi Dövlət Arxivində saxlanan müşavirələrin, qətnamələrin, protokolların (1983—

1987-ci illər) surətləri, səh. 102-103

 

2

Azərbaycan Respublikası Prezidenti Heydər  Əliyevin  şəxsi arxivi. ...Rusiya Federasiyasının  İqtisadi Dövlət 



Arxivində saxlanılan sənədlərin surətləri (1983—1987-ci illər), səh. 106-111 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

77 

 

 



dətində qarşıya qoyulan vəzifələrin yerinə yetirüməsi tədbirlərini hazırlayıb 

Nazirlər Sovetinə  təqdim etməlidirlər. Tədbirlər konkret, dəqiq, real 

olmalıdır, biz isə Nazirlər Sovetində bu tapşırıqların yerinə yetirilməsini 

nəzarət qaydasında, - baxmayaraq ki, ikinci dəfə veririk, - bu məsələni 

birinci kvartalın yekunlarında dinləyirik».

1

 



Kollegiya iclasında Heydər  Əliyevin iştirakı  və  dərin məzmunlu,  ətraflı 

çıxışı Nazirliklərin və bütün kollektivlərin fəaliyyətində böyük proqram 

sənədi kimi qəbul edildi. Eyni zamanda kollektivlərin 1984-cü il sosialist 

öhdəliklərində SSRİ Nazirlər Soveti sədrinin birinci müavininin tövsiyələri 

və məsləhətlərinin öz əksini tapacağı qeyd edildi. 

1983-cü il martın 4-də SSRİ Nazirlər Sovetinin Baykal-Amur dəmir-yol 

xəttinin tikintisi üzrə komissiyanın Heydər  Əliyevin sədrliyi ilə ilk iclası 

keçirildi.  İclasda komissiyanın üzvləri, Sov. İKP MK-nın, SSRİ Nazirlər 

Sovetinin, SSRİ Dövlət Plan Komitəsinin, SSRİ Dövlət Tikinti, SSRİ 

Tikinti Bankı və SSRİ nazirliklərinin məsul işçiləri iştirak edirdilər.

2

 

İclasda: 1) Baykal-Amur dəmiryol xəttinin tikintisi üzrə 1982-ci il 



planının yerinə yetirilməsi vəziyyəti və 1983-cü il planınm yerinə 

yetirilməsinin təmin edilməsi haqqında; 2) Baykal-Amur dəmiryol xəttinin 

bütün sahələrində qatarların birbaşa hərəkətinin açılışının təmin edilməsi və 

Sov. İKP XXVI qurultayınn qərarına əsasən on birinci beşillikdə onun ayrı-

ayrı hissələrinin daimi istismara verilməsi; 3) BAM-da Şimali Muysk və 

Kadarsk tunellərinin tikintisinin gedişi və  Şimali Muysk tunelindən 

dəmiryolu dövrəsinin tikintisi kimi zəruri məsələlər müzakirəyə 

qoyulmuşdu. 

Məsələlərin müzakirəsindən aydın oldu ki, 1982-ci il planında BAM-da 

obyektlərin tikintisi 109 faiz, bilavasitə  xəttin tikintisi 112 faiz yerinə 

yetirilmişdir. Yollar Nazirliyi və  Nəqliyyat-Tikinti Nazirliyi 1982-ci ildə 

Ural-Postışevo xəttinin daimi istismara verilməsi, mənzil, məktəb, uşaq 

bağçaları və xəstəxanaların tikintisi planını yerinə yetirmişlər. Bunlarla 

 

 



 

 

                                                 



1

 

Azərbaycan Respublikası Prezidenti Heydər  Əliyevin  şəxsi arxivi. ...Rusiya Federasiyasının  İqtisadi Dövlət 



Arxivində saxlanılan sənədlərin surətləri (1983-1987-ci illər), səh. 110.

 

2



 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şəxsi arxivi. Heydər Əliyevin fəaliyyətini əks etdirən, 

Rusiya Federasiyasının  İqtisadi Dövlət Arxivində saxlanan müşavirələrin sənədləri üzrə  qətnamələrin, 

protokolların (1983-1987-ci illər) surətləri, səh,1-12 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə