M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə23/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   19   20   21   22   23   24   25   26   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

70 

 

raltı  sərvətlərimizlə, neft-qaz yataqlarımızla və başqa mədənlərimizlə 



bərabər, böyük sənaye potensialı ilə  bərabər, geniş aqrar sektorda, kənd 

təsərrüfatı sahəsində, ərzaq məhsulları istehsalı sahəsində də Azərbaycanın 

böyük potensialını həmişə nəzərə alırdım».

1

 



1969-1982-ci illərdə Azərbaycanın inkişaf tarixinin dinamikası belə bir 

fıkri təsdiq edir ki, Heydər  Əliyevin 1969-cu ildə hakimiyyətə  gəlişindən 

sonrakı dövr, əslində, respublikamızın müstəqil dövlət quruculuğuna aparan 

yol olmuşdur. Heydər Əliyevin böyük əməyinin nəticəsində həyata keçirilən 

dəyişikliklərin həcminə, ictimai-iqtisadi islahatların səciyyəsinə görə 70-80-

ci illər Azərbaycanın tarixində  ən parlaq səhifələr təşkil etmişdir. 70-ci 

illərdən başlanan iqtisadi inkişaf, milli-mədəni dirçəliş, milli özünüdərk 

duyğularının, milli rahun yüksəlişi xalqımızın illərdən bəri qəlbində 

yaşatdığı milli dövlətçilik ideyasının milli-azadlıq mübarizəsində  əsas 

hərəkətverici qüvvəyə çevrilməsində mühüm zəmin oldu. 80-ci illərin sonu - 

90-cı illərin  əvvəl ində müstəqillik uğrunda mübarizənin yüksəlişi Heydər 

Əliyevin rəhbərliyinin birinci mərhələsində  əldə edilmiş iqtisadi canlanma 

və milli mübarizlik ruhunun təşəkkülü nəticəsində mümkün oldu. 

                                                 

1

 

Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. VI kitab. Bakı, 1998, səh.55 



  

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

71 

 

II FƏSİL 



HEYDƏR ƏLİYEV SUPER DÖVLƏTİN - 

SSRİ-nin SİYASİ OLİMPİNİN 

ZİRVƏSİNDƏ 

 

1969-1982-ci illərdə Heydər  Əliyevin Azərbaycana rəhbərliyi onun 



SSRİ-də  ən görkəmli siyasi xadim, rəhbər və dövlət başçısı olduğunu 

göstərdi. 1982-ci ilin sonunda Moskvaya partiya və dövlət hakimiyyətinə 

yüksək vəzifəyə irəli çəkildi. SSRİ Soveti Rəyasət Heyətinin 22 noyabr 

1982-ci il tarixli qərarı ilə Heydər Əlirza oğlu Əliyev SSRİ Nazirlər Soveti 

sədrinin birinci müavini təyin edildi.

1

 Bununla onun həyatında və 



fəaliyyətində yeni dövr başlandı. Bütün SSRİ-nin sosial-iqtisadi və mədəni 

inkişafına rəhbərlik etmək, Sovet hökumətinin iqtisadi inkişaf strategiyasını 

istiqamətləndirmək, görkəmli siyasi və dövlət xadimi kimi SSRİ-nin xarici 

siyasətinin həyata keçirilməsi, xarici dövlətlərlə qarşılıqlı münasibətlər 

yaradılması uğrunda məsuliyyətli və çətin vəzifələrin yerinə yetirilməsi kimi 

fəaliyyət dövrü başlandı. 

SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin 15 dekabr 1982-ci il tarixli 

qərarı ilə Nazirlər Soveti sədrinin birinci müavini Heydər  Əlirza oğlu 

Əliyevə: 

a) SSRİ Yollar Nazirliyi, Dəniz Donanması Nazirliyi, Yol Tikinti 

Nazirliyi, Rabitə Nazirliyi, eləcə də, müttəfiq respublikaların avtomobil, çay 

nəqliyyatı və yol təsərrüfatı məsələlərinə nəzarət; 

b) SSRİ Nazirlər Sovetinin Baykal-Amur dəmir yolu tikintisi məsələləri 

üzrə daimi komissiyasına rəhbərlik həvalə edilir.

2

 

SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin 1983-cü il fevralın 2-də keçirilən 



iclasında isə Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevə  

 

                                                 



1

 

Rusiya Federasiyasının Dövlət Arxivi. Fond 7523, siyahı 134, iş 184, vərəq 107



 

2

Azərbaycan Respublikası Prezident Aparatının Arxivi: Heydər  Əliyevin yanvar 1944-cü il - may 1983-cü 



illərdəki dövrdə fəaliyyətinə dair Rusiya Federasiyasının arxivlərində saxlanan sənədlərin surətləri 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

72 

 

Ümumittifaq Səhiyyə Nazirliyi, Tibb Sənayesi Nazirliyi, Mədəniyyət 



Nazirliyi, Maarif  Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət 

Texniki-Peşə  Təhsili Komitəsi, Dövlət Teleradio Verilişləri Komitəsi, 

Dövlət Kinematoqrafiya Komitəsi, Dövlət Nəşriyyatı,  İdman Komitəsi, 

SİTA, Dövlət Arxiv və Müəlliflik Hüququ Agentliyi üzrə  məsələlərin 

baxılması tapşırılır.

1

 



Heydər  Əliyev böyük ərazidə yerləşən Sovetlər  İttifaqının nəqliyyat 

sisteminə, iqtisadiyyatın inkişafında onun həlledici roluna yüksək qiymət 

verirdi. O, nəqliyyatı bir növ bütün ölkənin qan dövranı - arteriya damarı 

hesab edirdi. Nəqliyyatın işinə özünün yaratdığı konsepsiya ilə  rəhbərlik 

edirdi. Hesab edirdi ki, nəqliyyata rəhbərliyə iqtisadi, siyasi və psixoloji 

baxımından yanaşmaq lazımdır. 

Heydər  Əliyevin idarəetmə konsepsiyasına görə, nəqliyyatın iqtisadi 

əhəmiyyəti ondan ibarətdir ki, o, istehsalın kooperativləşdirilməsini, 

müttəfiq respublikaların təsərrüfat  əlaqələrinin, ölkələrin və vilayətlərin

ərazi-istehsalat komplekslərinin səmərəliliyini müəyyənləşdirir, onların 

vahid xalq təsərrüfatında birliyini təmin edir. 

Siyasi cəhətdən - nəqliyyat insanların vahid ailənin üzvü olmasını hiss 

etməsinə  şərait yaradır,  şəhərlə  kəndi yaxınlaşdırr, beynəlxalq  əmək 

bölgüsündə   iştirak etməyi xeyli asanlaşdırır. 

Psixoloji cəhətdən - hər bir vətəndaş  nəqliyyat xidmətindən gündəlik 

istifadə edir. Ona görə  də  nəqliyyat, xüsusilə  şəhər nəqliyyatı, onun işinin 

keyfiyyəti əhalinin böyük kütləsinin psixoloji mühitinə, bütün xalqın əmək 

əhvali-rahiyyəsinə ciddi təsir edir.

2

 

Sov.  İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin 



birinci müavini Heydər  Əliyevin nəqliyyat məsələlərinə  nəzarət etməsi 

tezliklə özünün müsbət nəticəsini göstərdi, bu sahədə vəziyyət xeyli dəyişdi. 

Dəmir yolunun inkişafına dair hazırlanan kompleks planların həyata 

                                                 

1

Azərbaycan Respublikası Prezident Aparatının Arxivi: Heydər  Əliyevin yanvar 1944-cü il - may 1983-cü 



illərdəki dövrdə fəaliyyətinə dair Rusiya Federasiyasının arxivlərində saxlanan sənədlərin surətləri

 

2



Azərbaycan Respublikası Prezidenti Heydər  Əliyevin  şəxsi arxivi. Heydər  Əliyevin nitqləri, çıxışları... (1980-

1990-cı illər), səh. qəzeti, 24 fevral 1984-cü ü 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə