M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə31/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   27   28   29   30   31   32   33   34   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

93 

 

xində mühüm səhifə kimi qiymətləndirir, on il müddətində Anqola xalqının 



müstəqillik yolunda ciddi müvəffəqiyyətlər qazandığını, Anqola dövlətinin 

dünya miqyasında nüfuzunun artdığını, onun müstəmləkəçiliyə və irqçiliyə 

qarşı mübarizədə fəal iştirak etdiyini yüksək dəyərləndirirdi. 

Heydər Əliyev Anqola Əmək Partiyasının sədri dövlətin prezidenti Joze 

Eduard Duş Santuşun məruzəsini proqram sənədi kimi qiymətləndirir, 

nümayəndələrin çıxışlarını  qələbəyə inam, tarixi optimizm hissləri ilə 

aşılanmış çağırış adlandırırdı. 

Heydər  Əliyev öz çıxışında Sovet İttifaqının xarici siyasətinin  əsas 

istiqamətlərini açıqlayırdı. Afrika ölkələrində azadlıq mübarizəsinə SSRİ-

nin həmrəy olduğunu göstərirdi: «Biz Afrika ölkələrinin öz müstəqilliyini 

xarici qüvvələrinin müdaxüəsindən qorumaq sahəsindəki cəhdləri ilə 

həmrəyik.  İrqçilərin azad olmuş ölkələrə, cümlədən, Anqolaya qarşı 

cəhdlərini qətiyyətlə ittiham edirik».

1

 



Heydər  Əliyev müstəqillik və azadlıq uğrunda hüquqlarının müdafiə 

sində Namibiya və  Cənubi Afrika xalqlarının mübarizəsinin indi və 

gələcəkdə  də  təmsil etdiyi ölkə adından tərəfdarı kimi çıxış edəcəyini 

bildirirdi. 

Sov.  İKP MK Siyasi bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin 

birinci müavini Heydər  Əliyevin Uzaq Şərq ölkələri arasında  əlaqələrin, 

münasibətlərin inkişafında da mühüm xidməti olmuşdur. 1986-cı il iyulun 

2-də SSRİ ilə Koreya Xalq Demokratik Respublikası arasında dostluq, 

əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin 25 illiyi münasibətilə 

Moskvada keçirilən təntənələrdə  iştirak etmək üçün gəlmiş nümayəndə 

heyəti ilə Heydər  Əliyevin söhbətləri, görüşlərinin  əhəmiyyətini xüsusi 

vurğulamaq lazımdır. Qonaqları hökumət adından təbrik edən Heydər 

Əliyev 1961-ci ildə imzalanan müqavilənin böyük siyasi əhəmiyyətini, 

ölkələr arasında getdikcə daha çox səmərə verdiyini və inamın artdığını 

qeyd edirdi. Bu müqavilənin Uzaq Şərqdə sabitlik və  təhlükəsizliyin 

saxlanmasında mühüm vasitə olduğunu göstərirdi. Asiyada vəziyyətin 

yaxşılaşdırılmasında 25 il əvvəl  mühüm addım atılmışdır, bu addım nəti- 

                                                 

1

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şəxsi arxivi. Heydər Əliyevin nitqləri, çıxışları... 



(1980-1990-cı illər), səh.307-312 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

94 

 

cəsində  Şimalla Cənub arasında faydalı dialoq yaradılması ilə Koreya 



yarımadasında gərginlik zəiflədilmişdi. Xarici müdaxilə olmadan Koreyanın 

dinc demokxatik yolla birləşdirilməsində  əlverişli real şərait yaranmışdır. 

Heydər  Əliyev keçmiş illəri nəzərdən keçirərək göstərirdi ki, 25 il bundan 

əvvəl  bağlanmış müqavilə hər iki xalq və dövlətin mənafeyinə xidmət edir

Uzaq Şərq regionunda təhlükəsizliyin təmin edilməsinə real töhfələr verir. 

Koreya Xalq Demokratik Respublikası nümayəndə heyətinin başçısı 

Koreya Əmək Partiyası Siyasi bürosunun üzvü, MK-nın katibi Kim Xvan da 

müqavilənin  əhəmiyyətini qeyd etmək sovet rəhbərliyinə, xalqına öz 

minnətdarlığını bildirmişdi.

1

 



Heydər Əliyev 1986-cı il noyabrın 12-də Laos Xalq İnqilab Partiyasının 

dördüncü qurultayında Sov.İKP nümayəndə heyətinin başçısı kimi iştirak 

etmişdi. Yenə  həmin il sentyabrın 18-də  Yəmən Sosialist Partiyası Siyasi 

bürosunun üzvü, Nazirlər Soveti sədrinin müavini, Yəmən Xalq Demokratik 

Respublikası daxili işlər naziri S.Mas-Seyili qəbul edərkən səmimi dostluq 

şəraitində keçən söhbətdə Sovet İttifaqı və Yəmən Demokratik Respublikası 

arasında münasibətlərin daha da inkişafı məsələləri müzakirə edilmişdi. 

1987-ci il aprelin 15-də Heydər  Əliyev Ukrayna Nazirlər Sovetinin 

dəvəti ilə Sovet İttifaqında səfərdə olan Xorvatiya (Yuqoslaviya) Sosialist 

Respublikası Saborunun İcraiyyə Veçesinin sədri A.Miloviçi qəbul etmişdi. 

İkitərəfli münasibətlərin bəzi məsələləri  ətrafında fikir mübadiləsi 

aparılaraq, bu kontekstdə SSRİ-nin respublikaları ilə, xüsusilə Ukrayna 

Respublikası ilə Xorvatiya Sosialist Respublikası arasında  əlaqələrin 

inkişafının  əhəmiyyəti qeyd edildi, onun Sovet İttifaqı - Yuqoslaviya 

xalqları arasında qarşılıqlı anlaşma və  hərtərəfli  əməkdaşlığın 

möhkəmlənməsində mühüm xidməti olduğu göstərildi.

2

 

1987-ci il oktyabrın 14-də Heydər  Əliyev Küveytin neft naziri Əli  əl-



Xəlifı  qəbul etmişdi. Söhbətdə Sovet-Küveyt münasibətlərinin müxtəlif 

aspektləri, həmçinin İran körfəzində vəziyyət və İran-İraq konflikti ətrafında 

məsələlər müzakirə edilmişdi. 

                                                 

1

 

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin şəxsi arxivi. Heydər Əliyevin nitqləri, çıxışları... (1980-



1990-cı illər), səh. 349-351

 

2



 

Yenə orada, səh. 399

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

95 

 

Heydər  Əliyev göstərirdi ki, Sovet İttifaqı  İraqla  İran arasında 



müharibənin tezliklə dayandırılmasına çalışır. Belə bir qəti inam bildirilirdi 

ki, bu istiqamətdə çıxış yolu imkan mübahisənin siyasi vasitələrlə, ədalətli 

yolla, müharibə edən hər iki tərəfin qanuni mənafelərinin nəzərə alınması ilə 

həll edilməlidir.

1

 

Heydər  Əliyev Azərbaycan KP MK-nm birinci katibi vəzifəsindən irəli 



çəkilərək SSPİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsindən 

sonra da doğma respublikasının vəziyyəti ilə  hər zaman maraqlanır, daim 

ona qayğı göstərməyə çalışırdı. Bakının Lenin (indiki Sabunçu) rayonunun 

zəhmətkeşləri 1984-cü ildə SSRİ Ali Sovetinə deputatlığa Heydər Əliyevin 

namizədliyini irəli sürmüşdülər. Həmin il fevralın 23-də Lenin rayonu 

seçicilərinin deputatlığa namizəd Heydər Əliyevlə görüşü keçirildi. Heydər 

Əliyev söylədiyi nitqində SSRİ-də iqtisadi-siyasi və sosial vəziyyəti 

dərindən təhlil etdi, qarşıda duran vəzifələrlə seçiciləri tanış etdi. 

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi və  mədəni quruculuq 

planlarının yekunlarını işıqlandırdı. Ölkə qarşısında duran vəzifələrin həyata 

keçirilməsində Azərbaycan zəhmətkeşlərinin də layiqli payı olduğunu qeyd 

etdi.


2

  Əvvəl ki seçkilərdən keçən beş il ərzində respublika təsərrüfat və 

mədəni quruculuğun bütün sahələrində xeyli irəli getdiyi, 1983-cü ildə 

Azərbaycan SSR Ümumittifaq sosializm yarışında yenidən, on dördüncü 

dəfə keçici Qırmızı Bayraqla təltif edildiyi xüsusi vurğulandı. 

Qeyd etmək lazımdır ki, bu müvəffəqiyyətlər Heydər Əliyevin vaxtı ilə 

işləyib hazırladığı beşillik planırı  həyata keçirilməsi nəticəsində mümkün 

olmuşdu. 

SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyən vaxtda da Heydər 

Əliyev  əsas diqqətini Azərbaycanda hələ  həll edilməmiş problemlərə

istifadə edilməmiş ehtiyat və imkanlara yönəldirdi.  əsas diqqəti istehsalın 

intensivləşdirilməsi, elmi-texniki tərəqqi məsələləri ləng həll edilməsinə 

yönəldərək kənd təsərrüfatında  əkinçilik və heyvandarlıqda istehsal 

mədəniyyətinin daha da yüksəldilməsinə ehtiyac olduğunu göstərirdi. 

                                                 

1

 



Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin şəxsi arxivi. Heydər Əliyevin nitqləri, çıxışları... (1980-

1990-cı illər), səh. qəzeti, 15 oktyabr 1987-ci il

 

2

 



Yenə orada, səh. 224-230 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə