M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə27/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   23   24   25   26   27   28   29   30   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

81 

 

Şərqi Sibirdə  və Uzaq Şərqdə  nəqliyyat  əlaqələrinin inkişaf perspektivi 



və onun bu zonanın sosial-iqtisadi inkişafında təbii sərvətlərinin kompleks 

mənimsənilməsində rolu sefərin əsas diqqət mərkəzində idi. 

Heydər Əliyev başqa nəqliyyat vasitələrinin - xətlərinin vəziyyəti ilə də, 

Lena çayı üzərində limanda Şərqdə-Vrangel buxtasında, Vladivostok ticarət 

limanında vəziyyətlə də tanış olmuşdu. Xabarovsk və Primorsk diyarlarının 

partiya fəalları ilə görüşlərində ictimai istehsalın səmərəliliyinin artırılması 

vəzifələri, ideya-siyasi tərbiyə  işinin möhkəmləndirilməsi məsələlərini 

müzakirə edərək özünün təklif, məsləhətlər və tapşırıqlarını vermişdi. 

Heydər Əliyevi İrkutsk Vilayətinin, Buryat Muxtar Respublikasının, Çita 

Vilayətinin, Kursk Diyarının, Amur Vilayətinin, Xabarovsk Diyarının, 

Primorsk Diyarının partiya və sovet rəhbərləri, Uzaq Şərq hərbi dairəsinin, 

Sakit okean donanmasının rəhbərləri müşayiət edirdilər. Bu səfərdən 

qayıtdıqdan sonra, Sov. İKP MK Siyasi Bürosunun 5 iyul 1984-cü il tarixli 

iclasında Heydər Əliyevin Baykal-Amur dəmir yolunun tikintisi ilə əlaqədar 

olaraq bir sıra məsələlər üzrə məlumatı dinlənildi.

1

 



SSRİ Dövlət Plan komitəsinin sədri, Nazirlər Soveti sədrinin müavini 

işləmiş N.K.Baybakov Heydər  Əliyevin SSRİ Nazirlər Soveti sədrinin 

birinci müavini vəzifəsində  fəaliyyəti haqqında göstərir ki, O, hökümətdə 

maşınqayırma və  nəqliyyatdan tutmuş, sosial-mədəni sahəyədək çox 

müxtəlif sahələrə kuratorluq edirdi. Biz BAM-in tikintisinin gedişi barədə 

Siyasi Büroda bir neçə  dəfə  məruzə etmişdik. Məsələ ondadır ki, bu yol 

sadəcə, təsərrüfat əhəmiyyətli deyil, həm də hərbi-siyasi, strateji əhəmiyyətli 

bir yol idi. 

Heydər  Əliyev dəfələrlə tikinti obyektində olmuşdu. Heydər  Əliyevə 

tikintisində mane olanlar, əleyhdarlar da var idi. Bəziləri Heydər  Əliyevə 

qarşı  çıxaraq hesab edirdilər ki, birxətli yol tikmək lazımdır. «Heydər 

Əliyev bütün opponentlərinə layiqli və çox əsaslandırılmış cavablar verir, öz 

nöqteyi-nəzərini müdafiə  edirdi. Ümumiyyətlə, O, prinsipial adam idi... 

                                                 

1

 

Azərbaycan Respublikasının Prezidenti Heydər  Əliyevin  şəxsi arxivi. Heydər  Əliyevin nitqləri, çıxışları, 



həmçinin onun iştirakı ilə keçirilən tədbirlər haqqında SİTA və başqa kütləvi informasiya vasitələrinin 

materiallarında (1980-1990-cı illər), səh. qəzeti, 12 iyun 1984-cü il; qəzeti, 6 iyul 1984-cü il 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

82 

 

Zənnimcə, O, təkcə Azərbaycanın deyil, həm də bütün SSRİ-nin xalq 



təsərrüfatının inkişafına böyük töhfə vermişdir».

1

 



1984-cü ildə Baykal-Amur magistralı hesabına SSRİ-də  dəmiryolunun 

uzunluğu üç yüz min kilometrdən çox artmışdı. Qatarların vaxtından əvvəl  

hərəkətinin başlanması ölkə  həyatında görkəmli hadisə idi. 1985-ci ildə 

xəttinin tikintisinin ikinci mərhələsi başlandı. Lakin sənaye və yaşayış diyarı 

kimi hələ yeni istifadə olunurdu. Heydər  Əliyev  ətrafmı mühüm sənaye 

bazasına, yaşayış sahəsinə çevirmək planını həyata keçirməyi irəli sürürdü. 

Sosial-iqtisadi və mədəni mərkəzə çevirməyə çalışırdı. deyirdi ki, sahəsində 

əhali artır, gənc inşaatçıların çoxu sibirli, uzaqşərqli olmağı qərara almışlar. 

Buna görə  də yaşayış binaları tikintisinin, sosial-məişət  əhəmiyyətli 

obyektlərin salınmasını sürətləndirmək lazımdır. xəttinin tikintisini Heydər 

Əliyev Sibirin və Uzaq Şərqin böyük kəşfi kimi qiymətləndirirdi. Çünki bu 

tikinti ilə  dəmiryolu xətti zonasında faydalı qazıntılarla zəngin olan böyük 

bir  ərazi təsərrüfat dövriyyəsinə daxil olurdu.

2

 Ölkənin ehtiyat mənbələri 



misli görünməmiş şəkildə artırdı. 

Heydər  Əliyev böyük uzaqgörənliklə Altay Diyarının gələcək inkişaf 

perspektivlərini, onun ehtiyat mənbələrini müəyyən edirdi. Eyni zamanda 

diqqəti istifadə edilməmiş  mənbələrə yönəldir, diyarda ictimai istehsalın 

intensivləşdirilməsi vəzifələrini müəyyən edirdi. O, obrazlı  şəkildə qeyd 

edirdi: «Təsdiq edirlər ki, Altay adının kökü «qızıl» sözündəndir. 

Həqiqətən, ölkədə «qızıl»ın mənası yüksəkdir. Bu həm Altay dağlarının 

gözəlliyi, həm də taxıl zəmilərinin qızılı  və  əmək adamlarının qızıl 

əlləridir...»

3

 



Azərbaycanlı SSRİ  rəhbəri Sibirdəki daş kömür, neft, qaz və başqa 

qiymətli sərvətlərin istifadəyə verilməsi ideyasını irəli sürüb həyata 

keçirilməsinə  rəhbərliyi təmin etməklə bölgənin təsərrüfatının inkişafında 

böyük xidmətlər göstərirdi. Bütün bu xidmətlərinə görə Heydər  Əliyev 

1985-ci ildə Altay Diyarından RSFSR Ali Sovetinə deputat seçilmişdi. 

                                                 

1

 

N.K.Baybakov. Onun həyatdan getməsi məni kədərləndirir - Axı o, hələ cavan idi. Xalqa bağışlanan ömür. Bakı, 



Şəms, 2004, səh. 57-58

 

2



 

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin şəxsi arxivi. Heydər Əliyevin nitqləri, çıxışları... (1980-

1990-cı illər), səh.303; qəzeti, 14 fevral 1985-ci il

 

3



 

Yenə orada

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

83 

 

Heydər  Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi 



dövrdə  dəmiryolu sahəsinin kuratoru kimi Sovet İttifaqının dəmiryol 

nəqliyyatının potensialının genişləndirilməsi ilə bağlı xeyli işlər görmüşdü. 

Şimali Amur tuneli kimi mühüm bir obyektin əsası  məhz onun kuratorluq 

etdiyi dövrdə qoyulmuşdu. 

Maraqlıdır ki, 2002-ci ilin oktyabrında Müstəqil Dövlətlər Birliyinin 

üzvü olan ölkələrin Dəmiryol Nəqliyyatı  Şurasınm 33-cü iclası Bakıda 

keçirildi. Bu iclasda iştirak edən Rusiya Federasiyasının yollar naziri 

Gennadi Fadeyev Heydər Əliyevin Moskvada işlədiyi illərdəki fəaliyyətini 

yüksək qiymətləndirdi. Azərbaycanı Qafqazda təhlükəsizlik, sabitlik adası 

kimi səciyyələndirdi və bütün bunların Heydər Əliyevin adı və fəaliyyəti ilə 

bağlı olduğunu vurğuladı. Rusiyanın dəmiryolları naziri böyük razılıqla 

qeyd etdi ki, uzun müddət belə bir şəxsiyyətlə (Heydər  Əliyevlə  -İ.H.) 

işlədiyinə görə fəxr edir.

1

 



Heydər  Əliyev Moskvada işləyərkən ilk vaxtlarda dəmiryolunda taxıl, 

kömür, taxta-şalban daşınmasında böhran müşahidə olunurdu. BAM-ın 

tikintisi çətinliklərin aradan qaldırılmasına kömək etdi. O vaxt Heydər 

Əliyevin kadrların seçilməsinə, bu sahədə  rəhbərliyə müdrikcəsinə 

yanaşması ölkə  dəmiryolçuları arasında ona böyük hörmət qazandırmışdı. 

İndi də Rusiya dəmiryolçuları Heydər Əliyevi heç vaxt unutmamışlar. Ona 

görə  də Rusiya Federasiyasının prezidenti Vladimir Putinin tapşırığı ilə 

yollar naziri Gennadi Fadeyev dəmiryol nəqliyyatının inkişafında böyük 

xidmətlərinə görə Heydər  Əliyevə «Transsibir magistralının 100 illiyi» 

medalını, habelə nazirliyin kollegiyasının xatirə hədiyyəsini təqdim etmişdi. 

1986-cı il sentyabrın 3-də Novorossiyskdə «Admiral Naximov» gəmisinin 

batması ilə yaranan gərgin vəziyyətin sakitləşdirilməsi, onun nəticələrinin 

aradan qaldırılmasında Heydər  Əliyevin rəhbərliyi ilə Dövlət Komissiyası 

yaradılır. Dövlət Komissiyasının fəaliyyəti nəticəsində  əhali arasında 

narahatçılıq sakitləşdirildi, qəzanın nəticələrinin aradan qaldırılması üçün 

təcili tədbirlər həyata keçirildi. Görüşlərdən birində komissiyanın öz işini 

necə qurması sualına cavab olaraq Heydər Əliyev bildir- 

                                                 

1

 

«Azərbaycan» qəzeti, oktyabr 2002-ci il 



 


Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə