M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə30/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   26   27   28   29   30   31   32   33   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

90 

 

sentyabrın 8-də Sov.İKP MK Siyasi bürosunun iclasında Heydər  Əliyevin 



Amerika hökumət nümayəndəsinin başçısı ABŞ  kənd təsərrüfatı naziri 

C.Blokla danışıqlarının yekunları müzakirə edilirdi. Sov.İKP MK-nm Baş 

katibi K.U.Çernenko Heydər  Əliyevin Amerika nümayəndə heyətinin 

başçısı, kənd təsərrüfatı naziri C.Blokla danışıqları haqqında məsələnin 

müzakirəsində qeyd etmişdi: «Yoldaş Əliyev ABŞ-m kənd təsərrüfatı naziri 

C.Blokla danışıqları haqqında müfəssəl məlumat vermişdi. Bildiyiniz kimi, 

söhbət zamanı Sovet - Amerika münasibətlərinin vəziyyəti və xüsusilə, taxıl 

üzrə yeni müqavilənin  əhəmiyyəti məsələlərinə toxunulmuşdur. C.Blok 

Amerika Birləşmiş  Ştatlarına qayıtdıqdan sonra belə  məzmunda məlumat 

vermişdir. Hesab edirəm ki, Əliyev yoldaşm apardığı söhbəti bəyənmək 

olar».

1

 Sov.İKP MK Siyasi bürosunun iclasında SSRİ Nazirlər Soveti 



sədrinin birinci müavini Heydər  Əliyevin ABŞ  kənd təsərrüfatı naziri ilə 

söhbətinin məzmununun bəyənilməsi qərara alınır. 

SSRİ-nin  Şərq ölkələri, Afrika ölkələri, müsəlman dövlətləri ilə 

əlaqələrinin yaradılması və inkişafında Heydər Əliyevin böyük rolu vardır. 

Sovet hökuməti bu ölkələrlə münasibətləri,  əlaqələri, adətən, Heydər 

Əliyevin vasitəsilə həyata keçirirdi. 

Sovet İttifaqı Vyetnam Sosialist Respublikası ilə dostluq və əməkdaşlıq 

yaradılmasına böyük əhəmiyyət verirdi. 1983-cü ilin oktyabrında Sovet-

Vyetnam dostluq və  əməkdaşlıq haqqında müqaviləsinin beş illiyi 

münasibətilə Vyetnam Sosialist Respublikasında təntənəli tədbirlər 

keçirilirdi. Tədbirlərdə  iştirak etmək üçün Heydər  Əliyevin başçılığı ilə 

SSRİ nümayəndə heyəti Hanoya göndərilmişdi. Oktyabrın 28-də 

nümayəndə heyətini Vyetnam partiya və hökumət rəhbərləri, Vyetnam KP 

MK-nın baş katibi Le Zuan, VKP Siyasi bürosunun üzvü, VSR dövlət 

Şurasının sədri Çıonq Tin, VKP Siyasi bürosunun üzvü, Nazirlər Şurasının 

sədri Fam Van Donq yüksək səviyyədə qarşılamışdılar. Söhbət zamanı 

Heydər  Əliyev Le Zuan və başqa rəhbərlərin onları  səmimi, yüksək 

səviyyədə, qəbul etdiyindən razı qaldığını bildirmişdi. 

                                                 

1

Azərbaycan Respublikası Prezidenti Heydər  Əliyevin  şəxsi arxivi. H.Ə.Əliyevin iyun 1983 - aprel 1989-cu 



illərdə fəaliyyətini əks etdirən Rusiya Federasiyası arxivlərində saxlanılan sənədlərin surətləri 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

91 

 

Oktyabrın 31-də Hanoyda SSRİ ilə Vyetnam Sosialist Respublikası 



arasında bağlanan dostluq və  əməkdaşlıq haqqında müqavilənin beş illiyi 

münasibətilə mitinq keçirildi. Mitinqdə Vyetnam tərəfindən mitinqi açan 

Nazirlər Sovetinin sədri Fan Van Donq VKP MK Siyasi bürosunun üzvü, 

Nazirlər Soveti sədrinin müavini Xıu çıxışında beynəlxalq vəziyyətin 

gərginləşməsini təhlil edərək göstərdilər ki, Amerika dövləti başqa 

qüvvələrlə birlikdə itirdikləri mövqelərini qaytarmaq məqsədilə güclü 

silahlanma siyasəti həyata keçirir, hərbi üstünlüyünü təmin etmək məqsədilə 

Avropada ortamiqyaslı nüvə raketlərini yerləşdirməyə cəhd edir. Bu da sülh 

və sabitliyin pozulması üçün ciddi təhlükədir. Vyetnam rəhbərləri 

bildirirdilər ki, Sov.İKP MK-nm baş katibi Y.V.Andropovun 1983-cü il 

sentyabrın 28-də verdiyi bəyanatı  və onun qəzetindəki müsahibəsini 

Avropadan nüvə silahının çıxarılmasında prinsipial və  məsuliyyətli bir 

addım hesab edirlər. Vyetnam xalqının Kuba və Nikaraqua xalqları ilə 

həmrəy olduqlarını, Cənub-Şərqi Asiyanın sülh zonasına, sabitlik və 

əməkdaşlıq zonasına çevrilməsi uğrunda ardıcıl mübarizə aparacaqlarını 

qeyd edirdilər.

1

 

Mitinqdə Heydər Əliyev böyük və məzmunlu nitq söyləyib, beş il əvvəl 



imzalanan müqavilənin hər iki ölkənin qarşılıqlı münasibətlərini keyfiyyətcə 

yeni mərhələyə qaldırdığını göstərdi. Müqavilənin həyata keçirilməsi SSRİ 

ilə Vyetnam Sosialist Respublikasının birliyinin və  əməkdaşlığının 

möhkəmlənməsinə xidmət edir, siyasi, təsərrüfat, elmi-texniki və  mədəni 

sahədə  əlaqələrinin faydalı inkişafını  təmin edirdi. Mitinqdəki çıxışında 

Heydər  Əliyev Sovet - Vyetnam dostluğunun ildən-ilə möhkəmlənməsini 

böyük razılıqla qeyd etmişdi.

2

 



Sovet nümayəndə heyətinin başçısı Heydər  Əliyevin çıxışı mitinq 

iştirakçıları  tərəfindən böyük ruh yüksəkliyi və alqışlarla qarşılandı. Onun 

Sovet İttifaqı ilə Vyetnam Sosialist Respublikası və başqa ölkələrlə Asiyanı 

sülh regionuna və qarşılıqlı qonşuluq  əməkdaşlığına çevrilməsində 

fəaliyyətlərinin böyük beynəlxalq  əhəmiyyət daşıması haqqında fikirləri 

hamı tərəfindən müdafiə edildi. Bununla da, Heydər Əliyev Cənub-Şərqi 

  

                                                 



1

 

«Правда» qəzeti, 1 noyabr 1983-cü il



 

2

 



Yenə orada 

  

 




M İ L L İ  K İ T A B X A N A

____________________________________

92 

 

Asiyada Vyetnam Sosialist Respublikası xətti ilə sülh, əməkdaşlıq zonasının 



yaradılmasında özünün böyük tarixi xidmətini göstərmiş oldu. 

1984-cü il martm 12-də Heydər  Əliyevin Suriyaya rəsmi səfəri Yaxın 

Şərqdə sülhün, təhlükəsizliyin qorunmasında dövrdə mühüm əhəmiyyət 

kəsb edirdi. Heydər  Əliyevin Suriya prezidenti H.Əsədlə danışıqlarında 

beynəlxalq vəziyyet və Yaxın  Şərqdə  şərait məsələləri hərtərəfli müzakirə 

edildi. Hər iki tərəf SSRİ ilə Suriya Ərəb Respublikası arasında dostluq və 

əməkdaşlığa 

əsasən ikitərəfli münasibətlərin inkişafı 

və 

möhkəmləndirilməsində təşəbbüslərin əhəmiyyətini qeyd etmişdilər. Heydər 



Əliyev tərəfindən Suriya Ərəb Respublikasının Yaxm Şərqdə antiimperialist 

kursunun Sovet İttifaqında müdafiə  edildiyi, Suriyanın regionda bütün ərəb 

ölkələrində milli-azadlıq hərəkatında böyük rol oynadığı qeyd edilmişdi. 

Sov.  İKP MK Siyasi bürosunda Heydər  Əliyevin Suriya Ərəb 

Respublikasına səfərinin yekunları müzakirə olunmuş və qeyd edilmişdi ki, 

Sovet  İttifaqı ilə Suriya münasibətlərinin inkişafı  və genişləndirilməsi iki 

ölkənin xalqlarının mənafeyinə cavab verir. Yaxm Şərqdə sülh işinə xidmət 

edir.


1

 

Martın 12-də  Dəməşqdə Heydər  Əliyevin C.Xauinin başçılıq etdiyi 



nümayəndə heyəti ilə görüşündə Yaxın  Şərqdə, cümlədən Livanda 

vəziyyətin aktual məsələləri üzrə fikir mübadiləsi aparılmışdı. Heydər 

Əliyev Livanm müstəqilliyi,  ərazi bütövlüyünün saxlanılması  uğrunda 

mübarizəsində həmrəyliyini bildirmişdi.

2

 

1985-ci ilin dekabrında Anqola Əmək Partiyasının MPLA ikinci 



qurultayında Sov.İKP nümayəndə heyətinə Heydər  Əliyev başçılıq edirdi. 

Quraltayda onun çıxışı böyük hərarətlə qarşılanmışdı. Anqola 10 il idi ki, 

Xalq Respublikası elan edilmişdi. Heydər Əliyev çıxışında Anqolanın Xalq 

Respublikası elan olunmasında, xalqın mübarizəsinə  rəhbərlik etməsində, 

daxili və xarici irticanın qarşısının alınmasında Anqola Əmək Partiyasının 

xidmətlərinə yüksək qiymət vermişdi. O, Anqola Əmək Partiyasının 

yaradıcısı  və onun ilk rəhbəri Aqostino Nettonun xidmətlərini Afrikanın 

tari- 


                                                 

1

 



«Правда» qəzeti, 23 mart 1984-cü il

 

2



 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şəxsi arxivi. Heydər Əliyevin nitqləri, çıxışları... 1980-

1990-cı illər, səh.184 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə