M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə28/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   24   25   26   27   28   29   30   31   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

84 

 

mişdi: «Bizim işimiz səhər saat altıda başlayır. Dövlət Komissiyası bütün 



gün  ərzində  işləyir. Bir çox məsələlər yerindəcə  həll edilir. Komissiyanın 

üzvləri hər gün qəzanın  şahidləri, batanların qohumları ilə görüşür. Biz 

olduğumuz yerlərdə, küçələrdə belə birbaşa sualla müraciət edirlər. 

Komissiya üzvləri hər gün mehmanxanalara, nəqliyyat qovşaqlarına, 

ictimai-iaşə müəssisələrinə, tibb müəssisələrinə gedir. Biz hesab edirik ki, 

belə görüşlər lazımdır, onlar bizim işimizin tərkib hissəsidir. 

Bunlarla yanaşı, komissiya dənizdə  işlərə operativ rəhbərlik edir, çünki 

orada çoxlu məsələlər meydana çıxır. Ardıcıl olaraq gündə iki dəfə hökumət 

komissiyasının iclası keçirilir».

1

 



Fəlakətin səbəblərinə dair suallara cavab verərkən Heydər  Əliyev 

bildirirdi ki, intizam uğrunda mübarizə sözdə deyil, işdə aparılmalıdır. 

İntizam və mütəşəkkillik hansı vəzifədə olmasından asılı olmayaraq hər bir 

işçi üçün eyni olmalıdır. «Admiral Naximov» gəmisi bunu sübut etdi. 

Ondan nəticə çıxarmaq lazımdır. Heydər Əliyevin göstərişləri nəinki həmin 

dövr üçün, bütün zamanlarda hər bir şəxs üçün iş qaydası, fəaliyyət 

proqramı oldu. 

1980-ci ilin əvvəllərindən SSRİ-də istehsalın təşkili, inkişaf 

etdirilməsində yeni metod tətbiq edilməyə başlandı. Bu məqsədlə  əmək 

kollektivlərinin bütün sahələrdə  fəaliyyətinin genişləndirilməsi və 

yüksəldilməsi, onların səlahiyyətlərinin artırılması, fəallığının 

yüksəldilməsini təmin edən «SSRİ-də  Əmək Kollektivləri və onların 

müəssisələrin, idarələrin, təşkilatların idarə edilməsində rolunun artırılması 

haqqında» qanun layihəsi barədə Heydər  Əliyev SSRİ Ali Sovetinin 8-ci 

sessiyasında (16 avqust 1983-cü il) məruzə etmişdi.

2

  Məruzə  mətbuatda 



dərc edilmiş və geniş müzakirə edilmişdi. Müzakirə prosesində irəli sürülən 

bütün təkliflər, qeydlər, düzəlişlər dərindən öyrənilmiş, ümumiləşdirilmişdi. 

Qanun layihəsi böyük siyasi, iqtisadi və sosial əhəmiyyətli bir sənəd kimi, 

qanunçuluq aktı kimi təqdim edilirdi. Məruzədə qeyd edilirdi ki, «bizim 

qanun müəssisələrin idarə edilməsində  əmək kollektivlərinin səlahiyyət və 

im- 


                                                 

1

 



«Правда» qəzeti, 4 sentyabr 1986-cı il

 

2



 

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin şəxsi arxivi. Heydər Əliyevin nitqləri, çıxışları... (1980-

1990-cı illər), səh.164-179 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

85 

 

kanlarmı genişləndirərək azad əmək cəmiyyəti və sosial ədalət prinsiplərinə, 



öz mahiyyəti ilə vahid ümumxalq cəmiyyətinə çevrilmiş  cəmiyyətin 

prinsiplərinə əsaslanır».

1

 

Qanun layihəsi  əmək kollektivləri ilə dövlət hakimiyyət orqanları 



arasında qarşılıqlı münasibətləri və onların idarəçilikdə iştirakı prinsiplərini 

müəyyən edirdi. Heydər Əliyev məruzədə əmək kollektivlərinin idarəçilikdə 

səlahiyyətlərinin genişləndirilməsində  aşağıdakı yeni təklifləri ön plana 

çəkirdi: 

Birincisi,  əmək kollektivlərinin idarəçilik işinə daxil olan istehsalat, 

sosial və tərbiyə məsələlərində fəaliyyət dairəsi genişlənir. 

İkincisi,  əmək kollektivləri təkliflər və  məsləhətlər hazırlamaqla 

məhdudlaşmır. Qanun onlara bir çox məsələlərdə yerinə yetirilməsi məcburi 

olan sərbəst qərar qəbul etmək hüququ verir. 

Üçüncüsü,  əmək kollektivlərinin səlahiyyətlərinin həyata keçirilməsinin 

forma və metodları  təkmilləşir, onların idarə, təşkilat, müəssisələrin 

bilavasitə idarə edilməsində iştirakı dərinləşir və genişlənir. 

Əmək kollektivlərinin fəaliyyəti və  səlahiyyəti genişləndirilir. Hər 

şeydən  əvvəl, planlaşdırma işinin təşkilində onların iştirakı  təmin edilirdi. 

Heydər  Əliyev göstərirdi ki, planlaşdırma indi daha yuxarıdan bürokratik 

göstərişlərə yox, hər bir müəssisənin, idarənin, təşkilatın tələbləri və 

cəmiyyətin ehtiyatlarının nəzərə alınmasına əsaslanmalıdır. Planlaşdırmada 

əmək kollektivinin iştirakının xüsusi təsiri olmalıdır. Ona görə də qanunda 

nəzərdə tutulurdu ki, planlar əmək kollektivlərində baxılandan sonra dövlət 

orqanlarının təsdiqinə verilsin. 

Xalq kütlələrinin təşəbbüsü ilə meydana çıxan qarşılıqlı  təkliflər 

planlaşma praktikasını daha da zənginləşdirirdi. Çünki dövlət planına 

əlavələr edilir, aşkar edilən ehtiyatlar, yeni imkanlar cəmiyyətin xidmətinə 

verilirdi. Qanun iqtisadi və sosial proqramları geniş  əhatə edirdi. 

İqtisadiyyatın  əsasən intensiv inkişaf yolunu, səmərəliliyin artırılması  və 

əmək kollektivlərində  işin keyfiyyətini təmin edirdi. Qanunda texnikadan 

istifadə edilməsi, kadrların ixtisaslaşması,  əməyin təşkilinin mütərəqqi 

forma- 


 

                                                 

1

 

Azərbaycan Respublikası Prezidenti Heydər  Əliyevin  şəxsi arxivi. Heydər  Əliyevin nitqləri, çıxışları... 



(1980-1990-cı illər), səh.175 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

86 

 

larını, kütlələrin təşəbbüskarlığının artırılması sahəsində kollektivlərin 



hüquq və vəzifələri müəyyən edilirdi. 

Heydər  Əliyev məruzəsində qanun layihəsinin yığıncaqlarda geniş 

müzakirə olunduğunu qeyd etmiş, mətbuatda layihə haqqında verilən 

yazıların  əhəmiyyətini dəqiqləşdirmişdi. Müzakirələrdə  əməyin briqada 

formasında təşkili geniş müdafiə  edilmişdi. 

Ən mühüm məsələlərdən biri mənzil problemi idi. Qanuna əsasən əmək 

kollektivləri mənzil tikintisi ilə məşğul olmalı, müəssisənin fondu hesabına 

mənzil tikintisi haqqında qərar qəbul etməlidir. Yeni qanunda ən mühüm 

cəhətlərdən biri də işləyən qadınlar haqqındadır. Qadınların həm ailədə, həm 

də kollektivlərdə  əməyini nəzərə alaraq onlar üçün əlverişli  şərait 

yaradılması müəyyən edilirdi. 

Heydər  Əliyev məruzəsində geniş müzakirə prosesində irəli sürülən 

təkliflər, düzəlişlər, əlavələr haqqında məlumat verdi və qeyd etdi ki, bütün 

bunlar qanım layihəsinin dəqiqləşdirilmiş mətnində öz əksini tapmışdır

1



SSRİ Ali Sovetinin sessiyası Heydər  Əliyevin məruzəsini və  məruzə 



ətrafında çıxışlan dinləyərək «SSRİ-də  əmQk kollektivləri və onların 

müəssisələrin, idarələrin, təşkilatların idarə edilməsində rolunun 

artırılmasına dair qanun»u qəbul etdi. 

1984-cü il dekabrın 14-də SSRİ Tibb Elmlər Akademiyasına Lenin 

ordeninin təqdim edilməsi münasibətilə  təntənəli iclasda Heydər  Əliyevin 

nitqi böyük rəğbətlə qarşılandı. O, dərin, məzmunlu nitqində SSRİ-də tibb 

elminin və səhiyyənin inkişafında 1944-cü ildə yaradılan SSRİ Tibb Elmləri 

Akademiyasının qısa tarixi müddətdə dünyada tibb elminin ən qüdrətli 

mərkəzlərindən birinə çevrilməsində böyük inkişaf yolu keçdiyini və şöhrət 

qazandığını göstərdi. Sovet cəmiyyətinin bütün dövrlərində tibb sahəsinin 

alimləri fundamental aktual tədqiqatlar aparmaqla, elmi yeni kəşflərlə 

zənginləşdirməklə praktiki səhiyyənin tələbatına cavab vermişlər. Eyni 

zamanda sovet tibb alimlərinin dünya elminin inkişafına böyük töhfələr 

verdiyini xüsusi qeyd etdi. Heydər Əliyev tibb elminin 

 

                                                 



1

Azərbaycan Respublikası Prezidenti Heydər  Əliyevin  şəxsi arxivi. Heydər  Əliyevin nitqləri, çıxışları..., səh. 

qəzeti, 15 dekabr 1984-cü il 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə