M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə36/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   32   33   34   35   36   37   38   39   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

107 

 

Heydər  Əliyev hələ istefaya getməzdən bir neçə ay əvvəldən erməni 



millətçiləri, erməni mafiyası  tərəfindən ona qarşı yönəldilən təhlükələrlə, 

hədə-qorxularla qarşılaşır və mərdliklə onları dəf edirdi. O yazırdı ki, mən 

1987-ci ilin may ayında xəstələndim, sağalandan sonra 1-2 ay işlədim. 

dövrdə Ermənistandan bir məktub aldım. Müəllifi Qarabağ  Cəmiyyətinin 

rəhbərlərindən olan İqor Muradyan idi. Məktubda mən təhqir olunur, 

hədələnirdim. O, bildirirdi ki, mənimlə mübarizə aparacaqlar, çünki 

Qarabağın Ermənistana verilməsinə mane oluram. 

Zori Balayan Ermənistanda rus dilində  çıxan adlı  məqaləsində Heydər 

Əliyev haqqında çox hədyanlar yazır, Qarabağın Ermənistana 

verilməməsində onu günahlandırırdı. Məqalədə göstərilirdi ki

S.Kaputikyanla o, Heydər  Əliyev haqqında Moskvaya cürbəcür məktublar 

göndərib,  İ.Muradyan isə Heydər  Əliyevin məhkəməyə  cəlb olunmağını 

tələb etmişdir. Heydər  Əliyev qeyd edirdi: «Sonralar bildim ki, Moskvada 

işləyərkən erməni millətçiləri Balayan, Kaputikyan, Muradyan mənim 

haqqımda cürbəcür məktublar göndərmişlər»

1



Pensiyaya çıxdıqdan sonra Heydər  Əliyev Moskvada ciddi nəzarət 

altında, təqiblər  şəraitində  fəaliyyət göstərirdi. 30 il sıralarında fəaliyyət 

göstərdiyi Dövlət Təhlükəsizliyi Komitəsi də onu sovet quruluşu  əleyhinə 

olan bir şəxs kimi təqib etməyə başlamışdı. Təxribat yolu ilə onu aradan 

götürməyə  və bununla da mübarizəni dayandırmağa məcbur etmək 

istəyirdilər. 

Lakin Heydər  Əliyevi heç nə susdura bilmədi. O, 1988-ci ildə 

«Литературная  гaзeтa»da onun haqqında dərc edilmiş böhtançı yazıya 

cavab göndərdi. İmkan düşdükcə rəsmi yerlərdə, xüsusilə 1989-cu ilin aprel 

ayında Sov. İKP MK plenumunda dərin məzmunlu çıxışında mətbuat 

səhifələrindəki qərəzli yazılara tutarlı cavab verdi... 

Heydər  Əliyev həmin plenumdakı  çıxışında demişdi: «Bakıda və 

Moskvada çalışarkən mən doğru-düzgün və vicdanla işləmişəm, vaxtıma 

qənaət etmədən işləmişəm, özümü bütünlüklə  işə  həsr etmişəm, heç kimi 

təqib etməmişəm, heç bir tayfam, dəstəm olmamışdır, sui-istifadələrə, 

 

                                                 



1

 

Heydər Əliyev. «Olub-keçənləri düşünərkən» adlı müsahibədən. Bax: Qətiyyətin təntənəsi, səh. 48



 


M İ L L İ  K İ T A B X A N A

____________________________________

108 

 

mənfi hallara qarşı  fəal mübarizə aparmışam və  nəticədə özümə çoxlu 



düşmən qazanmışam, geniş ürək infarktı keçirmişəm».

1

 



Heydər  Əliyev cismən Moskvada yaşasa da, qəlbən Azərbaycanda idi. 

«Səkkiz il ərzində  mən Azərbaycanda olmamışam, amma ürəyim 

Azərbaycanla, Azərbaycan xalqı ilə olub».

2

 Qarabağ məsələsi ortaya atılan 



vaxt Moskvada bu məsələ onu ciddi narahat edirdi. Sov.İKP MK-nın baş 

katibi M.S.Qorbaçovla, onunla mümkün olmadıqda Liqaçovla, Çebrikovla, 

Kryuçkovla görüşüb Qarabağ məsələsinin həll edilməsi barəsində danışmaq 

istəmişdi. «Əlimdə  sənədlər, sübutlar var, Qarabağ Azərbaycanın öz 

deyirdim. Onların mənə cavabı isə bu idi: «Biz Qarabağda erməni - 

azərbaycanlı münaqişəsi ilə bağlı problemi özümuz həll edəcəyik».

3

 

Əslində ennəni təcavüzünün qarşısını almaq üçün İttifaq dövləti və 



şəxsən M.S.Qorbaçov heç bir tədbir görmək istəmir, müxtəlif yollarla 

yalançı çıxışlarla ermənilərin təcavüzünün güclənməsinə şərait yaradırdı, öz 

fəaliyyəti ilə Dağlıq Qarabağı Ermənistanının tabeliyinə keçirirdi. 

Azərbaycana zaman rəhbərlik edən  şəxslər, hakimiyyət orqanları da 

Moskva hökuməti qarşısında acizlik göstərirdi. Azərbaycan rəhbərliyinin 

fəaliyyətsizliyi, təslimçilik mövqeyi Qarabağda Ermənistanın mövqeyini 

möhkəmləndirirdi. Ermənilər Qarabağ 

məsələsində addım-addım 

irəliləyirdi. Azərbaycanda hakimiyyət davası, xəyanətkarlıq, satqınlıq və 

səriştəsiz rəhbərlik nəticəsində nəinki Dağlıq Qarabağ Muxtar Vilayəti, ora 

daxil olmayan, keçmiş vilayətin ətrafında yerləşən ərazilər, rayonlar da işğal 

edilirdi. 

Heydər  Əliyevin 1987-ci il oktyabrın 21-də Sov.İKP MK-nm siyasi 

bürosundan istefa verməsindən 15 gün sonra əvvəlcədən hazırlanmış 

qondarma «Dağlıq Qarabağ  məsələsi» irəli sürülmüşdüsə  də, bundan üç 

ildən çox müddət keçməsinə baxmayaraq, «Dağlıq Qarabağ  məsələsi» nə 

Azərbaycan SSR Ali Sovetinin sessiyasında, nə  də başqa hakimiyyət 

orqanlarında bir ümummilli məsələ kimi ciddi və  hərtərəfli müzakirə 

edilməmiş, təsirli tədbirlər görülməmişdi. 

                                                 

1

 

«Правда» qəzeti, 27 aprel 1989-cu il



 

2

 



Qətiyyətin təntənəsi, səh.104

 

3



 

Yenə orada, səh.10

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

109 

 

1987-ci ilin son aylarında «Qarabağ  məsələsi» qalxdı, onda da qarşısı 



alına bilərdi, lakin alınmadı. 1988-ci ilin fevral ayında yenə böhran yarandı, 

onda da qarşısını almaq mümkün idi. Ancaq alınmadı. Ona görə də erməni 

millətçiləri Dağlıq Qarabağı  ələ keçirmək üçün güclü siyasi kompaniyaya 

başladılar. Azərbaycan rəhbərliyi kompaniyanın qarşısını ala bilmədi. 

M.S.Qorbaçov və onun komandası da erməniləri dəstəklədi. Mərkəz addım-

addım Dağlıq Qarabağı Azərbaycandan ayırmağa başladı. 1988-ci ilin mart 

ayında Sov.İKP MK, SSRİ Nazirlər Soveti Dağlıq Qarabağın sosial-iqtisadi 

inkişafı üçün qərar qəbul etdilər. Həmin qərarda Ermənistan 

Respublikasının rəhbərliyinə Dağlıq Qarabağın işlərinə qarışmaq üçün 

ixtiyar verilirdi. Heydər Əliyev tamamilə düzgün olaraq qərarı «Azərbaycan 

Respublikasının, Azərbaycan xalqının, necə deyərlər, kürəyinə süngü 

sancmaq» kimi qiymətləndirirdi.

1

 

Sonrakı proseslərlə bağlı aşağıdakıları qeyd etmək olar. 1988-ci ilin iyul 



ayında SSRİ Ali Sovetinin Rəyasət heyətinin sessiyasında Dağlıq Qarabağ 

məsələsi müzakirə olundu. Azərbaycandan olan deputatlarla yanaşı, qanuna 

zidd olaraq Ermənistandan olan deputatlar eyni hüquqda orada iştirak 

edirdilər. Heydər  Əliyev Ermənistan deputatlarının sessiyada iştirakının 

təmin edilməsini tamamilə qeyri-qanuni hesab edir və göstərirdi ki, «Axı 

Ermənistan Respublikasından olan deputatlar nə hüquqla orada iştirak 

etməli idilər?» Bu da M.S.Qorbaçov və onun ətrafının Ermənistan üçün 

yaratdığı yeni imkan oldu. 

1989-cu il yanvarın 12-də SSRİ Ali Sovetinin Rəyasət heyəti 

«Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarə 

formasının tətbiq edilməsi haqqında» fərman vermişdi. İttifaq rəhbərliyinin 

bu addımı Azərbaycan xalqına qarşı  ən böyük xəyanət kimi qeyd 

edilməlidir. Dağlıq Qarabağda A.Volskinin xüsusi idarə üsulu yaradıldı. 

Ermənipərəst Arkadi Volskinin başçıhq etdiyi Xüsusi İdarə Komitəsi 

birbaşa Moskvaya tabe idi. Dağlıq Qarabağda Azərbaycanın bütün dövlət və 

ictimai orqanların səlahiyyəti dayandırıldı. XİK-nin fəaliyyəti nəticəsində 

DQMV Azərbaycandan, demək olar ki, ayrı salındı, eyni zamanda 

azərbaycanlı- 

                                                 

1

 



Qətiyyətin təntənəsi, səh. 106

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə