M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə34/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   30   31   32   33   34   35   36   37   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

101 

 

olmuşdur.  İkincisi, milli əlamətlər həmişə olduğu kimi həmin dövrdə  də 



dövlət qurumunun əsasını təşkil edir. 

Ermənilərin Moskva himayəçisinin, elçisinin amalı bu idi. Bu isə Dağlıq 

Qarabağı Azərbaycandan ayırmaqdan başqa bir şey deyildi. 

Azərbaycan sovet hakimiyyəti vaxtı Dağlıq Qarabağa Muxtar Vilayət 

statusunun verilməsindən başlayaraq, onun bütün tarix boyu inkişaf 

etdirilməsi faktları belə  sərsəm fikirləri alt-üst edirdi. Burada bir epizodu 

qeyd etmək yerinə düşər. 

Azərbaycan KP MK və Nazirlər Soveti 1980-ci ilin mayında Dağlıq 

Qarabağ Muxtar Vilayətinin daha da inkişaf etdirilməsi haqqında xüsusi 

qərar qəbul etmişdi. Doqquzuncu beşillikdə Dağlıq Qarabağda Sərsəng su-

elektrik stansiyası, Ağdam-Xankəndi (Stepanakert) dəmir yolu, qaz kəməri, 

aeroport tikiidi. İri avtotəmir zavodunun tikintisinə başlanmışdı. 1974-cü 

ildə Xankəndi (Stepanakert) Pedaqoji İnstitutu açılmışdı. Dərslər erməni, 

Azərbaycan və rus dillərində aparıhrdı. Hər il Dağlıq Qarabağdan gənc 

güzəştli  şərtlə respublika ali məktəblərinə  qəbul edilirdi. Vilayət partiya 

təşkilatının rus dilində qəzet çıxarılması haqqında xahişi yerinə yetirilmişdi. 

Dağlıq Qarabağda elmi mərkəz yaradılması Vilayət rəhbərliyinin xahişi ilə 

Azərbaycan Elmlər Akademiyası tərəfindən həyata keçirilirdi.

1

 

1979-cu il yanvar ayında Ağdam-Xankəndi (Stepanakert) dəmir yolu 



xəttinin açüışı münasibətilə Xankəndində (Stepanakert) DQMV 

zəhmətkeşlərinin mitinqi keçirilmişdi. Mitinqdə Sov. İKP MK Siyasi 

bürosunun üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi 

Heydər  Əliyev çıxış edərək demişdi ki, bu gün vilayətin mərkəzi 

Xankəndilə (Stepanakert) Azərbaycanın paytaxtı Bakı  şəhərini birləşdirən 

dəmir yolu xəttinin açılması böyük bir hadisədir. Bu, Azərbaycan SSR-nin 

və DQMV-nin sosial-iqtisadi inkişafı planının praktiki həyata keçirilməsinin 

təzahürüdür.

2

 

 



  

                                                 

1

«Правда»


 

qəzeti, 17 yanvar 3979-cu il

 

2

 



Yenə orada, 13 yanvar 1979-cu il 

  

 




M İ L L İ  K İ T A B X A N A

____________________________________

102 

 

Ağdam-Xankəndi (Stepanakert) dəmir yolu tikintisinin qısa bir müddətdə 



başa çatdırılması Azərbaycan rəhbərliyinin DQMV-nin iqtisadi inkişafını 

sürətləndirilməsinə diqqətinin və qayğısının nəticəsi idi. 

Mitinqdən sonra Heydər  Əliyev DQMV partiya təşkilatının XXVIII 

konfransında iştirak etmişdi. Bu onun Dağlıq Qarabağın inkişafına böyük 

diqqət və qayğısını göstərirdi. 

1979-cu il yanvar ayının 16-da Dağlıq Qarabağ Muxtar Vilayəti partiya 

təşkilatının XXVIII konfransında Heydər  Əliyev böyük nitq söyləmişdi. 

Hesabat məruzəsində  və  çıxışlarda DQMV-də sosial-iqtisadi inkişafın 

ümumi mənzərəsi təhlil edildi. Azərbaycan Kommunist Partiyası təşkilatı və 

respublika hökumətinin muxtar vilayətin inkişafına böyük qayğı göstərdiyi 

və diqqət verdiyi qeyd edildi. 

Heydər  Əliyev vilayətin iqtisadi, mədəni inkişafında görülən işlərə 

yüksək qiymət verdi, əsas diqqəti qarşıda duran vəzifələrin həyata 

keçirilməsinə yönəltdi. Azərbaycan partiya təşkilatının gəiəcəkdə  də 

vilayətin sosial-iqtisadi və mədəni inkişafına xüsusi diqqət verəcəyinə əmin 

etdi... 


Bütün bu tarixi xidmətlərə baxmayaraq, artıq fərdi pensiyaçı Heydər 

Əliyev böhtanlara cavab verməyə məcbur oldur 1989-cu il aprelin sonunda 

Sov.  İKP MK-nm plenumundakı  çıxışında

1

 bu böhtanlara cavab verərək 



bildirdi ki, son dövrdə  mətbuat səhifələrində  mənim Azərbaycan KP MK-

nın birinci katibi işlədiyim dövrdə  fəaliyyətimə dair tənqidi məqalələr çap 

edilir.  Əgər onlar obyektiv xarakter daşıyırsa, sağlam mövqedən yazılıbsa, 

onları qəbul edərdim. Lakin onlar obyektivlikdən də, sağlam mövqedən də 

uzaq olduğuna görə məndə etiraz hissi doğurur, mənəvi cəhətdən sıxır. Bu 

məqalələrlə vaxtınızı almaq istəməzdim, amma hesab edirəm ki, deyəm, 

mən onlan qərəzli, qeyri-obyektiv, sübutsuz kimi rədd edirəm. 

«Qeyd etmək istəyirəm ki, bütün bu məqalələr mənim Azərbaycanda 

işlədiyim dövrdə sui-istifadələrə  və müxtəlif pozuntulara görə yüksək 

vəzifələrdən azad edilən və partiya məsuliyyətinə  cəlb edilən ayrı-ayrı 

şəxslərin göstərişi ilə yazılır».

2

 



 

 

                                                 



1

 

Heydər  Əliyevin Sov.İKP MK-nın plenumundakı  çıxışı, 25 aprel 1989-cu ildə özünün düzəlişləri ilə  şəxsi 



arxivində saxlanılır.

 

2



«Правда»

 

qəzeti, 27 aprel 1989-cu il; Azərbaycan Respublikasının Prezidenti Heydər  Əliyevin  şəxsi arxivi. 



Heydər Əliyevin nitq və çıxışları... (1980-1990-cı illər), səh. 421-422 

  

 




M İ L L İ  K İ T A B X A N A

____________________________________

103 

 

Heydər  Əliyev Dağlıq Qarabağ hadisələri ilə əlaqədar ünvanına yazılan 



böhtanlara tutarlı cavab verirdi. O, Sov.İKP MK plenumunda çıxışında 

tənqidlərin əsassız və sübutsuz olduğunu göstərmişdi. Çünki Heydər Əliyev 

1982-ci ildə Azərbaycandan Moskvaya yüksək vəzifəyə irəli çəkilmişdi, 

Dağlıq Qarabağ hadisələri isə 1988-ci ildə başlamışdı. Heydər  Əliyevin 

Azərbaycanda işlədiyi vaxtda Dağlıq Qarabağda vəziyyət normal olmuşdu, 

milli münasibətlər zəminində heç bir neqativ hadisə olmamış, insident baş 

verməmişdi. Özü tez-tez Dağlıq Qarabağda olmuşdu, xeyirxahlıqla, rəğbətlə 

qarşılanmışdı  və onun qarşısında milli münasibətlər zəminində heç bir 

məsələ qoyulmamışdı. Yaxud Heydər  Əliyevin Azərbaycan KP MK-nın 

birinci katibi işlədiyi dövrdə Dağlıq Qarabağın Azərbaycanın tərkibindən 

çıxması haqqında heç bir məktub belə daxil olmamışdı. Qeyd etmək 

lazımdır ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişaf 

səviyyəsinin göstəriciləri Azərbaycan və Ermənistanın göstəricilərindən 

üstün olmuşdur.

1

 

XX  əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq keçmiş SSRİ-də 



iqtisadi-siyasi və milli münasibətlərin inkişafının təzadları  nəticəsində 

müttəfiq respublikalarda, cümlədən, Azərbaycanda dövlət müstəqilliyinə 

doğru aparan milli-azadlıq hərəkatı başlanmışdı. Hələ bundan xeyli 

əvvəllərdən sovet cəmiyyətində başlanan iqtisadi tənəzzül artıq real bir fakt 

kimi 1980-ci illərin başlanğıcında açıq  şəkildə  təzahür edirdi. 

M.S.Qorbaçovun hakimiyyəti illərində (1984-1991) həmin dövrü 

«durğunluq dövrü» adlandıraraq bu vəziyyətdən çıxmaq üçün «yeni» 

konsepsiyalar işlənib hazırlanmağa, həyata keçirilməyə başlandı. 

SSRİ-nin digər respublikalarından fərqli olaraq Azərbaycanın ictimai-

siyasi, iqtisadi və mədəni inkişafının mahiyyəti heç də durğunluq dövrünün 

spesifik xüsusiyyətlərinin respublikamıza aid olmadığını göstərirdi. Bu dövr 

əslində Azərbaycanda yüksək inkişafla, coşğun irəliləyişlə  səciyyələnirdi. 

Heydər  Əliyevin rəhbərlik etdiyi dövrü əhatə edən illərdə (1969-1982) 

respublikamız bütün sahələrdə keçmiş  İttifaqda fərqlənirdi. Ona görə  də 

M.S.Qorbaçovun irəli sürdüyü «yenidənqurma» siyasətinə 

 

 



                                                 

1

«Правда» qəzeti, 27 aprel 1989-cu il; Azərbaycan Respublikasının Prezidenti Heydər  Əliyevin  şəxsi arxivi. 



Heydər Əliyevin nitq və çıxışları... (1980-1990-cı illər), səh. 421-422 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə