M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə37/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   33   34   35   36   37   38   39   40   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

110 

 

ların buradan qovulmasına, ermənilərin silahlandırılmasına və silahlı quldur 



dəstələrinin yaradılmasına geniş imkan verildi. Dağlıq Qarabağa qonşu olan 

keçmiş Şaumyan və Xanlar rayonlarının ərazilərində də ermənilərin silahlı 

dəstələri yaradılmışdı. XİK və Sovet Ordusunun köməyi ilə iyul ayında 

Xankəndində yaşayan bütün azərbaycanlılar oradan qovulub çıxarıldı. 

Heydər Əliyev Azərbaycanın zamankı siyasi rəhbərliyinin fəaliyyətindən 

təəssüflənir və qeyd edirdi ki, dövrdə Azərbaycanın siyasi rəhbərliyi bu 

idarənin yaranmasını böyük qələbə kimi qiymətləndirir və bu idarəyə çox 

böyük ümidlər bəsləyirdi.

1

 Yalnız xalq hərəkatının təsiri altında SSRİ Ali 



Soveti tərəfindən 1989-cu il noyabrın 28-də A.Volskinin antiazərbaycan 

üsul-idarəsi ləğv olundu. 

Azərbaycanda isə xalq hərəkatına ilk vaxtlar səriştəsiz rəhbərlik, 

separatçılıq, xəyanətkarlıq və i.a. mənfi hallar respublikanı  ağır siyasi 

vəziyyətə salmışdı. 

Mərkəzi hakimiyyətdə oturan M.S.Qorbaçov və onun ermənipərəst ətrafı 

bir tərəfdən Dağhq Qarabağın Azərbaycandan qoparılaraq, Ermənistana 

verilməsinə  şərait yaradır, digər tərəfdən isə, Azərbaycanda genişlənən 

milli-azadlıq hərəkatını boğmaq üçün müxtəlif vasitələrə əl atırdılar. 

Beləliklə, Azərbaycanda milli-azadlıq mübarizəsi bir tərəfdən müstəqillik 

əldə etmək tələbləri ilə genişlənirdisə, digər tərəfdən, Ermənistan tərəfindən 

Azərbaycan torpaqlarını  işğaldan qorumağa, erməni təcavüzünün qarşısını 

almağa yönəldilirdi. Erməni təcavüzü get-gedə daha da fəallaşırdı. Bütün 

bunlar «Böyük Ermənistan» ideyasını  həyata keçirmək üçün Azərbaycana 

qarşı, azərbaycanlılara qarşı geniş miqyaslı  hərbi təcavüzə, kütləvi 

qırğınlara çevrilmişdi. 1988-ci ilin fevral ayınm 19-da Yerevan şəhərində 

keçirilən mitinqdə «Ermənistanı türklərdən (Azərbaycan türklərindən - İ.H.) 

təmizləməli», «Ermənistanda ancaq ermənilər yaşamalıdır» və s. şüarlar 

səsləndi və  tələblər irəli sürüldü. Dağlıq Qarabağda erməni millətçilərinin 

zorakılıqları  və siyasi aksiyaları genişlənməyə başladı. Xankəndində 

mitinqlər, nümayişlər keçirilir, Dağlıq Qarabağı 

                                                 

1

 

Qətiyyətin təntənəsi, səh. 106 



 


M İ L L İ  K İ T A B X A N A

____________________________________

111 

 

Azərbaycandan ayırmaq və Ermənistana birləşdirmək tələbləri irəli 



sürülürdü. Yerevanda əvvəl gizli, sonradan (1987-ci ilin oktyabrından) açıq 

fəaliyyətə başlayan «Qarabağ Komitəsi» Azərbaycanda, xüsusilə Dağlıq 

Qarabağdakı yerli təşkilatları vasitəsilə güclü separatçılıq təbliğatı aparır, 

«Krımq» («Duma») adı altında açıq fəaliyyət göstərirdi. Ermənilər 

içərisində «Miatsum» («Birləşmə») ideyası yayılırdı. 

Azərbaycanda ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən 

təxribatlar, terror aktları, qəsdlər ictimai-siyasi vəziyyəti getdikcə 

gərginləşdirirdi. Hələ 1986-cı ildə ermənilərin xüsusi silahlı  dəstələri 

Ermənistanın Qafan və Mehri rayonlarında yaşayan azərbaycanlıları zorla 

qovub çıxartmışdılar.  İlk qaçqınlar Azərbaycana pənah gətirmiş, Sumqayıt 

şəhərində  və onun ətrafında məskunlaşmışdılar. Qorbaçov başda olmaqla 

mərkəzdə oturan ermənipərəst rəhbərlər və ermənilər isə münaqişənin 

qarşısını almaq əvəzinə, hadisələri daha da qızışdırırdılar. Moskvadan 

göndərilən nümayəndələr isə sözdə erməniləri və azərbaycanlıları 

sakitləşdirməyə, dostluq şəraitində yaşamağa çağırır,  əslində heç bir əməli 

tədbir görmür, erməni separatçılarının xeyrinə  fəaliyyət göstərirdilər.  İki 

xalqı qarşı-qarşıya qoymaqla artıq başlanmış milli-azadlıq hərəkatını 

yatırmağa çalışırdılar. 1988-ci ilin fevralında Azərbaycanda siyasi vəziyyət 

xarici və daxili qüvvələrin təsiri ilə olduqca gərginləşmişdi. Milli 

münasibətlər, erməni və azərbaycanlılar arasında qan tökülməsi ilə 

nəticələnmişdi. Fevralın 24-də Dağlıq Qarabağ Muxtar Vilayətinin Əsgəran 

rayonunda 2 nəfər gənc azərbaycanlı ermənilər tərəfindən öldürülmüş, 19 

nəfər yaralanmışdı. 

Fevralın 27-28-də Sumqayıtda ermənilər tərəfindən planlı  şəkildə 

irəlicədən düşünülmüş  qırğın törədildi. Bunun da təşkilatçısı ermənilər idi. 

Məqsəd Azərbaycanı dünyada təcavüzkar ölkə kimi qələmə vermək və bu 

yolla özlərinin antiazərbaycan siyasətinə haqq qazandırmaq idi. Sumqayıtda 

hələ fevralın 20-dən Ermənistanda azərbaycanlılara qarşı edilən vəhşiliklərlə 

əlaqədar mitinqlər başlamışdı. Təhrikçi qüvvələr bundan istifadə etməyə 

başladı. Sonradan məlum oldu ki, hadisə törədilənə  qədər bütün varlı 

ermənilər  əmanət kassalarından öz pullarını götürüb getmişdilər. Fevralın 

27-də Sumqayıtda böyük mitinq oldu. Səhəri günü əvvəlcə- 

  



M İ L L İ  K İ T A B X A N A

____________________________________

112 

 

dən hazırlanmış ssenari üzrə erməni talanları başlandı. Sumqayıt 



hadisələrinin təşkili və gedişi də ermənilərlə bağlı idi. Ermənilər bu hadisəni 

törətməklə Qarabağ hadisələri barəsində ermənilərin xeyrinə dünyada hay-

küy qaldırmaq və azərbaycanlıları günahkar kimi tanıtmağa çalışırdılar. 

Özünü azərbaycanlı kimi qələmə verən E.Qriqoryan adlı erməni qırğınının 

əsas təşkilatçısı idi. O özü beş erməni öldürmüşdü. Cəmi 32 nəfər 

öldürülmüşdü ki, bunlardan 26 nəfəri erməni, 6 nəfəri azərbaycanlı idi. 

Sumqayıt hadisələrinin ermənilər tərəfindən irəlicədən təşkil edildiyi bir 

də onunla sübut edilir ki, hadisə baş verən yerlərdə hadisəni bütün dünyaya 

çatdırmaq üçün əvvəlcədən çoxlu telefoto operatorlar, jurnalistlər 

yerləşdirilmişdi. Nəzərdə tutulan plan həyata keçirildi. Düşünülmüş, dü 

zəldilmiş Sumqayıt hadisələri saxtakarlıqla, uydurmalarla dünyaya yayıldı. 

Milli azadlıq hərəkatmm mərkəzi olan Bakıda da 1990-cı ilin yanvarında 

Sumqayıt ssenarisinə uyğun təxribatlar hazırlanmışdı. Bakıda yerli milis 

tərk-silah edilmişdi, mərkəzdən daxili qoşun hissələri  şəhərə  gətirilmişdi. 

Bakıda  əhalinin müqavimətini qırmaq üçün planlı  şəkildə hazırlıq 

görülmüşdü. 1990-cı il yanvarm 13-də Bakıda bir ennəninin iki 

azərbaycanlını öldürməsi fitnəkarlıqlar üçün əsas səbəb oldu. 

Ayrı-ayrı  dəstələrin  əməllərinin qarşısmı almaq üçün ali hakimiyyət və 

hüquq-mühafizə orqanları  tərəfindən tədbir görülmədi. Çünki hakimiyyət 

orqanları iflic vəziyyətində idi. Halbuki Bakıda SSRİ Daxili İşlər 

Nazirliyinin 12 min nəfərlik silahlı qüvvəsi var idi. Hadisələrin qarşısını 

almaq üçün yerli hüquq-mühafizə orqanlarmdan istifadə etmək olardı. 

Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində çalışan  Ə.Vəzirov bu 

aksiyaların nəinki qarşısını almaqda acizlik göstərdi, çünki onu heç kəs 

eşitmirdi. Əslində o, bunları bəhanə edərək sovet qoşunlarının Azərbaycana 

müdaxiləsinə  şərait yaratmaq, xalq hərəkatını yatırtmağa və ona rəhbərlik 

edənlərə, xüsusilə Xalq Cəbhəsi üzvlərinə divan tutmağa çalışırdı. Yanvarın 

14-də Azərbaycan KP MK-nın bürosunda vəziyyət müzakirə edildi və 

Vəzirovun təkidi ilə çağırılan Azərbaycan SSR Ali Soveti sessiyasında 

DQMV-də  və  zəruri olarsa, ona bitişik rayonlarda və  sərhəd boyunda 

fövqəladə vəziyyət elan edilməsi, eləcə də lazım gələrsə, Mərkəz- 

  



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə