M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə40/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   36   37   38   39   40   41   42   43   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

119 

 

Heydər Əliyev 1994-cü il yanvarın 12-də 20 Yanvar faciəsinin dördüncü 



ildönümü ilə bağlı Dövlət Komissiyasının iclasında demişdi: «...Mənə Milli 

Şuranın (indi o, Milli Məclis adlanır - İ.H.) 19 yanvar 1992-ci ü tarixli 

qərarı  təqdim edildi...Bu qərarı oxuyanda, doğrusu, çox həyəcanlandım. 

Düşündüm ki, Milli Şura nə üçün öz millətinin, öz xalqının aqibətinə, 

taleyinə bu qədər biganə qalıb? Qərarı oxuyandan sonra bir daha qəti fikrə 

gəldim ki, bu faciəyə, bu hadisəyə indiyə qədər siyasi qiymət verilməyib». 

Həmin qərar haqqında Heydər  Əliyevin ciddi, düşünülmüş, tutarlı  fıkri

1

 



hadisəyə hüquqi-siyasi qiymətin verilməsində mühüm istiqamətdir. 

göstərirdi: «Mənim fikrim belədir ki, bu qərarın qəbul edilməsi bəlkə  də 

Azərbaycan xalqına 20 Yanvar 1990-cı ildə olan faciə kimi böyük bir 

xəyanətdir».

2

 

Qeyd etmək lazımdır ki, Yanvar hadisələrindən 4 il keçməsinə 



baxmayaraq, respublikada bu qanlı cinayətlərə dövlət səviyyəsində lazımi 

siyasi qiymət verilməmişdi. Hələ 1992-ci il yanvann 19-da faciədən iki il 

sonra Azərbaycan Respublikası Soveti Milli Şurasmm bu barədə müvafiq 

qərarı olmasına baxmayaraq, həmin qərar 2 il ərzində yerinə yetirilməmiş 

qalmışdı. Həm də bu qərarda Yanvar hadisələrinin  əsl səbəbləri 

açıqlanmamış və həqiqi günahkarlar aşkar edilməmişdi. 

Yalnız Heydər  Əliyevin Azərbaycan Respublikası Prezidenti 

seçilməsindən sonra 1990-cı il qanlı 20 Yanvar hadisələrinin səbəblərinin 

açıqlanması  və bu işdə günahkarların aşkar edilməsi üçün dövlət 

səviyyəsində  tədbirlər həyata keçirildi. Prezidentin 5 yanvar 1994-cü il 

tarixli «20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında» 

fərmanı ilə iki istiqamətdə  fəaliyyət proqramının həyata keçirilməsi - 20 

Yanvar faciəsinin 4-cü ildönümü ilə bağlı  tədbirlərin hazırlanması  və 

keçirilməsi, eləcə  də, Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi 

üçün Dövlət Komissiyası yaradılır. 

Bu fərmanla Azərbaycan Respublikasının Milli Məclisinə 20 Yanvar 

hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi məqsədilə xüsusi sessiya 

keçirilməsi tövsiyə olunur. 

                                                 

1

 



«Azərbaycan» qəzeti, 14 yanvar 1994-cü il

 

2



 

Yenə orada

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

120 

 

1994-cü il yanvarın 12-də Prezident Heydər Əliyevin sədrliyi ilə Dövlət 



Komissiyasının geniş iclası keçirildi. İclasda Dövlət Komissiyasının sədri, 

Baş nazirin müavini komissiyanın hazırladığı tədbirlər planı, irəli sürülmüş 

təkliflər haqqında geniş  məlumat verdi. O, Prezidentin 5 yanvar tarixli 

fərmanının  əhəmiyyətindən danışarkən qeyd elədi ki, «…Prezidentin bu 

fərmanı bugünkü Azərbaycanın tarixinin, taleyinin, mənəviyyatının 

kontekstində son dərəcə böyük əhəmiyyətə malikdir. Ötən dörd ildə ilk 

dəfədir ki, Prezident fərmanı ilə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi 

qiymət verilməsi qarşıya qoyulur».

1

 

Belə ki, yeri gəlmişkən, onu da xatırlatmaq yerinə düşər ki, Heydər 



Əliyev məhz 20 Yanvar faciəsi zamanı xalqımıza qarşı törədilən qanlı hərbi 

təcavüzə görə Sov. İKP sıralarmı tərk etmişdi. 1991-ci il iyulun 19-da fərdi 

pensiyaçı, Sov. İKP üzvü Heydər Əliyev partiya sıralarından çıxmaq barədə 

SSRİ Nazirlər Kabinetinin partiya təşkilatına bəyanat vermişdi. Bəyanatın 

mətni iyulun 23-də Moskvada çıxan Ta»da, iyulun 26-da Bakıda «Azadlıq» 

qəzetində dərc edilmişdi. Bəyanatda deyilirdi: «Sizin nəzərinizə çatdırıram 

ki, mən Sov.İKP-dən çıxmaq qərarına gəldim. Dərhal xəbərdarlıq edirəm ki, 

bu sadəcə «dəbə» uymaq deyil, son illər  ərzində keçirdiyim ağır 

məyusluqlar yolunun məşəqqətlərini və hadisələrini yenidən 

qiymətləndirməyimin yekunudur. Məni bu addımı atmağa məcbur edən 

başlıca səbəblər aşağıdakılardır: Birincisi, hələ 1990-cı ilin yanvarmda 

Mərkəzin və Azərbaycan KP-nin siyasi rəhbərliyi altında Azərbaycan 

xalqına qarşı edilmiş  hərbi təcavüzdən sonra məndə Sov. İKP sıralarından 

çıxmaq fıkri yarandı... 

İkincisi, üç ildən artıqdır ki, Mərkəzin ikiüzlü siyasəti nəticəsində 

Sov.İKP-nin havadarlıq etdiyi erməni millətçilərinin səyi ilə DQMV-də 

yaranmış  kəskin münasibət saxlanmaqdadır... Azərbaycanın dövlət 

suverenliyi,  ərazi bütövlüyü konstitusiyaya zidd olaraq kobud surətdə 

pozulub... 

Üçüncüsü, bütün cəmiyyətin demokratikləşməsi, siyasi azadlıqların və 

plüralizmin bəyan edildiyi bir dövrdə Azərbaycanda ərazi bütövlüyü- 

                                                 

1

«Azərbaycan» qəzeti, 14 yanvar 1994-cü il 



 


M İ L L İ  K İ T A B X A N A

____________________________________

121 

 

1994-cü il yanvarın 12-də Prezident Heydər Əliyevin sədrliyi ilə Dövlət 



Komissiyasının geniş iclası keçirildi. İclasda Dövlət Komissiyasının sədri, 

Baş nazirin müavini komissiyanın hazırladığı tədbirlər planı, irəli sürülmüş 

təkliflər haqqında geniş  məlumat verdi. O, Prezidentin 5 yanvar tarixli 

fərmanınının  əhəmiyyətindən danışarkən qeyd elədi ki, «.. .Prezidentin bu 

fərmanı bugünkü Azərbaycanın tarixinin, taleyinin, mənəviyyatının 

kontekstində son dərəcə böyük əhəmiyyətə malikdir. Ötən dörd ildə ilk 

dəfədir ki, Prezident fərmanı ilə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi 

qiymət verilməsi qarşıya qoyulur».

1

 

Belə ki, yeri gəlmişkən, onu da xatırlatmaq yerinə düşər ki, Heydər 



Əliyev məhz 20 Yanvar faciəsi zamanı xalqımıza qarşı törədilən qanlı hərbi 

təcavüzə görə Sov. İKP sıralarmı tərk etmişdi. 1991-ci il iyulun 19-da fərdi 

pensiyaçı, Sov. İKP üzvü Heydər Əliyev partiya sıralarından çıxmaq barədə 

SSRİ Nazirlər Kabinetinin partiya təşkilatına bəyanat vermişdi. Bəyanatın 

mətni iyulun 23-də Moskvada çıxan Ta»da, iyulun 26-da Bakıda «Azadlıq» 

qəzetində dərc edilmişdi. Bəyanat-da deyilirdi: «Sizin nəzərinizə çatdmram 

ki, mən Sov.İKP-dən çıxmaq qərarına gəldim. Dərhal xəbərdarlıq edirəm ki, 

bu sadəcə «dəbə» uymaq deyil, son illər  ərzində keçirdiyim ağır 

məyusluqlar yolunun məşəqqətlərini və hadisələrini yenidən 

qiymətləndirməyimin yekunudur. Məni bu addımı atmağa məcbur edən 

başlıca səbəblər aşağıdakılardır: Birincisi, hələ 1990-cı ilin yanvarmda 

Mərkəzin və Azərbaycan KP-nin siyasi rəhbərliyi altında Azərbaycan 

xalqına qarşı edilmiş  hərbi təcavüzdən sonra məndə Sov. İKP sıralanndan 

çıxmaq fıkri yarandı... 

İkincisi, üç ildən artıqdır ki, Mərkəzin ikiüzlü siyasəti nəticəsində Sov.İKP-nin 

havadarlıq etdiyi erməni millətçilərinin səyi ilə DQMV-də yaranmış  kəskin münasibət 

saxlanmaqdadır... Azərbaycanın dövlət suverenliyi, ərazi bütövlüyü konstitusiyaya zidd 

olaraq kobud surətdə pozulub... 

Üçüncüsü, bütün cəmiyyətin demokratikləşməsi, siyasi azadlıqların və plüralizmin 

bəyan edildiyi bir dövrdə Azərbaycanda  ərazi bütövlüyünün müdafiə sinə qalxmış geniş 

demokratik hərəkat və  cəmiyyətin demokratikləşməsi Sov. İKP-nin rəhbərliyi altında 

Azərbaycan KP MK-nm səyi ilə boğuldu».

2

 

Heydər Əliyev bəyanatında qeyd edirdi ki: «1943-cü ildə 20 yaşımda ikən öz taleyimi 



bolşeviklər partiyasına bağlamışam. Kommunist Partiyasının ideallarının varlığına 

inanmışam və onun planlarının həyata keçirilməsində fəal iştirak etmişəm. 

İndi bütün inamlarım məhv olub...Sov İKP sıralarını tərk edərkən mən bütün təmiz və 

namuslu kommunistlərə hörmət bəslədiyimi bildirirəm».

3

 

                                                 



1

«Azərbaycan» qəzeti, 14 yanvar 1994-cü il

 

2

«Независимая газета» Moskva, 23 iyul, 1991-ci il.



 

3

 



Yenə orada

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə