M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə48/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   44   45   46   47   48   49   50   51   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

143 

 

  



keçirilməsi üçün ilk addım atılıbdır. Azərbaycan xalqı tam əmin ola bilər ki

naxçıvanlılar milli azadlıq hərəkatı uğrunda mübarizəni daha əzmlə davam 

etdirəcəklər».

1

 



Heydər  Əliyevin Naxçıvanda respublika üçün apardığı taleyüklü işlər 

dünya mətbuatının, xarici ölkə  vətəndaşlarının, siyasi xadimlərinin, 

jurnalistlərin, habelə Azərbaycanda çıxan qəzetlərin, siyasi partiyaların 

nümayəndələrinin diqqətini cəlb edirdi. Onlar Naxçıvana gəlirdilər. Heydər 

Əliyevin mətbuat konfranslarında çıxışlarını dinləyir, onun qəbulunda olur, 

Muxtar Respublika haqqında, Azərbaycandakı  vəziyyət və respublikanın 

gələcəyi, onun siyasi mövqeyi haqqında suallar verir və qaneedici cavablar 

alırdılar. 

1991-ci il noyabrın 13-də AXC məclisinin üzvü, Ağdam bölgəsinin «Ana 

torpaq» qəzetinin redaktorunım Heydər  Əliyevlə söhbəti

2

 zamanı onun 



«Keçmiş «partokrat» olmusunuz, bu gün özünüzü əsl demokrat hesab 

edirsinizmi?» sualına Ali Məclisin sədri belə cavab vermişdi: «Əslində mən 

hesab edirəm ki, mənim kimilər içərisində mən ən demokratik adamam və 

Naxçıvanda da bu demokratiyanı inkişaf etdirirəm. Xalqın təkidi ilə bu 

vəzifəyə  gəlmişəm və ona qədər  əzilən Xalq Cəbhəsini, digər demokratik 

qüvvələri burda hakimiyyətə gətirməyə əsasən nail olmuşam».

3

 Həqiqətən, 



hələ Ali Məclisin sədri seçildiyi ilk gündən Xalq Cəbhəsinin üzvlərini 

rəhbər vəzifələrə  təyin etmişdi, iki üzvü müavin seçilmişdi, AXC-nin 

yaradıcılarından biri baş nazir təsdiq edilmişdi, Culfa və Ordubad rayon 

Sovetlərinin sədrləri demokratik xalq hərəkatının yerli liderləri idi. Bütün 

rəsmi danışıqlara demokratik qüvvələrin nümayəndələri göndərilirdi. 

Bir müddətdən sonra XC-dən olanlar özlərini ifşa etdi. 

Onlar Xalq Cəbhəsinin üzvləri olduqlarına görə özlərini tabe olmayan 

şəxs kimi aparır, qeyri-qanuni işlərlə məşğul olurdular. Bunlara görə 

                                                 

1

«Həyat» qəzeti, 23 oktyabr 1991-ci il



 

2

Heydər  Əliyevlə geniş söhbət «Qarabağ Azərbaycanın  ən gözəl diyarıdır», «Heydər  Əliyev: Mənim heç bir 



mafiyam yoxdur!» və «Heydər  Əliyev: Parlament buraxılmalıdır...»

 

başlıqları altında «Ana torpaq» qəzetinin 



1991-ci il 3 dekabr, 19 dekabr və 1992-ci il 6 yanvar tarixli nömrələrində dərc olunmuşdur

 

3



Qətiyyətin təntənəsi, səh.225 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

144 

 

Heydər  Əliyev sonra onları  işdən azad etmişdi. Bundan sonra Xalq 



Cəbhəsinin Heydər Əliyevə qarşı əks fəaliyyəti genişləndi. 

Mərkəzdən - Bakıdan da Naxçıvana qarşı, Heydər  Əliyevə qarşı 

təxribatlar hazırlanır, ona mane olmağa çalışır, hakimiyyətdən getməsi üçün 

təzyiqlər edilirdi. Böyük siyasətçi, mübariz, dömnəz rəhbər öz mövqeyində 

möhkəm dayanmışdı. Xalqa arxalanmışdı, xalq həmişə onu müdafiə  edirdi. 

Heydər Əliyev böyük razılıqla deyirdi: «Mən xalqıma mirmətdaram». 

3 avqust 1993-cü ildə  qəzetinin müxbiri ilə söhbətində Heydər  Əliyev 

demişdi: «Biz blokada şəraitində yaşayırdıq... Xalq Cəbhəsi hökuməti bu 

blokadanm aradan götürülməsi üçün tamamilə mümkün olan tədbirləri 

qəsdən görmürdü. Onlar məndən qorxur və riyakarlığa bax ki, ümid 

edirdilər - Naxçıvanın müsibəti məni hörmətdən salacaq və yenə  də 

hakimiyyətdən uzaqlaşdıracaqlar. . . Amma əllərindən bir iş gəlmədi».

1

 

AXC-nin apardığı yararsız kadr siyasəti Naxçıvanda daxili vəziyyəti 



kəskinləşdirmişdi. Azərbaycan Respublikası daxili işlər nazirinin Bədən 

Tərbiyəsi İnstitutunu bitirmiş, daxili işlər orqanlarmda heç bir təcrübəsi və 

səriştəsi olmayan, AXC-nin fəal üzvü, S.Mustafayevin Naxçıvan Muxtar 

Respublikasında daxili işlər naziri təyin edilməsi bölgə daxili 

münasibətlərin gərginləşməsinə və qarşıdurmaya gətirib çıxartdı. 1 sentyabr 

1992-ci il tarixli Naxçıvan MR Daxili İşlər Nazirliyi polis əməkdaşlarının 

bəyanatında bu qərarın şəxsi heyətin ciddi etirazına səbəb olduğu və daxili 

işlər orqanlannı siyasi məqsədlərə tabe etdirən hərəkətlərə  və  cəhdlərə yol 

verilməyəcəyi bildirilmişdi. Naxçıvan MR Ali Məclisinin sessiyasında 

Naxçıvan MR daxili işlər naziri təyin edilməsi haqqında məsələyə baxıldı və 

səs çoxluğu ilə qəbul edilmədi. 

1992-ci il oktyabrın 24-də AXC Naxçıvan  şöbəsinin silahlı  dəstələri və 

Ordubad rayon polisi tərəfindən Naxçıvanda dövlət çevrilişi cəhdi 

göstərildi. Muxtar Respublikanın televiziya şirkətini, texniki istismar rabitə 

idarəsinin elektrik mərkəzini, Daxili İşlər Nazirliyini tutdular. Naxçıvan 

Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Xalq Cəbhəsinin 

                                                 

1

Heydər Əliyev. Göstərilən kitab, səh.48; qəzeti, 3 avqust 1993-cü il 



 


M İ L L İ  K İ T A B X A N A

____________________________________

145 

 

rəhbərlərindən öz qanunsuz hərəkətlərinə son qoymağı, tutduqları yerləri 



boşaltmağı tələb etmişdi. Lakin bu müsbət nəticə verməmişdi.

1

 Belə şəraitdə 



Naxçıvan MR Ali Məclisinin qarşısında izdihamlı mitinq keçirildi. Mitinq 

iştirakçıları Heydər Əliyevlə həmrəy olduqlarını bildirir, silahlı dəstələrdən 

Daxili  İşlər Nazirliyinin və teleradio verilişləri komitəsinin binasını 

boşaltmağı  tələb edirdilər. Heydər  Əliyev bir neçə  dəfə AXC sədri, 

Azərbaycan prezidenti Ə.Elçibəylə telefonla danışaraq AXC Naxçıvan 

şöbəsi tərəfindən törədilən təxribata son qoyulmasını  tələb etmişdi: 

«Oktyabr ayının 24-də Naxçıvanda çevriliş edib məni ordan qovmaq 

istəyəndə  mən 9 dəfə  Əbülfəz Elçibəylə telefonla danışdım, dedim, bu 

adamları  yığışdırın, o, mənə deyir, nə cür yığışdırım? Dedim, bunlar Xalq 

Cəbhəsinin qeyri-qanuni silahlı adamlarıdır.  Siz,  Xalq  Cəbhəsinin 

sədrisiniz, göstəriş verin yığışdırsınlar. Siz bilirsinizmi ki, o, bu göstərişi 

vermədi?.. Nəhayət, 15 min Naxçıvan əhalisi - qoca, cavan, uşaq, qadm, kişi 

toplaşdılar ora, camaatı oradan dağıtdılar».

2

 



Oktyabrm 25-də Heydər  Əliyev Naxçıvan radiosu ilə  əhaliyə müraciət 

etdi. Elə  həmin gün Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyası 

keçirilmiş, 24 oktyabr dövlət çevrilişi cəhdi pislənilmiş, Naxçıvan Muxtar 

Respublikasının Ali Məclisinin 25 oktyabr tarixli qərarı ilə Naxçıvan 

Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Dövlət Televiziya və Radio 

Verilişləri Komitəsinin 1992-ci il oktyabrın 24-də Naxçıvan Xalq Cəbhəsi 

və onun silahlı qüvvələri tərəfindən işğal olunması, bu dövlət orqanlarının 

işinin bir neçə saat ərzində iflic vəziyyətinə salınması  və beləliklə, bütün 

əhaliyə  mənəvi zərbə vurulması Naxçıvan Muxtar Respublikasında dövlət 

çevrilişi kimi qiymətləndirilmişdi.

3

 Məclis AXC silahlı qüvvələrinin üç gün 



ərzində tərk-silah olunması haqqında qərar qəbul etmişdi. Oktyabrın 27-də 

Naxçıvandakı Azadlıq meydanında keçirilən ümumrespublika mitinqinin 

iştirakçıları Azərbaycan prezidentindən Naxçıvana göstərilən zorakılıq 

hərəkətlərinin qarşısını almağı tələb etmişdilər. 

                                                 

1

Azərbaycan Respublikası Milli Məclisinin Arxivi. Naxçıvan Muxtar Respublikası  Rəyasət Heyətinin qərarları. 



Fond 2941, siyahı la, iş 1, vərəq 53

 

2



 

Yenə orada, vərəq 54

 

3

 



Yenə orada, vərəq 63 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə