M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə50/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   46   47   48   49   50   51   52   53   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

149 

 

Naxçıvana xarici müxbirlərin axını başlanmışdı. Onlar gündə bir neçə 



dəfə Ali Məclisdən məlumatlar alırdılar. Heydər  Əliyev deyirdi: «Mən 

şəxsən gündə bir neçə  dəfə onlarla görüşmüşəm, vəziyyət haqqında 

məlumat vermişəm. Onlar da çox operativ hərəkət edərək, məlumatları 

bütün dünya informasiya orqanlarına çatdırmış və bunun nəticəsində dünya 

ictimaiyyətində böyük bir ciddi rəy yaranmışdır...».

1

 



Bütün operativ informasiya tədbirlərinin nəticəsində mayın 22-nə  qədər 

57 dövlət rəsmi surətdə Ermənistan Respublikasının Naxçıvana hərbi 

təcavüzünü pisləyib və çox ciddi bəyanatlar vermişdi. 

Naxçıvan bir tərəfdən müharibə alovu içərisində idi, digər tərəfdən 

quruculuq işi ilə  məşğul idi. Ağır günlərdə 1992-ci il mayın 28-də 

Sədərəkdə Araz çayı üzərində salınmış Naxçıvanla Türkiyə arasında 

körpünün rəsmi açılışı oldu. Körpünün rəsmi açılışında Türkiyə 

Cümhuriyyətinin baş naziri Süleyman Dəmirəl başda olmaqla Türkiyədən 

Naxçıvana böyük dövlət nümayəndə heyəti gəlmişdi.

2

 Heydər Əliyev həmin 



körpünü «arzu və ümidlərin körpüsü» adlandırmışdı. 

Körpünün açılışı münasibəti ilə Naxçıvana gəlmiş S.Dəmirəl körpünün 

açılışını Azərbaycan və Türkiyə arasında  əməkdaşlığın yeni dövrünün 

başlanğıcı adlandırdı. 

Dünya azərbaycanlılarının birliyi və  həmrəyliyinin yaradılmasında 

Heydər ƏHyevin böyük tarixi xidməti olmuşdur. 1989-cu ildə Naxçıvanda 

«Sərhəd hərəkatı» başlanan vaxt, yəni tarixi bir ərazidə yaşamış 

azərbaycanlıların iki yerə parçalanmasına qarşı Araz çayı boyunca bu xalqın 

əlaqəsini, birliyini qıran sərhədlərin aradan götürülməsi tələbi ilə SSRİ-nin 

dövlət sərhədi boyunca çəkilmiş  sərhəd çəpərlərinin elliklə sökülməsinə 

başlanmışdı. dövrdə Sov.İKP Mərkəzi Komitəsi və onun tərkib hissəsi olan 

Azərbaycan KP MK bu hərəkata böhtançı qiymət vermiş, onun qarşısını 

almaq üçün ciddi tədbirlər görmüşdülər. Moskvada olarkən Heydər Əliyev 

«Sərhəd hərəkatı»nın cinayətkar bir tədbir kimi qiymətləndirildi- 

 

 

                                                 



1

Qətiyyətin təntənəsi, səh. 309

 

2

Azərbaycan Respublikası Milli Məclisinin Arxivi. Naxçıvan Muxtar Respublikası Məclisinin Rəyasət Heyətinin 



qərarları. Fond 2941, siyahı la, iş 1, vərəq 65-66 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

150 

 

yinin  şahidi olmuşdu. O, bu hərəkatı  vətənpərvər gənclərin hərəkatı kimi 



qiymətləndirirdi. Heç də  təsadüfi deyildir ki, 1989-cu ildən başlayan 

«Sərhəd hərəkatı»na qiymət vermək məqsədi ilə 1991-ci il dekabrın 16-da 

Naxçıvan Muxtar Respublikası Məclisi sessiyasında xüsusi məsələ - Dünya 

azərbaycanlılarının milli həmrəylik və birlik günü haqqında məsələ 

müzakirə edilmişdi. İclası Heydər Əliyev aparmışdı. Məsələ geniş müzakirə 

edildikdən sonra o, müzakirələrə yekun vuraraq, sərhəd hərəkatının böyük 

əhəmiyyətini göstərmişdi: «...iki il bundan əvvəl vətənpərvər gənclərin bu 

hərəkatı başlanmış  və onlar heç bir təhlükədən qorxmayaraq bu tədbiri 

həyata keçirmişlər... Mən belə hesab edirəm ki, bu hərəkatın qurbanı 

olanların xatirəsi əbədiləşdirilməlidir».

1

 

Naxçıvan Muxtar Respublikası Ali məclisi «31 dekabr - Dünya 



Azərbaycan türklərinin həmrəylik və birlik günü haqqında» qərar qəbul etdi. 

Qərarda deyilirdi: «1. 31 dekabr Dünya Azərbaycan türklərinin həmrəylik 

və birlik günü elan olunsun və hər il bayram edilsin. Həmin gün Naxçıvan 

Muxtar Respublikası ərazisində iş günü hesab edilməsin. 

2.31 dekabrın Dünya Azərbaycan türklərinin həmrəylik və birlik günü 

kimi bütün Azərbaycan Respublikasında rəsmi qeyd edilməsi üçün 

qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Ali Sovetinə 

təklif verilsin».

2

 

Naxçıvanın blokada şəraitində olduğu vaxt Heydər Əliyev xariclə əlaqə 



saxlayıb diyann mövqeyini möhkəmləndirirdi. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər  Əliyev 

iqtisadi blokada şəraitində dağılmış təsərrüfatı bərpa etmək, əhalinin yaşayış 

təminatını qaydaya salmaq sahəsində ciddi tədbirlər həyata keçirirdi. Muxtar 

Respublikanın Məclisi, Nazirlər Kabineti və başqa nazirlik və idarələr 

Heydər  Əliyevin məsləhətləri və göstərişləri ilə müəyyən tədbirlər həyata 

keçirə bilmişdilər. 

Naxçıvan Ali Məclisinin sədri kimi Heydər  Əliyev qonşu Türkiyə  və 

İranın rəhbərləri ilə köhnə tanışlığından istifadə edərək muxtar res- 

                                                 

1

 

«Şərq qapısı» qəzeti, 19 dekabr 1991-ci il, səh. 5



 

2

 



Yenə orada, səh. 3

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

151 

 

publikaya yardım kredit, humanitar kömək, elektrik enerjisi ilə  təchiz et-



mək və digər məsələlər haqqında razılığa gəlməyə müvəffəq olmuşdu. 

Türkiyə Naxçıvan Muxtar Respublikasma 100 milyon dollar kredit 

vermişdi. 

Qonşu dövlətlər - Türkiyə  və  İranla yaradılan münasibətlər vəziyyətə 

xeyli təsir etmişdi. Naxçıvan MR Məclisi ilə Türkiyə hökuməti arasında 

1992-ci il martın 24-də Ankarada iş birliyi protokolu imzalanmışdı. Bu 

protokola  əsasən Türkiyə hökuməti muxtar respublikaya mal-material 

yardımı etmişdi ki, bu da kənd təsərrüfatını  ağır vəziyyətdən çıxarmağa, 

məhsul istehsalına müəyyən müsbət təsir etmişdi. 

1992-ci il avqustun 24-də Tehranda Naxçıvan Muxtar Respublikasının 

Məclisi ilə  İran  İslam Respublikası arasında protokol imzalanmışdı. Bu 

protokola  əsasən,  İran  İslam Respublikası  ərazisində Naxçıvanla Bakı 

arasında şose yolu açılmışdı.

1

 



Türkiyə Respublikasının «Qızıl Ay» cəmiyyəti,  İran  İslam 

Respublikasının «Hilal Əhməd» cəmiyyəti vasitəsilə Muxtar Respublikaya 

humanitar yardımı edilirdi. 

1992-ci il maym 24-də Ankarada Türkiyə ilə Naxçıvan Muxtar 

Respublikası, 1992-ci il avqust ayının 24-də Tehranda İran  İslam 

Respublikası ilə Naxçıvan MR arasında imzalanan müqavilələrə  əsasən, 

Naxçıvana ərzaq və yanacaq məhsulları göndərilirdi. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin 7 de-kabr 

1992-ci il tarixli qərarında göstərilirdi ki, Türkiyə Respublikası  tərəfindən 

Naxçıvan Muxtar Respublikasına  ərzaq malları alınması üçün ayrılmış 

kredit hesabına son dörd ayda muxtar respublikaya 293 ton mal əti, 250 ton 

kərə yağı, 700 ton marqarin, 363 ton günəbaxan yağı, 460 ton toyuq əti, 

2283 ton şəkər tozu, 400 ton düyü, 600 ton makaron, 6000 ton un 

gətirilmişdi. Bakıdan isə Naxçıvana cəmi 15 ton mal əti, 219 ton kərə yağı, 

35 ton şəkər tozu, 164 ton düyü, 2 ton makaron, 3200 ton un göndərilmişdi. 

 

                                                 



1

Azərbaycan Respublikası Milli Məclisinin Arxivi. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin 

qərarları. Fond 2941, siyahı la, iş 1, vərəq 3-14 

  

 




Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə