M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə53/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   49   50   51   52   53   54   55   56   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

158 

 

Belə bir vəziyyətdə ermənilər tərəfindən Azərbaycan torpaqlarının işğalı 



genişlənmişdi. Hərbi quruculuq işi olduqca aşağı səviyyədə idi. Nizami ordu 

yaradılmamışdı. Hərbi əməliyyat planları peşəkar hərbçilər tərəfindən deyil, 

diletantlar, həvəskarlar tərəfindən işlənib hazırlanırdı. Ordunun əsas hissəsi 

könüllülərdən ibarət olduğundan çox hallarda döyüşçülər nizami ordunun 

tələblərinə, nizamnamə qaydalanna əməl etmirdilər. Fərarilik və  təxribat 

geniş miqyas almışdı. Müvafiq inzibati orqanlar buna qarşı heç bir tədbir 

görmürdü. 

Orduya rəhbərlik dözülməz halda idi. Son iki ildə bir neçə müdafiə  

naziri dəyişmişdi: Bərşadlı, Mehdiyev, Musayev, Qazıyev, Rzayev və b. 

nazir təyin edilmişdi. Qərargah rəisləri, alay komandirləri, korpus 

komandirləri tez-tez dəyişdirilirdi. Belə vəziyyətdə torpaqlarm işğalı davam 

edirdi. Heç bir idarəçilik təcrübəsi olmayan, mitinq tribunasmdan 

hakimiyyətə gələn cəbhəçilər Azərbaycanı daha fəlakətli vəziyyətə saldılar. 

Azərbaycan xalqı  hələ 1988-ci ildən mitinqlərdə respublikanın xilas 

yolunu yalnız Heydər  Əliyevdə görürdü. Onun respublikaya qayıtmasını 

təkidlə, qətiyyətlə tələb edirdilər. Lakin nə keçmiş kommunist rəhbərləri, nə 

də silahlı çevriliş yolu hakimiyyətə  gələn yalançı demokratlar - Xalq 

Cəbhəsinin liderləri Heydər  Əliyevin gəlməsinə  tərəfdar deyildilər. 

Kommunist rəhbərlər mərkəzdən olan ağalarının göstərişlərinə sadiq 

olduqlarını göstərmək istəyirdilər, mitinqlərdən hakimiyyət kürsüsünə 

gələnlər isə hansı yolla olursa-olsun öz kreslolarını saxlamağa çalışırdılar. 

Onları  nə xalqın, nə  də dövlətin taleyi maraqlandırırdı.  Ə.Vəzirov, 

A.Mütəllibov və onların  ətrafı,  Əbülfəz Elçibəy Xalq Cəbhəsinin qəflətən 

meydana gələn «siyasi liderlər»i ilə birləşib xalqın yeganə ümummilli lideri 

Heydər  Əliyevi siyasi səhnədən müxtəlif yollarla sıxışdırıb çıxartmağa 

çalışırdılar. 

«Xalq Cəbhəsi» - «Müsavat» hakimiyyəti dövründə  təcrübəsizlik, 

bacarıqsızlıq, səriştəsizlik nəticəsində ölkədə iqtisadi böhran dərinləşmiş, 

xalqın həyat şəraiti xeyli aşağı düşmüş, qondarma «demokratik» hakimiyyət 

özünü xalqın gözündən salmış, sosial dayaqdan məhram olmuşdu. Beş ildən 

artıq bir müddətdə davam edən böhran 1993-cü ilin əvvəlindən daha da 

dərinləşməyə başlamışdı. Daxili dağıdıcı və xarici qızışdırıcı 

  



M İ L L İ  K İ T A B X A N A

____________________________________

159 

 

qüvvələrin fəal  əməkdaşhğı  nəticəsində Azərbaycanın parçalanmasına 



zəmin yaranmışdı, etnik separatizm və  vətəndaş müharibəsi üçün şərait 

yanmışdı. Azərbaycan dövləti böhran keçirirdi. «Xalq Cəbhəsi» - 

«Müsavat» rejimi təhlükəli prosesin qarşısını almaqda tamamilə aciz 

vəziyyətdə qalmışdı. 

1993-cü ilin aprelində erməni silahlı qüvvələri tərəfindən Kəlbəcərin 

işğalı Azərbaycanda siyasi böhranı son həddə çatdırmışdı. Daxildə 

soyğunçuluq, korrupsiya, banditizm hökm sürürdü. 

Ölkə idarəedilməz vəziyyətə salınmışdı. Hər kəs istədiyi kimi öz 

problemlərini həll edirdi. Öz ətrafına qeyri-qanuni silahlı dəstələr toplayan 

siyasi qrupiaşmalar hakimiyyət uğrunda mübarizəni yenidən qızışdırmışdı. 

«Xalq Cəbhəsi» - «Müsavat» hakimiyyətinin iyun ayında Gəncədə Surət 

Hüseynova qarşı  hərbi  əməliyyatının uğursuz nəticələnməsi onun 

səriştəsizliyini bir daha göstərdi. Bu hakimiyyətin xalq tərəfindən müdafiə  

edilmədiyini görən S.Hüseynovun dəstələri Gəncədən Bakıya hücum edir, 

yolüstü rayonlarda hakimiyyəti ələ keçirirlər, Xalq Cəbhəsi hakimiyyətinin 

istefasını tələb edirdilər. Cənubda isə Əlikram Hümbətov Azərbaycanın bir 

neçə rayonunu ələ keçirmiş, «Talış - Muğan Respublikası» elan edərək 

separatçı, quldur dəstələri öz ətrafına toplayıb regionda hakimlik edir, 

bunımla da Azərbaycanın kürəyinə arxadan zərbə vurmuşdu. 

Bir tərəfdən «Xalq Cəbhəsi» - «Müsavat» iqtidarı özünün müdafiəsi 

üçün, digər tərəfdən Surət Hüseynov və Əlikram Hümbətov hakimiyyəti ələ 

keçirmək üçün döyüş cəbhəsi zonasından milli ordu hissələrini çıxarırdı ki, 

bu da erməni işğalçılarına Azərbaycanın yeni torpaqlarını  işğal etməsinə 

şərait yaradırdı. Azərbaycan dünya xəritəsindən silinmək üzrə idi. 

Azərbaycan Respublikasını dağılmaqdan, dövlətçiliyi məhv olmaqdan, 

ölkəni etnik prinsiplərə  əsasən parçalanmaqdan, xalqı  vətəndaş müharibəsi 

təhlükəsindən, mənəvi - psixoloji sarsıntıdan qurtarmaq üçün xalq Öz 

xilaskarı Heydər Əliyevə müraciət etdi. Səbir kasası dolmuş xalq qətiyyətlə 

onun siyasi hakimiyyətə qayıtmasını  tələb edirdi. Xalq yaranmış 

vəziyyətdən çıxış yolunu böyük təcrübəyə malik görkəmli dövlət və 

  



M İ L L İ  K İ T A B X A N A

____________________________________

160 

 

siyasi xadim, Azərbaycanın böyük oğlu Heydər Əliyevin şəxsində görürdü. 



Naxçıvanda bütün Azərbaycanın müqəddəratı üçün taleyüklü fəaliyyət 

göstərən Heydər Əliyevin yanına dəstə-dəstə adamlar - nümayəndələr gəlir

teleqramlar göndərilirdi. 

«Xalq Cəbhəsi» - «Müsavat» rejimi ölkəni saldıqlan ağır vəziyyətdən 

çıxarmaqda aciz olduqlarından, yaratdıqları problernləri həll etməkdən çıxış 

yolu tapa bilmədiklərindən, xalq və tarix qarşısında məsuliyyətdən qorxaraq 

xalqın ədalətli tələbi qarşısında dayana bilmədilər. Azərbaycan Respublikası 

Prezidenti  Əbülfəz  Əliyev Heydər  Əliyevi Bakıya dəvət etməyə  məcbur 

oldu. 

Xalq Cəbhəsi ölkəni bərbad hala salmışdı. Özlərinin faciəli sonluğunu 



görən Əbülfəz Elçibəy xalqın qorxusundan Heydər Əliyevi Bakıya çağırırdı 

ki, ölkəni bu vəziyyətdən qurtarsın. Naxçıvana dəfələrlə  zəng vursa da, 

Heydər  Əliyev telefonu götürmürdü. İyunun 7-də Bakıdan təyyarə 

göndərildi, təyyarə geri qaytarıldı, iyunun 8-də yenidən təyyarə göndərildi, 

yenə  də Heydər  Əliyev Bakıya gəlməkdən imtina etdi. Lakin Bakıda 

vəziyyətin olduqca gərginləşdiyini görüb (buna səbəb iyunun 9-da Surət 

Hüseynovun qoşunlarının artıq Bakının 100 kilometrliyində dayanması idi) 

Elçibəyin yalvarışı qarşısında Heydər  Əliyev iyunun 9-da Elçibəyin 

təyyarəsi ilə Bakıya gəldi. deyirdi ki, «Mən buraya heç də partiyanın lideri 

kimi gəlməmişəm. Mən buraya tamam könülsüz, tez-tələsik yox, adamların 

təzyiqindən çox, yaranmış  vəziyyətə görə  gəldim, çünki xalqın taleyi həll 

olunurdu».

1

 

Heydər Əliyev Bakıya gələn kimi Elçibəylə görüşüb onunla bir neçə saat 



danışıq apardı. Xalq Cəbhəsi rəhbərlərinin hamısı Elçibəyin yanına 

toplaşmışdı. Prezident Əbülfəz Elçibəy Heydər Əliyevə baş nazir vəzifəsini 

təklif etdi, lakin Heydər Əliyev qəbul etmədi. 

Heydər Əliyev çəkinmədən Xalq Cəbhəsinin ölkəni belə çətin vəziyyətə 

saldığını, onların cinayətkar idarəetmə üsulunu cəsarətlə cəbhəçilərin üzünə 

deyib, onları ciddi tənqid etdi. 

Heydər Əliyev ağır vəziyyətdən çıxış yolunun ancaq danışıqlar yolu ilə, 

qarşılıqlı anlaşma vasitəsilə, sülh və barışıqla mümkün olacağını gös- 

 

                                                 



1

 

H.Əliyev. Yazıçı Aleksandr Proxonovla müsahibə. Müstəqilliyimiz əbədidir, səh.60; «Azərbaycan» qəzeti, 



12 avqust 1993 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə