M İ L L İ K İ T A B X A N A
____________________________________
181
toplaşan zaman Rövşən Cavadov buraya gəldi, prezidentin yanında
olduğunu göstərməyə çalışdı. Ancaq məlumdur ki, həmin bu binadan o,
telefonla Gəncə ilə damşdı, orada olan Səfixanova və başqalarına bildirdi ki,
«biz fəaliyyətimizi dayandırdıq, siz də dayandırın, artıq geriyə çəkilirik».
Bunların hamısı bu məqsədləri onların bir yerdə hazırladıqlarının sübutudur.
İstintaqda başqa sübutlar da var».
1
Bu faktlar Prezidentə hələ oktyabrda məlum idi. Lakin bunları, sadəcə
olaraq əvvəl açmaq istəmirdi. Çünki istəyirdi ki, Rövşən Cavadovu və onun
yanında olan adamlan tərbiyə etsin, onları bu cinayət əməllərindən
uzaqlaşdırsm. Ancaq mümkün olmadı.
1994-cü il oktyabırın 5-də Ümumrespublika həmrəylik mitinqində
Azərbaycan Prezidenti Heydər Əliyev 3-4 oktyabr hadisələrinin mahiyyətini
belə izah edir: «Son günlər baş vermiş hadisələr Azərbaycanın
müstəqilliyini puça çıxarmağa, onu müstəqillik yolundan döndərməyə, bu
yolla irəliləyişinin qarşısını almağa, ölkəmizin daxili ictimai-sabitliyini
pozmağa yönəldilmiş əməllərdir. Onu da bilin ki, bu hadisələr,
ümumiyyətlə, Azərbaycanı dağıtmaq, parçalamaq, ölkəmizi müstəqil bir
dövlət kimi məhv etmək üçün qurulan planların bir hissəsidir.
Qoy hamı bilsin və əmin olsun ki, bu bəd niyyətlərin və bu çirkin
planlann heç birisi həyata keçməyəcəkdir. Azərbaycan xalqı buna yol
verməyəcəkdir. Azərbaycan müstəqil bir dövlət kimi yaşayacaqdır».
2
Azərbaycan Prezidenti Heydər ƏHyev terrorçuluğun, dövlət çevrilişi
cəhdlərinin qarşısını almaqda böyük məharət, çeviklik və təmkinlilik
göstərdi. «O günlər xatirimdədir. Biz günləri necə əzab-əziyyətlə keçdik və
bizə nə qədər müdriklik, səbirlilik lazım idi ki, bu məsələlərin inkişaf
etməsinə yol verməyək. Ancaq bu hadisələr inkişaf etdi, oktyabrın 4-də
çevriliş Gəncədən başlandı». Olduqca gərgin vəziyyət yaranmışdı. Məhz
prezidentin məharəti, yüksək təşkilatçılığı, çevik siyasəti nəticəsində onun
qarşısı ahndı. Öz gücünü xalqda görən, həmişə xalqa arxalanan Heydər
Əliyev oktyabrın 4-də xalqa müraciət etdi.
Müraciətdən bir neçə sətir: «Əziz həmvətənlər, Azərbaycanın
vətəndaşları! Sizi əmin edirəm ki, Azərbaycanın dövlətçiliyini qorumaq
1
Azərbaycan: Oktyabr 94 - Mart 95. Qəsd. Bakı, 1995, səh. 470
2
Yenə orada, səh. 151
M İ L L İ K İ T A B X A N A
____________________________________
182
üçün son nəfəsimə qədər, son damla qamma qədər öz yerimdəyəm. Xalqla
birlikdəyəm. Xalqın təhlükəsizliyini qorumağa çalışacağam. Bundan ötrü
lazımi imkanlarımdan istifadə edəcəyəm. Eyni zamanda, əziz həmvətənlər,
mən sizə güvənirəm, sizə arxalanıram. İstəmirəm ki, indi bu günlər qan
tökülsün. Mən bunu istəmirəm. Ona görə də sizi sülh məramı ilə küçələrə
çıxmağa, mənim ətrafımda toplanmağa dəvət edirəm».
1
Əllərində «Heydər-Xalq», «Xalq-Heydər» şüarları, Azərbaycanın dövlət
bayrağı, Prezident Heydər Əliyevin portreti olan yüz minlərlə adam, qoca,
qadın, cavan Prezident sarayı qarşısına toplandı.
Prezidentin çevik siyasəti, xalqla birliyi nəticəsində Oktyabr qəsdinin
qarşısı qətiyyətlə alındı. Azərbaycan Prezidenti Heydər Əliyev oktyabrın 4-
də prezident sarayı qarşısında Bakı zəhmətkeşlərinin mitinqində böyük
razılıq və qürurla deyirdi: «Çox məmnunam ki, mənim çıxışıma səs
verdiniz, şəhərin müxtəlif yerlərindən buraya toplandmız...Mənim də
dayağım, güvəndiyim xalqımdır, sizsiniz, əziz Azərbaycan vətəndaşlarıdır.
Sağ olun».
2
Oktyabr çevrilişi baş tutmadısa da, 1995-ci ilin 13-17 martında yenidən
dövlət çevrilişinə cəhd edildi.
Dövlət çevrilişi cəhdi dünyanın bir çox ölkələri və beynəlxalq təşkilatları
tərəfindən də qətiyyətlə pislənmişdi. Bu, Azərbaycanın beynəlxalq
nüfuzunun artmasının və dünyanın aparıcı dövlətlərinin Azərbaycan
Prezidentinin siyasətini qəbul etdiklərinin nəticəsi idi.
Bu işdə Prezident Heydər Əliyevin oktyabrın 4-də dünyanın bütün
dövlətlərinə, hökumətlərinə və beynəlxalq təşkilatlarına müraciətinin
mühüm rolu olmuşdu. ABŞ Dövlət Departamenti Azərbaycandakı son
hadisələrlə əlaqədar oktyabrın 4-də bəyanat vermişdi. Elə həmin gün Böyük
Britaniya hökuməti də bəyanat vermişdi. Orada deyilirdi: «Britaniya
hökuməti Bakıda baş verən hadisələri narahatçılıqla izləyir...
Biz bütün siyasi partiyaları zor işlətməkdən çəkinməyə və öz fikir
ayrılıqlarını sülh yolu ilə və demokratik yolla həll etməyə çağırırıq».
1
Azərbaycan. Oktyabr 94 - Mart 95. Qəsd. Bakı, 1995, səh. 129
2
Yenə orada, səh.136-137; Azərbaycan 1994: Milli dövlətçilik sınaq qarşısında. I hissə.Bakı, 2002, səh. 158-162
M İ L L İ K İ T A B X A N A
____________________________________
183
ABŞ, Türkiyə, Böyük Britaniya, İran, Rusiya, AFR, Misir
hökumətlərinin bəyanatlarında, prezidentin adına göndərilən məktublarda,
Azərbaycanın müstəqilliyinin müdafiə edilməsində, qorunmasında
prezident Heydər Əliyevin fəaliyyətinin dəstəkləndiyi dönə-dönə qeyd
edilmişdir. Moskvada çıxan «Heydər Əliyev qalib kimi Azərbaycanın
üçüncü prezidenti», «Dövlətçiliyin ilk atası oldu» başhqlı məqalədə
deyilirdi: «Əgər Azərbaycan Prezidenti təkcə hakimiyyət deyil, tarixə
düşməyi istəyirdisə, o, buna nail olmuşdur. Onun sələfləri nə ilə yadda
qalmışlar? Ayaz Mütəllibov Moskvaya, Əbülfəz Elçibəy Naxçıvana
qaçmaqla».
1
Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik
qrupların nümayəndələrinin respublika toplantısı iştirakçılarının Azərbaycan
Respublikası Prezidenti Heydər Əliyevə müraciətində deyilirdi: «40-a qədər
siyasi partiya, müxtəlif cəmiyyət, fond, hərəkat, alyans, birlik yaratmaqla,
etnik tərkibi yekcins olmayan bölgələrdə bəzən ən adi məişət narazılıqlarını
belə milli zəminə keçirməyə cəhd göstərməklə, sosial-iqtisadi çətinlikləri
qəsdən ağırlaşdırmaqla sosial partlayışa, milli qarşıdurmaya zəmin
hazırladıqlarını güman edənlərin ümidləri Oktyabr günlərində növbəti iflasa
uğradı».
3-4 oktyabr dövlət çevriliş qəsdinin qarşısının alınması göstərdi ki,
Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi möhkəm
əllərdədir. Bunun sükanı görkəmli dövlət və siyasi xadim, dünyada tanınmış
Heydər Əliyevin əlindədir və Heydər Əliyev dövlətçiliyimizin
qorunmasının, möhkəmləndirilməsinin təminatçısıdır. Həmin hadisə xalqın
Prezident ətrafında birliyinin möhkəmliyini, Azərbaycanın müstəqilliyinin
əbədi, dönməz olduğunu sübut etdi. Oktyabr hadisələri respublikamızın
bundan sonra həmişə müstəqil, demokratik yolla gedəcəyini təsdiq etdi,
onun beynəlxalq nüfuzunun artdığını göstərdi.
1994-cü ilin oktyabrında baş tutmayan dövlət çevrilişini törədənlər 1995-
ci ilin martında yenidən fəallaşdılar.
Oktyabr çevrilişi baş tutmasa da, siyasi avantüristlər tərəfindən
Azərbaycanın dövlət müstəqilliyinə qarşı, necə deyərlər, hazırlıq işləri
1
«Независимая газета» 12 oktyabr 1994-cü il
Dostları ilə paylaş: |