M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə57/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   53   54   55   56   57   58   59   60   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

170 

 

İyun ayının 23-də prezident öz səlahiyyətlərinin  əksər hissəsini Ali 



Sovetin sədrinə vermək haqqında fərman verdi. Milli Məclis iyun ayının 24-

də Azərbaycan prezidenti Əbülfəz Elçibəyin səlahiyyətlərinin hamısının Ali 

Sovetin sədrinə verilməsi haqqında qərar qəbul etdi.

1

 



Heydər  Əliyev  Əbülfəz Elçibəyin məsələsində olduqca ehtiyatlı, 

demokratik yolla hərəkət edir, ən xırda məsələləri belə Milli Məclisin geniş 

müzakirəsindən keçirir, tam aydınlıq yaradılmasına çalışırdı. Baxmayaraq 

ki, Milli Məclisin iclasında qərara alınmışdı ki, məsələnin müzakirəsi 

iyunun 24-də saat 3-də keçirilsin və Milli Məclis həmin vaxtda da 

toplaşmışdı, Heydər Əliyev yenə də səbrlilik numayiş etdirərək qeyd etdi ki, 

«Mən belə  nəzərdə tutdum ki, vaxta qədər Azərbaycanın  Prezidenti 

hörmətli Əbülfəz Elçibəylə danışıqlar aparıb müəyyən bir fikrə gələ bilərik. 

Əbülfəz Elçibəylə  mən telefonla danışdım, başqa  şəxslər də danışıblar, 

dünən gecə dövlət katibi Əli Kərimov mənə telefon etdi, dedi ki, Əbülfəz 

Elçibəyin yanına gedir. Gedib orda Milli Məclisdəki  əhvali-ruhiyyəni 

danışacaq və  yəqin ki, ordan bizə bir xəbər gələcəkdir.  Əbülfəz Elçibəy 

mənə dedi ki, Əli Kərimovun gəlməsini gözləyir, dedi ki, İsa Qəmbərov da 

gəlir bura. Ancaq gorürəm ki, İsa bəy zaldadır. Xahiş elədi ki, Milli 

Məclisin iclasını saat 5-ə keçirək, saat 5-ə  qədər o, müəyyən cavablar 

verəcəkdir».

2

 Ona görə də iclas saat 3-dən 5-ə keçirildi. Ancaq 5-ə qədər də 



məlumat alınmadı. Sonra isə  Əbülfəz Elçibəy özü telefon edib, Afiyəddin 

Cəlilovla da danışdı. Bildirdi ki, Milli Məclisin 21 iyunda qəbul etdiyi 

müraciətə o, artıq faksla cavab göndərib və bu məlumat Bakıya çatmalıdır. 

Fikirləşirlər ki, Ə.Elçibəy 1-2 saata qədər öz səlahiyyətlərinin bir qismini 

Ali Sovetin sədrinə vermək haqqında məlumat verəcəkdir. Ona görə  də 

Heydər Əliyev nə etmək barədə Müli Məclisin üzvləri ilə məsləhətləşmiş və 

qərara gəlmişdilər ki, cavabı gözləsinlər. 

Ə.Elçibəyin Milli Məclisin 21 iyun tarixli qərarına faksla göndərdiyi 

cavabı alan kimi spiker onun cavabını Məclis üzvlərinə çatdırdı. T.Qarayev 

Ə.Elçibəyin cavabını millət vəkillərinə oxudu. Orada qeyd edilirdi ki, guya 

Azərbaycanın qanuni prezidenti kimi mən Öz funksiyamı yerinə yetirirəm: 

Eyni zamanda «Öz tərəfimdən mən vəziyyəü sabitləşdirmək naminə 

 

 

  



                                                 

1

 



Azərbaycan Respublikası Ali Sovetinin katibliyi. Fond 2941, s.l, iş 215, vərəq 43

 

2



 

Azərbaycan Respublikası Milli Məclisinin Arxivi. Fond 2941, siyahı 1, iş 209, vərəq 33-34 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

171 

 

səlahiyyətlərimin  əsas hissəsini müvəqqəti icra üçün Ali Sovetin sədrinə 



verməyə etiraz etmirəm. Bu barədə müvafiq fərmanın mətni yaxın saatlarda 

sizə göndəriləcək».  İclasın gedişi vaxtı  həmin fərman daxil oldu. Milli 

Məclisin iclası  Ə.Elçibəydən cavab gəlməsini gözləmək üçün fasilə etdiyi 

vaxt Tamerlan Qarayev, Vahid Əhmədov, Afıyəddin Cəlilov və  Rəhim 

Qazıyev  Əbülfəz Elçibəylə danışıqlar aparmışdılar. Sədrin təklifı ilə onlar 

danışıqlar haqqında məlumat verdilər. Deputatlar məsələyə öz 

münasibətlərini bildirdilər. Yazıçı, ağsaqqal millət vəkili  İsmayıl  Şıxlının 

çıxışı böyük təsir bağışladı. 

İ.Şıxlı dedi: «Hörmətli deputat yoldaşlar, hörmətli sədr! Burada 

Azərbaycanın taleyi oyuna qoyulub və Azərbaycanın taleyi haqqında biz 

düşünməliyik. Bu saat Azərbaycan dövlətsiz bir vəziyyətdədir, dövlətin 

başçısı yoxdur. Əbülfəz Elçibəyin bizə göndərdiyi bu fərmana mən qulaq 

asarkən yadıma Mirzə Fətəli Axundovun «Aldanmış kəvakib»i düşdü. Yusif 

Sərrac  əhvalatı yadıma düşdü, yəni ulduzları aldatmaq üçün, özünü xilas 

etmək üçün milləti, ölkəni məhv eləsin və kimisə qabağa atsm, Yusif Sərracı 

qabağa atsm, hadisələr, məsuliyyətlər onun boynunda qalsın. Bu qeyri-ciddi 

münasibətdir, çox qeyri-ciddi. İndi mən hamınıza müraciət edirəm və çox 

danışmaq da istəmirəm. Bu saat Azərbaycanın varlığı təhlükə qarşısındadır, 

bu saat Azərbaycanın yaşayıb-yaşamayacağı  təhlükə qarşısındadır və belə 

bir vəziyyətdə ölkəni başsız qoymaq olmaz. Əgər ölkənin prezidenti 

mərkəzi, Baş komandan vəzifəsini atıb gedibsə, hansı bir kənddənsə deyir, 

idarə edəcəyəm, bu özü qeyri-ciddi münasibətdir. Mənə elə  gəlir ki, Milli 

Məclis neçə gündür çox səbrlə, tam Konstitusiyaya əsasən hərəkət elədi, hər 

cür güzəştə getdi, hər cür imkan yaratdı, hətta bəzi hadisələrin qarşısını 

almaq olardı. Onu da belə ləngitdi ki, biz ümumi dilə gələk və elə bilirəm ki

ümumi dilə də gələ bilmirik, ona görə də təkliflər var, qərar var, mən də bu 

fikrə  gəlirəm,  əgər komandir öz hissəsini qoyub qaçarsa, əgər komandir 

deyirsə, mən burada durab Sizə  rəhbərlik edəcəyəm, bu qeyri-ciddi 

söhbətdir».

1

 



Milli Məclisin iyunun 15-16-da keçirilən iclasında da, ondan sonra 

iyunun 27-də, 28-də keçirilən iclaslarında təklif olunmuşdu ki, prezident 

Ə.Elçibəyə ölkə Konstitusiyasını pozduğuna görə etimadsızlıq göstərilsin. 

                                                 

1

 

Azərbaycan Respublikası Milli Məclisinin Arxivi. Fond 2941, siyahı 1, iş 209, vərəq 56-57. Milli Məclisin 1993-



cü il 24 iyun tarixli iclası 


Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə