M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə65/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   61   62   63   64   65   66   67   68   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

193 

 

ki, qanuna əsasən parlament seçkiləri təşkil edilsin və keçirilsin. Seçki 



qanununun qəbul olunması  və parlament seçkilərinin keçirilməsi 

Konstitusiya  əhəmiyyətli bir məsələ idi. Bunlar Konstitusiyada öz əksini 

tapmalı idi. Ona görə də «Seçkilər haqqında» Qanun layihəsi Konstitxısiya 

layihəsindən  əvvəl hazırlandı. Komissiyanın ilk iclasında bu layihələrin 

hazırlanması üçün işçi qrupu yaradılmışdı. İşçi qrupu tərəfindən parlament 

seçkilərinin keçirilməsinə dair bir neçə variantda qanun layihəsi 

hazırlanmışdı. Layihə Heydər  Əliyevin sədrliyi ilə Konstitusiya 

Komissiyasında müzakirə edildi. Komissiyanın ümumi fikrini əks etdirən 

son layihə hazırlandı, Konstitusiya Komissiyası adından Heydər  Əliyev 

tərəfindən Milli Məclisə təqdim edildi. 

Qeyd etmək lazımdır ki, Milli Məclisdə başqa altemativ layihələr də irəli 

sürülmüş, nəzərdən keçirilmişdi. Bütün müzakirələrdən sonra avqustun 12-

də Milli Məclis Prezident Heydər Əliyev tərəfindən təqdim edilmiş layihəni 

bəyənmiş, ətraflı müzakirə edib «Seçkilər haqqında» Qanunu qəbul etmişdi. 

Azərbaycan prezidenti Milli Məclisin qəbul etdiyi «Seçki haqqında» 

Qanunu bir daha diqqətlə  nəzərdən keçirib təsdiq etdi. deyirdi: «Milli 

Məclisin gördüyü işlər layihəni təkmilləşdirib və hesab edirəm ki, qanun 

demokratik prinsiplərə cavab verən, demokratik parlament yaratmaq üçün 

əsas olan və ümumiyyətlə, respublikamızda dövlət quruculuğu sahəsində 

apardığımız işlər sırasında çox görkəmli yer tutan bir sənəddir. Mən hesab 

edirəm ki, bu qanunun qəbul olunması respublikamızda dövlət quruculuğu 

sahəsində görülən işlərin bir mərhələsidir, addımıdır, bir irəliləyişdir».

1

 

Milli Məclisin parlamentə seçkilər haqqında qanunu qəbul etməsi 



Azərbaycanda demokratiyanın bərqərar olması  və inkişafında çox mühüm 

addım idi. Heydər  Əliyev onu dəyərli bir qanun, Azərbaycan 

Respublikasının tarixində ilk defə qəbul olunan demokratik bir sənəd kimi 

qiymətləndirirdi. Ona görə  də  həmin qanunun hazırlanması  və  qəbul 

edilməsində Konstitusiya Komissiyasının işçi qrupunun üzvlərinə, Milli 

Məclisə öz təşəkkürünü bildirir və onun üzvlərini təbrik edirdi. 

  

  

                                                 



1

 

Azərbaycan: Oktyabr 94 - Mart 95. Qəsd. Bakı, 1995, səh. 777



 


M İ L L İ  K İ T A B X A N A

____________________________________

194 

 

Lakin seçki qanunu qəbul ediləndən sonra müxalifət öz iddiasına görə bu 



qanunu antidemokratik adlandırdı və gözdən salmaq kampaniyasına başladı. 

Onlar iddia edirdilər ki, deputatların 50 faizi proporsional, 50 faizi majoritar 

sistem üzrə seçilməlidir. Heydər Əliyev müxalifətin bu əsassız tələbini alt-

üst etdi. Sübut etdi ki, belə iddiaların heç bir hüquqi əsası yoxdur. Yaxud 

iddia edirdilər ki, deputatların sayı çox olmalıdır, 125 nəfərlik parlament 

azdır. Burada da bir məntiqsizlik vardır. 1990-cı ildə Azərbaycanda 360 

deputatdan ibarət seçilən parlamenti müxalifət özü zorla 50 nəfərə 

endirmışdi. 1992-ci ildən 1995-ci ilin sonunadək parlament bu sayda 

fəaliyyət göstərmişdi. Prezident bu iddianın da əsassız olduğunu sübut etdi. 

Eyni zamanda bildirdi ki, siyasi partiyaların həm də majoritar sistem üzrə 

seçkilərdə  iştirakı vardır, heç kim onların seçkidə  iştirak etməsinə  və 

seçilməsinə etiraz etmir. Əgər nüfuzu, sosial bazası varsa, seçkidə  iştirak 

edib seçilə bilər. Əslində müxalifət sosial bazasının əhəmiyyətli dərəcədə az 

olduğundan hay-küy salırdı. Belə ki, Azərbaycanda 4 milyon 300 minə 

qədər seçici var idisə, partiya üzvlərinin sayı 410 mindən çox deyildi.

1

 



Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan 

Komissiyanın ilk iclasında prezident Heydər Əliyev geniş nitq söylədi. Bu 

tarixi sənəddə Azərbaycanda müstəqil Respublikanın ilk Konstitusiyasının 

yaradılmasının ictimai-tarixi zəmini,  əvvəlki dövrlərdə Konstitusiya 

quraculuğu tarixi nəzərdən keçirilir, təhlil edilir, onlara qiymət verilirdi. 

Eyni zamanda Prezidentin məsləhətləri, tövsiyələri  əks olunur, qarşıda 

duran vəzifələr ətraflı açıqlanırdı: «Biz elə bir layihə hazırlamalı və nəhayət, 

elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan 

Respublikasının demokratik prinsiplər  əsasında uzun müddət sabit 

yaşamasını  təmin edən  əsas qanun, tarixi sənəd olsun».

2

 Heydər  Əliyev 



Komissiya üzvlərinin diqqətini bu sahədə  fəaliyyətlərinin məsuliyyətli və 

şərəfli olduğuna yönəldir. O xatırladırdı ki, üzərimizə düşən vəzifə  həm 

şərəflidir, həm də çox məsuliyyətlidir.

3

 



Prezident Heydər  Əliyev müstəqil Azərbaycan Respublikasının 

Konstitusiyasının yaradılmasında həm Azərbaycanın tarixi keçmişinin milli 

                                                 

1

 



Azərbaycan: Oktyabr 94 - Mart 95. Qəsd. Bakı,1995, səh. 780

 

2



 

Heydər Əliyev. Müstəqillik yollarmda. III kitab. Bakı, 1997, səh. 409

 

3

 



Yenə orada, səh. 410 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

195 

 

dəyərlərindən, həm də ümumbəşəri dəyərlərdən, dünyanm demokratik 



dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli 

sürürdü. 

Azərbaycanda demokratik qanunvericilik təcrübəsi 1918-ci ildən 

yaranmışdır. 1918-ci il maym 28-də yaranmış ilk Azərbaycan Xalq 

Cümhuriyyətinin konstitusiyası olmayıbsa da, onun fəaliyyətində 

konstitusiya xarakteri daşıyan hüquqi aktlar, qərarlar qəbul edilmiş  və 

həmin dövlət onların əsasında fəaliyyət göstərmişdir. Heydər Əliyev onları 

müəyyən qədər Konstitusiya quruculuğunun başlanğıcı kimi qiymətləndirir 

və göstərirdi ki, tarixi şəraitlə  əlaqədar olaraq, Azərbaycan Xalq 

Cümhuriyyətinin Konstitusiyası  qəbul olunmamışdı,  əslində bunu qəbul 

etməyə xarici hərbi müdaxilə tərəfindən imkan verilməmişdi. 

1991-ci ilin 18 oktyabrında Azərbaycanın dövlət müstəqilliyinin bərpa 

edilməsi haqqında Konstitusiya Aktında ölkəmizin dövlət müstəqilliyi

insan, söz, mətbuat, vicdan azadlıqları  və i.a. haqqında dəyərli müddəaları 

təsbit olunmuş, Azərbaycanda hüquqi dövlət qurulması elan edilmişdi. 

Konstitusiya Aktmda təsbit olunan müddəalar müstəqil respublikanın əməli 

fəaliyyətində həyata keçirilməyə başlanmışdı. Azərbaycanda bu vaxta qədər 

qəbul olunan müxtəlif qanunlarda, qərarlarda, hakimiyyət orqanlarının 

fəaliyyətində hüquqi, demokratik, dünyəvi, sivilizasiyalı dövlət quruculuğu 

prosesinin başlandığı  və davam etdiyi əks olunurdu. Lakin bu proseslərin 

inkişafının sürətləndirilməsi, ahəngdar fəaliyyətinin təmin edilməsi üçün 

Əsas Qanunun, müstəqil Respublikanın Konstitusiyasının yaradılması  və 

fəaliyyəti zərurəti təxirəsalmmaz vəzifə kimi qarşıda dururdu. Heydər 

Əliyev mühüm bir vəzifə olaraq qeyd edirdi ki, yeni Konstitusiyada dövlət 

quruculuğu sahəsində 

həyata keçirilmiş, qazanılmış 

təcrübə 

ümumiləşdirilməli və ondan səmərəli istifadə edilməlidir. 1995-ci ildə 

Azərbaycan Respublikasının Konstitusiyasının qəbuluna qədər respublikada 

qanunvericilikdə bir sıra dəyərli müddəalar artıq meydanda idi. Onlar artıq 

formalaşmış müddəalar idi ki, onlar mübahisəsiz qəbul olunmalı idi. 

Məsələn, Azərbaycanın dövlət müstəqilliyi tam, əbədi olmalıdır və dövlət 

müstəqilliyinin daim qoranması mexanizmi, əsasları  və i.a. belə 

müddəalardan idi, bunlar yeni Konstitiusiyada mübahisəsiz olaraq qəbul 

edilməli idi. 

  



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə