M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə66/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   62   63   64   65   66   67   68   69   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

196 

 

Azərbaycanda müxtəlif xalqların və millətlərin nümayəndələrinin 



yaşamasını nəzərə alaraq Heydər Əliyev bərabər hüquqların təmin edilməsi, 

yəni dinindən, dilindən, milliyyətindən, irqindən, siyasi mənsubiyyətindən 

asılı olmayaraq, bütün insanlarm, vətəndaşların eyni hüquqlara malik olması 

və bu hüquqlardan səmərəli istifadə etməsi imkanlarmm Konstitusiyada əks 

olunmasını zəruri sayırdı. 

Prezident Azərbaycan vətəndaşlarının seçib-seçilmək hüquqlarının təmin 

edilməsinin Konstitusiyada əsas müddəalardan, fəsillərdən biri kimi əks 

olunmasına ciddi fikir verməyi məsləhət görürdü. O, bu məsələlərin çox 

dərindən işlənilməsini və respublikada demokratik prinsiplərin təmin 

edilməsi üçün bütün dünyanın təcrübəsindən istifadə edilərək Azərbaycanın 

mövcud tarixi, ictimai-siyasi şəraitinə uyğun olaraq işlənilib hazırlanmasını 

vacib hesab edirdi. 

Konstitusiya Komissiyasının sədri Heydər Əliyev layihəni hazırlayarkən 

birinci növbədə dövlətlə, hakimiyyətlə xalq arasında olan münasibətlərin 

əks etdirilməsinə xüsusi yer verilməsi fıkrini irəli sürürdü: «Hakimiyyət 

bölgüsü, - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı 

xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır». 

Azərbaycan Respublikasının Konstitusiyasının yaradılmasında dünyanın 

demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsinə  də xüsusi 

əhəmiyyət verilirdi. Heydər  Əliyev göstərirdi ki, biz demokratik, hüquqi, 

dünyəvi dövlət qurmaq üçün inkişaf etmiş  Qərb ölkələrinin dövlət 

quruculuğu, demokratik prinsiplərinin bərqərar olması sahəsində əldə etdiyi 

nailiyyətlərindən istifadə edirik və edəcəyik.

1

 Ona görə  də Azərbaycan 



Konstitusiyasında bu müddəaların, prinsiplərin əks olunmasının əhəmiyyəti 

və zərurəti xüsusi qeyd edilirdi. 

Konstitusiyanm  əsas vəzifələrindən biri də ondan ibarətdir ki, bu Əsas 

Qanun respublikada sabitliyi təmin etməyə, sabitliyi pozmaq istəyən 

qüvvələrin qarşısını qanuni yolla almağa xidmət etməlidir. 

Heydər  Əliyev Konstitusiya Komissiyasının ilk iclasında bu və başqa 

fikirlərini söyləməklə, özünün qeyd etdiyi kimi, bununla heç də «mən kimə- 

                                                 

1

 

Heydər Əliyev. Müstəqillik yollarında. III kitab, Bakı, 1997, səh. 409 



  

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

197 

 

sə, nəyisə məcburi fikir kimi bildirmirəm», - deyirdi. Bunlar yalnız ümumi 



konseptual prinsiplər haqqında onun bəzi fikirləridir. O bildirirdi ki, bütün 

məsələlər Komissiyada kollegial işlənilməlidir, çünki Komissiya kollegial 

bir orqandır, burada nəinki Komissiya üzvlərinin bilik və  təcrübəsindən

eyni zamanda respublikanın bütün intellektual potensialından istifadə 

edilməlidir. 

Azərbaycan Prezidenti Heydər  Əliyevin başçılığı ilə yeni Konstitusiya 

layihəsini hazırlayan Konstitusiya Komissiyası altı ay müddətində günbəgün 

çalışıb yeni layihəni hazırladı  və ümumxalq müzakirəsinə verdi. Bu 

layihənin qısa müddətdə, yüksək səviyyədə  işlənməsi Konstitusiya 

layihəsini hazırlayan Komissiyanın sədri Heydər  Əliyevin təcrübəsinin və 

məsuliyyətinin, bacarığının nəticəsində mümkün olmuşdu. «Komissiyanın 

sədri kimi şəxsən mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi 

məsuliyyətimi daim dərk etmişəm... Ona görə də bu sənədin hazırlanmasına 

xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər 

bir kəlmənin, hər bir sözün mənasını  dəfələrlə araşdırmışam, onun bu gün 

üçün, gələcək üçün nə  qədər  əsaslı olmasını  dəfələrlə  təhlil etmişəm. Mən 

çox rahatlıq hissi ilə bu layihənin altından imza atır və bu layihəyə görə tam 

cavabdeh olduğumu bu gün bəyan edirəm».

1

 

Konstitusiya layihəsi mətbuatda dərc edildikdən sonra respublikanın hər 



yerində keçirilən yığıncaqlarda, iclaslarda geniş müzakirə edildi. Layihəyə 

ayrı-ayrı  vətəndaşlardan, təşkilatlardan üç mindən çox təklif,  əlavə  və 

düzəliş daxil olmuşdu ki, bunlardan da layihənin təkmilləşdirilməsində 

istifadə edilmişdi. Müzakirələr geniş  və demokratik şəkildə keçirilmişdi. 

Layihəni hazırlayan Komissiyanın sədri şəxsən Heydər Əliyevin təşəbbüsü 

ilə  hətta daha çox maraq doğuran 23-cü maddənin - Azərbaycanı dövlət 

dilinə aid məsələnin - xüsusi müzakirəsi təşkil edildi. Oktyabrın 14-də 

Konstitusiya Komissiyasında, oktyabrın 31-də Azərbaycan MEA-da 

alimlərin, ziyalıların, dilçi mütəxəssislərin və ictimaiyyət nümayəndələrinin 

iştirakı ilə keçirilən yığıncaqda, noyabrın 2, 5, 10-da Konstitusiya layihəsini 

hazırlayan Komissiyanın iclaslarında 23-cü maddə ayrıca, həm də geniş və 

ətraflı müzakirə edildi. Bundan sonra Konstitusiya layihəsi ümumxalq 

referendumuna təqdim edildi. 

  

                                                 



1

 

Heydər  Əliyev. Yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın son iclasmda çıxışı. - «Azərbaycan» 



qəzeti, 21 noyabr 1995-ci il 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

198 

 

12 noyabr 1995-ci il Azərbaycan tarixində ilk dəfə olaraq müstəqil 



dövlətin Konstitusiyası referendum - ümumxalq səsverməsi yolu ilə  qəbul 

edildi. Referendumda seçicilərin 86 faizi iştirak etmiş və onlann 91,9 faizi 

Konstitusiyanm layihəsini bəyənmişdi.

1

 



Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında indiki və 

gələcək nəsillər qarşısında Azərbaycan xalqının arzusu aşağıdakı  şəkildə 

bəyan edilir: 

« - Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və  ərazi 

bütövlüyünü qorumaq; 

- Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək». 

Yeni Konstitusiya beş bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. 

Konstitusiyada demokratik prinsipləri əsas tutaraq insan və vətəndaş hüquq 

və azadlıqlarına, vəzifələrinə geniş yer verilir. Bunlar ikinci bölmədə 48 

maddədən ibarət olub ümumi mətnin üçdə bir hissəsini təşkil edir. Hər bir 

şəxs doğulduğu gündən ömrünün sonunadək toxunulmaz, pozulmaz, 

ayrılmaz və azadlıq hüquqları ilə təmin edilir. 

Yeni Konstitusiyada Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan 

Muxtar Respublikasına aid xüsusi fəsil ayrılmışdır. Orada Naxçıvan Muxtar 

Respublikasının statusuna dair 134-cü maddədə qeyd edilir: «Naxçıvan 

Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar 

dövlətdir». Bu müddəa  ətrafında layihənin müzakirəsi zamanı  bəzi siyasət 

adamları  tərəfindən anlaşılmazlıq olduğu aşkar edildi. Bəziləri belə 

düşünürdü ki, guya unitar dövlətin içərisində muxtar respublika bir dövlət 

kimi ola bilməz. Bəziləri də bunun Azərbaycanın federallaşmasına yol 

açdığını söyləyirdilər. Bu fikirlərin heç bir elmi, siyasi və hüquqi əsası yox 

idi. Tarixi təcrübə göstərir ki, dünya praktikasında unitar dövlətlərin 

tərkibində muxtar qurumların bir dövlət kimi olması mövcuddur. Həm də 

Konstitusiyada «Naxçıvan Muxtar Respublikasının Azərbaycan 

Respublikasının ayrılmaz tərkib hissəsi» olması xüsusi qeyd edilir. Digər 

tərəfdən, Naxçıvan Muxtar Respublikasının yarandığı gündən 

Konstitusiyanın qəbul edilməsinədək olan tarixi təcrübəsi və ənənələr, həm 

də gələcək nəzərə alınır. 

  

  

                                                 



1

 

Heydər Əliyev. Müstəqillik yollarında. Bakı, 1997, səh. 312



 


Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə